• Sonuç bulunamadı

İşgəncəyə, qeyri-insani və ləyaqəti alçaldıcı rəftar və cəzaya məruz qalmama hüququ qalmama hüququ

C. Əsas hüquq və azadlıqların mahiyyəti və hüquqi rejimi

3. İşgəncəyə, qeyri-insani və ləyaqəti alçaldıcı rəftar və cəzaya məruz qalmama hüququ qalmama hüququ

İnsan ləyaqəti ilə ayrılmaz olan mənəvi bütövlük və şəxsiyyətə hörmət hüququ onu tələb edir ki, heç bir insana heç bir halda, insan ləyaqətinə sığmayan, onu insan kimi alçaldan rəftar və cəza verilməsin. İşgəncə qadağası sadəcə fiziki toxunulmazlığı qorumur. BMT İnsan Hüquqları Komitəsinin düzgün olaraq qeyd etdiyi kimi, işgəncə qadağası, insan ləyaqəti ilə bərabər onun fiziki, həm də mənəvi bütövlüyünü də qoruyur.112 İşgəncə insana sadəcə iztirab vermir, o eyni zamanda hər bir pis rəftar kimi insan ləyaqətini də alçal-dır. İşgəncə eyni zamanda, onu tətbiq edən insanın da ləyaqətini alçaldır, belə ki, bu hal onun qəddarlığını, humanizm və mərhəmət hisslərindən uzaq oldu-ğunu göstərir. Hərçənd tutulmuş şəxsi döyməyi sevən müstəntiq ya da əməliy-yatçı başqa cür fikirləşə bilər.

İşgəncənin tətbiqi insanlıq tarixində çox qədimlərə söykənir. İşgəncənin tərifini aşağıda verəcəyik. Amma onu qeyd edək ki, insanı diri-diri yandırmaq, aslanlara ya da timsahlara parçalanmaq üçün atmaq, dəri soymaq, bədənin müxtəlif hissələrini yandırmaq, əlil qoymaq kimi işgəncə metodları, zamanın irəliləməsi ilə yeni, müasir metodlarla əvəz olunur. İndi timsahlara yedirmirlər, bunun əvəzinə, insan bədəninə elektrik verməklə ya da divar deşmə alətindən istifadə etməklə, texniki inkişafı bu şəkildə tətbiq edirlər. Habelə xarici heç bir zorakılıq olmadan, müəyyən frekanslarda dalğalar verərək ya da yuxusuz saxlamaqla, aralıqsız uşaq ağlamağı səslərini dinlətdirmək kimi insana qorxunc işgəncələr vermək mümkündür. Bu cür işgəncənin izi də qalmır, lakin sinir sisteminə zərər yetirdiyi üçün bunun qurbanları ruhi xəstəliklərə məruz qalırlar.

Belə hallarda insanın nəyə görə həbsxanaya girdikdən sonra ağıl xəstəliyinə tutulduğu sualı qoyula bilər.

111 Öneryıldız v. Turkey, 30.11.2004, para.92.

112 BMT İnsan Hüquqları Komitəsinin 10.03.1992 tarixli 44 sessiyada qəbul etdiyi 20 nömrəli Ümumi Şərhi.

71

UDHR 5-ci maddəsi ilə AİHK-nın 3-cü maddəsi, demək olar, eyni sözləri təkrar edir: “Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”. ICCPR-in 7-ci maddəsində belə bir əlavə var:

“heç kəs onun razılığı olmadan tibbi və elmi eksperimentlərə (sınaqlara) məruz qala bilməz”.

a. İşgəncənin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan olunmasının mənası və əhəmiyyəti

İşgəncə qadağasının təqdim etdiyi müdafiə demokratik cəmiyyətlərin əsas dəyərlərindən birini əks etdirir. Bu qadağa, ilk növbədə şəxsin fiziki toxunul-mazlığını qorumaq üçün nəzərdə tutulub. Bundan əlavə, o, ciddi ruhi sarsın-tılara səbəb olan əzab vermə hallarına qarşı insanı müdafiə edən müddəa kimi də şərh oluna bilər. İşgəncənin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan olunması həm neqativ, həm də pozitiv öhdəliklər doğurur.

