• Sonuç bulunamadı

İnsan hüquqları, şəxsin sırf insan deyilən ləyaqətli, şüurlu və sərbəst ira-dəli varlıq olduğuna görə, hər yerdə və hər kəsə qarşı yönəldilə bilən, şəxsin

“qorunan qalası” olan və onu digər şəxslərə, cəmiyyətə və dövlətə qarşı qoru-yan, bununla belə, həm dövlətə öhdəlik qoqoru-yan, həm də hüquq sahibinə də bəzi öhdəliklər yükləyən hüquqlardır.

Tarix, elm, həyat, cəmiyyət sürətlə inkişaf edir. Buna görə 1789 tarixində deyilən sözlər sizi nə qədər heyran edə bilər? Heyran olmağı bacaran insan üçün, 1789 tarixli Fransız İnsan və vətəndaş hüquqlar Deklarasiyasını oxumağa

17

fayda var. Sənədə görə, azadlıq22, mülkiyyət, təhlükəsizlik və repressiyalara qarşı dirənmək hüququ, insanın təbii hüquqlarındandır, universaldır. Bu hüquq bütün insanlara aiddir, vətəndaşlığa baxılmadan. Müddətə bağlı olmayan, ayrılmaz, müqəddəs, təbii hüquqlardır. Aradan 220 il keçməsinə baxmayaraq, regionumuz üçün çox aktual sözlərdir. Məsələn, Deklarasiyanın 2-ci maddəsi deyir ki, “Hər bir siyasi cəmiyyətin məqsədi insanın təbii və müddətin keçməsi ilə bağlı itirilməyən hüquqları qorumaqdır”.

Əslində hər hüququn insan hüququ olmadığını qeyd etməliyik. Qanun-vericilik sizə müxtəlif hüquqlar tanıya bilər.23 Amma bunların hamısı, hətta çoxu “insan hüququ” statusunda deyildir. Daha əvvəl “qanuni hüquq” sözü ilə nəzərdə tutduğumuz məhz bu idi. Məsələn, ali məktəb tələbələrinin tətil hüqu-qu, insan hüququ sayılırmı? İnsanların təhsil alma hüququ insan hüququ olmaq-la bərabər, yay ayolmaq-larındakı tətil (istirahət) hüququ bir insan hüququ sayılmır.

Müqavilədən ya da inzibati aktdan hər hansı bir hüququnuz yarana bilər.

Bunlar da insan hüququ sayılmır. Sonradan əmələ gələn hüquqlar insan hüququ sayılmır. Beləliklə, insan hüquqlarının ilk xüsusiyyəti budur ki, onlar insanın sağ olaraq doğulması şərtilə o insan üçün dərhal, doğuluşda yaranır.

Düşünməyin ki, 1 yaşda olan uşağın azadlıq hüququ yoxdur, çünki o tamamilə valideynlərinin nəzarəti altındadır. Uşağın fəaliyyət qabiliyyəti məhdud ola bilər, lakin o tam bir hüquq subyektidir və insan hüquqlarına tam həcmdə sahibdir. Amma uşağın öz hüquqlarından yararlanması məsələsinə gəldikdə, bu hüquqların bəzilərindən tam, bəzilərindən isə qismən istifadə edir. Məsələn, bir uşaq söz azadlığından, yerinə görə yetkinlik yaşına çatmayandan daha geniş istifadə edə bilər: nə deyirsə desin, məsuliyyəti əsla yaranmaz. Hətta Avropada yaşayaraq yəhudi soyqırımını inkar etsə belə.24 Bu sözümüzün ən gözəl isbatı, Avropa Birliyi Əsas Azadlıqlar Şərtinin 24-cü maddəsidir: həmin maddədə açıq aşkar yazılıb ki, hər bir uşaq öz fikirlərini sərbəstcə ifadə edə bilər.

22 Azadlıq hüququ, insanın sahib olduğu ən vacib hüquqdur. O olmadan, yaşamaq hüququn çox da mənası yoxdur. Bir çox hüquq məhz bu hüquqdan törəmədir. İfadə azadlığı məsələn. Hətta fikir və inanc azadlığının bir növü olan sevgi hissi, azadlıq hüququna sıx bağlıdır. Azad insan sultan olduğu kimi, azad olmayan insan daim rəzil və zəlildir. Azadlıq, bir başqa sözlə, şəxsin “toxunulmaz dairə-sinin” olmasını tələb edir, elə bir dairə ki, dövlət daxil heç kəs ora müdaxilə edə bilməz. 1789 Deklarasiyasına görə, azadlıq hər cür təzyiqdən uzaq olaraq, başqasına zərər verməyən hər şeyi etmək imkanını ifadə edir. Buraya Monteskyönün sözlərini əlavə etmək istəyirik: azadlıq heç kəs tərəfindən idarə olunmamaq mənasına gəlmir, azadlıq səninlə bərabər hüquqlara sahib insan tərəfindən idarə olunmaq mənasına gəlir.

23 Mehdi Niyazi (red), Haqları necə qorumalı, Bakı 1999, s.69.

24 II Dünya Müharibəsində faşistlərin yəhudilərə qarşı törədilən təmizləmə fəaliyyətinin bir soyqırım olduğunu tanımamaq, bəzi (bir çox) AŞ ölkələrinin qanunvericiliyinə görə cinayət məsuliyətinə səbəb olur. Söz azadlığının bir ifadəsi olan bu cür davranışların cinayət hesab olunması, ağla sığmazdır.

