• Sonuç bulunamadı

C. Əsas hüquq və azadlıqların mahiyyəti və hüquqi rejimi

9. Fikir, vicdan və din azadlığı

Din bir, inanclar isə müxtəlifdir (Emmanuel Kant).

İnsanın sahib olduğu bir digər təbii hüquq - istədiyi dinə inanıb-inanmama sərbəstliyidir. İnsanlığın tarixi inkişafı onu göstərir ki, müxtəlif dinlərin yaranmasında, yayılmasında və yaşanmasında insanlıq ləyaqətinə bir çox ləkə yaxan hadisələr baş verib. Xeyli sayda zülm törədildiyi kimi, dini duyğu və inanclar sui-istifadə edilərək haqsız mənfəətlər əldə edilib. Digər tərəfdən Mao Tze Dun və Lenin, Stalin kimi insanlar da dindarları fiziki məhv etməyə məruz buraxıblar. Günümüzdə dini həyat və inanc, bir çox insanın həyatında vacib yer tutur və dini həyatın yoxluğu da o insanların həyatını mənasız edir. Digər tərəfdən, heç bir dinə inanmayan insanlar var, onlar üçün dini adətlərə və qaydalara məruz qalmaq da xeyli ağır və qəbul oluna bilməz bir hal olardı.

Habelə bir dinə inanan insanı başqa dinə qulluq etməyə məcbur etmək də əsla

231 Əliyev, s.371

155

qəbul olunacaq bir hal deyildir. Bütün bunlar isbat edir ki, inanc azadlığı, hər kəsin ehtiyacı və təminatı olan bir azadlıqdır.

İnanc azadlığı balans və təminat sistemi gətirir; burada hər kəsin inancları ola bilsin tamlıqla, yəni tam ölçüdə təmin edilməsə də əksəriyyətlə, geniş həcmdə təminat altına alınır. Başqa bir sözlə, insanlar öz inancları qorumaq bahasına, başqasının inancına da hörmət göstərilməsini qəbul edirlər. Yəhudilər çoxluqda olduqları ölkədə bir müsəlmanın dininə hörmətlə yanaşmalıdılar, çünki bir gün onlardan birisi müsəlmanların arasında qaldıqda, onun dininə də hör-mətlə yanaşılsın. Eyni şey ateistlərlə dindarlar arasındakı münasibətlərə aiddir.

UDHR 18-ci maddəsində bu hüquq belə tənzimlənir:

Hər bir şəxs fikir, vicdan və din azadlığı hüququna malikdir; bu hüquqa öz dinini və etiqadını dəyişmək azadlığı və öz dininə və əqidəsinə təhsil, dua, dini ayin və mərasimlər zamanı təklikdə və ya başqaları ilə birlikdə, aşkar və ya fərdi şəkildə etiqad etmək azadlığı daxildir.

ICCPR də eyni maddə nömrəsi altında (simvolik də olsa məqsədə uyğun-dur) bu hüququ daha ayrıntılı şəkildə belə tənzimləyir:

1. Hər bir insanın fikir, vicdan və din azadlığı hüququ var. Bu hüquqa özünün seçdiyi dinə və əqidəyə malik olmaq, öz dininə və əqidəsinə istər təklikdə, istərsə də başqa-ları ilə birgə, açıq, yaxud xüsusi qaydada, ibadətdə, dini ayin və mərasimlərin icrasında və təlimdə etiqad bəsləmək azadlığı daxildir.

2. Heç kəs onun dinə, yaxud əqidəyə malik olmaq və ya onları öz istəyi ilə qəbul etmək azadlığına xələl gətirən məcburiyyətə məruz qalmamalıdır.

3. Din, yaxud əqidə azadlığı yalnız qanunla qoyulmuş və ictimai təhlükəsizliyin, asayişin, sağlamlığın və əxlaqın, eləcə də başqa şəxslərin əsas hüquq və azadlıq-larının qorunması üçün zəruri olduğu qədər məhdudlaşdırılmalıdır.

AİHK isə bu hüququ 9-cu maddədə tənzimləyir. Həmin maddəyə görə:

1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqi-dəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq, yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mə-rasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.

