• Sonuç bulunamadı

Köləlik və məcburi əməyə məruz qalmama hüququ

C. Əsas hüquq və azadlıqların mahiyyəti və hüquqi rejimi

4. Köləlik və məcburi əməyə məruz qalmama hüququ

Əksərimiz orta məktəblərdə tarix kitabları oxumuşuq və orada da bir xüsus nəzərimizə çarpıb: quldarlıq. Bəli, tarixin çox uzun mərhələsində insanlar əmlak kimi istifadə olunub. Bunlar müxtəlif işlərdə çalışdırılmış, iqtisadi və ictimai münasibətlərin ayrılmaz və vacib hissəsi olmuşlar. Məhz bu vacibliyə görə, quldarlığın ləğv edilməsi bu qədər uzun zaman tələb etmişdi. İlk qullar, müharibə ilə əldə edilirdi, o zamanlar müharibə əsirlərinə humanist

davranıl-mazdı – ya öldürülürdü, ya da ki, qula çevirilirdilər. Üstəlik, döyüşlərdə iştirak etməyən əhali də qula çevrilə bilərdi. Orta əsrlərdə quldarlıq, torpağa bağlı quldarlıq formasında ortaya çıxmağa başladı, bu da insanların öz azadlığını satacaq qədər kasıb olmalarından irəli gəlirdi.

Bu açıqlamaları ona görə verirəm ki, indiki məcburi əmək qadağasının mənşəyinin hardan gəldiyi bəlli olsun. Həqiqətən də, məsələn, 19-cu əsrdə,

“qul/kölə” statusunda olmayan insanlar, faktiki olaraq torpağa bağlı olub ordan ayrılmaq imkanına da sahib olmadıqları üçün, hüquqları kölələrdən bir az çox olsa da, faktiki olaraq azad insan deyildilər.

Quldarlıq fenomeni feodal iqtisadi sistemin bir faktoru idi. Kapitalizm şəhər mühitində formalaşdığı üçün, insanların torpaqdan qopub şəhərə gəlmə-lərinə sərbəstlik verilməsinin tərəfdarıydı. Çünki kapitalizm və burjua ideolo-giyası şəhərdə formalaşan sənayə istehsalatı ətrafında formalaşırdı. Buna görə Avropada feodalizmin çöküşü, sənaye inqilabı, quldarlığın ləğv edilməsində öz töhvələrini vermişdi.

Yenə Şimali Amerika qitəsinin cənubunda, pambıq yetiştirmədə kölələrin əvəzolunmaz funksiyaları səbəbilə, cənub ştatları ilə şimal ştatları müharibə aparmaq məcburiyyətində qalmışdı.

Quldarlıq və məcburi əməyin ləğvi ancaq 20-ci əsrdə həyata keçirilə bilib.

İlkin olaraq Millətlər Liqası tərəfindən 1926-cı ildə Köləliyin və Kölə ticarətinin qadağan edilməsi haqqında Konvensiya imzalanıb. Daha sonra bu standart UDHR və digər sənədlərə daxil olub.

Köləlik və məcburi əmək qadağası əslində aktual bir məsələdir. Başda insan alveri məsələsi, bu hüququn pozuntusuna aid olur. Bundan başqa, ölkə daxili bir çox praktikada da bu hüquq pozula bilər. Məsələn, insanların iməciliyə dəvət olunmaları və gəlmədikləri üçün sanksiya tətbiq edildiyini düşünün. Belə halda da bu hüquqa müdaxilədən danışmaq olar.

UDHR 4-cü maddəsində bu hüquq belə qeyd olunub:

“keç kəs köləlikdə və servitutda (torpağa bağlı olma halı) saxlana bilməz, köləliyin və kölə ticarətinin bütün növləri qadağan edilir”.

AİHK-nın 4-cü maddəsinə görə:

1. Heç kəs köləlikdə və ya əsarətdə saxlanılmamalıdır.

2. Heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır.

3. Bu maddənin məqsədləri üçün «məcburi və ya icbari əmək» termini aşağıdakıları eh-tiva etmir:

a) bu Konvensiyanın 5-ci maddəsinin müddəalarına müvafiq olaraq həbsdə olan və ya belə həbsdən şərti azad edilmiş şəxsin adətən yerinə yetirməli olduğu hər hansı iş;

89 b) hərbi xarakterli hər hansı xidmət və ya hərbi xidmətdən əqidəyə görə imtina

et-mənin qanuni hesab edildiyi ölkələrdə məcburi hərbi xidmətin əvəzinə müəyyən edilmiş xidmət;

c) fövqəladə vəziyyət və ya əhalinin həyatı və rifahı üçün təhlükə yaradan fəlakət hallarında hər hansı məcburi xidmət;

d) adi vətəndaşlıq vəzifələrinin bir hissəsi olan iş və ya xidmət.

