• Sonuç bulunamadı

Sərbəst toplaşma və birləşmə azadlığı Giriş Giriş

C. Əsas hüquq və azadlıqların mahiyyəti və hüquqi rejimi

11. Sərbəst toplaşma və birləşmə azadlığı Giriş Giriş

Vicdan və din azadlığı ilə ifadə azadlığı arasında əlaqə olduğu kimi, bənzər bir əlaqə bu hüquqlarla sərbəst toplaşma və birləşmə azadlığı arasında mövcuddur. Bu hüquqlar bir-birini tamamlayan və bir-birini təminat altına alan mahiyyətə sahibdir. Belə ki, din azadlığı eyni zamanda icmalarda birləşməyi, habelə, toplaşaraq ortaq ibadətləri həyata keçirməyi nəzərdə tutur. Digər tərəfdən, müəyyən bir siyasi fikir haqqında birləşən və bu fikirləri öz həyat-larına hakim qılmaq istəyən insanlar, siyasi təşkilatlarda birləşirlər və vaxtaşırı bir araya gələrək, toplaşaraq öz ideyalarını həyata keçirmək istəyirlər. Yuxarıda verdiyim misallardan aydın olur ki, din, ifadə, sərbəst toplaşma və birləşmə azadlıqları əslində çox vaxt bir arada tətbiq olunur.

Mahiyyətcə sərbəst toplaşma və birləşmə azadlıqları siyasi hüquqlar-dandır.273 Bununla belə bu azadlığın iqtisadi cəhəti də var: belə ki, həmkarlar ittifaqına birləşməklə insanlar əmək hüquqlarını və əmək şəraitlərini qorumaq və yaxşılaşdırmaq istəyirlər. Lakin həmkarlar ittifaqları siyasi tətil hüququndan da istifadə edə bilərlər, bu da eyni zamanda hüququn siyasi cəhətini ortaya qoyur.

Dinc toplaşma və birləşmə azadlığı siyasi hüquqlardan biri olsa belə, dövlətin və cəmiyyətin xaricində var olan bir hüquqdur, belə ki, insanlar cahanın hər bir yerində öz aralarında bir yerə gəlməyə (şər və xeyir məclisləri də daxil olmaqla), habelə, bu yığıncaqlarda qalıcı (sabit) qruplar yaratmağa haqlıdırlar. İnsanların dövlətin xaricində belə bir hüquqları olmasaydı, onda insanlar bir araya gəlib heç siyasi cəmiyyəti də (dövləti) yarada bilməzdilər.

Əlbəttə ki, dövləti yaratmış bu insanlar, belə zəruri hüquqlarından imtina etməmişlər. Ona görə imtina etməzlər ki, bu hüquqlar olmadan insanların

272 Demuth v. Swizerland, para. 42.

273 Introduction to the European Convention of Human Rights, s.47.

cəmiyyətin siyasi həyatında iştirak etmələri mümkün olmaz, əks halda vətən-daşlar dövlətin əsiri statusuna düşərlər. Buna görə bu hüquqlar demokratik liberal cəmiyyətin künc daşlarından biridir.

Bu halı ona görə yazırıq ki, əsli-nəcabəti (legitimliyi) olmayan höku-mətlər, nəticədə iqtidarlarını haradan aldıqlarını (mənbəyini) dərk etməyərək, xalqın bu təbii olan hüquqlarını xeyli şəkildə məhdudlaşdırır, bəzən isə ümumiyyətlə belə bir hüququ faktiki olaraq aradan qaldırırlar.

İnsan hüquqlarını əks etdirən əsas beynəlxalq sənədlər və proqressiv ölkələrin qanunvericiliyi, bu hüquqları təbii hüquqlar kimi tənzimləyir və bunları təmin edir. UDHR 20-ci maddəsində və 23-cü maddəsinin 4-cü bən-dində, habelə, ICCPR-in 21-ci və 22-ci maddələrində, AİHK-nın 11-ci mad-dələrində bu hüquq bənzər bir dillə əks olunub.