Neqativ öhdəlik dövlətlərdən tələb edir ki, qadağan olunmuş müəyyən fəaliyyətlərdən çəkinsinlər. Dövlətlər bütün dövlət orqanlarının, (məsələn, polis, təhlükəsizlik qüvvələri və digər hüquq-mühafizə orqanlarının qulluqçula-rının) hərəkətlərinə görə məsuliyyət daşıyırlar. Həmin şəxslərin əmrlər əsasın-da, yaxud öz mülahizələri əsasında hərəkət etməsindən asılı olmayaraq, belə hərəkətlərə görə dövlətlər məsuliyyət daşıyırlar. İstər AİHM-nin, istərsə də BMT İnsan Hüquqları Komitəsinin bu məsələdə fikirləri eynidir.113

Pozitiv öhdəliklər dövlətlərdən tələb edir ki, 3-cü maddəyə zidd olan rəftardan, şəxsi müdafiə etsinlər və belə rəftar barədə bütün iddiaları araşdır-sınlar. Pozitiv hərəkətlər, məsələn, cinayət törətməklə şübhəli şəxslərin tutulma-sına və həbs edilməsinə görə cavabdehlik daşıyan personalın təliminin təmin edilməsini ehtiva edə bilər. Yəni polis işçilərinə öyrətməlisiniz ki, işgəncə vermək bəyənilən bir davranış deyildir, ona görə məsuliyyət yaranır və belə hallardan uzaq durulmalıdır. Dövlət öz vəzifələrini ötürdüyü digər şəxslərin hərəkətlərinə görə də məsuliyyətdən yaxasını kənara çəkə bilməz. AİHM aydın surətdə bəyan edib ki, dövlətlər işgəncə qadağasını pozan rəftara görə özəl şəxslərin cəzalandırılmasına və ya belə rəftardan çəkindirilməsinə imkan verən qanunvericilik bazasını yaratmaq öhdəliyini daşıyırlar. Belə ki Məhkəmənin baxdığı bir işdə, uşağın atalığı onu döyürdü, ingiliz qanunvericiliyi də uşaqların tərbiyəsində ağla batan dərəcədə döyməyə icazə verirdi; Məhkəmə döyülməni

“qeyri-insani və ləyaqəti alçaldıcı cəza” saydı.114

113 BMT İnsan Hüquqları Komitəsi, 20-ci Ümumi Şərh.

114 A Birləşmiş Krallığa qarşı, 23.09.1998; və Z Birləşmiş Krallığa qarşı, 11.07.2001.

Misal olaraq, BMT-nin 1984 tarixli İşgəncəyə Qarşı Konvensiyasının 2-ci maddəsində, dövlətin pozitiv öhdəlikləri belə nəzərdə tutulur:

1. Hər bir iştirakçı dövlət onun yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkət-lərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görürlər.

2. Necə olursa-olsun, heç bir müstəsna hal — müharibə vəziyyəti və ya təhlükəsi, daxili siyasi qeyri-sabitlik, yaxud hər hansı digər fövqəladə şərait — işgəncəyə bəraət qazandıra bilməz.

3. Vəzifəcə yüksək rəisin, yaxud dövlət hakimiyyəti orqanının əmri işgəncə verilməsinə bəraət qazandıra bilməz.

İşgəncə qadağasının tələblərinə əməl etmək məqsədilə dövlət qadağan olunmuş rəftarı və ya cəzanı həyata keçirən şəxsləri cəzalandırmaq üçün müva-fiq tədbir görməlidir. Belə ki, araşdırma aparıldıqdan sonra məsuliyyət daşıyan şəxslər məhkəməyə verilməli və təqsirkar olduqları müəyyən edildikdə, hərə-kətlərinə görə qanunla nəzərdə tutulan qaydada cəzalandırılmalıdırlar. Dövlət təkcə şikayətlər və araşdırmalar üçün çatımlı prosedurları deyil, həm də sə-mərəli cinayət mühakimə icraatı sistemini təmin etməlidir.