ICCPR-in 8-ci maddəsinə görə:

1. Heç kəs köləlikdə saxlana bilməz. Köləlik və qul ölkələrinin bütün növləri qadağandır.

2. Heç kəs asılı vəziyyətdə saxlana bilməz.

3. a) heç kəs məcburi, yaxud icbari əməyə vadar edilə bilməz;

b) cinayətə görə cəzanın katorqa işləri ilə birlikdə azadlıqdan məhrumetmə şəklində təyin edilə bildiyi ölkələrdə 3.a) bəndi belə cəza təyin etmiş səlahiyyətli məhkə-mənin hökmü üzrə katorqa işlərinin yerinə yetirilməsinə maneə sayıla bilməz;

c) bu bənddə «məcburi, yaxud icbari əmək» termini aşağıdakıları əhatə etmir:

i) bir qayda olaraq, məhkəmənin qanuni sərəncamı ilə həbsdə olan, yaxud belə həbsdən şərti azad edilmiş şəxsin yerinə yetirdiyi, i) yarımbəndində xatırlanma-yan hər hansı bir iş, yaxud xidmət;

(ii) hərbi xarakterli hər hansı bir xidmət, yaxud vicdani səbəblərlə hərbi xidmət əvəzinə başqa xidmətlər məqbul sayıldıqda, bunun əvəzinə hər hansı milli (mülki) xidmət;

(iii) fövqaladə hallarda, yaxud cəmiyətin varlığını, yaxud rifahını təhlükə altına alan fəlakətin varlığında;

(iv) adi vətəndaşlıq vəzifələrinin bir hissəsini təşkil edən hər hansı bir iş ya da xidmət.

Görüldüyü kimi maddənin məzmunu, AİHK-nın müvafiq maddəsi ilə bir bənzərlik göstərir. Belə ki, hər iki konvensiya məcburi əmək qadağasının istisnalarını göstərir ki, həqiqətən bu istisnaların demokratik cəmiyyətdə olması həm mümkün, həm də zəruridir.

Konvensiyalar köləliyə tərif vermirlər. Məcburi əməyin bəzi növlərinə Beynəlxalq Əmək Təşkilatının (ILO) Məcburi Əməyin qadağan edilməsi haqqında 105 saylı 1957 tarixli Konvensiyasında tərif verilib. Bununla belə köləliyin nə olduğunu anlamaq çətin deyil, lakin ibtidai quruluşdan fərqli ola-raq, rəsmi köləlik olmadığına görə, müasir köləlik belə formada ortaya çıxır ki, şəxs azadlıq hüququndan məhrum olunmuş vəziyyətdə onu girov saxlayan şəxsə xidmətlər göstərir. Azadlıq hüququndan bəzən mütləq şəkildə məhrum etmirlər; bəzən bu sənədlərin alınması kimi, qadın və uşaq alveri məsələsində olduğu kimi ortaya çıxır. Bəzən sənədlər də alınmır, immiqrant işçiləri elə

qeyri-insani və ucuz qiymətə işlədirlər ki, bu da məcburi əmək qadağasının pozuntusu kimi hesab edilir. Habelə bəzi ölkələrdən Avropaya qanunsuz gətirilən immiqrantlar üçün xeyli pul tələb edirlər, bu pulu ödəməyə imkan olmadıqda immiqrantdan tələb olunur ki, Dövlətin bu məsələdə təminat borcu olduğuna görə, şəxsi qul ya da servitut kimi saxlayan başqa mülki şəxs olsa belə, dövlət pozitiv öhdəliyi səbəbilə belə halların qarşısını almalıdır. Bu nə vaxt yarana bilər? Müharibədə düşman əsgəri birisi tərəfindən kölə rəftarına məruz qalsa, hakimiyyət orqanları bunun qarşısını almalıdır.