Əslində sərbəst (dinc) toplaşma və birləşmə azadlıqları, ayrı və müstəqil hüquqlardır. Buna görə də, UDHR və ICCPR, bunları ayrı maddələrdə tənzimləyib. Bununla belə, siyasi həyatda iştirak baxımından, bu iki hüquq bir-biri ilə sıx bağlıdır. Belə ki, həm siyasi partiyalar, həm də həmkarlar ittifaqları baxımından, birləşmiş bir qrupun fəaliyyəti, bir çox hallarda zəruri olaraq ancaq toplaşma vasitəsilə həyata keçirilə bilər. Habelə daha əvvəl qeyd etdiyimiz kimi, ifadə azadlığı da bu hüquqların tətbiqi ilə yaxın bir əlaqə içindədir. Bir daha təkrar edək ki, vicdan, din, fikir və ifadə, toplaşma və birləşmə azadlıqları bir-biri ilə sıx bağlı olub bir-birini tamamlayırlar.

AİHK-nın 11-ci maddəsinə görə:

“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ vardır.

2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur”.

ICCPR-in müvafiq 21-ci və 22-ci maddələri də AİHK-nın 11-ci maddəsi ilə əsasən oxşardır, fərqləri isə belə sıralamaq olar: ICCPR-in 21-ci maddəsinə əsasən, məhdudlaşdırma səbəbləri arasında “ictimai qayda” da əlavə olaraq yer alır.274 Digər tərəfdən, AİHK-da bu azadlıqdan məhdud şəkildə yararlanacaq

274 AİHK-da buna bənzəyən “ictimai təhlükəsizlik” səbəbi göstərilib. Hərçənd bunlar tamamilə eyni şey deyildir.

183

qruplar arasında, polis və silahlı qüvvələr mənsubları ilə bərabər275 “dövlət idarəçiliyi” əməkdaşları da göstərilir. Üçüncü fərq də ondan ibarətdir ki, BMT Sazişinin 22-ci maddəsi həm də Beynəlxalq Əmək Təşkilatının (BƏT) 1948-ci il Konvensiyasının assosiasiyalar azadlığının müdafiəsini və təşkilatlanma hüquqlarının müdafiəsini təmin edən əlavə müddəalarını birbaşa dəstəkləyir.

1919-cu ildə təsis edilmiş Beynəlxalq Əmək Təşkilatı (BƏT) sosial ədalətin inkişafına və beynəlxalq miqyasda tanınan insan və əmək hüquqlarına kömək etmək məqsədini daşıyan ixtisaslaşmış BMT orqanıdır. Bu hüquqlarla işçilərin iqtisadi və sosial statuslarını tənim etmək imkanları arasında konkret əlaqə olduğunu nəzərə alsaq, birləşmək azadlığı hüququ beynəlxalq əmək haq-qında ən çox anlayış verilən və ətraflı nəzərdən keçirilən hüquqlardandır. Buna görə də o, birləşmək azadlığına və təşkilatlanmaq hüququnun müdafiəsinə dair BƏT Konvensiyasında (1950, №87) və təsdiq edilmiş əsas müddəalardandır və bütün işçilərin və işəgötürənlərin qabaqcadan icazə almadan öz seçimləri əsa-sında təşkilatlar yaratmaq və onlara qoşulmaq hüququnu bərqərar edir. Orada, həmçinin, dövlət orqanları tərəfindən müdaxilə olmadan sözügedən təşkilatların sərbəst fəaliyyət göstərməsi üçün bir sıra təminatlar əks olunub.

Təşkilatlanmaq və kollektiv müqavilə bağlamaq prinsiplərinin tətbiqinə dair BƏT Konvensiyasında (1949, №98) həmkarlar ittifaqlarını onlara qarşı ayrı-seçkilikdən qorumaq, işçilərin və işəgötürənlərin təşkilatlarını bir-birindən hüquqlarına müdaxilə təşkil edən hərəkətlərdən müdafiə etmək və kollektiv müqavilə bağlanmasını həvəsləndirmək və buna kömək etmək nəzərdə tutulur.

Bu sahəyə aid digər BƏT konvensiyalarına “Təşkilatlanmaq hüququnun müdafiəsinə və dövlət qulluğuna işə götürülmə şərtlərinin müəyyən edilməsi proseduralarına dair” Konvensiya (1978, №135) və eyni adlı, lakin 1987 tarixli 151 nömrəli Konvensiya aiddir. 1951-ci ildə yaradılmış “Birləşmək azadlığı üzrə BƏT Komitəsi” əməkçilərin birləşmək azadlığı hüququnun pozulması barədə şikayətləri araşdırır.