Dövlətin müsbət öhdəlikləri ilə bağlı İşgəncə və digər qəddar, qeyri-insa-ni və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qadağan olunması haqqında Kon-vensiyanın 2-ci maddəsinin tətbiqinə dair CAT-in şərhində bildirilir ki, tərəf Dövlətlər işgəncənin aradan qaldırılmasına mane olan hər cür hüquqi və başqa əngəlləri, maneələri aradan qaldırmaqla mükəlləfdirlər. Eyni zamanda onlar bu sahədə öz milli qanunvericiliklərini və tədbirlərini də davamlı olaraq inkişaf et-dirmək və nəzərdən keçirmək öhdəliyini Konvensiyaya uyğun olaraq daşıyırlar.

ab. Hüququn mütləq xarakteri

İşgəncə və pis rəftar qadağasının fundamental əhəmiyyətini belə bir fakt aydın göstərir ki, o, qurbanın davranışından asılı olmayaraq tətbiq edilir və onun nəzərdə tutduğu hüquq mütləq hüquqdur, yəni bu hüquqdan heç bir istisnaya yol verilmir (məhdudlaşdırıla bilməz), eləcə də müharibə və ya millə-tin həyatını təhdid edən digər fövqəladə hallar zamanı bu hüquqdan geri çəkil-məyə, onu ləğv etməyə ya da azaltmağa yol verilmir. Hətta o dərəcədə ki, İşgəncələrin qadağan olunması haqqında Konvensiyanın 2-ci maddəsinin tətbiqi ilə bağlı CAT-in şərhində bildirilir ki, nəinki müharibə, daxili siyasi qeyri-sabitlik və ya başqa növ fövqəladə vəziyyət, hətta terror təhlükəsi, beynəlxalq və ya milli hərbi münaqişə də işgəncəyə bəraət qazandıra bilməz. Oxşar bir şərh ICCPR-in 7-ci maddəsilə bağlı verilmişdir. Orada da göstərilir ki, 7-ci maddə-dən heç bir istisnaya yol verilmir. Fövqəladə vəziyyət, əmrin yerinə yetirilməsi və s. bu kimi hallar da törədilmiş işgəncə və qəddar rəftar və ya cəzaya haqq qazandıra bilməz.

73

Aksoy Türkiyəyə qarşı işdə (1996) AİHM qərara aldı: “Hətta ən çətin şəraitdə, məsələn, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə şəraitində, Konvensiya işgəncəni, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı yaxud cəzanı mütləq mənada qadağan edir”. Hüququn mütləq xarakterini ifadə edən başqa bir işdə (D Birləşmiş Krallığa qarşı, 1997) AIHM-nə görə, işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza qəti surətdə qadağandır; bu qadağa şəxsin davranışının pislənməyə layiq olmasından asılı olmayaraq tətbiq ediməldir.

Lakin ABŞ və İsrailin standartları fərqlidir. Belə ki, İllinois Universiteti professorunun etirafına görə, o İsrail və ABŞ xüsusi xidmət orqanlarının işçilərinə, terrorism ilə mübarizədə tutulmuş şəxslərə hansı hallarda işgəncə verilə biləcəyinə dair kurslar keçib.115 Belə ki, cinayət hüququndakı “son zərurət” halını əsas götürməklə, Amerikalılar 20 nəfərin həyatını xilas etmək üçün 1 nəfərə işgəncə verilə biləcəyini haqlı görürlər.116 Lakin bu məsələyə Avropa yanaşması fərqlidir – işgəncəyə heç bir halda haq qazandırmaq olmaz.

İşgəncəyə istisnai hallarda icazə verilsə, başqa hallarda insanları vətənə xəyanətlə ittiham edərək, onların dövlət çevirilişi hazırladıqları və qan tökmək istədiyi irəli sürülərək, təhlükəsizlik orqanlarının təcridxanalarında işgəncə veriləcək. Halbuki liberal təfəkkür 200 ildən çox məhz bu praktikaya qarşı mübarizə apararaq qələbə çalmışdı. İşgəncə praktikasının olduğunu 24 Avqust 2009 tarixində ABŞ Ədliyyə Nazirliyi açıqlamış, bunları CIA direktoru Leon Panetta da etiraf etmişdi.117 Törədilən işgəncə hallarının bəzilərini belə sadalamaq olar: tutulmuş şəxslərin uşaqlarını öldürmə və analarını zorlama hədəsi, onları suda boğma immitasiyası kimi. ABŞ dəniz donanması “Koul”

gəmisinin partladılması cəhdinin əsas şübhəlisi olan Abd Al-Rahim Al-Naşiri isə, elektrikli deşmə aləti ilə işgəncə olunurdu.

