• Sonuç bulunamadı

AVROPA KONTİNENTİNDƏ İNSAN HÜQUQLARININ QORUNMASI HÜQUQLARININ QORUNMASI

F. Qeyri-hökumət təşkilatları və insan hüquqları

III. AVROPA KONTİNENTİNDƏ İNSAN HÜQUQLARININ QORUNMASI HÜQUQLARININ QORUNMASI

A. Avropa Şurası

Burada əlbəttə ki, Avropa Şurasını qeyd etməliyik. 5 May 1949 tarixində Londonda Nizamnaməsi imzalanan Avropa Şurası siyasi bir təşkilatdır. Onu Avropa Ekonomik Topluluğu, ya da ki, yeni adı ilə Avropa Birliyi ilə qarış-dırmamaq lazımdır. Hərçənd Avropa Birliyi sırf iqtisadi bir birlik deyildir, onun da siyasi və inzibati cəhətləri var və insan hüquqlarının qorunması baxımından da konkret mexanizmləri mövcuddur. Amma Avropa qitəsində insan hüquqları deyildikdə ağla ilk gələn Avropa Şurasıdır. Avropa İnsan Hüquqları Konvensi-yası və müvafiq Məhkəmə, Avropa Şurasının yetirməsidir. Avropa dövlətləri-nin və Avropa Şurasının cəhdləridir ki, yüksək səviyyədə insan hüquqlarının layiqincə yaşanması Avropada təmin edilir.

Avropa Şurasının məqsədlərini və funksiyasını başa düşmək üçün təşki-latın qurucu Nizamnaməsinə baxmaq lazımdır. Preambulanın nə olduğunu bili-rik, milli qanunlarda da buna bənzər bir giriş hissəsi olur, bəzən də buna “əsas”

deyilir, yəni qanunun niyə qəbul olunduğunun izahatı. Normativ-hüquqi aktla-rın təfsirində, bu “giriş hissəsinin” əhəmiyyəti çoxdur, o bizə ratio legisi50 anla-mağa imkan verir. AŞ Nizamnaməsinin preambulasında yazılır ki, “... höku-mətlər, xalqlarının ümumi sərvəti və həqiqi demokratiyanın əsaslarını təşkil edən şəxsiyyət azadlığı, siyasi azadlıq və qanunun aliliyi prinsiplərinə öz bağlı-lıqlarını yenidən təsdiq edərək.... bu Nizamnaməni qəbul ediblər.” Nizamna-mənin 1-ci maddəsi manidardır; həmin maddəyə görə AŞ-nın məqsədi:

a. Avropa Şurasının məqsədi öz üzvləri arasında onların ümumi mirası olan, iqtisadi və sosial tərəqqiyə imkanlar yaradan ideal və prinsiplərin qorunması və həyata keçirilməsi məqsədilə daha çox birliyə nail olunmasıdır.

b. Bu məqsədlə Şuranın orqanları vasitəsilə ümumi marağı əks etdirən problemlərin mü-zakirəsində, iqtisadi, sosial, mədəni, elmi, hüquqi və inzibati məsələlərdə, insan hüquqla-rı və əsas azadlıqlahüquqla-rının qorunması və gələcəkdə də həyata keçirilməsində razılaşmalar və ümumi fəaliyyət əsasında nail oluna bilər.

Diqqət edilsə, maddənin 1-ci bəndində insan hüquqlarının qorunması açıq şəkildə əsas məqsəd kimi göstərilməyib, orada geniş şəkildə “ideal və prinsip-lərdən” söz edilir. Ancaq 2-ci bənddə bu ideallar və prinsiplərə nail olmaq üçün hansı vasitələrdən istifadə olunacağından söz edilir. İnsan hüquqları da bunların

50 Ratio legis latınca bir sözdür. Ratio – “məntiq, məna”, legis isə “qanun” deməkdir. Bütün olaraq bunu

“qanunun məqsədi/məntiqi” kimi tərcümə etmək olar.

arasındadır. Habelə bu ideal və prinsiplər, Nizamnamənin preambulasında yer alıb.

Nizamnamənin 3-cü maddəsi AŞ üzvü olmaq üçün hansı prinsiplərin hakim tutulacağını göstərir. Bu müddəa qurumun fəaliyyətinin məqsədinin hüququn üstünlüyü və insan hüquqlarına hörmət prinsipi olduğunu bir daha göstərir. Həmin maddəyə görə:

Avropa Şurasının hər bir üzvü qanunun aliliyi və onun yurisdiksiyası çərçivə-sində insan hüquqları və əsas azadlıqlarından bütün şəxslərin bəhrələnmə-si prinbəhrələnmə-siplərini qəbul etməli və I fəbəhrələnmə-sildə müəyyənləşdirildiyi kimi, Şuranın məqsədinin səmimi və səmərəli şəkildə həyata keçirilməsi sahəsində əməkdaş-lıq etməlidir.

Qurumun internet saytı olan www.coe.int adresinə daxil olduqda, ilk gör-düyünüz şüarlar – insan hüquqları, demokratiya, hüquqi dövlətdir.