2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları nami-nə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslə-rin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demok-ratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.

Diqqət edilsə, Sənədlərdəki maddə mətnlərinin tərkibləri bənzər olsa da, eyni deyildir. İnsan hüquqları nəzəriyyəsi isə buna belə bir qiymət verir: bu Sənədlər bir-birini tamamlayır və bunlardan biri şərh olunarkən digərlərinə istinad kimi müraciət etmək mümkündür. Səbəbini isə, dəyərli oxucular, siz artıq bilməlisiniz.

Bu hüquq “fikir, vicdan və din azadlığını” və daha konkret desək “ öz dinini və ya əqidəsini dəyişmək azadlığını, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq, yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığını təmin edir. Bununla belə, həm ICCPR, həm də AİHK bu hüququn məhdud-laşdırıla biləcəyini nəzərdə tutur. Bu baxımdan aşağıdakıların aydınlaşdırılması zərurət kəsb edir:

ƒ “fikir, vicdan və din” nədir,

ƒ hansı hərəkətlər “ mütləq əqidə azadlığı”na qəsd təşkil edir,

ƒ hansı hərəkətlər “dini əqidəni ya da inancı açıqlama azadlığının məh-dudlaşdırılmasını təşkil edir,232

ƒ hansı hallarda məhdudlaşdırmanın haqlı olması; yəni onun legitim məqsəd daşımasının, qanunla nəzərdə tutulması və demokratik cəmiy-yətdə zəruri olması müzakirə olunur.

Bu standartlar və struktur bilavasitə AİHK-nın 9-cu maddəsinin mətnin-dən irəli gəlir və bu, həm də 9-cu maddə üzrə hər bir işi təhlil edərkən AİHM-nin əməl etdiyi strukturdur. 9-cu maddə müvafiq milli hakimiyyət orqanları tərəfindən görülmüş ən müxtəlif tədbirlərə tətbiq edilə bilər. Lakin milli haki-miyyət orqanları tərəfindən görülmüş və etiraza səbəb olan tədbirləri müzakirə etməzdən və nəzərdən keçirməzdən əvvəl biz konkret məsələnin ümumiyyətlə əqidə məsələsi olub-olmadığını həll etməliyik. Belə ki, hakimiyyət orqanının müdaxilə etdiyi hadisə (fəaliyyət) fikir, vicdan və din azadlığına aid olmalıdır ki, bu azadlığın pozulub-pozulmadığından danışmaq mümkün olsun.

Hansı hallar və nələr fikir, vicdan və din azadlığına daxildir?

Avropa İnsan Hüquqları Məhkəməsi müxtəlif qərarlarında bu hüquq haqqında qeyd edir ki:

bu azadlıq, dindarların kimliyini və onların həyat haqqında anlayışını müəyyən edən mühüm elementlərdən biridir, lakin bu həm atesitlər, aqnostiklər, skeptiklər və heç bir əqidəyə inanmayanlar üçün də olduqca dəyərlidir. Əsrlər boyunca qurbanlar vermə baha-sına formalaşmış demokratik cəmiyyətdən ayrılmaz olan plüralizm bundan asılıdır.233

232 Əfsuslar olsun ki, hər iki konvensiyanın azərbaycan dilindəki rəsmi tərcümələri səhvdir. Belə ki, ingilis dilindəki mətndə “to manifest one`s religion and belief”dən söhbət gedir. Rəsmi tərcümədə bu

“din, yaxud əqidə azadlığı” (ICCPR-də) və “öz dininə və baxışlarına etiqad etmək azadlığı” (AİHK-da) kimi göstərilib. Halbuki əqidə və etiqad azadlığına dövlət müdaxilə edə bilməz, bu məsələdə onun ümumiyyətlə qiymətləndirmə sərbəstliyi yoxdur. Müdaxilə əqidə ya da etiqada yox, bunların

“manifest” yəni açıqlama metodlarına ola bilər.