ac. Sübutetmə yükü və standartı

Ərizəçi (vətəndaş) işgəncə, pis rəftara və ya cəzaya məruz qaldığını sübut etmək vəzifəsini daşıyır. Sübutetmə standartı “ağlabatan şübhə yeri qoymayan”

sübutdan ibarətdir. Hər halda, bu cür sübut kifayət qədər güclü, aydın və bir-biri ilə uzlaşan nəticələrdən və ya təkzibedilməz ehtimallardan irəli gələ bilər.

Məhkəmə faktlardan irəli gələn bu nəticələrin və ya təkzibedilməz ehtimalların nədən ibarət olduğunu aydın surətdə bildirməyib. Lakin ayrı-ayrı işlər üzrə presedent hüququ bu tələbə cavab verən sübut növlərini nümayiş etdirir.

115 Michael Moore, Torture and the balance of evils, Israel Law Review 23 (1989), s.280-344.

116 Michael Moore, Causation and Responsibility, Oxford University Press, 2006, s.35.

117 http://www.pravda.ru/world/northamerica/usa-canada/25-08-2009/321684-cia-0

İndelikato İtaliyaya qarşı işdə (2001) təqdim edilən sübutlar ərizəçinin iddia etdiyi rəftara məruz qaldığını “ağlabatan şübhə yeri qalmadan” təsdiq etmək üçün kifayət etmədiyindən Məhkəmə bu məsələdə 3-cü maddənin pozulduğunu müəyyən etmədi. Labita İtaliyaya qarşı işdə (2000) isə Məhkəmə hesab etdi ki, həbsxanada pis rəftar barədə məlumatlar iş üzrə sübut təşkil etmək baxımından həddən artıq ümumi xarakterlidir. Bu işdə də Məhkəmə, bu məsələ ilə bağlı 3-cü maddənin pozulmadığını müəyyən etdi.

Lakin şəxs həbsxanaya sağlam vəziyyətdə salındıqda və azadlığa buraxıl-dıqdan sonra onun xəsarət alması məlum olduqda, sübutetmə yükü ərizəçidən dövlətə keçir. Belə hallarda xəsarətin səbəbləri barədə inandırıcı izahat vermək dövlətin borcudur. Bununla bərabər, ərizəçi mümkün olduğu qədəri ilə bu xəsarətləri tibbi sənədlərlə müəyyən etməlidir, əlbəttə ki, nəzarət altında və həbsdə saxlandıqda məhbus bu imkandan məhrum olur. Məhbusun polis və ya digər hakimiyyət nümayəndəsinin nəzarəti altında olmasından asılı olmayaraq, xəsarət qurbanın həmin şəxslərin nəzarəti altında olduğu hər hansı müddətdə baş veribsə, sübutetmə yükü dövlətin üzərinə keçir. Həbs edilən zaman xəsarət alan şəxslər barəsində də sübutetmə yükü dövlətin üzərinə düşür. Belə şəraitdə şəxs xəsarət alırsa, həbs zamanı həddən artıq gücün tətbiq edilmədiyini sübut etmək vəzifəsi dövlətin üzərinə düşür.

Lakin Avropa Məhkəməsinin fikrincə, qurban olduğu iddia edilən şəxsin həbsə müqavimət göstərmək məqsədilə zor işlətdiyini sübut etmək mümkün olduqda (hal şahidləri ya da video qeydiyyatla), “tətbiq edilən gücün həddən artıq olmadığına dair hökumətin sübut etmək vəzifəsi bu halda əhəmiyyətini itirir.”118

b. Norma ilə əhatə edilən rəftar növləri

Ümumi adla işgəncə qadağası, geniş çeşidli rəftar və cəzaları əhatə edir.

