• Sonuç bulunamadı

M İLLİ TARİXİMİZİN ŞANLI ZƏFƏRİ Atamoğlan MƏMMƏDLİ*

MÜHARİBƏNİN BEYNƏLXALQ ƏKS-SƏDASI

Türkiyədə qardaş Azərbaycanın haqq işinə həmrəylik hərəkatı geniş vüsət aldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ünvanına "ermənilərə qarşı döyüş əmri" gözləyən minlərlə Türkiyə vətəndaşı məktub göndərib, qardaş ölkənin işğalçılardan azad olunması üçün daim hazır olduqlarını bildirdilər.

Pakistan Xarici İşlər Nazirliyi müharibənin ilk günlərindən bildirdi ki, Ermənistan hərbi əməliyyatını dayandırmalıdır. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik və bu, yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur. Pakistan 44 günlük müharibə dövründə hər an Azərbaycanın yanında oldu.

Böyük Britaniya İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəklədi. BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Təhlükəsizlik Şurasının sədri adından hazırlanan və Azərbaycanın əleyhinə olan bəyanat layihəsi BMT TŞ-nin daimi üzvü olan Böyük Britaniyanın vetosu ilə rədd edildi. ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland bildirdi ki, "Beynəlxalq hüquqa görə, Ermənistan başqa bir suveren dövlət olan Azərbaycanın suveren ərazisinə soxulub və işğal edib" (9).

Ermənistana hərbi yardımını fasiləsiz davam etdirən Rusiya prezidenti V. Putin çıxışlarında dəfələrlə vurğuladı ki, “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müttəfiqdir, amma Dağlıq Qarabağ Ermənistana aid deyil, odur ki, Qarabağ ərazisindəki hərbi əməliyyatlarla bağlı Rusiya vasitəçilikdən savayı, hər hansı öhdəlik daşımır". Rusiya XİN-yi Dağlıq Qarabağ münaqişəsinin tərəflərini dərhal atəşi dayandırmağa çağırmışdı. Müharibə dövründə Rusiyadan Ermənistana silah-sursat və hərbi texnika daşınmışdır (1 milyard dollarlıq). Bütün bunlar Gürcüstan tərəfindən hərbi yüklərin onun ərazisindən daşınmasına qoyulan qadağa ilə əlaqədar olaraq Qazaxıstan - Türkmənistan – İran hava yolu marşurutu üzrə daşınmışdır. Rusiya tərəfi dəfələrlə rəsmi olaraq daşınan yüklərin Ermənistandakı Rusiya hərbi bazasının ehtiyacları üçün tikinti materialı olduğunu bildirsə də yüklər sırf hərbi təyinatlı olmuşdur.

Digər tərəfdən Rusiyanın dövlət informasiya agentliyi TACC-ın Qarabağda müharibənin işıqlandırılmasında Ermənistan haqqında yazıları üstünlük təşkil etmişdir. Belə ki, 27 sentyabr- 1 noyabr tarixlərində 40 açıqlama Ermənistandan, 28 açıqlama Azərbaycandan alınmış, 31 yazı isə ümumi xarakterli olmuşdur. 3-10 noyabr tarixlərində 32 xəbər Ermənistanın, 3 xəbər Azərbaycanın mövqeyi ilə bağlı olmuş, 8 xəbər isə ümumi xarakterli açıqlama olmuşdur (10).

İtaliya obyektiv və ədalətli mövqe tutaraq İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəkləmişdir. Fransa isə İrəvan və Bakını hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqları yenidən başlamağa çağırdı. Fransa Xarici İşlər Nazirliyinin sözçüsü etdiyi açıqlamada "Fransa qarşıdurmadan son dərəcə narahatdır" ifadəsini işlətmişdir. Fransa Azərbaycan - Ermənistan müharibəsində işğalçı Ermənistanı dəstəkləmişdir. Hətta 2020-ci il oktyabrın 3-də və 11-də Ermənistana hərbi yardım təklif etmişdir. Fransa prezidenti E. Makronun sentyabrın 30-da Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı bəyanatı, bu problemin həll edilməsi üçün yaradılan Minsk

SOĞUK SAVAŞ SONRASI SOSYAL, EKONOMİK VE SİYASAL GELİŞMELER BAĞLAMINDA GÜNEY KAFKASYA | 69 Qrupunun həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir və bu missiyanı şübhə altına alır. Fransa Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə layihəsi haqlı olaraq Azərbaycanın etirazına səbəb oldu.

