• Sonuç bulunamadı

C. Əsas hüquq və azadlıqların mahiyyəti və hüquqi rejimi

6. Ədalətli məhkəmə hüququ

Sizi yenə siyasət elmi və tarixinə dəvət edəcəyik. John Locke`un ictimai müqavilə nəzəriyyəsi var. Bu nəzəriyyənin Hobbes, Rousseasu kimi tərəfdarları da var. Locke`un ictimai müqavilə nəzəriyyəsinə görə, insanlar cəmiyyət halın-da yaşamağa keçmək barəsində razılığa gəldikdə, bəzi hüquqlarını, bu arahalın-da hökm (cəza) vermə hüququnu, dövlətə tərk ediblər.145 Başqa bir sözlə məhkə-məyə. Bu hüquqlarını dövlətə tərk edən insan, əlbəttə ki, bunu bəzi şərtlərlə və məqsədlərlə verib: insan öz işində subyektiv davranır və hökmü (qərarı) özü verirsə, ədalətli və obyektiv qərar verə bilməz. Ədalət üçün qərarı obyektiv və qərəzsiz bir tərəf verməlidir. Bu o mənaya gəlir ki, insan öz işi ilə bağlı mü-bahisədə qərar vermə hüququnu itirsə də, bunun əvəzinə insanın başqa hüququ yaranır – öz işi ilə bağlı mübahisəyə ədalətli baxılmasını tələb etmə hüququ.

Əsas insan hüquqlarının təbii hüquq məktəbinə söykənməsinin səbəbini az əvvəl sizə nümayiş etdirdik – gördünüz ki, ədalətli məhkəmə hüququ ictimai müqavilə nəzəriyyəsinə söykənir. Bəli bu hüquq mütləq və bir yerdə qeyd olunmağa da ehtiyacı olmayan hüquqdur. Amma hüquq elminin bu məsələdəki funksiyası bir az fərqlidir. Belə ki, hüquq elmi ədalətli məhkəmə hüququnun hansı vasitələrlə həyata keçiriləcəyini müəyyən etməlidir. Mənalı bir sual: yət qanununda boşluq olduğuna görə, cinayətkar cəzasız qalırsa, həmin cina-yətkarı xalqın linç edilməsinə tərk etməklə ədalətli məhkəmə hüququ bərqərar olunarmı (zərərçəkmiş baxımından)? Yaxud sistem yozlaşmış və zalımdırsa, Robin Qud, Qaçaq Nəbi və Koroğlu kimi şəxslər ədalətli məhkəmə hüququnun bir vasitəsi halına gəlirmi?

Ədalətli məhkəmə hüququnun tərifini bu şəkildə vermək mümkündür:

hüquqi mübahisə zamanı, şəxsin rahat bir şəkildə məhkəmə orqanına müraciət edəbilməsi, mübahisə tərəfləri arasında bir ayrı-seçkilik qoyulmadan iddia və etirazların bərabər səviyyədə və həqiqətin müəyyən edilməsini təmin edən şəkildə, qanuni və müstəqil məhkəmə tərəfindən ələ alınması və nəticələndir-məsidir.146

145 John Locke, The Civil Government, chapter II, §VI. Nəql edən; Ayferi Göze, s.152.

146 Mustafa Şentop, “Avrupa İnsan Hakları Sözleşmesinde Adil Yargılanma Hakkı”, Argumentum, Temmuz-Aralık 1997, Sayı 53, s.315.

Bu hüquq, UDHR 10-cu maddəsində belə dilə gətirilir:

Hərkəs onun hüquq və öhdəliklərinin və ya ona qarşı irəli sürülmüş cinayət ittihamının, müstəqil və tərəfsiz məhkəmə tərəfindən ədalətli və açıq iclasda müəyyən edilməsində tam bərabər hüquqa sahibdir.147

AİHK 6-cı maddə mətni belədir:

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ-na malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ic-timai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin, yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdik-də, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün pro-ses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilə-nədək təqsirsiz hesab edilir.