Lakin heç də bütün pis rəftarları və ya cəzaları qadağan edilən hərəkətlərdən biri kimi tövsif etmək olmaz. AİHM-nin bəyan etdiyinə görə, rəftarın və ya cəzanın 3-cü maddəni pozan rəftar və ya cəza kimi tövsif edilməsi üçün: “pis rəftar minimum ağırlıq dərəcəsinə çatmalıdır... Bu minimumun qiymətləndi-rilməsi istər-istəməz nisbi xarakter daşıyır; bu, işin bütün hallarından, məsələn, rəftarın müddətindən, onun fiziki və ruhi nəticələrindən və bəzi hallarda qurba-nın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır”. 3-cü maddə ilə bağlı çətinliklərdən biri budur ki, hər hansı konkret rəftarı və ya cəzanı ölçə biləcək mücərrəd standartlar yoxdur və zaman keçdikcə cəmiyyətdəki

118 Berlinski v. Poland, 20.06.2002, para.62.

75

zələr də dəyişir. Hər bir iş konkret faktlar və hallar baxımından araşdırılmalıdır.

Lakin hər halda presedent hüququndan bir sıra faydalı prinsiplər törəyir ki, bu da hər bir işdə faktların qiymətləndirilməsinə əhəmiyyətli dərəcədə kömək edir.

ba. Pis rəftar formaları arasında fərqlər

3-cü maddədə sadalanan rəftar formaları arasında fərq qoyulmasına ehti-yac olmasa da, istənilən bu cür rəftar həmin maddənin pozuntusunu təşkil etdiyi görə, AİHM hər bir konkret ərizəçinin məruz qaldığı pis rəftarın xarakterini aydın şəkildə ortaya qoymağa meyl göstərir. AİHK-nın 41-ci maddəsi üzrə kompensasiyanın təyin edilməsi məsələsində işgəncə ilə digər qadağan edilmiş rəftar formaları arasındakı fərq nisbidir. Bundan başqa, aşağıda qeyd olunanlar-dan göründüyü kimi, işgəncə ləyaqətin alçaldılması ilə müşayiət olunur; dövlətin işgəncə verməklə məşğul olması müəyyən edildikdə, bu, daha ciddi nəticələr doğurur və beynəlxalq səviyyədə dövlətlərin nüfuzuna daha ciddi şəkildə xələl gətirir. Buna görə də, qadağan olunan rəftarın müxtəlif növlərini araşdırmaq lazımdır.

AİHM 3-cü maddənin qadağan etdiyi davranma dərəcəsini ilk dəfə

“Yunanıstan işində” 119 fərqləndirdi. Komissiya bunları qeyd etdi: “Bütün işgəncələri qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hesab etmək, qeyri-insani rəftarı isə, öz növbəsində ləyaqəti alçaldan rəftar hesab etmək lazımdır. Qeyri-insani rəftar anlayışı ən azı elə rəftarı əhatə edir ki, kəskin mənəvi və ya fiziki əzablar verilir, halbuki, konkret situasiyada buna haqq qazandırmaq olmaz.

“İşgəncə” sözündən çox vaxt elə qeyri-insani rəftarı təsvir etmək üçün istifadə olunur ki, onun məqsədi məlumat və ya etiraf almaqdan, yaxud cəza təyin etmək-dən ibarət olur və o, bir qayda olaraq, qeyri-insani rəftarın qəddarlaşmış forma-sıdır. Əgər fərdə qarşı rəftar və ya ona verilən cəza onu başqaları qarşısında kobud surətdə alçaldırsa və ya onu öz iradəsi, yaxud vicdanı əleyhinə hərəkət etməyə məcbur edirsə, belə rəftarı ləyaqəti alçaldan rəftar hesab etmək olar”.

Məhkəmə qadağan edilən davranışın üç kateqoriyası arasında fərq qoydu:

• İşgəncə – çox ciddi və amansız əzablar doğuran, bilərəkdən edilən qeyri-insani rəftar;

• Qeyri-insani rəftar – güclü fiziki və mənəvi əzablar vermə;

• Ləyaqəti alçaldan rəftar – qurbanlarda qorxu, ağrı və natamamlıq hissi yarat-mağa yönələn pis rəftar; belə rəftar onları alçalda və rüsvay edə bilər və ola bilsin ki, onların fiziki və ya mənəvi müqavimətini qıra bilər.