Azadlıqdan məhrum edilmə növündə cəza, habelə məcburi hərbi xidmət heç vaxt köləliyə və ya servituta bərabər tutula bilməz.123

Yuxarıda adını çəkdiyimiz Məcburi Əməyin Qadağan edilməsi haqqında 1957 tarixli Konvensiyanın 1 maddəsinə görə124:

Bu Konvensiyanı ratifikasiya etmiş Beynəlxalq Əmək Təşkilatının hər bir üzvü, məcburi əməyin aşağıda göstərilən şəkildə hər hansı formasına yol verməyəcəkdir:

(a) Siyasi təzyiq, təhsil ya da siyasi fikirlərin açıqlanmasına qarşı cəza vasitəsi kimi, habelə yerləşmiş siyasi, sosial ya da iqtisadi sistemə ideolojik zidd fikirlərin cəza-landırılması kimi;

(b) iqtisadi inkişaf üçün əməyin istifadəsi ya da təşkilatlandırılması metodu kimi;

(c) əmək intizamı vasitəsi kimi;

(d) siyasi tətillərdə iştiraka görə cəza kimi;

(e) irqi, sosial, milli və dini ayrı-seçkilik vasitəsi kimi.

Avropa İnsan Hüquqları Komissiyasına görə, məcburi əməyin element-lərini belə ifadə etmək olar: birincisi işçi öz iradəsinin əleyhinə ədalətsiz və ya despotikdir, habelə, işin və ya qulluğun özü insanda ciddi məhrumiyyətə səbəb olur.

1957 tarixli Konvensiyadan anlayırıq ki, icazə verilən məcburi əməyin məqsədi, ictimai yarar ola bilməz, yəni məcburi əmək ictimai fayda və ölkənin iqtsadi inkişafına yönəlsə belə, o yenə yolverilməzdir.

Məcburi əmək, bir qayda olaraq, dövlət tərəfindən şəxslərin üzərinə qoyulur. Əlbəttə ki, sıradan bir mülki vətəndaşın dövlət tərəfindən zorla işlədilməsi ehtimalı 21-ci əsrdə azdır. Problem o hallarda yaranır ki, bəzi peşə sahiblərinin bəzi işləri görmələri qanunvericiliklə məcburi hala gətirilir.

Bunlara ən gözəl misal vəkillərdir, belə ki, vəkil bəzi hallarda (növbə ilə) maddi cəhətdən pulu olmayan təqsirləndirilən şəxslərə pulsuz hüquqi yardım göstər-məlidirlər. Lakin bu cür işlərin bir xüsusiyyəti var: əvvəlcə bir insan vəkil

123 Əliyev, s.166.

124 Tam mətn üçün baxın: http://www.unhchr.ch/html/menu3/b/32.htm

91

maq istəyəndə, bu öhdəlikdən xəbəri olaraq vəkillik peşəsini qəbul edir; ikincisi bu işin icrasında ümumi mənfəət olduğu kimi, zərurət də vardır; üçüncü olaraq onu da qeyd etməliyik ki, belə bir iş nə əxlaqsız, nə ləyaqəti alçaldıcı, nə də ki, məhrumedici və əzab verici mahiyyətdə deyildir.

Məcburi əmək qadağasının istisnaları

Məcburi əməyin istisnaları arasında konvensiyalar nələri nəzərdə tutur?

İstisnaların ilki, azadlığından məhrum edilmiş şəxslərin məcburi əməyə cəlb olunmasıdır. Burada bəzi şərtlər var: belə məcburi əmək qanunla nəzərdə tutul-malı və məhkəmə qərarı üzrə verilməlidir. Məhkəmənin məhkumiyyət qərarı verməsi kifayətdir, qərarda məcburi əmək haqqında bir qeydin olmasına da ehtiyac yoxdur; lakin cəza rejimləri qanunla tənzimlənməli və müvafiq məcburi əmək orda göstərilməlidir. Azadlıqdan məhrum olunmuş şəxslərin əməyinin ağırlığına gəldikdə, bu ağır əmək ola bilər, lakin mahiyyətcə əsla ləyaqəti alçaldıcı və qeyri-insani rəftar və cəza şəklini almamalıdır.

