• Sonuç bulunamadı

C. Əsas hüquq və azadlıqların mahiyyəti və hüquqi rejimi

8. Şəxsi həyata hörmət hüququ

Bu hüququn əhatə dairəsi genişdir, şəxsi və ailə həyatının yanında, mənzil toxunulmazlığını və yazışma sirrini də qoruyur. Əslində bunların hamısını

“şəxsi həyat” ilə əhatə etmək mümkündür, çünki bütün bu hallar – ailə həyatı ya da ki, mənzil toxunulmazlığı geniş mənada şəxsi (özəl) həyata aid məsə-lələrdir.

Gündəlik həyatda bəzən eşitdiyimiz “mənim şəxsi işlərimə niyə qarışır-san” etirazı yerinə görə haqlı olur və bir həqiqəti əks etdirir: insanın həyatında elə bir qapalı dairə var ki, onun razılığı olmadan heç kəs və heç nə ora müdaxilə etməməlidir. Bu da insanın mənəvi bütövlüyünün qorunmasının tələbidir. İnsan mürəkkəb varlıqdır, onun bir şəxsiyyət kimi formalaşması və ləyaqətli yaşaması üçün özünəməxsus toxunulmaz bir şəxsi həyatı olmalıdır.

Bu ehtiyac ictimai həyatda da özünü biruzə verir və beləliklə əsas hü-quqlardan biri olan şəxsi həyatın toxunulmazlığı hüququ ortaya çıxır.

1948 tarixli UDHR-in 12-ci maddəsində bu hüquq belə dilə gətirilir:

Heç kəsin şəxsi və ailə həyatı, mənzil toxunulmazlığı ya da yazışma sirri özbaşına müdaxiləyə, şərəf və ləyaqəti isə qəsdə (attacks) məruz qalmayacaq. Hər kəsin bu cür müdaxilələrə və qəsdə qarşı qanunla qorunma hüququ var.

1966 tarixli ICCPR-in 17-ci maddəsi, demək olar ki, UDHR-i təkrarlayır.

Yeganə fərq ondan ibarətdir ki, burada “özbaşına” sözündən sonra “hüquqa zidd” sözü əlavə olunub. Burada diqqətinizi ona cəlb etmək istəyirik ki, Avropa Konvensiyasından fərqli olaraq, ICCPR bu hüququn məhdudlaşdırılmasını nəzərdə tutmur. Sanmayın ki, ICCPR bunu yaddan çıxarıb; belə deyil, çünki fikir və din azadlığının nə vaxt və necə məhdudlaşdırıla biləcəyini ICCPR bir sonrakı 18-ci maddənin 3-cü bəndində göstərir. Oradaki (17-ci maddədəki) məhdudlaşdırma meyarları, əslində “hüquqa zidd” sözü ilə nəzərdə tutulur. İndi isə baxaq bu hüququ AİHK necə ifadə edir (8-ci maddə):

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna ma-likdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tu-tulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn hə-yata keçirilməsinə hakimiyyət orqanları tərəfindən müdaxiləyə yol verilmir.

Göründüyü kimi, ICCPR-dən fərqli olaraq AİHK maddənin 2-ci bəndində bu hüququn mütləq olmadığını, məhdudlaşdırıla biləcəyini nəzərdə tutur. İki konvensiya arasındakı fərqə necə yanaşmalıyıq? Burada iki sənəd arasındakı bu fərqlərə toxunmaq lazımdır: ICCPR daha yeni bir sənəddir və yeni yanaşmaları əks etdirir. Digər tərəfdən AİHK-nın tətbiq məsələsi və tərəf dövlətlərə yüklədiyi öhdəliklər daha təsirlidir. Fikirləşə bilərsiniz ki, ICCPR-in yanaşması çox proqressivdir, amma realist deyildir: bütün ölkələrin qanunvericiliyi konkret şərtlər altında evlərdə axtarış aparmağa icazə verir, bu da onu göstərir ki, mənzil toxunulmazlığı mütləq bir hüquq deyildir. Qeyd etdiyimiz kimi, ICCPR 17-ci maddəsi, hüquqa uyğun şəkildə şəxsi həyata müdaxilə oluna bilə-cəyini nəzərdə tutur, sadəcə olaraq, “hüquqa uyğunluğun” hansı dəqiq meyar-lara görə ölçüləcəyini göstərmir.