119 Bu iş, Yunanıstanda 21.04.1967 olan hərbi çevrilişdən sonra törədilən kütləvi insan hüquqları pozuntuları ilə bağlıydı. Yunanıstana qarşı Avropa Komissiyasına müraciəti skandinav dövlətləri ilə Niderland etmişdi. Yunanıstan xuntası 1974-cü ilə qədər davam etdi, ABŞ-dan də dəstək görürdü.

Xunta zamanı kütləvi işgəncə praktikası təbiq edilmişdi.

İşgəncələrin qadağan olunması haqqında BMT Konvensiyanın 2-ci mad-dəsinə şərh verərkən CAT bildirdi ki, pis rəftar və işgəncə eyni anlayışları ifadə etməsələr də çox vaxt bunları fərqləndirmək çətin olur. Habelə CAT qeyd edir ki, işgəncənin qarşısını alan tədbirlərin tətbiq olunması, eyni zamanda pis rəfta-rın da qarşısını almalıdır.

bb. Qurbanın xüsusi cəhətlərinin əhəmiyyəti

3-cü maddənin pozulması iddia edilən ilk işlərdən başlayaraq, Məhkəmə ardıcıl olaraq qərara alıb ki, rəftarın minimum ağırlıq dərəcəsinin qiymətləndi-rilməsi sözügedən konkret qurbana aidiyyəti olan bir sıra amillərdən asılıdır.

Belə amillərə qurbanın yaşı, cinsi, sağlamlıq vəziyyəti, şikayət təqdim edən şəxslə qurban arasındakı yaxın qohumluq münasibətləri və digər amillər da-xildir. Bu cür amillərin nə dərəcədə əhəmiyyət daşıması işin digər hallarından asılıdır.

bc. İşgəncə

İşgəncə qadağası ilə nəzərdə tutulan işgəncə ilə qadağan olunmuş digər rəftar və ya cəza formaları arasındakı fərq rəftarın və ya cəzanın dərəcəsi və intensivliyi ilə bağlı olan məsələdir və qurbanın fərdi xüsusiyyətlərindən asılıdır. İşgəncəyə verilən və faydalı ola biləcək anlayışı İşgəncəyə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cazaya qarşı BMT Konvensiyasında (1984) tapmaq olar. Həmin Konvensiyanın 1-ci maddəsində deyilir:

“1. Bu Konvensiyanın məqsədlərindən ötrü “işgəncə” istənilən elə hərə-kəti bildirir ki, həmin hərəkətlə hər hansı şəxsdən və ya üçüncü şəxsdən məlumatlar və ya etiraflar almaq, onun və ya üçüncü şəxsin etdiyi və ya etməkdə şübhəli bilindiyi hərəkətə görə onu cəzalandırmaq, habelə, onu və ya üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud istənilən xarakterli ayrı-seçkiliyə əsaslanan hər hansı başqa səbəbə görə belə ağrı və ya əzab dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs qismində çıxış edən digər şəxs tərəfindən və ya onların təhriki ilə, yaxud xəbərdar olmaları və ya susmaqla razılaşmaları ilə verilməklə, hər hansı şəxsə qəsdən fiziki və ya mənəvi cəhətdən güclü ağrı və ya əzab verilir. Yalnız qanuni sanksiyalar nəticəsində baş verən, həmin sanksiyalardan ayrılmaz olan və ya təsadüfən onlardan törəyən ağrı və əzablar bu anlayışa daxil deyil”.

Bu anlayış Avropa İnsan Hüquqları Məhkəməsi üçün məcburi olmasa da,

“işgəncə” sözünün şərhində yardımcı ola bilər. Eyni zamanda AİHM-nin praktikası ümumən bu anlayışa uyğundur. Fiziki zorakılıq, yaxud fiziki və ruhi

77

əzabın kombinasiyası işgəncə kimi qiymətləndirildiyi halda, ayrılıqda götürül-məklə ruhi (mənəvi) əzab da işgəncə hesab edilə bilər, bu şərtlə ki, həmin əzab kifayət qədər ağır olsun. Pis rəftarın işgəncə hesab edilməsi üçün onun yalnız müəyyən ağırlıq dərəcəsinə çatması yox, həm də qəsdən törədilməsi sübuta yetirilməlidir. Avropa İnsan Hüquqları Komissiyası “Yunanıstan işində” bildir-diyi kimi, “işgəncə qeyri-insani rəftarın ağırlaşdırıcı formasıdır və onun məqsə-di, məsələn, məlumat və etiraf almaqdan, yaxud cəza tətbiq etməkdən ibarətdir”.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, Konvensiya canlı, yəni daim inkişafda olan sənəddir; bu, o deməkdir ki, o, “bu günkü şəraitin işığında”

