• Sonuç bulunamadı

C. Əsas hüquq və azadlıqların mahiyyəti və hüquqi rejimi

1. Mülkiyyət hüququ

Mülkiyyət hüququ insan üçün əvəzolunmaz hüquqlardan birisidir. O, sadəcə iqtisadi xarakter daşımır. Digər tərəfdən, mənzil toxunulmazlığı kimi vacib hüquq daşınmaz əşya üzərində əşya hüquqlarının olmasına bağlıdır.

Habelə, bir fərdin hər tərəfli inkişafı üçün onun konkret mallara sahib ola bilməsi çox vacibdir. Məsələnin əqli mülkiyyət cəhətini düşünsək, tərəqqi yolunda mülkiyyət hüququnun rolu aydın olacaq. Mülkiyyət haqqında mənfi fikirlər də deyilib, bunlardan ən mənalısı Rousseau tərəfindən deyiləndir.

“İctimai müqavilə” adlı əsərində dahi fransız belə yazırdı: “Bir torpaq sahəsinin ətrafını hasarlayıb, “bu mənimdir” deyən və ətrafında buna inanacaq dərəcədə sadəlövh insanlar tapan şəxs, cəmiyyəti yaradan şəxs olub”. Daha sonra Rousseau fikirlərinə belə davam edir: “Bu insanın qarşısına “birdən bu saxta-kara inanarsanız ha, bu torpaq heç kəsə aid deyil, üstündəki meyvələr də hər kəsindir” deyən bir insan çıxa bilsəydi və onun hasarını da söksəydi, insanlıq xeyli cinayətdən, qəsdlərdən və fəlakətlərdən xilas olardı...”74

Habelə mülkiyyət hüququnu bəyənməyənlər arasında sosialistləri görmək mümkündür. Bununla belə, SSRİ-də mülkiyyət hüququ inkar olunmurdu, sadə-cə olaraq, o, məhdud şəkildə tətbiq edilirdi.

Rousseau`nun bu manidar sözlərindən sonra mövzuya və reallığa qayıt-saq, əşyaların və insanların onlar üzərində hakimiyyət qurmalarının əhəmiyyə-tini biz inkar edə bilmərik. Digər tərəfdən, mülkiyyət hüququ ilə bağlı vurğu-lanmalı bir başqa hal da odur ki, bir insanın iqtisadi vəziyyəti nə qədər yaxşı olarsa, onun digər hüquqlardan da yararlanması o qədər də asanlaşmış və reallaşmış olar.

Liberal fəlsəfə tarixində də, əvvəllər 3 əsas hüquq üzərində durulub – bunlar mülkiyyət, yaşamaq və azadlıq hüquqlarıdır. Amerikan hüququnda mübahisə bunlara aid olduqda, bu cür işlərə “due prosess of law” şərti tətbiq

73 Tələbə olduğumuz illərdə, bizə Amerika İnsan Hüquqları Konvensiyasının tətbiqi ilə bağlı mübahisələr oxutdurulanda, fikirləşirdik ki, heç vaxt tərəf olmayacağımız bir Konvensiyanın necə tətbiq edildiyi bizim nəyimizə lazımdır? O kitaplarda bunun səbəbi haqqında bir şey yazılmırdı. Ancaq zamanla insan hüquqları sahəsini öyrəndikçə Amerika İnsan Hüquqları Məhkəməsinin yurisprüdensiyasının əhəmiy-yətini öyrəndik. Sizə isə bunu dərhal burda izah etməklə, zaman udmanıza kömək edirik.

74 Göze Ayferi, Siyasi Düşünceler ve Yönetimler, Beta Basım, İstanbul 1996, s. 192.

olunur, bu şərt digər hüquqlara görə daha yüksək təminat standartlarını nəzərdə tutur.