Şəxsi həyata hörmət hüququnu təhlil edərkən yenə Avropa Məhkəməsinin qərarları işığında bunu araşdıracayıq. AİHM-nin presedent hüququnun ölkəmiz baxımından əhəmiyyəti bunu tələb edir.

141

Şəxsi həyat, ailə həyatı, mənzil toxunulmazlığı və yazışma sirrinin məzmunu

Nələr və hansı hallar “şəxsi və ailə həyatı, mənzil toxunulmazlığı və ya-zışma sirrini” təşkil edir? Aşağıda bunları tədqiq etmədən əvvəl bunu qeyd etməliyik ki, bu anlayışların məzmunu bir dəfəlik müəyyən edilməyib. Bu ondan irəli gəlmir ki, bunu etməyə imkan olmayıb, belə deyil. Sadəcə olaraq, şəxsi həyat çox geniş bir anlayış olduğuna görə, onun bütün aspektlərini əhatə edici şəkildə müəyyən etməyə cəhd etmək düzgün olmazdı, çünki belə yanaşma o hüququ qoruma baxımından səhv olardı. Cəmiyyətdə əxlaq anlayışının dəyiş-məsi qayğısı da birbaşa bununla bağlıdır. Avropa Məhkədəyiş-məsinin yanaşması belədir ki, hadisənin mahiyyəti hər bir halda konkret işə uyğun olaraq müəyyən edilməlidir.197 Bu hüququn məzmunu dəyişən və inkişaf edən cəmiyyətlə bir yerdə dəyişəcək. Avropa Şurası dövlətlərinin müxtəlif ənənə və sosial quruluş-lara sahib olduğu nəzərə alındıqda, Məhkəmənin belə davranmasının düzgün olduğu başa düşülür.198 Ortaq bir Avropa “əxlaq” anlayışının formalaşdırıl-masının imkansız olmasını AİHM Handyside işində bəyan etmişdi, çünki fikir-lərin sürətlə dəyişdiyi və təkamül etdiyi eramızda, zamana və yerə görə qanun-vericiliyin nəzərdə tutduğu əxlaq anlayışı da dəyişir.199 Əlbətdə ki İtaliya və İngiltərədə əxlaq və şəxsi həyat halları eyni şəkildə təzahür etməyə bilər.

Şəxsi həyat anlayışı

AİHM çox düzgün olaraq qeyd edib ki, şəxsi həyat geniş anlayışdır və onu tam əhatə etmək mümkün deyildir. AİHM-nə görə, şəxsi həyat anlayışı sırf insanın öz ətrafında cızdığı “qapalı dairə” ilə məhdudlaşmır, o, daha genişdir.

Şəxsi həyat anlayışı, habelə, digər şəxslərlə və xarici aləmlə qarşılıqlı münasibətləri reallaşdırma hüququnu da zəruri olaraq ehtiva edir.200

Hansı qarşılıqlı münasibətlər “şəxsi həyat” təşkil edir?

ƒ Himayədar valideynlərlə onların himayəyə götürdükləri uşaqlar arasın-da münasibətlər, məsələn, övladlığa götürmə hadisəsində olduğu kimi.

ƒ Rəsmi nigaha girməyən insanlar arsındakı münasibətlər və ümumiy-yətlə cinsi həyat, burada problem o vaxt yaranır ki, tərəflərin öz

197 Əliyev İntiqam, Abbasov Kamal, Avropa İnsan Hüquqları Məhkəməsi: Konvensiyanın 8 və 14-cü maddələri üzrə məhkəmə təcrübəsi, Qanun Nəşriyyatı, Bakı 2005, s.14.

198 Əliyev, s.340.

199 Handyside v. the United, Kingdom, 7.12.1976, para. 48-49.

200 Niemietz v Germany, 16.12.1992, para. 37.

larında olan münasibətlərə dövlət heç bir əhəmiyyət vermir, hər hansı status tanımır.

ƒ AİHM-nin verdiyi bir qərarda, “şəxsi həyat” anlayışını ev heyvan-larının sahibinin həmin heyvanlarla qarşılıqlı münasibətlərinə şamil etmədi.201 Bununla belə yanaşma tərzinin yaxınlarda dəyişiləcəyini gözləmək səhv olmazdı. Çünki əksər Avropa ailələri ev heyvanları saxlayır. Sadəcə olaraq nəzərə alınmalıdır ki, dövlət bu münasibətə hansı formada və hansı şəraitdə müdaxilə edir?