233 Kokkinakis v.Greece, 25.05.1993, para.31.

157

Diqqət edilsə, AİHM öz yanaşmasında nələrin altına xətt çəkir və nəyi mühüm sayır:

1. belə əqidələr daşıyıcısı olan fərdlərin kimliyini müəyyən edir,

2. ənənəvi və qeyri-ənənəvi dinlər, habelə, qeyri-dini fikirlər bu anlayış çərçivəsinə daxildir,

3. həmin əqidələrə bərabər qaydada yanaşılmalıdır,

4. müxtəlif əqidələrə və bunların bir-birinə qarşı dözümlülük göstəril-məlidir.

Güclü hisləri əks etdirən əqidələri tanımaq və müdafiə etmək də vicdan və din azadlığına daxildir. Lakin bəzi əqidələrin vicdan və din azadlığı ilə qorunması üçün AİHM onların müəyyən standartlara cavab verməsini tələb edir. Bu baxımdan nəzərdə tutulan “əqidə” “hər hansı şəxsin malik olduğu əqidə” deyil, “müəyyən inam, ciddilik, bütövlük və mühümlük səviyyəsinə çatan baxışları” bildirir. Belə baxışlar həyatın əhəmiyyətli aspektləri ilə bağlı olmalıdır. AİHM-nə görə, müəyyən hərəkətin motivində sırf bəzi əqidələrin durması faktı hələ ki, bu hərəkətin vicdan və din azadlığından istifadə etməsinə kifayət etmir. Törədilən hərəkət müəyyən şəxsin dini etiqadının və ya konkret dini etiqadın tərkib hissəsi olmalıdır (qurban kəsilməsi).

Qanunlara itaətsizlik məsələsində dini vaciblərin irəli sürülməsi baxımın-dan AİHM-nin yanaşması belədir ki, qəti və mübahisəsiz dini doqmaya əsasla-nan motivlər üzür səbəbi sayıla bilər. Lakin bir dinin hökmünü şərh edərək şəxslər dövlət qanunlarına itaətsizlik edə bilməzlər. Belə hallara, məsələn, şəxsin vergi ödəməkdən yayınmasını göstərmək olar, - əgər şəxs hesab edir ki, onun ödəyəcəyi vergilər etiqad etdiyi dinin bəyənmədiyi şeylərə xərclənir və buna görə vergi ödəmək istəmirsə, bu cür hərəkət vicdan və din azadlığının

“şəmsiyyəsi” altına daxil olmayacaq.

Məhkəmə Arrowsmith Birləşmiş Krallığa qarşı işdə (12.10.1978) də nümayiş etdirdi ki, 9-cu maddə təkcə dini əqidələr deyil, həm də qeyri-dini əqidələri də qoruyur. O işdə ərizəçi xanım pasifist idi. Həmin xanım hərbi çağı-rışçılar arasında ordunu tərk etməyə sövq edən vərəqələr payladığı üçün məh-kum olunmuşdu. Lakin məhkəmə pasifizmi də dini əqidə kimi müəyyən etdi.234

Fikir azadlığı mütləqdir, məhdudlaşdırıla bilməz

Daha əvvəl qeyd etdiyimiz kimi, BMT sənədlərindən fərqli olaraq, AİHK fikir azadlığını vicdan və din azadlığı ilə bir yerdə ələ alıb. Burada iki məqama toxunmaq lazımdır. Fikir azadlığını, əlbəttə ki, vicdan və din azadlığından ayrı

234 http://www.hrcr.org/safrica/religion/Arrowsmith.html

tutmaq mümkün deyildir. Çünki hər hansı dinə inanma yaxud inanma, təbii ki, bir fikrə əsaslanır. Lakin fikir, daxildə qalan bir şeydir və o ifadə edilmədikdən, xaricə yansımadıqdan sonra onun məhdudlaşdırılması mümkün olmadığı kimi, çox məna da kəsb eləmir. Hərçənd bəzi fikirlərin heç kəs tərəfindən bilinməsini istəmirik, lakin belə fikirlərin sayı azdır. Məsələn, ola bilər ki, bir insan, işsizlik probleminin ən yaxşı həll yolu kimi, dünya əhalisinin 1/3-nin məhv edilməsində görür, lakin belə fikirlərinin başqaları tərəfindən bilinməsini arzu etməz.