Mülkiyyət hüququ predmet üzərində ən gəniş sərəncam vermə imkanı tanıyan hüquqlardan birisi idi. Dövlətin ictimai həyata müdaxiləsi ilə o da bir az məhdudlaşdırıldı. Hələ 100 il əvvəl hər bir insan sahib olduğu əşya üzərində

“istədiyimi edərəm” məntiqi ilə sərəncam verə bilərdi. Bu gün, xüsusən, daşın-maz əmlak üzərində belə bir imkan məhdudlaşdırılıb. Artıq mülkiyyət hüququ

“sosiallaşıb”, yəni onu ictimai maraq və mənfəətlərə zidd şəkildə istifadə etmək mümkün olmur. Dövlət müxtəlif vergilər, rüsumlar qoymaqla, şəhərsalma plan-ları, tikinti və ekoloji normalarını müəyyən etməklə mülkiyyət hüququna müdaxilə edir.

İnsan yaradılışından bəri müxtəlif adlar altında, fərqli şəkillərdə olsa da

“mülkiyyət” anlayışı mövcud olmuşdur. Ümumiyyətlə mülkiyyət haqqı dedik-də nə başa düşülür? Mülkiyyət dedikdedik-də, “sahibinə aid olan” başa düşülür. Bir qayda olaraq, mülkiyyət haqqının mövzusu əşyadır. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyə-tin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nə-zərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz

Günümüzədək baş verən qalmaqalların, hüquq pozuntularının əksəriyyə-tinin də dolayı və ya birbaşa səbəbi mülkiyyət hüququnun pozulması olmuşdur.

Bunun qarşısını almaq isə hər zamankı kimi dövlətin – hüquq sisteminin vəzifə-sidir. Mülkiyyət haqqının təmin etdiyi səlahiyyətlər (Roma hüququndan bəri edilən təsnifatdır) istifadə, faydalanma və sərəncam səlahiyyətidir. Həmçinin

“hər kəsə qarşı irəli sürülmə” xüsusiyyətindən də malikin icazəsi, təsdiqi və vasitəçiliyi olmadan heç kimin mülkiyyət predmetinə əl uzada bilməməsi, ondan faydalana bilməməsi başa düşülməkdədir.75

Malikin mülkiyyət hüququ qorunmalıdır dedikdən sonra, bu hüququ hər cür təcavüzdən, o cümlədən, dövlət mənşəli qəsb və mənimsəmədən də qoru-malıyıq. Əlbəttə ki, bu məsələdə dövlətin birinci öhdəliyi ondan ibarətdir ki, mülkiyyət əleyhinə yönəlmiş əməllərə qanunsuz kimi tərif verib onlara görə məsuliyyət nəzərdə tutsun. Lakin bununla yanaşı, dövlətin özü də haqsız yerə vətəndaşların mülkiyyət hüququna müdaxilə etməməlidir. Bu dediklərimiz, bəzən, mənasız qalır: avtomobil istehsal etməyən ölkədə, idxal olunan avtomo-billər üçün yüksək məbləğdə ödənişlər nəzərdə tutmaq, ölkəni köhnə maşınlar yığını yerinə gətirdiyi kimi, cibinizə xeyli miqrdarda ziyan vurduğuna görə mülkiyyət hüququna da müdaxilə təşkil edir. Lakin müəllif kimi belə bir

75 Mehmet Ünal, “Mülki Hüquq Beynəxalq Simpozium” Materiallar, Bakı-Azərbaycan, 2005, s.45

51

müdaxilənin qanunsuz olduğunu irəli sürə bilmərik: dövlətin bu məsələdə geniş mülahizə səlahiyyəti vardır, məsələ də mürəkkəb və mübahisəlidir.

Mülkiyyət anlayışı və mülkiyyət haqqının tarixi inkişafına nəzər saldıqda görürük ki, istər dövlət quruluşuna, istər zamanın tələblərinə, istərsə də iqtisadi aspektlərə görə fərqlilik təşkil edir. Bunu daha yaxşı başa düşmək üçün müx-təlif dövrlərdə müxmüx-təlif dövlətlərin mülkiyyətə yanaşmasını nəzərdən keçirsək yerinə düşər:

Mesopotomiya hüququnda mülkiyyət: Mesopotomiyada hüququ Şummer və Babil hüququ olaraq ayıraraq analiz etmək daha uyğundur. Belə ki, Şummer hüququ mülkiy-yətə önəm vermiş, daşınmaz əşyalar üzərində fərdlər olduğu kimi, sosial təşəkküllərin də sahib ola biləcəklərini qəbul etmişdir. Şummer hüququ daşınar və daşınmaz əşyalar üzə-rində mülkiyyət haqqının dəyişmə, alqı-satqı və mirasla başqasına keçməsini mümkün saymışdır. Şummer hüququ, eyni zamanda, torpaq sahiblərinə ondan istifadə etmək mükəlləfiyyəti də yükləmişdir. Mülkiyyətçi torpaqdan özü də istifadə edə bilər, kirayə də verə bilər, təyin etdiyi şəxs də istifadə edə bilərdi.