İnsan hüquqlarından fərqli olaraq, qanuni hüquqların yaranması və forma-laşması həmişə özü-özünə olmur və bəzi şərtlərə bağlıdır. Məsələn kreditor hüququ müqavilə bağlandıqdan sonra yaranır. Halbuki azadlıq hüququna bir insan doğuşdan bəri sahibdir. Buna görə də insan hüquqları universal sayılır, insan hüquqları bir müqavilə ya da inzibati aktla yaranmır.25

UDHR-in 1-ci maddəsində bütün insanların azad doğulduğu, ləyaqət və hüquqlarda da bərabər olduqlarını bəyan edilir. Deklarasiyanın belə deməsi təsadüfi deyildir. Həqiqətən də, insanın doğulması ilə azad olması və hüquqları əldə etməsi, eyni zamanda bərabərlik hüququnun da dərhal yarandığını, bun-ların məcburi və təbii bir hüquq olduğunu isbat edir.

İnsan hüquqlarının bir digər xüsusiyyəti, yenə ilk xüsusiyyətinə bağlı olaraq, bunların ayrılmaz, imtina oluna bilməz və başqasına keçməyən hü-quq olmasıdır. Belə olmasının səbəbi insanın insan olmasından irəli gəlir. Amma bu tezis sadəcə simvolik və qulağa xoş gələn tezis deyildir. Bunun praktiki nəticələri tətbiqatda özünü biruzə verir (verməlidir). Məsələn, yaşamaq hüququ ayrılmaz olduğuna görə, insanın özünə qəsd edib intihar etmə səlahiyyəti yox-dur, buna cəhd edənin durdurulduğunu görürük. İnsan hüquqlarına belə bir xüsusiyyət tanınmasa, bu ona gətirib çıxarar ki, hakimiyyət orqanları hədə-qorxu ilə insanları bu hüquqlardan imtina etməyə məcbur edər.

Burada bir məqamı təkrar etməliyik: müasir insan hüquqları nəzəriyyəsi, liberal siyasi nəzəriyyəyə əsaslanır. Liberalizm də, bir neçə kontekstdə dövlətə (hakimiyyət orqanlarına) etibar eləmir və onları insan hüquqlarının əsas rəqibi kimi görür. Bu təsadüfi deyil. Qərb mənşəli düşüncə tərzi belədir – təminat olmadan heç kəsə güvənmə, sırf vədlərə, hüsnüzənn və ümidlərə etibar etmə.

Qonşuluqda, iş həyatında, kommersiyada, dövlətlə münasibətdə bu qaydaya riayət olunur, münasibətlər yazılı şəkildə və hüquqi normalarla tənzimlənir. Bu eyni zamanda, Qərbin siyasi və hüquqi mədəniyyətinin bir təzahürüdür. Çünki bunu onlara keçmişlərin acı təcrübəsi öyrədib.

Yuxarıdakı məqamı qeyd etdikdən sonra, mülki hüququn bir institutu kimi bilinən “şəxsiyyət hüquqlarına” toxunmaqda fayda var. Şəxsiyyət hüquq-ları ilə insan hüquqhüquq-larını da qarışdırmamaq lazımdır. Hər ikisinin ortaq cəhəti budur ki, bunlar əmlak hüquqlarından sayılmır və pulla ölçülmür. Şəxsiyyət hü-quqları - əmlak hühü-quqları ayırımı mülki hüquqda tətbiq edilir. İnsan hühü-quqları isə ümumi (public) hüququn tədqiq etdiyi bir institutdur.

İnsan hüquqlarının üçüncü xüsusiyyəti, bunların yaranması və mənbəyi baxımındandır: bunlar insan ləyaqəti ilə sıx bağlıdırlar, bu səbəblə insan

25 Enver Bozkurt, Uluslararası İnsan Hakları Hukuku, Asil Yayınları, Ankara 2006, s.20.

19

ləyaqətinə zidd olan hər cür davranış və fəaliyyət, bu əsas və təbii prinsipə zidd olacağına görə, batildir. Bu hal xüsusi hüquqa təsir göstərdiyi kimi, ümumi hüquqda da özünü biruzə verir. Məsələn, qumar borcundan yaranan kreditor hüququna dövlət təminat vermir. Eyni şeyi bir insanın müqavilə üzrə ləyaqəti alçaldıcı öhdəlik altına girməsi üçün də deyə bilərik. Ümumi hüquqa isə belə bir misal verə bilərik ki, işgəncə ilə toplanan sübutlar, mötəbər olsalar belə, ədalət mühakiməsində istifadə olunmur. Habelə bu sübutlardan törəmə sübutlar üçün belə vəziyyət eynidir.

İnsan hüquqlarının dördüncü xüsusiyyəti də budur ki, bunlar universal-dır. Əslində universallıq, daha çox birinci nəsil (əsas) hüquqlara aiddir. Bu iddia ikinci nəsil hüquqlar baxımından isə, bütövlükdə düzgün sayılmaya bilər.

Məsələn, ABŞ-da pulsuz tibbi yardım hüququ deyilən bir hüququ qanunverici-lik tanımır.26 Habelə ali təhsil “azadlıqlar ölkəsində” ancaq ödənişli əsaslarla həyata keçirilir. Lakin təbii ya da əsas hüquqlar baxımından universallıq müt-ləqdir – bir insan istər İngiltərədə, istər Zimbabvedə, istərsə də Tayvanda haranın vətəndaşı olursa olsun, ya da ki, köçəri və evsiz olsun, eyni hüquqlara sahibdir (seçki kimi siyasi hüquqlara bir qayda olaraq vətəndaşlar sahibdir).

İnsan hüquqları mətnlərində hər kəs sözünün istifadəsi, təsadüfi deyildir.

Bu söz, hüququn universallığı, ayrılmazlığı, habelə ləyaqət və bərabərlik ilə sıx bağlı olduğunu göstərir.