Gürcüstan 44 günlük müharibə dövründə onun ərazisindən və hava məkanından istifadə olunaraq Ermənistana hərbi yüklərin daşınmasına qadağa qoyub.

Serbiya isə 44 günlük müharibə ərəfəsində və dövründə Ermənistana müasir silah-sursat satışını davam etdirmişdir. Xüsusil yeni minaatanların erməni ordusuna verilməsi döyüşlərdə xeyli sayda Azərbaycanlı hərbçilərin öldürülməsinə və yaralanmasına səbəb olmuşdur. Bu isə Azərbaycanın haqlı narazılığına səbəb olmuş və bu ölkəyə etiraz bildirilmişdir.Halbuki, Azərbaycanın ən çox humanitar layihələri təmənnasız maliyyələşdirdiyi ölkələrdən biri də Serbiya olmuşdur.

Yunanıstan da müharibə dövründə dolayısıilə Ermənistanı dəstəkləmişdir.

Rəsmi Tehran Azərbaycan və Ermənistan arasında atəşkəs əldə olunması üçün vasitəçilik etməyə hazır olduğunu bildirsə də əməldə İrəvanı dəstəkləmişdir. Müharibə gedişində İran ərazisindən Ermənistana hərbi yüklərin daşınması haqqında yayılan məlumatları İran rəsmiləri təkzib etmişdir. İran öz hava məkanını və quru yollarını Ermənistana hərbi yüklərin daşınmaması üçün bağlandığını elan etsə də bu həqiqəti əks etdirmir. İranın müxtəlif şəhərlərində Azərbayacanın qələbələrinə dəstək aksiyaları da diqqəti cəlb edirdi. Şuşanın azad edilməsi və Azərbaycanın İranla sərhədə nəzarətini bərpa etməsi Təbriz, Ərdəbil, Urmiya və digər şəhərlərdə xüsusi sevinclə qarşılandı. Hətta Şuşanın işğaldan azad edilməsinə sevinən Urmiya dükan sahibləri küçədən keçənlərə pulsuz şirniyyat paylamışlar. İranla sərhədboyu ərazilərdən Azərbaycan ordusunun işğalçılara zərbələr endirilməsinin Arazın o biri tayından izlənilməsinə dair görüntülər internetdə xeyli izlənmişdi.

İsrailin sabiq xarici işlər və müdafiə naziri Aviqdor Liberman yerli "Vesti" nəşrinə açıqlamasında Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu xatırladaraq demişdir: "Elə buna görə də BMT üzvü olan heç bir dövlət, o cümlədən Ermənistanın özü də Dağlıq Qarabağı suveren qurum kimi tanımayıb. Tarixi gerçəklik, beynəlxalq hüquq, İsrail dövlətinin mənafeyi baxımından bizim mövqeyimiz tamamilə birmənalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu ərazi bütövlüyü bərpa olunmadan

regionda məsələnin həllinin mümkün olmadığını düşünürük. Azərbaycanın ərazi bütövlüyü tarixi, beynəlxalq, milli mənafe baxımdan İsrailin rəsmi mövqeyidir", - deyə bildirib.

Təəssüflər olsun ki, Avropa qurumları münaqişəyə münasibətdə ikili standartlar nümayiş etdirmiş, Azərbaycanın beynəlxalq hüquqda təsbit olunan ərazi bütövlüyünü bərpa etmək hüququnu real olaraq dəstəkləməmişlər.