şərh olunmalıdır. 1999-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi bəyan etdi ki: “keçmişdə “işgəncə”dən fərqli olaraq “qeyri-insani və ləyaqəti alçaldan rəf-tar” kimi təsnifləşdirilən hərəkətlər gələcəkdə fərqli şəkildə təsnifləşdirilə bilər.

Məhkəmə bu mövqeyi qəbul etdi ki, insan hüquqlarının və əsas azadlıqların qo-runması sahəsində tələb olunan və səviyyəsi daim artmaqda olan yüksək stan-dart, müvafiq surətdə və qaçılmaz olaraq, demokratik cəmiyyətlərdəki əsas də-yərlərin pozuntularının qiymətləndirilməsində daha çox qətiyyət tələb edir”.

c. Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza ca. “Rəftar” və “cəza”

“Rəftar” və “cəza” terminləri bu anlayışların adi mənasına uyğun olaraq bir-birindən fərqlənir. Presedent hüququnda cəzaya aid işlər azdır. Bunlardan birində - Tirrer Birləşmiş Krallığa qarşı işdə (1978) Məhkəmə bir sıra amilləri nəzərə alaraq qərara gəldi ki, çubuqla vurulma, ləyaqəti alçaldan cəzadır.

cb. İşgəncə ilə digər pis rəftar formaları arasında fərq

İşgəncə ilə digər qadağan olunan rəftar və ya cəza formaları arasında fərq, əsasən, şəxsin məruz qaldığı əzabın ağırlıq dərəcəsində ifadə olunur. Bundan əlavə, işgəncə yuxarıda qeyd olunan konkret məqsədin olmasını tələb etdiyi halda, pis rəftarın digər formaları bunu tələb etmir. Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar qəsd niyyətilə törədilən hərəkətdən daha çox, tədbir görülmə-məsi nəticəsində baş verən hərəkət ola bilər. Şəxsə ruhi əzab yetirilgörülmə-məsi də qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza hesab edilə bilər. Məhkəmə çox vaxt bu nəticəyə gəlir ki, qurban həm qeyri-insani, həm də ləyaqəti alçaldan rəftara məruz qalıb. Lakin rəftarın bu iki növü arasında da fərq qoyulur.

cd. Fiziki zorakılıq

Konkret işdə fiziki zor tətbiqi həmişə işgəncəyə bərabər tutula bilməz, lakin hər halda, mümkündür ki, zor tətbiqi qeyri-insani rəftara bərabər tutulsun.

Qeyri-insani rəftar məsələsi əksər hallarda həbsdə olan şəxslər barəsində mey-dana çıxır. Məsələn, polis əməkdaşları tərəfindən döyülmə qeyri-insani rəftara bərabər hesab edilir. Ümumiyyətlə desək, döyülmələr nisbətən az xəsarətə səbəb olduqda və onların fiziki və psixoloji təsiri uzunmüddətli olmadıqda, AİHM böyük ehtimalla belə hesab edir ki, qurban işgəncəyə yox, qeyri-insani rəftara məruz qalıb. Lakin hər halda “qeyri-insani rəftar” işgəncə qadağasının

Qeyri-insani rəftar məsələsi əksər hallarda həbsdə olan şəxslər barəsində mey-dana çıxır. Məsələn, polis əməkdaşları tərəfindən döyülmə qeyri-insani rəftara bərabər hesab edilir. Ümumiyyətlə desək, döyülmələr nisbətən az xəsarətə səbəb olduqda və onların fiziki və psixoloji təsiri uzunmüddətli olmadıqda, AİHM böyük ehtimalla belə hesab edir ki, qurban işgəncəyə yox, qeyri-insani rəftara məruz qalıb. Lakin hər halda “qeyri-insani rəftar” işgəncə qadağasının