Dinc toplaşma və birləşmə azadlığı, 26.02.1965 tarixli AŞ-nın Avropa Sosial Xartiyasında da öz əksini tapıb. 5-ci maddə (təşkilatlanmaq hüququ)

“işçilərin və işəgötürənlərin öz iqtisadi və sosial mənafelərinin müdafiəsi üçün yerli, milli və beynəlxalq təşkilatlar yaratmaq və bu təşkilatlara qoşulmaq azad-lığını” qoruyur. Lakin o, polisin və silahlı qüvvələrin bu azadlığı həyata keçir-mək hüququna dövlətlərin məhdudiyyətlər qoymasına icazə verir. 6-cı maddə kollektiv müqavilə bağlamaq hüququnu müdafiə edir, habelə, 4-cü bənd “ma-raqların münaqişəsi halında, əvvəllər bağlanmış kollektiv müqavilələrdən

275 ICCPR-də ancaq bu iki qrup nəzərdə tutulur.

na bilən öhdəliklərə əməl edilməsi şərtilə, işçilərin və işəgötürənlərin kollektiv hərəkət etmək hüququnu, o cümlədən, tətil etmək hüququnu” qoruyur. Avropa Sosial Xartiyası zamanın ehtiyaclarına cavab vermək məqsədilə, Avropa Şurası tərəfindən 3 may 1996-cı ildə yenidən, dəyişdirilərək qəbul edilib və o, 1 iyul 1999-cu ildə qüvvəyə minib. Dəyişdirilmiş Xartiyada Avropa Konvensiyasın-dakı yığıncaqlar və birləşmək azadlığı hüquqları ilə analoji hüquqlar yer alıb.

a. Dinc toplaşmaq və birləşmək azadlığının mənası və əhəmiyyəti AİHK-nın 11-ci maddəsində tənzimləndiyi kimi, bu azadlıq bir-biri ilə sıx əlaqədar olan, bir-birini tamamlayan, amma bununla belə, fərqli olan iki hüququ qoruyur:

1) dinc toplaşmaq azadlığı hüququ və 2) digər şəxslərlə birləşmək azadlığı hüququ.

Dinc toplaşma sadəcə mitinq və nümayiş formasında olmur; insanların müxtəlif məclislərdə, dostlarının bağ evində yaxud çayxanada, qapalı və açıq tədbirlərdə - mövzusu nə olursa olsun – bir araya gəlib orada ifadə azadlıq-larını276 tətbiq etmələrinə imkan tanıyır. Müasir dəyərlər bunu tələb edir ki, dinc olması şərtilə belə toplantılara müdaxilə edilməsin. Aprel 2009 tarixində bizə qonşu dövlət olan Gürcüstanda, paytaxt Tbilisidə keçirilən nümayişlərə hökumət olduqca tolerant davranmışdır.

Birləşmə azadlığına gəldikdə, burada başda siyasi partiyalar olmaqla, həmkarlar ittifaqı, qeyri-hökumət təşkilatları, hər cür dərnək və birlikləri qurmaq və bunlara könüllü surətdə daxil olmaq başa düşülür. Birləşmə hüququ sadəcə ideolojik birliklərə aid olmur, hər növ dini, iqtisadi, mədəni birliklər, idman məqsədi ya da asudə vaxtın xoş keçirilməsi ilə bağlı dərnəklərin qurulması da birləşmə azadlığı ilə əhatə olunur.

Bu iki azadlığın müasir cəmiyyətdə yeri və əhəmiyyəti haqqında çox danışmağa ehtiyac yoxdur. Demokratik cəmiyyətdə bu hüquqlarla bağlı narahatçılığa dəyər məqamlar yaranmır. Lakin avtoritar ya da demokratiya yolunda hələ ki çox məsafə keçəsi olan cəmiyyətlərdə, xüsusilə sərbəst toplaş-ma azadlığı geniş şəkildə məhdudlaşdırılır. Sərbəst toplaştoplaş-ma azadlığı, xalqın ya da onun bir hissəsinin, siyasi hakimiyyətə öz etirazını bildirməsinin ən əsas və təsirli formasıdır. Bu hüquqdan insanları məhrum edən hökumətlər, legitimlik-lərini itirir, zorba hökümət formasını alır. Çünki hökumətlər, necə ki, parla-mentar rejimlərində qanunverici orqandan etimad rəyi almalıdırlar, elə də xalqın etimadına əsaslanmaq məcburiyyətindədirlər.