Həqiqətən də AŞ işləyişi və fəaliyyətinə baxdıqda, insan hüquqları və demokratiya sahəsində əvəzolunmaz addımların atıldığını görmək çətin deyil-dir. Ölkəmizdəki vəziyyətin düzəldilməsi üçün də AŞ xeyli iş görür. Məsələn, 11 Fevral 2009 tarixli AŞ Baş Katibi Terry Devisin qısa bəyanatına baxsaq, orada görərik ki, qurum ölkəmizdə həbsdə olan jurnalistlərin sayından narahat-dır və hesab edir ki, sərbəst media olmadan demokratiya ola bilməz. Habelə 18 Mart 2009 tarixli Konstitusiya dəyişikliyi ilə bağlı, şəxsi həyatın qorunması ilə bağlı tənzimləməni media azadlığının sıxışdırılmasına səbəb ola biləcək amil kimi görür; ən sonunda da bununla bağlı öz yardımlarını təklif edir. Düzdür, yüksək səviyyədə və çox qədim demokratiya ənənələrinə sahib olan ölkəmizin əslində bu cür tövsiyələrə ehtiyacı yoxdur və AŞ da bunu bilir, lakin onlar yenə də öz funksiyalarını yerinə yetirmək məqsədilə, istər demokratik, istər avto-ritar, hər rejimə belə məsləhətlər verir.

AŞ əsas orqanlarını belə sadalamaq mümkündür – Nazirlər Kabineti, Par-lament Assambleyası (AŞPA), Katiblikdir. Bunların strukturu və səlahiyyətləri (AŞPA-nın adı Nizamnamədə “Məşvərət Məclisi” olaraq adlanır51) AŞ Nizam-naməsində göstərilir.

AŞ Nazirlər Kabineti

Nizamnaməyə uyğun olaraq qurulan, qurumun ən yuxarı səlahiyyətli, rəhbər və sərəncamverici orqanıdır. NK üzv dövlətlərin hökumət nümayəndə-lərindən ibarətdir (ya xarici işlər naziri, ya da ki, daimi diplomatik nümayəndə ilə təmsil olunur). NK üzv dövlətlər üçün tövsiyə xarakteri daşıyan qərarlar

51 1994-cü ilin fevralında Nazirlər Komitəsi gələcəkdə Avropa Şurasının bütün sənədlərində “Məşvərət Məclisi” əvəzinə “Parlament Assambleyası” adından istifadə olunmasını qərara alıb.

37

qəbul edir. Habelə AŞ NK üzv dövlətlər üçün məcburi xarakter daşıya bilən konvensiyalar da hazırlayır, dövlət bunları ratifikasiya etdikdə bu konvensiya-ların müvafiq müddəaları dövlət üçün məcburi hala gəlir. NK ildə azı 2 dəfə iclas keçirir. Nazirlər Komitəsi AŞ-nın bütün fəaliyyəti haqqında qərarlar qəbul edir.

AŞ NK aşağıdakı məsələləri araşdırır və bunlara dair qərar qəbul edir:

Avropa inteqrasiyasının siyasi aspektləri;

əməkdaşlığın inkişafı;

demokratik institutların inkişafı;

insan hüquqlarının müdafiəsi.52

Görüldüyü kimi insan hüquqlarının müdafiəsi NK-nin vəzifə sahələrinə aiddir. Əslində AİHM-nin qərarlarının icrasına nəzarəti həyata keçirməklə, Nazirlər Kabineti Avropa məkanında insan hüquqları ilə iş görən vacib qurum-lardan birisidir.

Parlament Assambleyası

Qısa adı “AŞPA” olaraq bilinən bu qurum, 1949-cu ildə hökumətlərarası saziş əsasında yaradılıb. Üzvləri hər bir tərəf Dövlətin özünün müəyyən etdiyi prosedura uyğun surətdə, öz millətvəkilləri arasından seçilir. Üzv dövlətin əhali sayısına görə, o dövlət PA-da təmsil olunur. Azərbaycan AŞPA-da 6 nəfər ilə təmsil olunur.53 Hər bir nümayəndə təmsil etdiyi tərəf Dövlətin vətəndaşı olma-lıdır, lakin eyni zamanda Nazirlər Komitəsinin üzvü ola bilməz. Parlament Assambleyasının səlahiyyətləri Nizamnamənin 23-cü maddəsində göstərilir.

Parlament Assambleyası, Avropa Şurasının məqsəd və səlahiyyətinə aid olan is-tənilən məsələni müzakirə edə və ona dair tövsiyələr verə bilər. O, həmçinin, Nazirlər Komitəsi tərəfindən rəy üçün ona verilmiş istənilən məsələyə aid fikir və tövsiyələrini bildirə bilər.

Parlament Assambleyasında, habelə, on iki komitə fəaliyyət göstərir.

Bunlardan biri də Qanunvericilik və İnsan Hüquqları Komitəsidir. Bu Komitə PA-da insan hüquqlarının müdafiəsində əsas rol oynayır.

AŞ Baş Katibi

Baş Katib və Baş Katibin Müavini Nazirlər Komitəsinin tövsiyəsi ilə Parlament Assambleyası tərəfindən təyin edilir. Baş Katib xeyli aktiv bir fiqurdur, o aktual məsələləri araşdırmalı və ictimai diqqəti onlara yönəltməlidir.

Ölkəmizdəki siyasi məsələlərlə bağlı da AŞ Baş Katibləri müxtəlif vaxtlarda

52 Cavadova, Məmmədov, s.160.

53 http://assembly.coe.int/ASP/AssemblyList/Annuaire_06W_Delegations.asp?CountryID=5

fərqli bəyanatlar veriblər. Bununla belə Baş Katibin bağlayıcı qərar alma səla-hiyyəti yoxdur. AŞ Baş Katibini ölkə daxilindəki Ombudsmana oxşadmaq mümkündür, bağlayıcı qərar alma səlahiyyəti olmasa da, o problemli məsələlər üzərinə getməli və onların həllində səy göstərməlidir.