ƒ Məhkumların öz aralarındakı münasibətləri şəxsi həyata aid məsələdir.

Buna görə məhkumların birbirilə ünsiyyətə gətirilən hərhansı məhdu-diyyətlər şəxsi həyata müdaxilə sayılacaqdır.

ƒ Şəxsi telefon söhbətlərinin dinlənməsi üçün gizli dinləyici qurğular-dan istifadə şəxsi həyata müdaxilə anlayışının təsir dairəsinə düşür. Bu danışıqlar ofisdən ya da ictimai yerlərdən aparılsa belə (Helford v.

UK). Hətta danışığın mövzusu, ictimai xarakter daşısa belə, bu yenə şəxsi həyata aid məsələdir.202

ƒ Bunun əksinə, hər kəsin açıq şəkildə eşidə biləcəyi ya da görə biləcəyi yazışmalar ya da danışıqlar şəxsi həyata aid məsələ sayılmır.203

ƒ İşgüzar münasibətlər müəyyən hallarda şəxsi həyata aid ola bilər.

Xüsusən insan humanitar peşəyə sahib olduğu hallarda onun o işi şəxsi həyatın ayrılmaz hissəsinə çevrilə bilər (Nimitz v. Germany).

Dövlət məmurları tərəfindən konkret şəxs barəsində onun razılığı olma-dan məlumatların toplanması həmişə şəxsi həyata aid məsələ sayılır. Fotoşə-killərin çəkilməsi buna bir misaldır. Lakin burada bir məqama diqqət yetir-məliyik – toplanan məlumatlar şəxsi həyatın gizliliyini pozmursa, məsələn, şəxs küçədə ikən fotoşəkli çəkilib, habelə, əgər toplanan məlumat şəxsin iradəsi xaricində hamıya yayılmayacaqsa, burada şəxsi həyata hörmət prinsipi pozul-mur.204 Belə hallar polis və təhlükəsizlik orqanları tərəfindən aparılan məxfi müşahidə və kartotekaların yaradılmasında ortaya çıxır.205 Ümumiyyətlə cinayət şübhəsi ilə tutulan insanların şəxsi məlumat bazasının tutulması hüquqa uyğun sayılır.

201 Урсула Килкэлли, Е.А. Чефранова, ЕВРОПЕЙСКАЯ КОНВЕНЦИЯ О ЗАЩИТЕ ПРАВ ЧЕЛОВЕКА И ОСНОВНЫХ СВОБОД, Статья 8 Право на уважение частной и семейной жизни, жилища и корреспонденции, МОСКВА 2001, s.14.

202 Əliyev, s.344.

203 Əliyev, Abbasov, s. 19. İstnad: Komissiyanın 21353/93 № müraciət üzrə 27.12.1985 tarixli qərarı

204 Leander v. Sweden, 26 March 1987, para. 59.

205 Friedl v Austia, Comm Rep 19.5.94. para. 20

143

Bir ölkədəki qanunvericilik və praktika şəxslərin gizlicə müşahidə olunmasına və izlənməsinə imkan verirsə, bu fakt tək başına şəxsi həyata potensiyal müdaxilə olaraq qiymətləndirilə bilər. Məsələn, bizim qanunvericili-yimizə görə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi buna icazə verir. Amma ola bilsin ki, bu müdaxilə qanuni olsun.206

Burada onu bir daha qeyd edək ki, hüquqa müdaxilənin olması o mənaya gəlmir ki, burada hüquqa ziddiyət yaranır. Ola bilsin ki, müdaxilə qanunidir və hüquq pozuntusu da yaranmır. Lakin müdaxilənin olub-olmadığını müəyyən etmək bu nöqteyi-nəzərdən əhəmiyyətlidir ki, ancaq müdaxilə olduqda araşdır-manın ikinci mərhələsinə keçilir və müdaxilənin qanuniliyi (hüquqiliyi) yox-lanılır. Əks halda, yəni əgər müdaxilə ümumiyyətlə yoxdursa, hər hansı hüquq pozuntusu ehtimalından söhbət gedə bilməz. Misal verək: İstanbula yay tətilinə gedərkən hava limanında təyyarəyə minmədən əvvəl sizdən müxtəlif paltar-larınızı (pencək kimi) çıxarmanızı, kəmər və ayaqqabınızı soyunmanızı, habelə, xüsusi rentgen cihazı içində dayanmanızı (bu rentgen üzərinizdə nələr olduğunuzu göstərdiyi kimi, dəqiqliklə bütün vücud xətlərinizi də göstərir) tələb edirlər. Bu, sərnişinin xoşuna gəlməyən bir haldır. Burada şəxsi həyata müdaxilə olduğu qəbul edilə bilərmi? Əgər qəbul olunarsa, onda belə bir müdaxilənin legitim, zəruri və mütənasib olub-olmadığı araşdırılmalıdır.