Burada BMT qurumlarından olan ECOSOC-un hazırladığı “Məhbuslarla minimal standart rəftar qaydalarına” toxunmalıyıq.125 Həmin qaydalara görə, məhbuslar işlədilə bilər, lakin bunun qarşılığında onlara maaş ödənməlidir, pulun bir qismini ailələrinə, bir qismini özlərinə xərcləyə bilər, qalan hissəsi də onlar azad ediləndə onlara ödənməlidir. Məhbusların əməyi və sağlamlığının mühafizəsi qaydaları, azadlıqda olan işçilərlə eyni olmalıdır. Əmək ləyaqəti alçaldıcı forma ala bilməz və məhbusu əzab-əziyyətə düçar etməməlidir.126

Ölkəmizin qanunvericiliyinə görə, həbsxana həyətinin abadlaşdırılması, bina, qurğu və otaqların təmir edilməsində dustaqlar, əmək haqqı ödənilmədən işlədilə bilər.

Burada onu qeyd etməliyik ki, həbsxanadan vaxtından əvvəl azadlığa buraxılma halında bəzən şəxsdən bir yerdə işləməsi tələb olunur. Bunu müxtəlif cəhətlərdən məcburi əmək saymaq mümkün deyildir. Daha əvvəl qeyd etdiyi-miz kimi, bir əməyin qadağan edilmiş məcburi əmək sayılması üçün, Konven-siyanın hərfi mənasında nəzərdə tutulmayan, lakin ratio legis şərhi ilə başa dü-şülən faktorları da nəzərə almaq lazımdır. Məsələn, şərti azad edilmiş şəxslərin işləməsi, sırf bu şəxslərin yararınadır. Dolayısıyla, burada xor görülən və hüqu-qun qadağa qoyduğu məcburi əməkdən söz gedə bilməz.

Məsələn, AİHK-nın 5-ci maddəsində nəzərdə tutulur ki, aşağıdakı hallar-da azadlıq hüququnu məhdudlaşdırmaq olar:

125 ECOSOC 663 saylı 31.07.1957 və 2076 saylı 13.05.1977 tarixli qərarları.

126 Cavadova, Məmmədov, s.124.

yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə, ruhi xəstələ-rin, içki və narkomaniyaya mübtəla olanların və ya avaraların qanuni həbsə alınması. Burada belə sual yaranır ki, AİHK-nın 4-cü maddəsi, 5-ci maddəyə görə həbs edilmiş şəxslərin məcburi işlədilməsinə icazə verdiyinə görə, xolera xəs-təsi olduğuna görə tutulan şəxsi ya da ruhi xəstəni, ya da ki, narkomanları işlətmək olarmı?

Bu sualın cavabını vermək asandır, hərçənd, burada nəzərə alınası xüsuslar bunlardır:

• şəxs nəyə görə həbs olunub,

• həbs cəza, yoxsa məcburiyyət tədbiri mahiyyətindədir,

• məcburi əmək hansı məqsədə yönəlir,

• məcburi əmək islah məqsədini daşıyırmı?

Bu suallara verilən cavablar işığında onu qeyd edə bilərik ki, məcburiyyət tədbiri qaydasında tutulma halında məcburi əmək bir qayda olaraq tətbiq edilə bilməz. Habelə həbs qəti-imkan tədbiri altında tutulan şəxslərin məcburi əməyə cəlb olunmaları yolverilməzdir.

Avaraların həbs edilməsinə gəldikdə, bunlar inzibati həbs qaydasında tutulurlarsa, onda qanunda nəzərdə tutulması şərtilə, habelə, əməyin formasının islaha yönəlməsi şərtilə, belə əməyi məcburi əməyə cəlbetmə qadağası xaricin-də görməliyik. Bununla belə qeyd etməliyik ki, qanun avaraların kim olduğunu ədalətli şəkildə müəyyən etməli və avaraçılıq halının yaranması və davam etmə-si şəxetmə-sin təqetmə-siri səbəbilə olmalıdır. Normalda isə məcburi əməyə o məhbuslar cəlb olunur ki, onlar cəzalarını çəkir və məcburi əmək həm cəzalandırma, həm də məhkumun islahına yönəlir.

Yenə Avropa Konvensiyasının 5-ci maddəsində həbs edilmə əsaslarından birisi də, yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuna görə həbsə alınmasıdır. Burada tətbiq ediləcək məcburi əmək, tərbiyyə müəssi-səsində ola bilər və yetkinlik yaşına çatmamış şəxsi bir peşə sahibi eləmək məqsədinə yönəlməlidir, yoxsa cəza mahiyyətini daşıya bilməz.