Babil hüququ digər sahələrdə olduğu kimi mülkiyyət sahəsindəki tənzimləmələri də Hammurabi qanunları əsasında həyata keçirirdi. Daşınar əşyanın mülkiyyəti istifadəsi altında olduğu şəxsə aid idi. Əgər bir nəfər satana aid olmadığını bildiyi bir əşyanı satın alarsa, onu əsl sahibinə qaytarmağa borcluydu. Daşınmazın alqı-satqısı isə mütləq yazılı bir müqaviləylə rəsmiləşdirilməliydi. Fərdlər də torpaq sahibi ola bilərdi. Hammurabi qanunlarına görə fərdi mülkiyyət toxunulmazdır, oğurluq edən şəxs ölüm cəzasıyla cəzalandırılırdı.

Çin hüququnda mülkiyyət – Fərdi mülkiyyət məhdud idi, şəxslərə torpağın müəyyən hissəsi üzərində mülkiyyət haqqı tanınırdı. Çindəki bu torpaq rejimi e.ə.XII-XIV əsrlərdə dəyişikliyə məruz qalaraq zaman keçdikcə şəxsi mülkiyyətdən çıxarılıb ailə mülkiyyətinə verildi. 8 əsrdən sonra isə filosofların səyləri nəticəsində əvvəlki şəxsi rejim bərpa edildi.

Hindistan hüququnda mülkiyyət - Mülkiyyətlə əlaqəli hökmlər az olsa da müasir qaydalara yaxın idi. Qotama Məcəlləsində mülkiyyət qazanma yolları – varislik, satın alma, bölünmə və əmlak üzərinə həbs qoyma olaraq göstərilirdi.Bu qaydalar yalnız Brahmanlar, Kişatriyalar və Vaysiyalara aid idi. Vişnu Məcəlləsinə görə mülkiyyətçi ixtilaf yaranarkən əşyanın ona məxsusluğunu sübut etməklə mükəlləf idi. Manu Məcəlləsinə görə istifadəsiz bir ərazini tarla kimi istifadəyə yararlı bir vəziyyətə gətirən şəxs o ərazinin sahibi qəbul olunurdu.

Misir hüququnda mülkiyyət – Tinit Krallığının sonlarına yaxın fərdi mülkiyyət qəbul edilmişdi. Dövlətin fərdi mülkiyyətə müdaxilə etmək haqqı yox idi. Dövlət fərdi mülkiy-yəti qoruyub inkişaf etdirməklə mükəlləf idi.

İran hüququnda mülkiyyət – şəxslərin daşınar və daşınmaz üzərindəki mülkiyyət haqları tanınırdı. Amma yoxsul kəndlilərin imkanı olmadığına görə torpaqdan yalnız qul kimi asılı vəziyyətdə idilər.

Yunan hüququnda mülkiyyət – fərdlərin mülkiyyət haqqı tanınırdı. Amma Platon kimi filosoflar döyüşçülərə və idarəçilərə mülkiyyət haqqının verilməməsi gərəkdiyini

düşü-nürdülər. Yunan hüququna görə daşınar əşya fərdi mülkiyyət mövzusu olsa da, daşınmaz əşyalar fərdi mülkiyyət obyekti ola bilməzdi. Torpaq ailə qrupunun mülkiyyəti olaraq qəbul edilirdi.

İslam hüququnda mülkiyyət – Quran İslam hüququnun konstitusiyasını təşkil edir. 10 əsas prinsipi olan qanunvericiliyin dördüncü xüsusiyyəti ondan ibarət idi ki, “ ...Dövlət fərdlərin mal, can, namus və sağlamlığının qorunmasını və bənzəri haqları təmin etməklə mükəlləfdir”. İslam hüququna görə mülk sahibinin malını hücuma məruz qalarkən qoruma haqqı var. Mülkiyyətin təsnifi baxımından İslam hüququnun müasir hüquqla bənzərlikləri var. Quran-i Kərimdə mülkiyyəti fərdi və dövlət mülkiyyəti olaraq iki qrupa ayıran tənzimləmələr var. İslamda torpaq həm fərdi , həm də dövlət mülkiyyəti ola bilər.