Çoxumuz daşıdığımız fikirləri açıqlamağı, bəzi fikirlərin açıqlamasından isə xüsusilə böyük bir həzz əldə edirik. Buna görə də, əslində, fikir həm vicdan, həm də ifadə azadlığının təməlini təşkil edir. Buna görə ICCPR, hər iki hüquq baxımından fikir azadlığını da əhatə edir.235

Fikir azadlığı xarici aləmə yansımadığı müddətcə məhdudlaşdırıla bilməz və ona müdaxilə də olunmamalıdır. Əsasən insanların fikrinə totalitar cəmiy-yətlərdə müdaxilə edirlər. Məsələn, insanları inandırmağa çalışırlar ki, tək par-tiya sistemi insanlıq tarixində ən gözəl idarəetmə sistemidir ya da ki şəxsiyyətə sitayiş etmə milləti irəliyə götürən əsas amildir. Fikir azadlığının müdaxilə edilməzliyi eyni zamanda o mənaya gəlir ki, insanlar öz fikirlərini açıqlamağa məcbur edilə bilməz, məcbur edildikləri halda buna görə mənfi tədbirlərə məruz qoyula bilməzlər. Məsələn, şəxsin dövlət qulluğu ilə bağlı siyasi fikirlərini öyrənmək və buna görə onu işdən azad etmək fikir azadlığına hüquqa zidd müdaxilədir. Lakin eyni şəxsin gedib bir siyasi partiyaya üzv olması, artıq onun fikrinin açıqlaması sayılır və obyektiv bir haldır, belə halda, məsələn, faşist partiyasına üzv olan şəxsi dövlət qulluğundan çıxara bilərsiniz.236

AİHK-nın 9-cu maddəsinin 2-ci bəndində məhdudiyyətlər nəzərdə tutulur, lakin bu məhdudiyyətlər fikir azadlığına aid deyil, ancaq “öz dinini ya da inancını açıqlama azadlığına” aiddir. İnsanın daxili əqidəsinə müdaxilə yolverilməzdir, məsələn, onun başqa bir dinə keçməsi üçün yaxud dinini tərk etməsi üçün ona təlqinlər etmək (məsələn, dini ya da ateizm dərsləri vasitəsilə) qadağandır. Məhdudlaşdırılması mümkün olan, o daxili dini əqidənin xaricə yansımasıdır, məsələn, ibadətlərdir. Yeziddən nifrət edə bilərsiniz, lakin hakimiyyət orqanları Aşura ayının 10-cu günü ümuma açıq yerlərdə zəncir vurmağı qadağan edə bilər.

235 ICCPR din azadlığı baxımından “thought”, ifadə azadlığı baxımından isə “opinion” anlayışını ehtiva edir. Hər ikisi dilimizə “fikir” kimi tərcümə olunur.

236 Dövlət qulluğunda tərəfsizliyi və obyektivliyi təmin etmək məqsədilə, bir çox dövlətdə dövlət qul-luqçularının hər hansı siyasi partiya üzvü olmaları qadağandır. Demokratiya riyakarı olan dövlətlərdə isə belə qadağa olur, amma tətbiq olunmur, orada dövlət məmurluğunda qalmağın şərti, iqtidar partiyasının üzvü olmaqdır.

159

Dini əqidənin ifadə edilməsinin məhdudlaşdırılması

Daha əvvəl qeyd etdiyimiz kimi, AİHK-nın 9-cu maddəsinin 2-ci bən-dində “dini ya da inancı açıqlama azadlığının məhdudlaşdırılması” nəzərdə tutulur. Burada söhbət ondan gedir ki, hakimiyyət orqanları hansı hallarda dini və ya inancı açıqlama azadlığına müdaxilə edə bilər?

İnsan hüquqları pozuntularına dair iddialar tədqiq edildikdə əvvəlcə məsələnin konkret hüququn əhatə sahəsinə daxil olub-olmadığı müəyyən edilməli, sonra da bu hüquqa müdaxilə olub-olmadığı araşdırılmalıdır. Bəzi hallarda məsələnin o hüququn əhatə dairəsinə daxil olduğu açıqdır, bəzən isə mürəkkəb ola bilər. Məsələn, fərz edin ki, şəxsin hərbi xidmət sırasında məcburi tibbi müayinədən keçməsi tələb olunur və bunun üçün şəxsin paltarını tam soyunması istənilir; şəxs isə dini inancları səbəbilə paltarını çıxarmaqdan imtina edir. Belə halda məsələ din və vicdan azadlığına aid olacaqmı? Yoxsa şəxsin davranışı şəxsi həyatın toxunulmazlığı daxilindəmi ələ alınmalıdır?

