• Sonuç bulunamadı

ERM ƏNİSTAN ÜÇÜN MÜHARİBƏNİN AĞIR NƏTİCƏLƏRİ

M İLLİ TARİXİMİZİN ŞANLI ZƏFƏRİ Atamoğlan MƏMMƏDLİ*

ERM ƏNİSTAN ÜÇÜN MÜHARİBƏNİN AĞIR NƏTİCƏLƏRİ

Ermənistan hökumətinin qərarına əsasən 27 sentyabr 2020-ci il tarixdə qəbul edilmiş 1585N saylı qərara uyğun olaraq 55 yaşadək şəxslər

SOĞUK SAVAŞ SONRASI SOSYAL, EKONOMİK VE SİYASAL GELİŞMELER BAĞLAMINDA GÜNEY KAFKASYA | 65 üçün səfərbərlik elan edib. Bu elana əsasən, Ermənistanda 18 yaşdan 55 yaşınadək kişilər ölkəni yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə tərk edə bilərdilər. Oktyabrın 2-də Ermənistan Dağlıq Qarabağa gedən bütün avtomobil yollarını mülki gediş-gəliş üçün bağladı. Yollar sadəcə hərbi yerdəyişmə məqsədilə istifadə edilirdi. Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrinin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsi səbəbilə Ermənistan Müdafiə Nazirliyi orduda boş qalmış yerləri doldurmaq üçün ölkə qadınlarına müraciət etdi. Elə həmin gündan başlayaraq Ermənistan Müdafiə Nazirliyi tərəfindən qadın batalyonu yaradılıb və komplektləşdirilməyə başlandı.

Ermənistan tərəfi müharibə zamanı 3.363 hərbiçisinin öldüyünü təsdiq etsə də, reallıqda bu rəqəmin daha çox olduğu bilinən həqiqətdir. 44 gün davam edən müharibə nəticəsində Ermənistana məxsus 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd pilotsuz uçuş aparatı, 5 ədəd Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq markalı zenit-raket kompleksi məhv edilib. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 1 ədəd Tos odsaçan, 2 ədəd Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü hərbi texnikanın dəyəri ən azı 3,8 milyard dollar məbləğindədir.

Azərbaycan atəşkəs sazişindən bir ay sonar dekabrın 10-da Bakıda Azadlıq meydanında Zəfər paradı ilə qeyd edib. Parada Türkiyə Prezidenti Recep Tayyib Erdoğan, Türkiyə nümayəndə heyəti və hərbçiləri qatıldı. Xüsusi vurğulamaq lazımdır ki, hələ pandemiya vəziyyətinə baxmayaraq müstəqillik dönəmində heç bir dövlət başçısını Bakı küçələrində bu cür əhali izdihamı qarşılamamışdı. Hərbi paradda Ermənistandan qənimət kimi götürülmüş hərbi texnikanın bir hissəsi nümayiş olunub. Prezident Ərdoğan demişdir ki, “Təbii ki, belə bir zəfərə görə təbrik etmək, “Mübarək olsun!” demək vəzifəmizdir. Rəbbim bundan sonrakı prosesi, inşallah, uğurla davam etdirməyi də nəsib etsin”.

Lakin müharibə başa çatsa da, Hadrut rayonunun Çaylaqqala və Hin Tağlar kəndləri istiqamətində dekabrın 11-12-də döyüşlər gedib. Dekabrın 13-də Rusiya sülhməramlılarının müdaxiləsi ilə bu döyüşlər dayandırılıb.

Müharibə bitdikdən sonar türk hərbçiləri azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana sanballı köməyini göstərdi. Türkiyə Quru Qüvvələrinə məxsus Xüsusi Mina Axtarış Təmizləmə

qrupundan 136 nəfər Qarabağda mina təmizləmə işlərinə kömək etmək üçün Azərbaycana göndərilib.

AZƏRBAYCANIN QƏLƏBƏSİNİ TƏMİN EDƏN AMİLLƏR

Düşmənin son 30 ildə xarici mütəxəssislərinin yaxından köməyi ilə inşa etdiyi və müasir electron mühafizə sistemlərilə təchiz etdiyi keçilməz sədlərin və istehkamların 44 gün ərzində az itki ilə ələ keçirilməsi Azərbaycan ordusunun döyüş ruhunun, əzminin, bacarığının, cəsarətinin, qətiyyətinin yüksək səviyyədə olduğunu göstərdi. Təkcə mühüm strateji əhəmiyyət kəsb edən Şuşanın bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük ziyan vurmadan ələ keçirilməsi böyük peşəkarlıq və rəşadət nümunəsi oldu.