Avropa Məhkəməsi demokratik cəmiyyətdə məxfi müşahidənin olmasını mümkün sayır. 9/11 hadisələri anti-terror tədbirləri adı altında bütün dünyada insan hüquqlarının inkişafına böyük zərbə vurmuşdur. Klass Almaniyaya qarşı qərarda AİHM bəyan etdi ki, terrorizm və xeyli inkişaf etmiş casusluq fəaliyyəti qarşısında dövlət demokratiyanı qorumaq naminə ancaq zəruri olduğu hallarda gizli müşahidə apara bilər.207 Lakin başqa bir qərarda Məhkəmə qeyd edib ki, milli təhlükəsizliyin müdafiəsi naminə məxfi müşahidə sistemi, milli təhlükəsizliyin qorunması adı altında demokratiyaya xələl gətirə və ya onu məhv edə bilər.208 Lakin məsələyə belə sadə yanaşmaq olmaz, milli təhlükə-sizlik səbəbi, şəxsi həyata müdaxilə etmək üçün səbəb təşkil edə bilər, amma bu müdaxilə hansı dərəcədə ola bilər, buna aydınlıq gətirilməlidir.

Bu işdə Məhkəmənin presedent hüququ Klass işinə söykənir, lakin Məhkəmənin bu qərarı zənnimcə köhnədir və ehtiyaca cavab vermir. 1978 tarixli AİHM qərarı soyuq müharibənin qızışdığı və casusluq fəaliyyətlərinin də yayıldığı dövrlərə rast gəlir. Bu qərara görə, məxfi müşahidə əməliyyatları

206 Malone v. the United Kingdom, 2.08.1984.

207 Klass v. Germany, 6.09.1978, para. 48

208 Leander v. Sweden, 26.03.1987, para. 60.

üzərində məhkəmə nəzarəti arzu olunandır, lakin olmasa belə, bu fakt 8-ci maddənin pozuntusunu meydana gətirmir. Qeyd etdiyim kimi, AİHM-nin bu qərarını o zamanki siyasi konyektura nəzərə alınaraq qiymətləndirilməlidir. Bu məsələdə mütləq, müşahidə sistemindən sui-istifadə edilməyəcəyinə dair yetərli təminatlar olmalıdır. Daha sonrakı müxtəlif qərarlarında, telefon danışıqlarının dinlənilməsi üçün AİHM məhkəmə orderinin şərt olduğunu müəyyən edib.209

Dövlətin belə müdaxilələrdə sahib olduğu mülahizə səlahiyyətinin dərə-cəsi (margin of appeciation), əlbəttə ki, məhdud ola bilməz.

Əhalinin siyahıya alınması sırasında şəxsiyyətə aid digər məsələlər də qeyd olunduğundan, bu da şəxsi həyata aid olur;

Barmaq izləri, fotoların alınması, sair bioloji identifikasiyalaşdırma me-todları şəxsi həyata müdaxilə sayıla bilər, lakin cinayət istintaqı kontekstində aparıldıqda, belə müdaxilə legitim müdaxilə sayılmalıdır.

Tibbi məlumatların toplanması (sağlamlıq, keçirilən xəstəliklər, şikəstlik kimi),210

Şəxsi xərclərin müəyyən edilməsi (şəxsin aylıq qazancı, harda, nə qədər, kimə nə qədər pul xərclədiyi kimi);

Şəxsiyyət eyniləşdirməsi sistemi (müxtəlif identifikasiyalaşdırma məlu-matları);

Fiziki və mənəvi toxunulmazlıq məsələsi də şəxsi həyata aiddir (Kostello-Roberts v UK). Döyülmə, zorlamaya məruz qalma, hər halda şəxsi həyata müdaxilədir (eyni zamanda pis və ləyaqəti alçaldan rəftar da təşkil edir).