276 Burada ifadə azadlığı siyasi, dini, ictimai, fəlsəfi, etnik, mədəni və başqa fikirlərin açıqlanması ilə bağlı ola bilər.

185

Qayıdaq 2009 Aprel tarixində baş verən Tbilisi nümayişlərinə. Əfsuslar olsun ki, keçmiş SSRİ respublikalarında dövlətçilik ənənəsi xalqın ruhuna hələ ki yerləşməyib. Tbilisi nümayişlərində də irəli sürülən tələb bunun isbat edirdi.

Bu coğrafiyaların dekonstruktiv və savadsız müxalifəti, nümayişlərdə “istefa”

tələbini sıx-sıx dilə gətirirlər. Halbuki prezident üsulu idarəetmələrdə Konstitu-siyaya hörmət göstərilirsə, onda prezidentin 5 illik vəzifə müddətinin dolmasını gözləmək lazımdır. Əks halda, yəni hər istefa tələbi üzrə Prezident istefa versə, bu ona gətirib çıxarar ki, belə cəmiyyətdə siyasi çevirilişlər və vətəndaş itaətsizliyi geniş yayılar, bu da oturmuş sabit bir siyasi sistemin bərqərar olmasına əngəl yaradır. Siyasi mədəniyyətsizliyin sərbəst toplaşma azadlığına vurduğu mənfi təsir belə ortaya çıxır ki, siyasi çevrilişdən qorxan hökumətlər, bu azadlığı olduqca məhdudlaşdırır. Halbuki mitinglər, ictimai rəyin formalaş-masında və hökümətin siyasətinə təsir göstərmədə olduqca təsirli bir faktordur;

bundan ilk növbədə xalqın özü bəhrələnir.

AİHM-nə gələn şikayətlərə baxdıqda, sərbəst toplaşma və birləşmə azad-lığının pozuntusu ilə bağlı ərizələrin sayı azdır. Amma bu hal bu hüququn əhəmiyyətsizliyinə dəlalət etmir. Xüsusən 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda törədilən hücumlardan sonra, terrorizm dövlətlər üçün xeyli həssas məsələyə çevrilib və dövlətlərin çoxu terror hücumları riskinə qarşı xüsusi qanunvericilik qəbul ediblər. Məsələn, Birləşmiş Krallıqda Terrorizm haqqında 2000-ci il tarixli Qanunda nəzərdə tutulur ki, müəyyən qadağan olunmuş təşkilatlara üzv olmaq azadlıqdan məhrum edilmə ilə cəzalandırılır. Fərdlərin rəsmi və ya qey-diyyatsız birlikləri, terror hücumlarının təşkilində və icrasında şübhəli bilin-diklərinə görə bu təhlükəsizlik tədbirlərinin çoxunun hədəfinə çevrilirlər. Buna görə də, anti-terror qanunvericiliyinin çoxu terrorizmlə əlaqəsi olmayan fərd-lərin və birlikfərd-lərin yığıncaqlar və birləşmək azadlığı hüquqlarına müdaxilə etmək potensialına malikdir.277

Bir digər səbəb ondan ibarətdir ki, siyasi amillərlə yanaşı iqtisadi amillər burada öz təsirini göstərir: əmək haqlarının qeyri-bərabər olduğu və ictimai həmrəyliyə az əhəmiyyət verildiyi bir çox ölkələrdə həmkarlar ittifaqları siyasi sistem vasitəsi ilə səmərəli həll edilməyən sosial bərabərsizlik problemlərini həll etməyə çalışır. Tarixən həmkarlar ittifaqları demokratik, plüralist cəmiy-yətlərin yaradılmasında mühüm rol oynayıblar. Qlobal bazar iqtisadiyyatının hökmran ideologiyaya çevrildiyi vaxtda bu azadlıqlar fərdlərə konkret prob-lemlərini dövlətlərə və beynəlxalq təşkilatlara daha səmərəli çatdırmaq və belə-liklə, iqtisadi dəyişikliklərlə müşayiət olunan çətinlikləri azaltmaq imkanı verir.

277 Əliyev, s.491.

b. Dinc Toplaşmaq Azadlığı

ba. Dinc toplaşmaq azadlığı hüququnun əhatə dairəsi Konvensiya hansı növ yığıncaqları müdafiə edir?