Keçmiş müharibələrdə “Yandırılmış torpaq” adlandırılan bir taktika vardı. İşğalçı ordu geri çəkilmək zorunda qalanda hər şeyi dağıdır, yaxud talayıb aparır, apara bilmədiyinə od vurub yandırırdı. Bu, həm də ona görə edilirdi ki, yerli əhali, torpağın əsl sahibi bir daha o yerlərdə məskunlaşa bilməsin. 1977-ci ildə Cenevrə Konvensiyasının bir nömrəli Protokolunun 54-cü maddəsi ilə "Yandırılmış torpaq" taktikası qadağan olunub və belə əməllər müharibə cinayəti sayılır. Erməni təcavüzkarları işğal zonasını xarabazara çeviriblər. Ağaclar kəsilmiş (hətta meyvə və bəzək kolları da), meşələr qırılmış və yandırılmışdır, torpaqlar yararsız hala salınmışdır. Ağdam, Fizuli, Xocalı ruhlar şəhərinə çevrilib, atom bombası heç Xirosimanı da belə dağıtmamışdı. Erməni vandallar ərazilərin 30 illik işğal ərzində Azərbaycana 150-300 milyard dollar ziyan vurmuşlar.

NƏTİCƏ

• 44 günlük müharibə Azərbaycan xalqının qürurunu, mənliyini və şərəfini özünə qaytardı. Xalqımızın və ordumuzun milli vətənpərvərlik ruhu və mənəvi-psixoloji vəziyyəti daha da yüksəldi. Bu uğur beynəlxalq miqyasda bundan sonra aparılacaq sülhə məcburetmə əməliyyatlarında Azərbaycan Ordusunun potensialından və təcrübəsindən geniş yararlanmağa imkan verəcək.

• Peşəkarlıq, qəhrəmanlıq nümunəsi sayəsində, cəsarət, hünər, əzm hesabına 44 gün ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində isə artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirən, başıpozuq dəstələrə çevrildi.

• Azərbaycan ordusu ay yarım ərzində Ermənistan, Qarabağ və xaricdə yaşayan ermənilərdən, PKK, PYD/YPG, ASALA və Yaxın Şərqin digər terrorçu təşkilatlarından ibarət işğalçı və cinayətkar hərbi gücün qarşısında sinəsini sipər edərək şanlı bir zəfərə imza atdı.

SOĞUK SAVAŞ SONRASI SOSYAL, EKONOMİK VE SİYASAL GELİŞMELER BAĞLAMINDA GÜNEY KAFKASYA | 71

• Azərbaycan Silahlı Qüvvələri qısa zaman kəsiyində "məğlubedilməz erməni ordusu'' mifini dağıtdı və Ermənistan hakimiyyətini 44 gün ərzində 3 dəfə atəşkəs istəməyə və nəhayət, təslim olmağa vadar etdi. • Dağlıq Qarabağın statusu məsələsi danışıqların predmetindən çıxmış

oldu. Orada yaşayan ermənilərə öz müqəddəratını təyinetmə prinsipinin heç daxili aspekti də şamil edilməyəcək. Onlar adi Azərbaycan vətəndaşına verilən hüquqlardan yararlanmalı olacaqlar.

• Münaqişənin tənzimlənməsinin beynəlxalq hüquqi bazasının yenilənməsi zərurəti yarandı. Azərbaycan BMT TŞ-nin 4 qətnaməsini təkbaşına icra etdi və bu istiqamətdə BMT Nizamnaməsinin 51-ci maddəsini əldə rəhbər tutaraq fərdi qaydada həmin qətnamələrin tələblərini yerinə yetirmiş oldu.

• İran ilə dövlət sərhədinin 132 km-lik hissəsi işğaldan azad edildi və orada sərhəd zastavaları yenidən quruldu. Məlum olduğu kimi, uzun müddət həmin istiqamətdə transmilli cinayətkarlığın bəzi təzahürləri geniş inkişaf etmiş və kriminal işbirliyi formasında həyata keçirilmişdir. • Dəhlizlərin mübadiləsi ideyası gündəmə gəldi. Bu, Azərbaycanın əsas

hissəsi ilə Naxçıvan, Ermənistanla Xankəndi arasında birbaşa quru yolunun olması deməkdir. Ermənistana yalnız Laçın dəhlizi vasitəsilə və qarşıdan gələn 3 il ərzində o istiqamət üzrə inşası nəzərdə tutulan yolla Azərbaycana daxil olmağa icazə verildiyi halda, Azərbaycana da həm Laçın, həm də ölkəmizin digər qərb rayonları vasitəsilə Naxçıvana çıxış imkanı verilir. Şübhəsiz, Azərbaycandan Naxçıvana, oradan isə Türkiyəyə çıxış, əks-istiqamətdə isə Türkiyədən Cənubi Qafqaz, Orta Asiya və Çin Xalq Respublikasına kimi nəhəng türk zolağı uzanacaq. • İşğaldan azad edilmiş ərazilər qeyri-qanuni iqtisadi fəaliyyətlərdən,