Şəxsin adı və soyadı məsələsi də buraya aiddir. Belə ki, ad və soyad seçimi və dəyişikliyi ilə bağlı qadağalar, AİHK-nın müvafiq məhdudlaşdırma standartlarına cavab verməlidir.

Qohumluq münasibətlərinin icrası və müəyyən edilməsi də, şəxsi həyata aid məsələ sayılır.211 Məsələn, şəxs dövlət arxivlərindən öz keçmiş nəsli barədə məlumat istədikdə, bu şəxsi həyata aid məsələ olacaqdır.

Yenə şəxsi tibbi müayinəyə məcbur tutmaq şəxsi həyata müdaxilə sayıla bilər. Çünki ola bilər ki, sizin arzunuza zidd olaraq, sağlamlığınızla əlaqədar məlumatlar başqaları tərəfindən bilinsin. Halbuki siz bunların gizli qalmasını istəyirsiniz. Lakin belə müdaxilə qanuni ola bilər, məsələn, sürücü vəsiqəsi almaq istəyən şəxsdən sağlamlıq arayışının tələb edilməsi kimi. Ümumiyyətlə

209 Kruslin v. France, judgment of 24 April 1990. Huvig v. France, 24 April 1990.

210 I. v. Finland, 17.07.2008, para. 38.

211 Rasmussen v Denmark, 25 November 1984, para.33.

145

tibbi müayinə şəxsin özünün sağlamlığı yaxud da bütovlükdə ictimai maraq-ların müdafiəsi üçün aparıldıqda, legitim müdaxilə sayılır.212

Ailə həyatı anlayışı

İctimai və hüquqi dəyişmələrlə bir yerdə “ailə həyatı” anlayışı da genişləyib. “Şəxsi həyat” anlayışında olduğu kimi, burada da AİHM qəti bir an-layış istifadə etməyib, çünki müxtəlif cəmiyyətlərdə ailə münasibətləri, boşanma rejimləri, mədəni ənənələr də fərqli olur.

Hansı hallar ailə həyatı anlayışına daxil olacaq? Əlbəttə ki, burada valideyn və övladlar, qardaş-bacılar arasındakı münasibətlər, ər-arvad arasın-dakı münasibətlər birinci dərəcədə nəzərdə tutulur. Lakin bunu qeyd etməliyik ki, AİHM “yaxın qan bağı” və “rəsmi nigahın varlığı” meyarını tətbiq etmir, çünki bu “ailə həyatı” anlayışını xeyli daraldardı. Onun əvəzinə Məhkəmə

“yaxın şəxsi münasibətlər” meyarından istifadə edir. Əlbəttə ki, yaxın qan bağı yaxud nigahın olduğu yerdə ailə həyatı da vardır. Lakin AİHM-nin qarşısına çıxarılan və mürəkkəblik təşkil edən işlər, Avropada ailəsi (doğulmuş uşağı ya da ana-atası) olan və deportasiya edilmək istənən immiqrantlarla bağlı olan işlərdir. Burada Məhkəmə əsas ona diqqət edirdi ki, hüququ pozulduğu iddia edən şəxsin niyyəti, sırf qanunu dolanıb Avropada qanunsuz yaşamağa davam etməkdirmi yoxsa o həqiqətən də bir ailə həyatı yaşayırdı?

Rəsmi nigah olmadan qadınla kişi bir yerdə yaşayırsa, bu daha çox “şəxsi həyat” kontekstində ələ alınır. Lakin belə cütlüyün ortaq övladları varsa və onlar bərabər yaşayırsa, rəsmi nigah olmasa belə, bu hal “ailə həyatı” kimi qiymətləndirilir.213

Qan qohumluğu, ortaq övlad və ya rəsmi nigah olmadan yaşanan müna-sibətlər ailə həyatı kontekstində ələ alınmır. Lakin “şəxsi həyata” aid edilə bilər.