Məcburi əməyə icazə verilən bir digər hal, hərbi və ya alternativ xidmətdir. Hərbi xidmət, sadəcə müharibə zamanı deyil, lakin sülh zamanla-rında fövqəladə işlərin görülməsini tələb edir, bu, ordunun daim döyüş və mü-dafiə hazırlığı vəziyyətində olmasına yönəlir, habelə, bunlarla intizam təmin edilir ki, intizamsız bir ordunun effektiv müdafiə qabiliyyətinə sahib olması imkansızdır.

93

Alternativ xidmətdə də şəxs bir qayda olaraq dini inancları səbəbilə or-duda həqiqi hərbi xidmətə getməkdən imtina edir. Hərbi xidmətin məcburi olduğu dövlətlərdə, dini motivlərdən sui-istifadə hallarının qarşısını almaq üçün bunun əvəzinə alternativ xidmət keçilməlidir. Onun müddəti həqiqi hərbi xidmətdən az ya da çox ola bilər, hərçənd, bu məsələdə dövlətin mülahizə səlahiyyəti xeyli genişdir. AŞ NK-nın tövsiyə qərarı ilə Şura üzvü olan bütün dövlətlərə alternativ hərbi xidmətin qəbul olunması məsləhət görülür, çünki bunun olmaması pasifizmə dayalı dinlərə mənsub olanların vicdan azadlığını pozucu mahiyyətdə olması kimi qiymətləndirilə bilər.

Təbii fəlakətlər, fövqəladə və müharibə vəziyyəti məcburi əməyə cəlb etməyə icazə verən bir digər haldır. Həqiqətən də, belə hallarda təhlükənin qarşısını almaq üçün vətəndaşların məcburi əməyə cəlb olunması son zərurət halı kimi qarşımıza çıxa bilər. Belə halda digər insanların həyatını xilas etmək, ölkəni düşman işğalına qarşı qorumaq üçün əhalini əməyə sövq etməkdən başqa çarə qalmaya bilər. Avropa Məhkəməsi belə halları “sosial həmrəylik” ilə izah edir və bunları ağlabatan hesab edir.127 Məsələn, fərz edin ki, silah tutan bütün kişilərin cəbhəyə getdikləri üçün müdafiə sənayəsində kəskin ehtiyac səbəbilə qadınlar fabriklərdə məcburi əməyə cəlb edilsin.

Bununla bağlı daxili qanunvericiliyə da baxmaqda fayda var. Belə ki, Fövqəladə Vəziyyət haqqında qanunun 8-ci maddəsinə görə:

8.0.21. əməyin mühafizəsi qaydalarına tam riayət olunması şərtilə qəzaxilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müstəsna hallarda, əmək qabiliyyətli əhalinin səfərbər olunması və vətəndaşların nəqliyyat vasitələrinin cəlb edilməsi mümkündür.

Habelə Hərbi vəziyyət haqqında Qanunun 11-ci maddəsinə görə:

a) qüvvədə olan qanunvericiliyə uyğun olaraq əhalinin müdafiə işlərinə, yolların və vacib obyektlərin mühafizəsinin həyata keçirilməsinə, yanğın, epidemiya və başqa fəlakətlərlə mübarizə işində iştirak etməyə cəlb edilməsi;

b) müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədilə mülkiyyət for-masından asılı olmayaraq istənilən müəssisələrdə işçilərin iş vaxtından artıq işə cəlb olunması, növbəti məzuniyyətlərin pul ilə əvəz etməklə başqa vaxta keçirilməsi, əmək müqaviləsinin bağlanması və xitam edilməsi;

Əlbəttə ki, belə hallarda əhali məcburi əməyə cəlb edildiyində, hakimiy-yət orqanlarının səlahiyhakimiy-yətləri hədsiz ola bilməz. Yəni onlar 1) qanunvericiliyə uyğun olmalı, 2) mütənasib olmalı və vəziyyətin kəskinliyindən irəli gəlməlidir.