3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:

a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdü-yü dildə dərhal və ətraflı məlumatlandırılmaq;

b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;

c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya mü-dafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühaki-məsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək;

d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırılması və dindirilməsi hüququna malik ol-maq;

e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tər-cüməçinin pulsuz köməyindən istifadə etmək.

AİHK ədalətli məhkəmə hüququnu bir az daha dar çərçivədə təqdim edir:

orada bütün hüquq və öhdəliklər yox, ancaq mülki olanlardan bəhs olunur (üstə gəl, cinayət ittihamında müdafiə təminatları). Bu da AİHM-nin qərarlarına öz təsirini göstərir. Belə ki, məsələn, siyasi hüquqlarla (seçilmə) dövlət qulluğu ilə bağlı məsələlərə Avropa Məhkəməsi baxmır. Başqa bir sözlə, AİHK öz

“qoruma şəmsiyyəsi” altına hər hüququ almır. Məsələn, Rəsul Quliyev AİHM-nə müraciət etdikdə, Məhkəmə inter alia bu işdə “siyasi hüquqdan söhbət gedir” səbəbinə görə Quliyevin tələbini təmin etməmişdi.

147 İngilzcə mətn belədir: Everyone is entitled in full equality to a fair and public hearing by an independent and impartial tribunal, in the determination of his rights and obligations and of any criminal charge against him.

117

1966 tarixli BMT Sazişinin 14-cü maddəsi ədalətli məhkəmə baxışını daha geniş tənzimləyir. UDHR kimi, Saziş ədalətli məhkəmə hüququnu bütün hüquqlara şamil edir. Habelə cinayət ittihamı ilə üzləşmiş şəxsin hansı konkret müdafiə hüquqlarına sahib olduğunu da göstərir. Maddə mətni belədir:

1. Bütün şəxslər məhkəmə və tribunal qarşısında bərabərdir. Hər kəs ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən, yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələri müəyyənləşdirilərkən işinə qanun əsasında yaradılmış səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq baxılması hüququna malikdir. Demokratik cəmiyyətdə mətbuat və ictimaiyyət əxlaq, ictimai asayiş, yaxud dövlət təhlükəsizliyi mülahizələrinə görə, yaxud tərəflərin şəxsi hə-yatlarının mənafeyi tələb etdikdə, yaxud məhkəmənin fikrincə ciddi zərurət olduqda

— açıq məhkəmənin ədalət məhkəməsini poza biləcəyi xüsusi hallarda — məhkəmə baxışına bütövlükdə, yaxud onun bir hissəsinə buraxılmaya bilər; lakin yetkinliyə çatmamışların mənafeyinin tələb etdiyi, yaxud işin evlənməyə, yaxud uşaqlar üzə-rində qəyyumluq mübahisələrinə aid olduğu hallar istisna edilməklə, cinayət, yaxud mülki işlərə dair hər bir məhkəmə qərarı açıq olmalıdır.

2. Cinayətdə ittiham olunan hər kəs onun təqsiri qanuna əsasən sübut edilənədək günahkar sayılmamaq hüququna malikdir.

3. Hər kəs ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən, tam bərabərlik əsasında minimum aşağıdakılara təminat hüququna malikdir:

a) ona qarşı irəli sürülən ittihamın xarakteri və əsası ilə təcili qaydada və onun başa düşdüyü dildə ətraflı xəbərdar edilmək;

b) özünü müdafiəyə hazırlamaq üçün kifayət qədər vaxta və özünün seçdiyi müda-fiəçi ilə əlaqə saxlamaq imkanına malik olmaq;

c) əsassız ləngitməyə yol verilmədən mühakimə edilmək;

d) özünün iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən, yaxud özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək: əgər müdafiəçisi yoxdursa, bu hüququ haqqında xəbərdar edilmək və ədalət məhkəməsinin mənafeyi tələb etdiyi bütün hallarda təyin olunmuş müdafiəçiyə və müdafiə haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadığı hallarda pulsuz müdafiəçiyə malik olmaq;

e) onun əleyhinə ifadə verən şahidləri dindirmək, yaxud bu şahidlərin dindirilməsi hüququna malik olmaq, öz şahidlərinin onun əleyhinə ifadə verən şahidlər üçün mövcud olan şərtlərlə istintaqa çağırılması hüququna malik olmaq;