İslam hüququna görə dövlət torpağı mülkiyyəti altına alma, istifadə və idarə edilməsinə məhdudiyyətlər gətirə bilər.76

Hüquq zaman, şərtlər və şərait dəyişdikcə yenilənən bir tənzimləyici sahə olduğundan, günümüzün tələblərinə uyğun olaraq, mümkün qədər vətəndaşlar üzərində dövlətin hegemonluğunun tarazlaşdırılmasını təmin etməyə çalışmalı-dır. Belə baxdıqda, mülkiyyət hüququ insan və vətəndaş hüquqları içərisində azadlıq hüququna bərabər tutulacaq bir anlayışdır. Mülkiyyət hüququnun toxunulmazlığı ölkəmiz Konstitusiyasının 22-ci maddəsində ifadə edilmişdir.

“Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti olaraq üç yerə ayrılır. ... Daşınar və daşınmaz əmlakın tam müsadirəsinə yol verilmir.”

Mülkiyyət hüququ bir sıra beynəlxalq normalarla qorunma altına alınmışdır. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “İnsan Hüquqlarının Ümumi Bəyannaməsi”nin 18-ci maddə-sində əksini belə tapmışdır – “hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.” Özbaşınalıq dedikdə, burada dövlətin özbaşınalığın-dan söhbət gedir, daha dəqiq desək bəzi məmurların. Məsələn, “sənin evinin yerində park tikiləcək” deyərək vətəndaşı küçəyə qovanlar, məhz “özbaşına”

davranırlar, cünki bu məsələdə lazımi prosedur qaydalarına riayyət etmirlər.

AİHK-nın əsas mətnində mülkiyyət hüququnun qorunması ilə bağlı norma mövcud deyildir, ancaq əlavə Protokolda yer alır. Konvensiyaya mülkiyyət hüququnun müdafiəsi ilə bağlı normanın daxil edilməsinin əleyhdarları belə hesab edirdi ki, 1-ci maddə vətəndaşların hüquqlarının müdafiəsində durmaq-dan daha çox, dövlətin hakimiyyət maraqlarına xidmət edir.77 Lakin Konven-siyanın qəbulundan iki il sonra, yəni 1952-ci ildə 1 saylı Protokolun 1-ci mad-dəsi ilə bu norma gətirildi. Həmin müddəaya əsasən:

76 Qədim dövlətlərin hüququnda mülkiyyət anlayışı üçün baxın: Reha Yılmaz, “Medeniyyetlerin devlet ve hukuk tarihi”, Qafqaz Universiteti Yayınları, Bakı 2007.

77 V.Ə.İbayev, Avropa Məhkəməsi Presedentləri, s.153

53

“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplə-ri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadə-yə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”

7 dekabr 2000-ci il tarixində qəbul edilmiş “Əsas hüquqlar haqqında”

Avropa İttifaqı Şərtində mülkiyyət hüququ iştirakçı dövlətlər tərəfindən təmin edilməli olan hüquq kimi nəzərdə tutulmuşdur. Sazişin 17-ci maddəsinə əsasən:

“Hər kəsin öz mülkiyyətində qanuni əsaslarla əldə etdiyi əmlaka malik olmaq, ondan istifadə etmək, onun üzərində sərəncam vermək və onu vəsiyyət etmək hüququ vardır.

Heç kəs qanunda nəzərdə tutulan hallarda və şərtlərlə onun əldən çıxmasına görə vaxtında ədalətli qaydada əvəzi ödənilmədən ictimai fayda mülahizələrindən başqa mülkiyyətindən məhrum edilə bilməz. Əmlakdan istifadə ümumi maraqların təmini üçün zəruri olan dərəcədə qanunla tənzimlənə bilər. Əqli mülkiyyət müdafiə altındadır”.

