• Sonuç bulunamadı

Gəncə şəhərinə raket hücumunun Ermənistanın Vardenis rayonundan həyata keçirilməsi həm də müharibəyə üçüncü dövləti,

M İLLİ TARİXİMİZİN ŞANLI ZƏFƏRİ Atamoğlan MƏMMƏDLİ*

Oktyabrın 11-də Gəncə şəhərinə raket hücumunun Ermənistanın Vardenis rayonundan həyata keçirilməsi həm də müharibəyə üçüncü dövləti,

xüsusilə Rusiyanı cəlb etmək cəhdi idi.

Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır.

Atəşkəsin səhəri günü Ermənistanın Azərbaycanın Gəncə şəhərinə raket zərbəsi nəticəsində 42 nəfər öldü, 200-dən çox adam yaralandı. Bu hücumdan sonra Azərbaycan tərəfi Ermənistan və Qarabağ ərazilərində oktyabrın 14-də 3 ədəd, oktyabrın 20-də isə 2 ədəd "Elbrus" raket kompleksini məhv etdi.

Oktyabrın 17-də Azərbaycan ordusu Füzuli şəhərini və onlarla kəndi işğaldan azad etdi. Elə həmin gün Ermənistan Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə raket hücumu etdi. Bunun ardınca oktyabrın 18-də Azərbaycan və Ermənistan ikinci humanitar atəşkəs razılığına gəlsələr də, tərəflər atəşkəsi pozmaqda bir-birini ittiham ediblər. Elə həmin gün Azərbaycanın tarixi Xudafərin körpüsü azad olundu. İki gün sonra oktyabrın 20-də isə Zəngilan şəhəri işğaldan azad edildi.

Həmin vaxtda Ermənistan Qəbələ, Kürdəmir və Siyəzən kimi cəbhə bölgəsindən yüzlərlə kilometr uzaqda olan şəhərlərə də taktiki-operativ

raketlər atdı. Oktyabrın 25-də Qubadlı şəhəri və bəzi kəndləri işğaldan azad edildi.

Sayca üçüncü atəşkəs razılaşması oktyabrın 26-da Vaşinqtonda ABŞ-ın vasitəçili ilə baş tutsa da, bu sazişin də ömrü qısa oldu. OktyabrABŞ-ın son günü İkinci Qarabağ Müharibəsi dövründə Ermənistan ilk dəfə Rusiyadan kömək istədi.

Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Bu xəbər Azərbaycanda, Türkiyədə, İranda azərbaycanlılar tərəfindən böyük coşqu ilə qarşılandı. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Bu əməliyyatı xüsusi təyinatlı “Yaşma-52” alayı və Naxçıvan taburu həyata keçirdi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşa döyüşlərinin getdiyi vaxt Xankəndidə olan xarici jurnalistlərdən biri ermənilərin düşdüyü acınacaqlı vəziyyəti belə təsvir edirdi: Şuşanı müdafiə edənlər pərən-pərən düşüblər. Hərbi təcili yardım maşınlarında onlarla yaralı qan içində Xankəndi xəstəxanasına daşınır. Qalan döyüşçülər yorğun halda yolboyu hərbi geyimlərini çıxarıb ataraq dağdan enirlər. Təcili yardım maşınları aramsız olaraq gedib-gəlir. Avtomobildə yaralı əsgərlər bir-birinin üstünə qalaqlanıb. Onların aldığı xəsarətlər əlbəyaxa döyüşlər getdiyinin sübutudur. “Le Monde” nəşrinin həmin günlərdə yaydığı başqa bir reportajda deyilirdi ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçırlar. Rusiya prezidenti Putin bildirdi ki, bu şəhər və ümumiyyətlə Qarabağ Azərbaycanın tərkib hissəsidir (4).

Artıq noyabrın 9-da separatçılar Şuşa şəhərinə nəzarəti itirdilər. Azərbaycan Ordusu Xankəndinin astanasında idi. Elə həmin gün Qarabağın müxtəlif rayonlarının ərazisində olan 70-ə yaxın kəndin işğaldan azad olunduğu elan edildi.