1) məhkəmədə istifadə olunan dili başa düşmürsə, yaxud bu dildə danışmırsa, tərcüməçinin köməyindən pulsuz istifadə etmək;

g) və əleyhinə ifadə verməyə, yaxud özünün müqəssir olduğunu etiraf etməyə məcbur edilməmək.

4. Yetkinliyə çatmayanlar barəsində məhkəmə prosesi onların yaşı və yenidən tərbiyə edilmək istəyinə yardım göstərilməsi nəzərə alınmaqla aparılmalıdır.

5. Hər hansı bir cinayətə görə məhkum olunmuş hər kəs onun barəsindəki ittihama və hökmə qanuna əsasən yuxarı məhkəmə instansiyalarında yenidən baxılması hüququna malikdir.

6. Əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır.

7. Heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosesual hüququna müvafiq olaraq artıq qəti surətdə məhkum olunduğu, yaxud bəraət qazandığı bir cinayət üçün ikinci dəfə mühakimə edilməməli, yaxud cəzalandırılmamalıdır.

Bununla belə məzmun etibariylə AİHK 6-cı və ICCPR 14-cü maddəsi bənzərdir; aradakı fərq qorunan hüquqların dairəsi (yuxarıda göstərdik) baxı-mından və cinayət ittihamı ilə üzləşən şəxsin sahib olduğu minimum hüquqlar baxımındandır.

Ümumiyyətlə ədalətli məhkəmə hüququ, cinayət ittihamı ilə üzləşdikdə şəxsin sahib olduqları təminatları, bir də qeyri-cinayət işlərində şəxsin sahib olduğu təminatlar olaraq 2-yə ayrılır. Əlbəttə ki, cinayət işlərində müttəhimə daha çox təminatlar tanınıb. Bu yanaşma tərzi həm AİHK-da, həm də ICCPR-də özünü göstərir.

Məhkəmə baxışının açıq olması

Konvensiya mətnindən də açıq-aydın görünür ki, məhkəmə iclasları açıq keçirilməlidir. Bu tələb, qərarın (hökmün) oxunmasına da aiddir. Məhkəmə iclasının açıq olması, oradakı qaydaya riayət etmək şərtilə istəyən hər kəsin iclasda iştirak edə bilməsi mənasını daşıyır. Əgər elektron vasitələrlə siz məhkəmə iclasını izləyə bilirsinizsə, iclas zalında olmasanız belə, iclas açıq keçirilmiş sayılır. Buradaki motiv və məqsəd belədir: qapalı qapılar arxasında ədalət təcəlli edə bilməz, xalq tərəfindən qınanma qorxusu, hakimiyyət dairələri üçün ədaləli qərar çıxarmada yardımcı amil kimi çıxış edir.

Məhkəmə qərarının elan edilməsində bir nüans var. Qərar cəmiyyətə açıq şəkildə elan edilməlidir. Lakin məhkəmə qərar verərkən bunu əsaslandırmalıdır.