Mülkiyyət hüququna müdaxilə olduqda, hansı meyarlar nəzərdə tutulmalıdır?

Digər hüquqlara olduğu kimi, mülkiyyət hüququna da müdaxilə etmək, əlbəttə ki, mümkündür. Lakin buradakı meyarlar, məsələn ifadə azadlığının məhdudlaşdırılmasında olan meyarlardan bir az fərqlidir, düzünü desək, çox daha genişdir. Konvensiyaların nəzərdə tutduğu müdaxilə səbəbi, geniş məna kəsb edən “ümumi maraq” anlayışıdır. AİHM mülkiyyət hüququna müdaxilənin qanuniliyini təhlil edərkən aşağıdakı meyarlardan istifadə edir:

1. Hadisədə mülkiyyət yaxud sahiblik hüququ varmı?

2. Həmin hüquqa müdaxilə baş veribmi?

3. Bu müdaxilə ümumi yaxud ictimai maraqların naminəmi aparılıb?

4. Müdaxilə “qanunla nəzərdə tutulmuş” standarta cavab verirmi? Bu stan-dart, daha əvvəl izah etdiyimiz kimi, ifadə, vicdan, sərbəst toplaşma kimi azadlıqlara müdaxilə sırasında tətbiq olunan meyarın eynisidir. Unudanlar üçün qeyd edək ki, burada nəzərdə tutulan milli qanun “hüquqilik” anlayı-şına uyğun gəlməlidir, yəni çatımlı və anlaşılan olmaqla yanaşı, hüququn ümumi prinsiplərinə də cavab verməlidir. Hakimiyyət orqanları mülahizə səlahiyyətini tətbiq ediblərsə, bu, özbaşınalıq həddinə çatmamalıdır və buna qarşı da təminatlar nəzərdə tutulmalıdır. Bununla hüquqi müəyyən-lik prinsipi təmin olunur.

5. Müdaxilə mütənasiblik prinsipinə uyğun gəlirmi? Buradakı mütənasib-liyin mənası odur ki, cəmiyyətin maraqları ilə şəxsin maraqları arasında

lazımi tarazlıq qurulubmu? Müdaxilə şəxs üzərində “aşırı və ağır yükə”

səbəb olmamalıdır.

Mülkiyyət kimi nə başa düşülməlidir?

Mülkiyyət dedikdə, əlbəttə ki, buraya daşınar və daşınmaz əmlak daxil olacaq. Lakin söhbət Avropa Məhkəməsindən gedirsə, o, mülkiyyət hüququnu xeyli geniş şərh edir. Düşünün ki, bir kinoteatrın müştəri portfoliosu belə, AİHM-nə görə “mülkiyyət” kimi qəbul oluna bilərdi. Ümumiyyətlə AİHM, həm “mülkiyyəti”, həm də “sahibliyi” müvafiq dövlətin milli hüququna görə şərh etmir; bu anlayışın müstəqil olduqlarını irəli sürür və hər hadisədə də ayrıca qiymətləndirir.

Bunlarla yanaşı maddi və qeyri-maddi maraqlar, məsələn, səhmlər, pa-tentlər, arbitraj ödənişləri, pensiya alacağı, ev sahibinin kirayə haqqı, sahibkar-lıq fəaliyyəti nəticəsində əldə olunan gəlir, kreditor hüquqları, AİHM-nə görə

“mülkiyyət” anlayışına daxildir. Delikt yaxud müqavilə pozuntusuna görə dəyən ziyan da, daha doğrusu, ziyanın məbləği də mülkiyyət hüququnun mü-dafiəsi altına düşür.78

Gələcəkdə mülkiyyət əldə etmək hüququ, AİHK-nın 1 protokolunun əhatəsi altına düşmür.79 Bu o deməkdir ki, məsələn, gələcəkdə miras əldə etmək hüququ 1-ci maddə ilə müdafiə olunmur. Marckx v. Belgium (1979) işində ərizəçinin nikahdan kənar qızı vardı və atalığın tanınmasına dair rəsmi akt olmadan onun öz qızına miras qoyması xeyli mürəkkəbdi. AİHM həmin iş üzrə qərarında göstərirdi ki, 1 saylı Protokolun 1-ci maddəsi uşağa münasibətdə, ümumiyyətlə, tətbiq olunmur, çünki bu maddə hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu elan edir.80 Bu isə o deməkdir ki, həmin maddə şəxsin artıq mövcud olan əmlakına münasibətdə tətbiq olunur və qanun üzrə və ya vəsiyyət əsasında vərəsəlik yolu ilə əmlakın əldə edilməsi hüququna təminat vermir.