Uşaqlarla ana-atası yaxud baba və nənəsi arasındakı münasibətlər də ailə həyatını təşkil edir. Hətta bunlar bir yerdə yaşamasalar belə.214 Rəsmi nigah olmasa belə, ana ilə uşağı arasındakı münasibət həmişə ailə həyatına aid olduğu halda, ata ilə uşaq arasındakı münasibət “şəxsi həyat” kontekstində ələ alınır.

Hərçənd bu hal (ata ilə ana üçün tətbiq edilən əsas), 8-ci maddənin tətbiq məsələsində bir şeyi dəyişdirmir. Lakin Boughanemi işində AİHM hesab etdi ki, şəxsin nigahsız doğulan oğlu ilə arasındakı münasibət ailə həyatına aid məsələydi.215

212 Herczegfalvy v. Austria, 24 Sep.1992.

213 Johnston v. Ireland, 18 Dec 1986.

214 Berrehab v. the Netherlands, 21 June 1988.

215 Boughanemi v. France, 24 April 1996.

Qeyd etdik ki, nigahsız doğulan uşaq ilə ana arasında dərhal ailə həyatı münasibətləri yaranır. Dövlətin bu məsələdə pozitiv öhdəliyi var: ailə həyatına hörmət prinsipi onu tələb edir ki, qanunvericilik və dövlətdaxili mexanizmlər uşağın ana ilə inteqrasiyasını təmin etsinlər.216

Kuzenlər, əmi yaxud bibilər ilə olan münasibətlərə gəldikdə, burada

“yaxın şəxsi münasibətlər” axtarılmalıdır.217 Başqa bir sözlə, 2-3 ildən bir, xeyir və şər məclislərində bir-birini görən qohumlar arasında “ailə həyatı” münasibəti olduğunu soyuqqanlı Avropa xalqları qəbul etmirlər. Başqa sözlə, uzaq qan qohumluğu tək başına ailə həyatı anlayışına daxil olmur, gərək ki, faktiki yaxın əlaqələr də olsun.

Bəzi misallar verək. Valideynlərin boşandıqdan sonra atanın övladı ilə görüşməsində müxtəlif səbəblərlə əngəl əmələ gəlirsə, bu, ailə həyatına aid məsələ sayılacaq (məsələn, ana imkan vermir ki, ata övladını görsün, dövlət orqanları da atanın bu hüququnu təmin edə bilmirsə). Atası və anası ölən uşağı, əmisi öz himayədarlığına götürmək istəyirsə, lakin dövlət buna icazə vermirsə, bu da ailə həyatına aid bir məsələ sayılacaq.

Berrehab Mərakəş vətəndaşı idi. Niderlandda o rəsmi nigaha daxil oldu, lakin bəxti gətirmədiyi üçün qısa müddət sonra boşandı. Bundan sonra onun qızı doğuldu. İmmiqrant kimi yaşayış icazəsinin müddətini uzatmaq üçün o polisə müraciət etdikdə, onun müddəti uzadılmadı və Berrehab ölkədən çıxarıldı. Buna baxmayaraq qızına olan sevgi və istək (deportasiya olunmadan əvvəl o həftədə bir neçə dəfə qızı ilə görüşüb onunla manidar söhbətlər edirdi), onu vəkil vasitəsilə məhkəmədə iddia qaldırmağa vadar etdi. Nəhayətində işə baxan Komissiya və Məhkəmə belə qərara gəldilər ki, Berrehabın rəsmi nigaha daxil olması və onun qızının doğulması, qızı ilə zaman keçirməsi həqiqi ailə həyatı qurma niyyətinin olduğunu göstərirdi və xüsusilə özü və qızı arasındakı

“həqiqi ailə həyatı” olduğu ilə razılaşdı (deportasiya edilənə qədər). Nəticədə Berrehaba Niderland dövləti onun 8-ci maddə üzrə hüququnu pozduğuna görə kompensasiya ödəməli oldu.