127 Van Der Mussele v. Belgium, 23.11.1983

Adi vətəndaşlıq vəzifələrinin bir hissəsi olan iş və ya xidmət məcburi əmək sayılmır. Bunları da “sosial həmrəylik” konsepsiyası ilə izah etmək mümkündür. Haqsız məcburi əməyin xüsusiyyətləri budur ki, o ədalətsiz, qəddar, ləyaqəti alçaldıcı, yaxud məhrumiyyətlərə səbəb olmalıdır. Adi vətəndaşlıq vəzifələrinin icrasına bir misal verək: bizim ölkəmizdə belə bir tələb olmasa da, İtaliyada əgər siz dağın başında tənha bir yerdə köməksiz yaralı insana rast gəlsəniz, ona yardım etməlisiniz, bu kömək polisə və ya təcili tibbi yardıma xəbər verməklə də həyata keçirilə bilər. Diqqət edilsə, əxlaqi bir öhdəlik olan bu tələbin ədalətsiz və qəddar bir iş olduğunu iddia etmək mümkün deyildir. ABŞ-da bəzi əyalətlərdə, yolların buz tutmaları halında, daşınmaz əmlak sahibi onun ərazisindən keçən piyada yolunu buzdan təmizlə-məli yaxud başqa üsulla (qum tökmək yaxud xəbərdarlıq asmaqla) təhlükənin qarşısını almalıdır128. Diqqət edilsə burada da görülən iş, ictimai marağa yönəlməklə, bir cəza və əxlaqsız mahiyyət daşımır, ağlabatan öhdəlik gətirir və sosial faydaya yönəlir.

5. Azadlıq və şəxsi toxunulmazlıq hüququ a. Ümumi qeydlər, hüququn mənası və mahiyyəti

Azadlıq və toxunulmazlıq hüququnun tarixi bir kökü vardır. Bu hüquq bir sıra sənədlərdə, məsələn, 1215-ci il tarixli Azadlıqlar haqqında Böyük Xartiyada (Magna Carta) və 1700-cü illərin Amerika və Fransa Konstitusi-yalarında öz əksini tapıb. AİHK-nın 5-ci maddəsi və ICCPR-in 9-cu maddəsi bu hüququ təminat altına alır. Azadlıq hüququnun başlıca məqsədi fərdin fiziki azadlığının qanunsuz həbsdən qorunmasını təmin etməkdir. Şəxsin sadəcə hərəkət azadlığının məhdudlaşdırılması bu norma ilə yox, “hərəkət sərbəstliyi hüququ” ilə tənzimlənir.

Azadlıq hüququ təkcə həbs anında şəxsin müdafiəsini etmir, həm də həbsdən sonra həmin şəxs azadlığa buraxılana qədər və ya cinayət məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmə cəzasına məhkum edilənə qədər onun müdafiəsini müntəzəm qaydada təmin edir.

Azadlıq və toxunulmazlıq hüququ və mümkün məhdudiyyətlər.

Şəxsin azadlıqdan məhrum edilməsi qanunla müəyyən olunmuş qaydada və Konvensiyalarda göstərilən əsaslara görə həyata keçirilmirsə, o, əsassız və qanunsuzdur. İstər AİHK-da, istərsə də ICCPR-də göstərilən əsaslar məhdud

128 Bu o hallara tətbiq olunur ki, şəxs öz həyətini divarla çevirməsin, belə halda onun həyəti açıq qalır və digər insanlar ordan gəlib-keçə bilirlər.

95

saydadır, bunların xaricində azadlıqdan məhrum edilmə yolverilməzdir. Bu əsaslar xaricində həbsdə saxlayan dövlət orqanları şəxsi dərhal azad etmək öhdəliyini daşıyırlar. Qanunsuz həbsə görə də dövlət kompensasiya ödəmək məcburiyyətindədir. Fövqəladə hallar zamanı, müəyyən prosedurlar müəyyən etmək şərti ilə, azadlıq və toxunulmazlıq hüququndan geri çəkilməyə yol verilir.

b. Azadlıqdan məhrum edilmə nədir?