Son dövrlər məhkəmə dəfələrlə milli məhkəmələrin ərizəçilərə müəyyən məbləğdə pul ödənilməsini (məsələn, əmək haqqı, pensiya) nəzərdə tutan qərarların icrasından dövlət tərəfindən imtina edilməsini 1 saylı Protokolun 1-ci

78 Pressos Compania Naviera SA v. Belgium, 1995.

79 Monika Carss-Frisk, The Right to Property, Human Rights Handbooks, No.4, s.6

80 Bununla belə AİHM-nin Marckx işindəki qərarının nəticəvi hissəsi ilə razılaşmaq mümkün deyildir;

belə ki, ərizəçi şəxs qız olmayıb mülkiyyətin sahibi olan atası idi, digər tərəfdən mülkiyyət hüququ predmet üzərində sərəncam vermə hüququnu tanıyır, bu da əmlakın qanuni mirasçıların haqqı qorunmaqla vərəsəlik üzrə başqasına keçirilməsini də nəzərdə tutur. Beləliklə məsələyə digər cəhətdən yanaşmaqla, AİHM-nin işin mahiyyəti üzrə qərarına qatılmamaq mümkündür.

55

maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məsələn, “Burdov Rusiyaya qarşı” işdə məhkəmə Çernobıl qəzasının iştirakçısı kimi ərizəçiyə təyin edilmiş kompensasiyanın ödənilməməsini mülkiyyət hüququna müdaxilə kimi qiymət-ləndirmişdir. Səhmdar cəmiyyətlərdə səhm sahiblərinin hüquqları da bu kon-tekstdə ələ alınır.81 Burada onu qeyd etməliyik ki, milli qanunvericiliyə görə, əmlaka müdaxilə sadəcə hakimiyyət orqanları tərəfindən nəzərdə tutulmaya bilər. O, eyni zamanda, mülki vətəndaşlar arasında da nəzərdə tutula bilər.82 Lakin Avropa İnsan Hüquqları Komissiyasının qeyd etdiyi kimi, qanun-vericilikdə nəzərdə tutulan belə müdaxilələr, bir şəxsin digərini özbaşına və ya ədalətsiz şəkildə mülkiyyətindən məhrum etməsinə səbəb olmamalıdır. Məsələn borclunun əmlakına həbs qoyulması buna misaldır. Halbuki bu həmişə belə olmur: misal kimi bizim Mülki Məcəllənin 228.5-ci maddəsini göstərə bilərik, mülkiyyətçinin əmlakına digər şəxsin müdaxiləsi nəzərdə tutulur.83

Habelə burada qısaca qeyd edək ki, fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də, mənfəət məqsədi ilə fəaliyyət göstərən iqtisadi birliklər də, SC və MMC kimi, mülkiyyət hüquqlarının müdafiəsini tələb edə bilərlər. Belə olan halda, hüquqi şəxs adına çıxış edənlər nizamnamə üzrə təmsil səlahiyyəti olan şəxs-lərdir.84

Kreditor hüquqları da müdafiə altına düşən maraqlar arasında yer alır.

Buna AİHM Stran Greek Refineries and Stratis Andreatis v. Greece (1994) işində qərar vermişdi. Bu işdə ərizəçi dövlət üçün bəzi tikinti işləri aparmışdı, daha sonra dövlət bu xidmətlərdən imtina etdi. İşə baxan arbitraj məhkəməsi Stran şirkətinə 16 million USD kompensasiya ödənməsini qət etsə də dövlət müxtəlif metodlarla bu pulu ödəməkdən boyun qaçırırdı.

Əmlak dedikdə daha çox daşınmaz əmlak başa düşülür, çünki daşınmaz əmlak sanki müdaxiləyə daha çox məruz qalır. Lakin bu belə deyildir, daşınar əmlak və pul hesabları, səhm paketləri kimi mülkiyyət predmetləri də müdaxi-ləyə məruz qala bilər.