Yığıncaq müəyyən ümumi məqsədlə bir yerə toplaşan şəxslərin toplantısı-dır; mitinq və ya ictimai nümayiş buna misal ola bilər. Toplaşma azadlığı geniş mənada şərh edilməlidir; marşların və ya yürüşlərin, hərəkətsiz və ya oturaq toplantıların və açıq və qapalı, formal və ya qeyri-formal tədbirlərin təşkilini və onlarda iştirakı ehtiva edir.278 Dinc toplaşma azadlığı sadəcə meydanlar kimi açıq yerlərdəmi tətbiq olunur? Yox, kinoteatr kimi yerlərdə keçirilən yığın-caqlar da bu hüquqla müdafiə olunur.279

Lakin sərbəst toplaşma azadlığı, özəl mülkiyyətdə olan ictimai yerlərdə, məsələn, ticarət mərkəzində mülkiyyətçinin istəyinə zidd olaraq mitinq təşkil etmək hüququnu təmin etmir. Buraya bizim xalqımızın sıxca istifadə etdiyi çayxanalar da aiddir: çayxana sahibi öz sahəsində mitinq keçirməyi qadağan edərsə, şəxslərin çayxanada siyasi yığıncaq keçirmək hüququ da olmaz.

Appleby və başqaları Birləşmiş Krallığa qarşı işdə (2003) özəl mülkiyyətdə olan ticarət mərkəzinin binasında ərizəçilərin yerli siyasi məsələyə aid vərəqələr yaymalarının qarşısı alınmışdı. Onlar iddia edirdilər ki, dövlət onların fikri ifadə etmək hüququnun və yığıncaqlar azadlığının təmin edilməsi üzrə pozitiv öhdəlik daşıyır. AİHM iddianı 10-cu maddə üzrə araşdıraraq, müəyyən etdi ki, ərizəçilər sübuta yetirə bilməyiblər ki, necə olub ki, özəl şirkətin imtinası nəticə etibarilə onların tərəfdarlarının öz baxışlarını çatdırmalarının qarşısını alıb.

Çünki onların öz baxışlarını ticarət mərkəzinin binasından kənarda ifadə etmək üçün imkanları və alternativ üsullar vardı.

Daha əvvəl qeyd etdiyimiz kimi, yığıncağın icazə alınmadan keçirilməsi, hələ ki, onun hüquqa zidd olduğunu, dağıdıla biləcəyini, yığıncaq iştirakçı-larının məsuliyyətə cəlb oluna biləcəyi mənasına gəlmir. Dövlət hər halda, belə müdaxilələrini əsaslandırmalıdır. Bunun səbəbi ondadır ki, digər hüquqlarda olduğu kimi, dövlətin icazəsi, yaxud KİV-lərdə lisenziya kimi, bu hüququn elementlərindən birisi deyildir, o sadəcə müdaxilənin tətbiqində bir prosedura qaydasıdır, buna görə də onun (icazənin) haqlı olub-olmadığı tamamilə müda-xilənin haqlı olub-olmamasına bağlıdır.

278 “Xristiyanlar irqçiliyə qarşı” Təşkilatı Birləşmiş Krallığa qarşı, 1980, 21 DR 138.

279 Rassemblement Jurassien and Unite Jurassienne İsveçrəyə qarşı, 1980.

187

Dinc yığıncaqlar

11-ci maddə yalnız “dinc” yığıncaqları müdafiə edir. Beləliklə, yığıncaq iştirakçıların və ya təşkilatçıların “ictimai iğtişaşla nəticələnən zorakılıq niyyət-ləri” olduqda, belə yığıncaqlar bu maddənin əhatə dairəsinə düşmür. Lakin

“Xristianlar irqçiliyə və faşizmə qarşı” təşkilatı Birləşmiş Krallığa qarşı işdə280 (1980) Avropa İnsan Hüquqları Komissiyası vacib bir məqama aydınlıq gətirdi: yığıncaq keçirilərkən hər hansı insident nəticəsində zorakılıq və ya iğtişaş baş verərsə, bu, həmin yığıncağı ya da toplantını, sərbəst toplaşma azad-lığının əhatəsindən çıxarmaz.281 Komissiyaya görə, zorakılığı göstərənlər təd-birin təşkilatçıları olmamalıdır, iştirakçılar zorakılıq göstərsələr, belə tədbir yenə də 11-ci maddənin qorunmasından faydalanacaqdır. AİHK-nın 11-ci maddəsinin tətbiqinin mümkünlüyünü müəyyən edərkən, digər qrupların reaksi-yası və ya digər amillərin təsiri ucbatından zorakılıq baş verməsi ehtimalı hər zaman ola bilər, belə ehtimalın olub-olmaması vacib deyil, əsas olan yığıncağı dinc şəkildə keçirmək niyyətinin olmasıdır.