Mənzil toxunulmazlığı və mənzilə hörmət

İnsanın sığındığı yerdə rahat tapması, ailəsi yaxud təkbaşına dinlənməsi həm şəxsi, həm də ailə həyatının ayrılmaz tərkib hissəsi olduğu kimi, eyni zamanda, azadlıq hüququnun da bir təzahürüdür. Hər kəsin mənzili onun mini

“qalasıdır” və şəxs də onu tələb edə bilər ki, bu qapalı dairəyə heç kəs müdaxilə

216 Marx v Belgium, 13.06.1979.

217 Boyle v UK, No 16580/90 Comm Rep, 9.2.1993.

147

edib onu narahat etməsin. Həqiqətən də, insanın şəxsi həyatının bir parçası olan mənzilinin toxunulmazlığına hörmət edilməsi, onun təbii hüquqlarından birisi-dir. İstər dünya qanunlarında, istər dini qaydalara görə, bir insanın evinə onun icazəsi olmadan girmək, baxmaq, qulaq asmaq, qısacası, hasarlanmış və kənar gözlərdən gizlədilmiş sahəyə hər hansı formada müdaxilə etmək qadağandır.

Məsələyə belə şərh verdikdən sonra, nələrin mənzil sayıldığına toxun-malıyıq. Mənzil, dar mənada, insanın daimi yaşayış yerini ifadə edir. Buna görə də insanın daimi qeydiyyatda olduğu yer, əlbəttə, “mənzil” kimi ələ alınmalıdır.

Lakin mənzil sözünün belə dar şəkildə ələ alınması, qorunmaq istənilən hüququn mahiyyətinə uyğun gəlmir. Mənzilin nə olduğunun müəyyən edilməsi üçün əvvəlcə qorunan hüququn mahiyyəti və niyə qorunduğunu müəyyən etməliyik.

İngilis dilində “privacy” sözü ilə ifadə edilən “şəxsi həyat” anlayışı sahibi tərəfindən gizli tutulmağa çalışıldığı halda toxunulmazdır. Daha əvvəl qeyd etdiymiz kimi, həm ailə həyatı, həm mənzil toxunulmazlığı, həm də yazışma sirri məhz bu gizliliyi və toxunulmazlığı təmin etməyə yönəlir. Məhz buna görə, şəxsi həyat gizlədilmək istənilmədiyində hüquq sahibi hər hansı iddia irəli sürmə haqqına sahib olmur.

Buna görə qanuni olaraq istifadə hüququ olan hər hansı bir daşınmazda insan müvəqqəti də olsa məskunlaşsa, mənzil toxunulmazlığı hüququndan istifadə etməlidir.218 Buraya aiddir bağ evləri, hoteldə qalınan otaqlar, kirada qalınan evlər, mülkiyyət hüququ ilə sahib olunan, lakin sahiblərin çox nadir qaldıqları evlər.219 Bu anlayışa sadiq qalan AİHM, çox düzgün bir yanaşma ilə ofislərin və iş yerlərinin də “mənzil” anlayışına daxil ola biləcəyinə qərar vermişdi. Daha əvvəl adını çəkdiyimiz Niemietz işində ixtisasca həmkarımız olan şəxsin ofisində axtarış aparılmışdı və o da yorulmaz ədalət keşikçisi kimi bu məsələni bütün milli instansiyaları keçdikdən sonra Avropa İnsan Hüquqları Komissiyasına götürmüşdü. Komissiyadan sonra Məhkəmə də bu işə baxdı və məsələyə belə yanaşdı: bir insan öz şəxsi işlərini iş yerindən apara biləcəyi kimi, iş münasibətlərini də mənzilində qura bilər. Habelə iş yerindən şəxsi danışıqlar apara biləcəyi kimi, orada şəxsi həyata aid əşyalar da saxlaya bilər;

buna görə “mənzil” sözünün xidməti sahəni də əhatə edən şəkildə şərh edilməsi 8-ci maddənin predmet və məqsədinə uyğundur.

Lakin burdan belə başa düşmək düzgün olmaz ki, iş yeri həmişə mənzil kimi qəbul oluna bilər. Burada yuxarıda verdiyimiz meyarı nəzərdən

218 Gillow v. the United Kingdom, judgment of 24 Nov. 1986, para. 46. Bu işdə ərizəçi mülkiyyət hüququ ilə sahib olduğu evdə 19 ildi ki, yaşamırdı.

219 Ursula Kilkelly, The Right for Private and Family Life, Council of Europe Publications, s.19.

saq, aydın olar ki, supermarketdə işləyən bir satıcı üçün onun iş yeri çətin ki, mənzil statusunda ələ alına bilsin.

saq, aydın olar ki, supermarketdə işləyən bir satıcı üçün onun iş yeri çətin ki, mənzil statusunda ələ alına bilsin.