Ermənistanın Baş naziri xalqa müraciətində deyib ki, atəşkəs razılaşmasını imzalamaq məcburiyyətində qalıb. O bildirib ki, Dağlıq Qarabağ üzrə razılaşmanı imzalamaq qərarını "ordunun təkidlə israrından sonra" qəbul edib. Azərbaycanda bu razılaşma qələbə, Ermənistanda isə

SOĞUK SAVAŞ SONRASI SOSYAL, EKONOMİK VE SİYASAL GELİŞMELER BAĞLAMINDA GÜNEY KAFKASYA | 63 kapitulyasiya kimi qəbul edilib. Sonradan Paşinyan dəfələrlə etiraf etmişdi ki, əgər həmin gün saziş imzalanmasaydı, 25 minlik erməni ordusu əsir düşə bilərdi.

Atəşkəs razılaşmasına görə Ağdam, Kəlbəcər, Laçın rayonları dekabrın 1-dək Azərbaycana qaytarılmalı idi. Dağlıq Qarabağa Rusiya sülhməramlı qüvvələri gətirildi. Sazişə görə Rusiya Dağlıq Qarabağa 1.960 nəfər sülhməramlı hərbçi və helikopterlər, dronlar da daxil olmaqla yüzlərlə digər texnika da gətirdi. Sonradan isə sazişi pozaraq canlı qüvvələrin sayını artırdı və səlahiyyətlərini aşan fəaliyyətlərlə məşğul olmağa başladı.

Azərbaycan İkinci Qarabağ Müharibəsi boyunca hərbi itkilərini açıqlamayıb, amma sonradan 2.841 hərbçinin həlak olduğunu bəyan edib. İkinci Qarabağ müharibəsində mülki itkilərin sayı isə 100-dən çox olub. Müharibədə 64 hərbi qulluqçu itkin düşüb. Bu müddət ərzində üç dəfə humanitar atəşkəs elan edilib. Lakin o hər dəfə ermənilər tərəfindən pozulub. ƏCNƏBİLƏRİN, MUZDLU TERROR QRUPLAŞMALARININ MÜHARİBƏDƏ İŞTİRAKI

Müharibədən əvvəl İraq və Suriyadan bir çox YPG və PKK üzvü Azərbaycana qarşı erməni yaraqlıları yetişdirmək üçün Dağlıq Qarabağa köçürüldü. 30 sentyabrda 300-ə yaxın PKK döyüşçüsü İran vasitəsilə Dağlıq Qarabağa köçürüldü. 28 sentyabrda erməni itkiləri arasında Suriyadan və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni mənşəli muzdlular vardı. Bir sıra PKK, YRG mənsubları da sonlaralar müxtəlif mətbuat orqanlarına verdikləri müsahibələrdə terror təşkilatı mənsublarının Qarabağda ermənilər tərəfdə döyüşdüyünü etiraf etmişdilər. Həmçinin Livan, Fransa və Latın Amerikası ölkələrindən olan erməni könüllüləri və digər muzdlu qüvvələr də döyüş əməliyyatlarında fəal iştirak edirdilər (3).

Livandakı “Erməni İnqilabi Federasiyası”nın başçısının sözlərinə görə, onun ölkəsindən olan könüllülər münaqişə bölgəsinə təkbaşına gedirlər, heç bir təşkilat Livandan qeydiyyatdan keçməyib və ya könüllülər yola salmayıb (5).

Bununla yanaşı, Livan, Suriya, Fransa və bəzi Latın Amerikası ölkələrində yaşayan erməni əsilli vətəndaşların erməni diasporunun çağırışları ilə beynəlxalq hüquq prinsiplərinə zidd olaraq, döyüşlərdə iştirakı məlum olmuşdur. Belə ki, oktyabrın 1-də Suriya İnsan Haqları Monitorinq Mərkəzi erməni əsilli suriyalı döyüşçülərin Suriyadan Ermənistana aparıldığını təsdiqləyib.