Avropa Məhkəməsi aşağıdakı halları din və inanc azadlığına müdaxilə kimi qiymətləndirib:

ƒ Ruhani qismində hərəkət etməyə qadağa qoyulması (məsələn, deputat seçkilərində),

ƒ Hərbi xidmətdən imtina etməyə görə cinayət məsuliyyətinə cəlb etmə,

ƒ İcazə olmadan ibadət evi saxlamağa görə məsuliyyətə cəlb etmə,

ƒ Müəyyən əqidələri ifadə etməyə görə vəzifədən azad etmə,

ƒ İbadət evi üçün yer verilmə ərizəsinin rədd edilməsi,

ƒ Kilsəni qeydiyyata almaqdan imtina etmə.

Dövlət orqanları müəyyən dini qrupları qeydiyyata almaqdan imtina etdikdə bu məsələ ortaya çıxır. Lakin dini qruplara hüquqi şəxs statusu veril-məsindən imtina özlüyündə məhdudlaşdırma sayılmaz. Çünki hüquqi şəxs statusunun olmaması dini qrupun mövcudluğuna və funksiyalarına hökmən çətinlik yaratmır. Lakin dini etiqadın qarşısının alındığına dair sübutlar olarsa məhdudiyyət vardır deməkdir. Bu məsələ Bessarbiya mitropolit kilsəsinin işində özünü biruzə vermişdi.

Müdaxiləyə nə vaxt haqq qazandırılmaq olar?

Məhkəmə məhdudiyyətə haqq qazandırmağın mümkün olub-olmadığını və son nəticədə pozuntunun baş verib-vermədiyini 3 standart əsasında araşdırır:

1. legitim məqsədin olması,

2. tədbirin qanuniliyi (qanunla nəzərdə tutulması), 3. demokratik cəmiyyətdə zərurilik.

Müdaxilə legitim məqsəd daşımalıdır. Bu məqsədlər ictimai və ya şəxsi maraqları müdafiə edə bilər.

ƒ İctimai asayiş maraqları

ƒ İctimai qaydanın qorunması

ƒ Sağlamlığın yaxud mənəviyyatın qorunması

ƒ Digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi

Bu qanuni maraqların tam siyahısıdır. Diqqət edilsə, burada “milli təhlü-kəsizlik” və “iğtişaşların və cinayətlərin qarşısının alınması” yoxdur, halbuki, digər hüquqlar (ifadə və sərbəst toplaşma kimi) baxımından nəzərdə tutulur.

“Qanunla nəzərdə tutulma”

Dini azadlığın məhdudlaşdırılması qanunla nəzərdə tutulmuş olmalıdır.

Yəni istənilən məhdudiyyət dəqiq və çatımlı olmalıdır. Dini əqidənin ifadəsini məhdudlaşdırmaq üçün əsas (baza) rolunu oynayan milli qanunvericilik çatımlı olmalıdır. Hər bir fərd öz dini əqidəsini ifadə etməyin nəticələrini öncədən görə bilməli, öz davranışını müvafiq surətdə tənzimləməlidir. İstənilən standart hüquqi mənbə müvafiq ərazidə tətbiq edilən hüquq normları çatımlı və dəqiq olduqda qanun kimi qəbul edilə bilər. Məhkəmə müxtəlif ərazilərdə qanunların müxtəlif ehtiyaclara görə yarandığını nəzərə alaraq milli qanunvericiliyin də-qiqlik dərəcəsinin sənədin məzmunundan, əhatə etdiyi sahədən və ünvanlandığı şəxslərin sayından və statusundan asılı olduğunu qərara almışdı. Lakin qanunun əhatəli olması sui-istifadə üçün zəmin yaratmamalıdır.