Məhkəmə 5-ci maddənin müdafiəsi altında olan azadlıqdan məhrum edilmə ilə sadəcə hərəkət azadlığının məhdudlaşdırılması arasında əsaslı fərq qoyub. Bunlar arasındakı fərq ondan ibarətdir ki, bu sözügedən tədbirin xarakterinə və mahiyyəti ilə yox, onun ağırlıq dərəcəsinə görə ölçülür (bunu AİHM Qutsardi İtalyaya qarşı olan işdə qət edib). Burada bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və tətbiq edilmə üsuluna diqqət yetirilməlidir129 Bu məsələnin qiymətləndirilməsində aşağıdakı məqamların əhəmiyyəti var:

- tətbiq edilən məhdudiyyətin dərəcəsi;

- şəxsin salındığı yerin sahəsi ( həmin sahə şəxsin həbs edildiyini güman etmək üçün kiçikdir, yoxsa böyük) və həmin yerin nə dərəcədə qorun-ması;

- nəzarət vasitələrinin nə dərəcədə tez-tez və inadla tətbiq edilməsi;

- ətraf aləmlə əlaqəyə hansı həddə icazə verilməsi və buna nə dərəcədə nəzarət edilməsi;

- sözügedən tədbirlərin hansı müddətdə tətbiq edilməsi.

Aşağıdakı işlər Məhkəmənin bu məsələyə yanaşmasını nümayiş etdirir:

Litua Polşaya qarşı işdə ictimai yerdə sərxoş vəziyyətdə olduğu və özünü pis apardığı müəyyən edilmiş şəxs polis tərəfindən ayıltma mərkəzinə göndərilmişdi və orada altı saat yarım ərzində təcrid vəziyyətində saxlanılmışdı.

Qərara alındı ki, bu, 5-ci maddənin məqsədləri baxımından həbs tədbiri idi.

Gutsardi İtalyaya qarşı işdə cinayət məhkəməsi mafioz olmaqda şübhəli bilinən şəxs barəsində əmr vermişdi ki, o, preventiv (qabaqlayıcı) tədbir qismində ciddi polis nəzarəti altında kiçik adada yaşamalıdır. O, qabaqcadan polisə məlumat vermədən axşam vaxtı öz mənzilindən çıxa bilməzdi, özü də o, gündə iki dəfə polisə hesabat verməli idi. Onun sərbəst şəkildə hərəkət edə biləcəyi sahə 800 metr radiusdan bir az artıq idi və adada kiçik bir yerdən ibarət idi. Bu ərazidə olanlar əsas etibarilə eyni məcburi yaşayış rejiminə məhkum

129 Engel və başqaları Niderlanda qarşı

edilmiş şəxslər və polis əməkdaşları idi. Onun telefon danışıqlarına və kənardan yanına gələnlərlə nadir görüşlərinə polis nəzarət edirdi. O, 16 aydan artıq bu vəziyyətdə qaldı. Toplu halında və bir-biri ilə əlaqədə götürülmüş bütün amillərin əsasında Məhkəmə belə nəticəyə gəldi ki, bu vəziyyət azadlıqdan məhrum edilməyə bərabərdir.

c. İstisnalar: azadlıqdan məhrum edilməyə yol verilən hallar ca. İstisnaların xarakteri

Azadlıq və toxunulmazlıq hüququ mütləq hüquq deyildir. ICCPR-də bunun istisnaları açıq şəkildə sayılmasa da, 9.2-ci maddədən anlayırıq ki, bu hüquqa dövlətdaxili qanunvericiliyə əsasən müdaxilə etmək mümkündür və buna da qərarı müvafiq məhkəmə verməlidir.

Lakin AİHK-nda istisnalar konkret olaraq göstərilir. 5-ci maddədə nəzərdə tutulan istisnalar, Konvensiyadakı bütün digər istisnalar kimi məhdud şərh olunmalıdır. Burada onu qeyd etməliyik ki, azadlıq və toxunulmazlıq hüququndan yeganə istisna 5-ci maddədə xüsusi olaraq nəzərdə tutulan istisnalardır, dövlətdaxili hüquqda yol verilən hər hansı başqa əsaslar AİHK-nın 5-ci maddəsinə zidd sayılacaq. İstisnaların siyahısının tam siyahı olmasına

Lakin AİHK-nda istisnalar konkret olaraq göstərilir. 5-ci maddədə nəzərdə tutulan istisnalar, Konvensiyadakı bütün digər istisnalar kimi məhdud şərh olunmalıdır. Burada onu qeyd etməliyik ki, azadlıq və toxunulmazlıq hüququndan yeganə istisna 5-ci maddədə xüsusi olaraq nəzərdə tutulan istisnalardır, dövlətdaxili hüquqda yol verilən hər hansı başqa əsaslar AİHK-nın 5-ci maddəsinə zidd sayılacaq. İstisnaların siyahısının tam siyahı olmasına