Əlbəttə ki, demokratik cəmiyyətdə mühüm olan, insanların toplana bilmə-ləridir və belə toplantıların dinc xarakterli olmasıdır. Buna görə qiyam qaldır-maq, üsyan etmək və iğtişaşlar yaratmaq və ya qanunun aliliyinə təhlükə törət-mək niyyəti daşıyan toplantılar demokratik cəmiyyəti təhdid edən haldır. Belə toplantılar qadağan oluna bilər, amma bu hal, yığıncaqlar azadlığının boğulması ilə nəticələnməməlidir.

G Almaniya qarşı işdə (1989) ərizəçi nüvə sınaqlarına qarşı Ştutqartda ABŞ hərbi kazarmalarının qarşısında keçirilən nümayişdə iştirak etmişdi.

Nümayişçilər kazarmalara gedən yolu bağlamışdılar və ərizəçi yolu tərk etmək barədə polisin əmrinə tabe olmamışdı. Ərizəçi iddia edirdi ki, bundan sonra polisin nümayişi dağıtması və polisin əmrinə tabe olmadığına görə ərizəçinin cinayət təqibinə məruz qalaraq məhkum edilməsi onun Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulan dinc toplaşmaq azadlığı hüququnu pozub. Dövlət iddia etdi ki, konkret olaraq bu nümayiş “dinc” deyildi və buna görə də 11-ci maddə buna tətbiq edilə bilməz.282 Bu işdə Avropa İnsan Hüquqları Komissi-yası qərara aldı ki, dinc toplaşmaq anlayışı ancaq o nümayişlərə şamil olunmur ki, orada təşkilatçılar və iştirakçılar zorakılıq niyyətində olsunlar. Almaniya qanunvericiliyi bəzi yerlərin tutulması ilə keçirilən yığıncaqları qadağan etsə də, Komissiya belə hesab etdi ki, dinc toplaşmaq azadlığı hüququ demokratik

280 Christians Against Racism and Fascism v. UK, (1980) (21 DR 138).

281 http://www.scotland.gov.uk/Publications/2005/01/20583/50702

282 Əliyev, s.498

cəmiyyətin dayaqlarından biridir və məhdud şərh edilə bilməz. Ərizəçi və digər nümayişçilər nümayişin gedişində aktiv zorakılıq hərəkətləri etmirdilər, onların etirazı passiv xarakterli idi. Buna görə də, bu nümayiş 11-ci maddənin əhatə dairəsinə düşür. Əgər yığıncaq dinc xarakterlidirsə, sadəcə onun qanunsuz (icazəsiz) olması faktı onu 11-ci maddənin müdafiəsindən məhrum etmir. Belə hallarda dövlətin müdaxiləsi 11-ci maddənin 2-ci bəndi ilə əsaslandırılmalıdır, yəni yığıncağın qanunsuz elan edilməsi üçün əsas olmuş milli qanunvericiliyə və praktikaya AİHK-nın 11-ci maddəsinin 2-ci bəndinin işığında nəzər salmaq lazımdır. AİHM tərəfindən bu məsələlərdə başqa bir şərhin verilməsi o demək olardı ki, dövlət yığıncaqlar azadlığını qadağan edən qanunlar qəbul edə bilərdi və bu qadağalar da Konvensiyanın təsir dairəsinə düşməzdi. Əlbəttə ki bu belə deyildir.

Zorakılıqla nəticələnmə ehtimalı yüksək olan (hətta təşkilatçılar və ya iştirakçılar zorakılıq niyyətində olmasalar belə) yığıncağı qadağan etməklə, dövlət hələ ki, 11-ci maddəni pozmaz, lakin dövlət, həmin qadağanı 11-ci maddənin 2-ci bəndi ilə əsaslandırmalıdır. Məsələn, Bakı Şəhər İH Başçısı H.Abutalıbov əsaslandırmalıdır ki, nəyə görə “dağıdıcı müxalifətə” neçə ildir ki, bir dəfə də olsa dağıdıcılıq və zorakılıqla nəticələnə biləcək nümayişlərə icazə vermir. Lap əvvəldən zorakılıq niyyəti ilə təşkil edilmiş yığıncaqlar isə ümumiyyətlə 11-ci maddənin təsir dairəsinə düşmür. Məsələn, mitinqçilər yanlarına odlu silah almışlarsa, belə toplantı Konvensiyanın qorunmasından məhrum olar.