“ Demokratik cəmiyyətdə zərurilik”

Demokratik cəmiyyətdə zərurilik testi AİHK-nın 9-cu maddəsinin pozulub-pozulmadığı barədə qərar çıxarılmasında yekun və qəti analizdir. Bu test amillərin tarazlaşdırılması üçün aparılan balanslaşdırma testidir. Məhkəmə yoxlanışı zamanı ortaya çıxdı ki, “zəruri” anlayışı hər nə qədər “məcburi” mə-nasına gəlməsə də, eyni zamanda “faydalı, ağlabatan” da demək deyildir.

Müdaxilənin zəruri olması üçün din azadlığının məhdudlaşdırılmasını tələb edən “kəskin, təxirəsalınmaz ictimai tələbat” (pressing social need) olmalıdır.

Sonra isə ictimai tədbirin tələbat baxımından mütənasibliyi araşdırılmalıdır.

Mütənasiblik, bütün hüquqların məhdudlaşdırılmasında ortaq meyardır. Məh-kəmə məhdudlaşdırma zamanı nəzərə almalıdır ki, “təxirəsalınmaz ictimai tə-ləbat etiraz edilən tədbiri tələb edirmi”? Prozelitizm (dini təbliğat) standartını müəyyən etmiş iki iş Kokkinakis237 və Larissis238 işləridir. Yunanıstan

237 Kokkanikis v.Greece, 25.05.1993, para.48.

161

vericiliyi bir dində olan insanın başqa dində olan insana öz dinini təbliğ etmə-yini ümumiyyətlə qadağan edirdi və belə əmələ görə cinayət məsuliyyəti nəzər-də tuturdu. Birinci işnəzər-də “Yahova şahidləri” təriqətinin üzvü məhkum edilmişdi.

Məhkəmə birinci işdə, din azadlığının şəxsin öz dinini başqa dindən olanlara təbliğ etməsinə icazə verib-vermədiyini, sonra isə həmin tədbirin “demokratik cəmiyyətdə zəruri olub-olmadığını” aydınlaşdırmalı idi. AİHM təbii olaraq he-sab etdi ki, din azadlığı eyni zamanda dini təbliğ etmə hüququnu da tanıyır, əks halda 9-cu maddədə əks olunmuş “öz dinini və ya əqidəsini dəyişmək azadlığı”

kağız üzərində qalan mənasız mətn olardı. Kokkanikisin işində araşdırma zamanı isə məhkəmə dinin təbliğinin 2 formasına diqqət çəkdi – hüquqa uyğun olan (dinc, təzyiq göstərmədən və başqa dinə hörmət göstərməklə) və hüquqa zidd olan təbliğ. Başqa bir sözlə, dinin təbliğ edilməsi mümkün olmaqla bəra-bər, o, hüquqa uyğun şəkildə, başqalarının əqidəsinə hörmətlə yanaşmaqla hə-yata keçirilməlidir. Kokkanikisin isə dinini təbliğ edərkən tətbiq etdiyi vasitə-lərdə bir problem görülmədi və Yunanıstan hakimiyyət orqanlarının tədbiri de-mokratik cəmiyyətdə zəruri hesab edilmədi.

Larissis hərbi qulluqçu idi. Bununla belə o, xidmətdə olduğu sırada dini təbliğatla məşğul idi. Bəzi hərbçiləri və mülki şəxsləri Pentecostal kilsəsinə üzv etməyə cəhd etmişdi. Özü ilə bərabər 2 nəfər daha məsuliyyətə cəlb olundu, və 12 -14 ay arası azadlıqdan məhrum etmə növündə cəzaya məruz qaldılar, daha sonra bu cəzalar endirildi. AİHM hesab etdi ki, hərbi xidmət tələbləri orduda dini təbliği qadağan edə bilər və belə müdaxilə hüquqa zidd deyildir.239 Lakin mülki şəxslərə dini təbliğ etmənin cinayət məsuliyyətinə səbəb olması AİHM-nə görə 9-cu maddənin pozuntusu idi.