Avropa Komissiyası və AİHM-nin yerləşmiş presedentinə görə, məhkəmə iclasında qərar əsaslandırılmasa da, daha sonra yazılı şəkildə qərar əsaslan-dırılırsa, burada məhkəmə baxışının açıqlığı prinsipi pozulmuş olurdu. Lakin ölkəmizi də maraqlandıran bir halı nəzərinizə çatdırmalıyam. 07 İyul 2008 tarixli qərarında, AİHM köhnə SSRİ respublikaları baxımından vacib bir presedent dəyişikliyinə getdi. Belə ki, post-sovet ölkələrdə məhkəmə iclasında qərarın sadəcə nəticəvi hissəsinin oxunması mümkündür, əsaslandırma isə yazılı şəkildə daha sonra çıxarıla bilər. Halbuki belə halda məhkəmə qətnaməsi

119

ilə hər kəs tanış ola bilmir – bir qayda olaraq, ancaq tərəflər və onların nüma-yəndələri. AİHM bu praktikanı 6-cı maddənin təmin etdiyi “açıqlıq” prinsipinə zidd saydı və hesab etdi ki, əgər iş materialları hər kəsə açıq olmayacaqsa, onda qərarın əsaslandırıcı hissəsi də məhkəmədə elan edilməlidir.148

Cinayət ittihamı kimi nəyi anlamalıyıq?

Burada bir məsələni qeyd etməliyik. “Cinayət ittihamı” müstəqil bir anlayış olaraq ələ alınır və ona məna verilərkən sırf dövlətdaxili qanunvericilik nəzərə alınmır. Çünki elə hallar var ki, milli qanunvericiliyə görə intizam məsuliyyəti ya da inzibati məsuliyyət halı kimi nəzərdə tutulur. Bunların bəziləri də, məsələn, Avropa Məhkəməsi tərəfindən cinayət ittihamı kimi qəbul olunur. Məsələn, ölkəmizdə avtoxuliqanlıq əməlləri törədənlər üçün 15 sutkaya qədər inzibati həbsin tətbiq edilə biləcəyi nəzərdə tutulur; belə halda bu cür ittihamlar ədalətli məhkəmə baxışının təminatı altına düşür.149

Ümumiyyətlə məsələnin cinayət ittihamı yoxsa inzibati xəta isnadı olma-sında, törədilən əməlin və verilən sanksiyanın xarakteri əhəmiyyət daşıyır.

Məsələn, sırf bir peşə sahiblərinin törədə biləcəyi əməllər, böyük ehtimalla, intizam məsələsini ağla gətirir. Cərimə verilirsə, kompensasiya mahiyyətində olmayıb cəzalandırma mahiyyətində olduqda, məsələnin “cinayət ittihamı” ilə bağlı olduğu ağla gələ bilər.

AİHM ittihama belə məna verir: “fərdin cinayət hüquq pozuntusu törət-diyinə dəlalət edən və ya şübhəli şəxs qismində onun vəziyyətinə mühüm təsir göstərən ehtimalların olduğu barədə səlahiyyətli dövlət hakimiyyəti orqanı tərəfindən ona rəsmi məlumatın verilməsidir”. İttiham hallarına bəzi misallar verək:

ƒ fərd şübhəli şəxs qismində dindirildikdə,

ƒ bu və ya digər şəxsin həbsi barədə order verildikdə,

ƒ şəxsə qarşı cinayət təqibinə başlanıldığı barədə ona rəsmi məlumat verildikdə,

ƒ gömrük cinayətlərini araşdıran dövlət orqanları şəxsdən sübutlar təqdim etməsini tələb etdikdə və onun bank hesabını dondurduqda,

ƒ polis tərəfindən şəxsin əleyhinə prokurorluğa məlumat verildikdən sonra onun barəsində cinayət işi açılarkən şəxs yardım üçün vəkilə müraciət etdikdə.

Yuxarıdakı misallar məhdud sayda deyildir.

148 CASE OF RYAKIB BIRYUKOV v. RUSSIA, 17.01.2008, para.39-46.

149 İnzibati və intizam sanksiyaların mahiyyəti vacibdir; azadlıqdan məhrum etmə növündə cəza verilirsə, burada cinayət ittihamı vardır. Engel və başqaları Niderlanda qarşı, 08.06.1986.