Daha bir maraqlı məqam: mülkiyyəti vicdanla əldə edənin qanuni göz-ləntilərini də (legitimate expectations) AİHM mülkiyyət hüququnun müdafiəsi ilə əhatə etdi. Bunu AİHM Pine Valley Developments Ltd v. İreland (1991) işində qərara bağlamışdı. Həmin işdə ərizəçi şirkət bizdəki kimi hündür

81 Brameld and Malmström v. Sweden, appl 8885/79, 1982.

82 Carss-Frisk, s.12.

83 Qeyd olunmalıdır ki, 1.10.2009 tarixində qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi, bu məsələdə yeni tənzimləmə gətirərək dolaylı olaraq mülkiyyətçi hüquqlarını bərpa etmişdir. Lakin məhkəmə praktika-sının necə olacağını indidən demək mümkün deyildir.

84 Agrotexim v. Greece, 1995.

bəli ev tikmək üçün torpaq sahəsi almışdı. Lakin Fövqəladə Hallar Nazirliyinin funksiyasını yerinə yetirən yerli departamentin patriotik cəhdləri ilə daha sonra həmin torpaq sahəsində sənaye inşaatı ilə bağlı işlər qadağan edildi, belə ki, torpağın təyinatı dəyişdirilmişdi. AİHM-nə görə, ərizəçi torpaq sahəsini aldıqda orada bu cür inşaat işlərinin aparılması mümkün idi, o da bu torpağı inşaat işlərini davam etdirə bilməsi düşüncəsi ilə almışdı. Nəticədə AİHM qərara bağladı ki, mülkiyyət hüququna qanunsuz müdaxilə olub.

Diqqətə layiq bir başqa əcaib işdə, daha əvvəl mühasib kimi işləmiş şəxs yeni çıxmış qanuna görə vəzifəyə davam edə bilmək üçün xüsusi qurulmuş rəsmi Qəbul Heyətindən qeydiyyatdan keçməli idi. Sülhsevər mühasibin müra-ciəti rədd olundu, onun appelyasiya şikayəti də təmin edilmədi. Ərizəçi Van Marle, hadisədə AİHK-nın 1-ci Protokolunun 1-ci maddəsinin pozulduğunu irəli sürdü. AİHM bununla razılaşdı.85

Bununla belə göstərilən xidmətə qarşı alınan məbləğin qanunvericiliklə müəyyən edilməsi və ona məhdudiyyətlər qoyulması mülkiyyət hüququnun müdafiəsi altına düşmür.86 Məsələn, Nazirlər Kabineti çörək satış qiymətlərinə maksimum hədd qoysa, şəxslər (satıcılar) bununla mülkiyyət hüququna müda-xilə olunduğunu iddia edə bilməzlər.

Başqa cür ifadə etsək, pulla ölçülə bilən hüquqların bir çoxu “mülkiyyət”

anlayışına daxil olacaqdır. Əsas məsələ, milli qanunvericiliyə görə şəxsin əm-lakla bağlı hər hansı bir hüququnun olmasıdır, AİHM bunun Konvensiyaya görə “mülkiyyət” olub-olmadığını qiymətləndirəcəkdir. Beləliklə, qanuni kirayə hüququ olmadan bir şəxsin başqasına aid daşınmazda yaşaması heç cür mül-kiyyət hüququnun müdafiəsi altına düşməyəcəkdir.87

Mülkiyyətə müdaxilənin olub-olmaması, yaxud mülkiyyətdən məhrum etmə

Mülkiyyətə müdaxilənin əsas və birinci forması, ekspropriasiya şəklində olur. Ekspropriasiya – latın köklü bir sözdür, mülkiyyətin əldən alınması kimi başa düşülür; mahiyyətcə mənası “dövlətləşdirməyə” çox bənzəyir. Hərçənd

Mülkiyyətə müdaxilənin əsas və birinci forması, ekspropriasiya şəklində olur. Ekspropriasiya – latın köklü bir sözdür, mülkiyyətin əldən alınması kimi başa düşülür; mahiyyətcə mənası “dövlətləşdirməyə” çox bənzəyir. Hərçənd