Stankov Bolqariyaya qarşı işdə AİHM-nin rəyinə görə, yığıncağı keçir-məkdə zorakılıq niyyəti olmadığı halda, təşkilatçıların bəziləri tərəfindən qəzet-lərdə zor tətbiqinə çağırışların səslənməsi və ya demokratik prinsiplərin rədd edilməsi kimi şüarlara görə, sırf bu səbəblər həmin yığıncağa dövlət tərəfindən qadağa qoyulmağa kifayət etmir, dövlət bunu 11-ci maddənin 2-ci bəndi ilə əsaslandırmalıdır.283 Habelə bu işdə, ECHR açıqca qeyd etdi ki, nümayiş keçirmək istəyən qrupun qeydiyyatdan keçməməsi, nümayişi qadağan etmək üçün əsas təşkil edə bilməz (paraqraf 81). Ölkəmizdə də, “qeydiyyatdan keçmə-mə”, müxtəlif sahələrdəki qadağalar üçün ən dəbdə olan fürsətdir.

Dinc yığıncaqların müdafiəsi - əks nümayişlər

Artıq qeyd edildiyi kimi, hətta nümayişçilərin zorakılıq niyyəti olmasa belə, əgər əks nümayişçilər də özlərinin yığıncaqlar azadlığı hüququnu həyata keçirməkdə israrlı olsalar, nümayişlər ictimai asayişi təhlükə altında qoya bilər.

283 ECHR, Stankov and United Macedonian Organisation Ilinden v Bulgaria, 2.10.2001, para.99-102.

189

Belə hallarda Məhkəmə qərara alıb ki, dövlət yığıncaqlar azadlığı hüququnu həyata keçirənləri əks nümayişçilərin yaradacağı təhlükədən qorumaqdan ibarət pozitiv öhdəlik daşıyır. Məsələn, Müsavat partiyası tərəfdaşları mitinq keçir-mək istəyərkən, eyni meydana Anavətən partiyasının üzvləri əks-mitinq keçirmək istəsələr, polis orqanı birinci qrupu ikinci qrupdan qorumalıdır, belə ki, aralarında təmas olmasına imkan verməməlidir.

AİHM-nin presedent hüququna görə, nümayişdə irəli sürülən fikir və ya iddialar müxalif şəxslər üçün xoşagəlməz və ya təhqiramiz olsa belə, iştirakçılar müxaliflər tərəfindən fiziki zorakılığa məruz qalmaqdan qorxmadan nümayişi keçirmək imkanına malik olmalıdırlar. AİHM-nə görə, demokratik cəmiyyətdə əks-nümayiş keçirmək hüququ nümayiş keçirmək hüququnun həyata keçirilmə-sinə mane olan əks-nümayişlərə şamil oluna bilməz. Həqiqətən, səmərəli dinc toplaşmaq azadlığı dövlətin müdaxilə etməmək vəzifəsi ilə məhdudlaşmır, əksi-nə, bəzən 11-ci maddə, hətta, fərdlər arasındakı münasibətlər sahəsində də pozitiv tədbirlərin görülməsini tələb edir.284

AİHM-nin presedent hüququna görə, nümayişdə irəli sürülən fikir və ya iddialar müxalif şəxslər üçün xoşagəlməz və ya təhqiramiz olsa belə, iştirakçılar müxaliflər tərəfindən fiziki zorakılığa məruz qalmaqdan qorxmadan nümayişi keçirmək imkanına malik olmalıdırlar. AİHM-nə görə, demokratik cəmiyyətdə əks-nümayiş keçirmək hüququ nümayiş keçirmək hüququnun həyata keçirilmə-sinə mane olan əks-nümayişlərə şamil oluna bilməz. Həqiqətən, səmərəli dinc toplaşmaq azadlığı dövlətin müdaxilə etməmək vəzifəsi ilə məhdudlaşmır, əksi-nə, bəzən 11-ci maddə, hətta, fərdlər arasındakı münasibətlər sahəsində də pozitiv tədbirlərin görülməsini tələb edir.284