Burada AİHM-nin Engel və başqaları Niderlanda qarşı işindən bir paraq-rafı təkrar etmək istəyirəm. Oxunub mənasının, daha doğrusu, yanaşma tərzinin başa düşülməsi çox vacibdir:

Dövlətlər hüquq pozuntusunu öz mülahizələrinə görə, cinayət hüquq pozuntusu əvəzinə intizam pozuntusu (inzibati xəta – F.M.) kimi tövsif edə bilsəydilər, yaxud “qarışıq” hüquq pozuntusu törədəni cinayət icraatı səviy-yəsində yox, intizam icraatı səviysəviy-yəsində təqib edə bilsəydilər, 6-cı və 7-ci (cinayət və cəzada qanunçuluq prinsipi) maddələrin əsas müddəalarının qüv-vəsi onların suveren iradələrindən asılı olardı. (Dövlətin) səlahiyyətlərin bu cür genişləndirilməsi, Konvensiyanın məqsəd və vəzifələri ilə bir araya sığmayan nəticələrə gətirib çıxarardı.150

Cinayət ittihamı ilə üzləşən şəxsin minimum hüquqları

Minimum olaraq qeyd olunduğuna görə, demək, bu hüquqları şərh edib, lazım olduqda təsirli müdafiəni təmin etmək üçün genişlədilməlidir. Diqqət edilsə, məhz buna görə, ölkəmizin Cinayət-Prosesual Məcəlləsində bu hüquqlar çox daha geniş şəkildə müəyyən olunur.

ƒ Başa düşdüyü dildə, dərhal, dəqiq nə ilə ittiham olunduğu ilə tanış olma hüququ;

ƒ Müdafiəsini hazırlamaq üçün kifayət qədər zamana və imkanlara sahib olma hüququ;

ƒ Özünü müdafiə hüququ, məhkəmədə çıxış hüququ, istər özü vasitəsilə, istərsə də seçdiyi vəkil vasitəsilə, vəkil tutmağa pulu yoxdursa, vəkili ona pulsuz dövlət təmin etməlidir;

ƒ Ona qarşı olan şahidlərə sual soruşma hüququ, habelə, onun xeyrinə olan şahidlərin də əleyhinə olan şahidlərlə eyni dərəcədə işdə iştiraklarını istəmə hüququ;

ƒ İşə ağlabatan müddətdə baxılması hüququ;151

ƒ Məhkəmə dilini anlamırsa, pulsuz tərcüməçiyə hüquq;

ƒ Məhkum olunubsa, işə bir daha appelyasiya qaydasında baxılması hüququ.

Cinayət ittihamı ilə üzləşmiş şəxslərə, hər iki Sənəd demək olar ki, eyni müdafiə təminatları verir; ola bilsin ki, bu təminatlar konvensiyaların müxtəlif maddələrində ya da əlavə protokollarında müəyyən edilsin.152

150 Müvafiq qərarın 81-ci bəndi.

151 İşə ağlabatan müddət ərzində baxılması, sadəcə cinayət işlərində yox, bütün hüquqi mübahisələr üçün tələb olunur.

121

Ədalətli məhkəmə baxışı təminatı hansı hüquqlara şamil olunur?

Ədalətli məhkəmə baxışı hüququ baxımından iki konvensiya arasındakı əsas fərq, daha əvvəl qeyd etdiyimiz kimi qeyri-cinayət mübahisələri ilə bağ-lıdır. Avropa İnsan Hüquqları Konvensiyası ədalətli məhkəmə araşdırılması təminatını bütün hüquqlar üçün tanımır. Konvensiya hazırlananda tərəf dövlət-lərin mənfəətləri nəzərə alınaraq, hakimiyyət səlahiyyətdövlət-lərinin tətbiqi ilə yara-nan hüquqi münasibətlərə ədalətli məhkəmə hüququnun tətbiq olunması nəzər-də tutulmadı. 2-ci Dünya Müharibəsinnəzər-dən sonra hakim olan hava, bu gün artıq dəyişib. İncələdiyimiz kimi, Avropa Birliyi Əsas Azadlıqlar haqqında Sazişdə, ədalətli məhkəmə baxışının təminatı bütün hüquqlara şamil olunur. Lakin

“mülki hüquq” sözü, AİHK-nın 6-cı maddəsində açıq şəkildə yer aldığı üçün, cavabdeh dövlətlər hakimiyyət tədbirləri ilə bağlı hüquqi mübahisələrdə bunu daim irəli sürürlər.