cinayətkar qruplaşmalardan (terrorçulara orda təlim düşərgələrinin salınması, narkotiklərin becərilməsi və trafiki, Rusiyadan 1992-1996-cı illərdə qanunsuz yolla gətirilmiş 1 milyard dollar dəyərində silahların gizlədilməsi və s.) və qeyri-qanuni məskunlaşmalardan (Suriya, Livan və digər ölkələrdən erməni və kürd ailələrini burada yerləşdirməklə həmin əraziləri erməniləşdirmək və kürdləşdirmək) azad edilərək Azərbaycana qaytarılır.

• Ermənistan son 30 il ərzində ölkəmizə vurduğu ziyanı ödəməli olacaq. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 6-da imzaladığı, "Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur

obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında'' Sərəncama uyğun olaraq Dövlət Komissiyası və müxtəlif regionlar üzrə 9 işçi qrupu yaradılıb. Həmin qruplar artıq yerlərdə işə başlayıb. Təzminatın məbləğinin artacağı istisna edilmir.

• Azərbaycan ordusunun zəfər qazanması belə bir reallığı ortaya qoydu ki, artıq Ermənistanın bir dövlət kimi gələcək mövcudluğu diasporaya deyil, məhz Azərbaycana göstərəcəyi hörmət və səmimiyyətdən asılı olacaq.

• Həmçinin 44 günlük müharibənin erməni milli şüurunda radikal dəyişikliyə yol açacağı inkar edilmir.

• Həmçinin 44 günlük müharibənin praktiki nəticələrindən biri 2021-ci il aprelin 12-də açıq səma altında salınmış Hərbi Qənimətlər Parkının açılışı oldu. Düşməndən qənimət götürülmüş 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə isə ermənilərin bəd əməllərinə verilən tutarlı cavab kimi erməni əsgərinin fərariliyini sübut edən rəmzi kompozisiyalardan biridir. burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqlarının hərbi cinayətin əyani sübutudur.

• Ən nəhayət bu Zəfər dünyada türk-islam birliyinin möhkəmləndirilməsinə Azərbaycanın töfəsi və beynəlxalq qanunları, hüquqları çeynəyən, onları tapdaq altına salan təcavüzkar güclərə, hadisələrə ikili standartlarla yanaşan böyük dövlətlərə Azərbaycanın praktiki mesajı oldu!

SOĞUK SAVAŞ SONRASI SOSYAL, EKONOMİK VE SİYASAL GELİŞMELER BAĞLAMINDA GÜNEY KAFKASYA | 73 QEYDLƏR

https://azlogos.eu/ikinci-qarabag-muharibə

Roza Məmmədova. 44 günlük müharibə neçəyə başa gəldi? http://openazerbaijan. org/ topics /ara-d-rma/44-gunluk-muharib-nec-y-ba-a-g-ldi/

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat xidmətinin gündəlik məlumatı. https://www.youtube.com/watch?v=F1XWO8TAI2k.

Maria Semerdjian, Ellen Francis. Despite Lebanon's woes, Armenians spring to action for Nagorno-Karabakh.Reuters (01.11.2020). https://azeridefence.com/ermni-generali-etiraf-etdi-bu-rem-sistemi-d-bayraktari-dayandira-bilmdi-foto/ https://www.youtube.com/watch?v=EK9n0EwD1QE. https://xalqqazeti. com/pdf/xalq/OPT.pdf. https://www.virtualkarabakh.az/az/post-item/52/2871/ikinci-qarabag-muharibesi.html https://apa.az/az/siyasi_xeberler/Ikinci-Qarabag-muharibsi-Qrb-v-Rusiya-mediasinin-yanasmasi-colorredTHLILcolor-619554.

SOĞUK SAVAŞ SONRASI SOSYAL, EKONOMİK VE SİYASAL GELİŞMELER BAĞLAMINDA GÜNEY KAFKASYA | 75

BÖLÜM 5

GÜNEY KAFKASYA’DA JEOPOLİTİK DURUM – 2020: İKİNCİ