Dini təşkilatların tənzimlənməsi (qeydiyyatı) sistemi. İbadət yerləri Demokratik cəmiyyətdə zərurilik testi əsasında AİHM-nin araşdırdığı digər məsələ dövlət orqanları tərəfindən ibadət yeri üçün icazə verilməsi məsələsi idi. Belə ki, həmin şəxslər əvvəllər icarəyə götürdükləri otağı toy və digər mərasimlər üçün istifadə etsələr də sonradan nazirə müraciət edərək həmin məkandan dini ayinlər və ibadətlər üçün istifadə etməyə icazə verməyi xahiş etmişlər. Lakin onların ərizəsinə ümumiyyətlə cavab verilməmişdi.

Ərizəçilər də icazə gözlədikləri vaxtda oranı ibadət yeri kimi istifadə edirdilər, buna görə polis onlar haqqında cinayət işi qaldırdı, otağa giriş qapısını isə möhürlədi. Hökumətin dayandığı əsas arqument isə “ictimai qaydanı” müdafiə etmək, habelə, “ictimai təhlükəli” təriqətlərin təsirinə məruz qalanların hüquq

238 Larissis v.Greece, 24.02.1998, para.51

239 Qərarın xülasəsi üçün baxın: http://www.hartford-hwp.com/archives/62/425.html

və azadlıqlarının qorunması idi. Yəni onlar “demokratik cəmiyyətdə zərurilik”

anlayışını irəli sürürdülər. Məhkəmə isə müəyyən etdi ki, bu (qədər) müdaxilə

“demokratik cəmiyyətdə zəruri” deyil. Məhkəmə bu işdə240 qərara aldı ki,

“Konvensiya ilə təminat verilən din azadlığı hüququ, dini əqidələrin və ya həmin əqidələri ifadə etmək üçün istifadə edilən vasitələrin qanuniliyini müəyyən etmək məsələsində dövlət tərəfindən hər hansı mülahizə sərbəstliyini istisna edir.”

Kilsələrin və bu kimi dini təşkilatların mülkiyyəti

Müqəddəs monastırlar Yunanıstana qarşı241 işdə ərizəçilər Konvensiyanın 9-cu və 11-ci maddələrində nəzərdə tutulan hüquqlarının pozulmasından şikayət edirdilər və səbəb bu idi ki, etiraz edilən qanun “xristian aləminin sərvətlərini qorumaq” adı altında onları zəruri vasitələrdən məhrum edir və “zahidlik missiyalarını” həyata keçirməyə mane olur. AİHM şikayəti rədd etdi, çünki kənd təssərüfatı torpaqları və meşələri ilə zahidlik arasında heç bir əlaqə görmədi, beləliklə, o işdə din azadlığına müdaxilə görmədi.

Dövlət qulluqçularının din azdlığı

Elə işlər var ki, orada müəyyən əqidələrə malik olmağa məhdudiyyətlər qoyulur və həmin məhdudiyyətləri AİHM qəbul edilən sayır. Məsələn, hakim anti-demokratik və qiyamçı əqidəyə sahibidirsə o, qulluqdan azad ediləcək və bu əsaslı olacaq.

Lakin Məhkəmə müəyyən etdi ki, öz fikrini ifadə etməyə görə şəxsin işdən azad edilməsi 10-cu maddəyə ziddir. Belə ki, işçini dini əqidələrə görə işdən azad etmək üçün tutarlı əsas yoxdursa və ya işə qəbul zamanı sözü gedən əqidələrə sahib olma qadağan olunmayıbsa bu, 9-cu maddəyə də zidd olacaq.

Əqidə əsasında hərbi xidmətdən imtina

Son dövrlərə qədər Konvensiya orqanları şəxsin dini və ya digər pasifist əqidələrinə görə hərbi xidmətdən imtina etmək hüququnu tanımaqdan imtina edirdilər. Lakin Avropa Şurasına üzv olan dövlətlərdəki alternativ xidmət haqqında qanunvericilik bu mövqeni dəyişməyə başladı. AŞ NK də dini-fəlsəfi motivlərlə həqiqi hərbi xidmət keçmək istəməyən şəxslərə, alternativ hərbi xidmət imkanı tanımağı məsləhət görür.242 Tsirlis və Kouloumpas Yunanistana

240 Manussaki and others v. Greece, 26.09.1996, para. 37

240 Manussaki and others v. Greece, 26.09.1996, para. 37