Burada müzakirə olunası sual bundan ibarətdir ki, AİHK-nın istər özü, istərsə də 6-cı maddəsi mülki olmayan hüquqlara heç bir təminat vermirmi?

Məsələ bundadır ki, ICCPR, AİHK kimi qoruma təminatı vermir: milli məhkəmələr bu hüququ pozmaqda israrlıdırsa, 1966 Sazişi hüququ pozulmuş şəxsə çox “nisbi”, mübahisəli bir təminat verir.153 Yuxarıda soruşduğumuz bu vacib sualın cavabı bir az mürəkkəbdir.

İnsan hüquqlarının nəzəriyyəsi onu tələb edir ki, məsələlərə yanaşanda və onlara şərh verəndə, “hüquqa154 hörmət” prinsipindən yanaşılsın. Hüquqa hörmət prinsipi o mənaya gəlmir ki, bütün hadisələrdə mütləq olaraq o hüququn reallaşması təmin edilməlidir. İnsan hüquqlarının da əlbəttə ki, bir həddi var və bu hər hüquqa aiddir. Heç bir həd tanımayan hüquq ancaq bir dənədir – o da açıqlamamaq şərti ilə - fikir azadlığıdır. Bəli, daxili aləminizdə nə istəsəniz düşünə bilərsiniz, buna görə heç kəs sizi təqib edə bilməz (habelə sizi bu fikrinizi deməyə məcbur edə bilməzlər, məcburiyyət altında desəniz o fikrə görə sizi məsuliyyətə cəlb edə bilməzlər). Bu fikriniz çox sadist və qeyri-insani fikir ola bilər, hərçənd, belə düşünməkdə sərbəstsiniz.

Məhdudlaşdırılmayan hüquq çox azdır dedikdə, elə bilməyin ki, işgəncə-yə məruz qalmama hüququnu məhdudlaşdırıb, insana dözümlülüyünü ölçmək

152 Sözlərə diqqət yetirin, birinci nəsil, yəni əsas hüquqlar dövlət tərəfindən tanınmır, ancaq müəyyən edilir. Müəyyən etmədə, daha əvvəl var olan şeyin varlığını qəbul edirsiniz. Halbuki tanıma məsələsində bu, həmişə belə şərh olunmur.

153 Sazişin əhəmiyyətini azaltmaq istəməzdim, amma, yozlaşmış və riyakar sistemlər üçün ICCPR-in heç bir müsbət təsiri ola bilmir. AİHK-na gəldikdə isə, bunun qoruma mexanizmi az olsa və gec işləsə də, yenə də vardır.

154 Burada hüquq dedikdə, konkret insan hüququndan söhbət gedir.

üçün elektrik cərəyanı vermək olar. Əlbəttə ki, olmaz. Amma elə cəzalar var ki, onların dolayı təsiri insana ağır mənəvi əzab verə bilər. Məsələn, oğlu ömürlük azadlıqdan məhrum olmuş yaşlı ananın oğlunu görə bilməmə və onun xəstə ol-duğunu bildiyi halda ömürlük həbs edildiyini bilmək, ana üçün böyük bir mənəvi əzabdır.155 Ölkəmizin qanunvericliyinə görə, həbsxanada saxlanılan ömürlük azadlıqdan məhrum edilmiş şəxslərlə ildə ancaq 2 dəfə uzun görüş keçirmək olar. Bu cür mənfi təsirlər “işgəncə” tərifinə daxil olmasa da, yenə də

“işgəncəyə məruz qalmama”o ana üçün anlamsız bir şey kimi görülə bilər.