Müqəddəs Vətən müharibəsinin başlanması əhalinin dərhal vahid bayraq altında birləşməsinə səbəb oldu. Azərbaycanda orduya könüllü yazılmaq üçün yaşından asılı olmayaraq minlərlə vətəndaşın çağırış məntqələrinin qarşısında toplanması düşmən qüvvələri heyrətə və qorxuya saldı. Hətta öz xəstəliyini gizlədib cəbhəyə yollananlar da oldu

Bütün cəmiyyət qələbə əhval-ruhiyyəsinə kökləndi. Hətta iri marketlərdə belə vətənpərvərlik mövzusunda mahnılar və meyxanalar səslənməyə başlamışdı. Küçə və meydanlarda hamı bir-birinə qarşı daha mehriban və daha qayğıkeşliklə yanaşırdı.

Əhalidə milli ruhun, Vətənə məhəbbət ruhunun yüksəlişi də qələbədə mühüm rol oynadı. Sentyabrın 30-da "Biz birlikdə güclüyük" adlı bayraq aksiyasında Bakı şəhərinin 3 fərqli hissəsində əhaliyə minlərlə bayraq paylanı.

Vahid informasiya məkanı yaradıldı və senzura tətbiq olundu. Müharibə zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan informasiya müharibəsinin qarşısı layiqincə alındı. Azərbaycan informasiya müharibəsi sahəsində də Ermənistanı üstələdi. Ermənistanın yaydığı yalan xəbərlər vaxtında təkzib olunur, dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırıldı. Təkcə Azərbaycan dövlətinin başçısı dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi (8).

Erməni kiber hücümlarının da qarşısı layiqincə alındı. Azərbaycan hakerləri tərəfindən bir sıra erməni saytları sındırılaraq Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi "Qarabağ Azərbaycandır və Nida işarəsi", həmçinin "Əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun

SOĞUK SAVAŞ SONRASI SOSYAL, EKONOMİK VE SİYASAL GELİŞMELER BAĞLAMINDA GÜNEY KAFKASYA | 67 Azərbaycan torpağından" fikirləri yerləşdirildi. Həmçinin erməni saytlarında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotoları da yerləşdirildi. Sentyabrın 27-də günorta saatlarında başlayan hücumlarla ümumilikdə 90 erməni saytı sındırıldı. Bu saytlar arasında Ermənistanın ən məşhur xəbər və video portalları da yer aldı. Həmin gün axşam saatlarında başlayan hücumlarla birlikdə isə Ermənistanın dövlət strukturlarına məxsus çox sayda məxfi sənədlər azərbaycanlı hakerlər tərəfindən ələ keçirildi. Bu sənədlər arasında Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinə, Ermənistan Prezidentinə, Ermənistanın Xarici İşlər Nazirliyinə aid xeyli məlumatlar vardı. Həmçinin, mümkün erməni təxribatının qarşısını almaq məqsədilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, vətəndaşları sosial mediada, telefon mesaj bölməsində və ya e-poçt adreslərinə daxil olan heç bir linkə daxil olmamağı, heç bir faylı yükləməməyə çağırmışdı. 29 sentyabr tarixində Anti-armenia Team haker qrupu tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus 10 GB həcmində məxfi sənədlər ələ keçirilmişdir. “Karabakh Hacking Team” qrupundan olan bir neçə haker Ermənistan hökumətinin elektron sənəd dövriyyəsi sistemini sındırdı. Nəticədə 50 TB həcmində sənədlər əldə edildi.

Bütün bunlarla yanaşı qardaş Türkiyənin həmişə Azərbaycanın yanında olması və onu hərtərəfli dəstəkləməsi həlledici əhəmiyyətə malik oldu.

Azərbaycanın qardaş və dost ölkələrdən aldığı mənəvi, siyasi dəstəklə yanaşı müasir texnologiyalara əsaslanan silah-sursat da mühüm rol oynadı. Müharibənin ilk günlərindən Türkiyə, İsrail, Pakistan, Əfqanıstan, Ukrayna və Şimali Kipr Türk Respublikası Azərbaycana dəstək olduqlarını bəyan etdilər.