Əsas hüquqlar olsa belə, hüququn həddi necə müəyyən olunmalıdır?

Əvvəlcə onu qeyd edək ki, hər bir konkret hüquq üçün beynəlxalq sənədlər dediyimiz hədləri nəzərdə tutur. Məsələn, yaşama hüququnu zəruri müdafiə halında pozmaq mümkündür. Yaxud məcburi əməyə cəlb edilməmə hüququnu, müharibə zamanı müdafiə qurğuları inşa etdirməklə poza bilərsiniz.

Mövzudan çox yayınmadan, qayıdaq o məsələyə ki, mülki olamayan hü-quqların məhkəmə baxışında ədalətli baxış prinsipi pozula bilərmi, pozularsa buna adekvat olaraq nə etmək mümkündür və AİHK bunun üçün bizə nə imkan tanıyır?

AR Konstitusiyasının 127-ci maddəsinin II-ci hissəsi deyir ki, “hakimlər (yəni məhkəmələr) işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.” Görüldüyü kimi daxili qanunve-ricilik də təbii olan bu hüququ tanıyır və bu prinsip pozulanda appelyasiya ya da kassasiya şikayəti vasitəsilə bu hüquq bərpa edilməlidir. Lakin məhkəmə-lərin işlərə tərəf tutmaqla baxdığı hallarda, əlbəttə ki, bu Konstitusion müddəa-nın bir mənası qalmır. Təsadüfi deyil ki, Azərbaycandan AİHM-nə gedən şikayətlərin çoxu məhz ədalətli məhkəmə hüququnun pozuntusu ilə bağlıdır.

İrəlidə məsələyə qayıdacayıq, ancaq burada qısaca onu qeyd edək ki, ədalətsiz məhkəmə baxışının predmeti olan hüquq, mülki hüquq statusuna daxil olmursa, ərizəçi bərabərlik hüququnun pozuntusuna müraciət etməlidir. Çünki bərabərlik hüququ, geniş mənalıdır və onun şərhində AİHM-nin imkanları daha genişdir.156 Habelə AİHK-da tənzimlənən bütün hüquqlar baxımından, eyni Konvensiyanın 13-cü maddəsini işlədmək mümkündür. Həmin maddə haqqında (təsirli hüquqi müraciət vasitələrinin olması) izahatları irəlidə verəcəyik.

155 BMT-nin “Məhbuslarla Minimum rəftar standartlarına” görə, azadlıqdan məhrum edilmiş şəxslərin yaxın ailəsi və dostları ilə vaxtaşırı görüşmə imkanı təmin edilməlidir.

156 Bərabərlik hüququ, bütün qanuni hüquqlar baxımından tanına biləcəyi kimi, sırf bəzi konkret hüquqlar baxımından da müəyyən edilə bilər. Məsələn, AİHK-nın 14-cü maddəsindəki bərabərlik (daha doğrusu ayrı-seçkiliyə məruz qalmama) hüququ ancaq AİHK-da və protokollarında göstərilən maddi hüquqlara aiddir. Lakin AİHK-nın 12-ci Protokolu (AŞ üzvü olan bütün dövlətlər bunu hələ ki, ratifikasiya etməyib) ayrı-seçkilik qadağasını bütün hüquqlar baxımından tanıyır.

123

Mülki hüquq və vəzifələr

Qeyd etdik ki, ICCPR bütün hüquqlara şamil olunur. Amma nə edək ki, BMT-nin İnsan Hüquqları Komitəsi, AİHM kimi yurisdiksiyaya sahib deyildir.

Qeyd etdik ki, ICCPR bütün hüquqlara şamil olunur. Amma nə edək ki, BMT-nin İnsan Hüquqları Komitəsi, AİHM kimi yurisdiksiyaya sahib deyildir.