• Sonuç bulunamadı

Bu bölmədə əsas (birinci nəsil) hüquq və azadlıqlardan danışacayıq.

Bunların hansı sənədlərdə tənzimləndiyi, məzmunu və əhatəsinin nə olduğuna toxunacayıq.

Birinci nəsil hüquqları seçməyimiz təsadüfi deyil. Bunun səbəblərini belə izah etmək olar. Birinci nəsil hüquqların xüsusiyyətlərini yada salsanız, görər-siniz ki, bunlar effektiv, aktual, hər kəsə qarşı irəli sürülən, məhkəmə qayda-sında qoruna bilən hüquqlardır. Habelə bu hüquqlar, hakim mövqedə olduq-larına görə,57 digər hüquqi statuslara təsir göstərir. Digər tərəfdən də, Avropada əsas beynəlxalq təminat mexanizminə sahib məhz əsas hüquq və azadlıqlardır.

Uzun müddət hesab olunurdu ki, əsas hüquqların sayı məhduddur.

Bunları, məsələn, BMT-nin 1966 tarixli Mülki və Siyasi Hüquqlar haqqında Sazişində görə bilərsiniz. ICCPR-in tənzimlədiyi hüquqlar bunlardır:

• Ayrı-seçkiliyə məruz qalmama hüququ (2-ci maddə),

• Təsirli hüquqi müraciət hüququ (2-ci maddə),

• Yaşamaq hüququ (6-cı maddə),

• İşgəncəyə və pis rəftara məruz qalmama hüququ (7-ci maddə),

• Quldarlıq predmeti olmamaya və məcburi əməyə məruz qalmama hüququ (8-ci maddə),

• Azadlıq və şəxsi təhlükəsizlik hüququ (9-cu maddə),

• Mülki öhdəliyə görə həbs olunmama hüququ (11-ci maddə),

• Sərbəst hərəkət etmə (səyahət) və ölkəni tərk etmə hüququ (12-ci maddə),

• Ədalətli məhkəmə hüququ və buna bağlı olan digər müdafiə təminatları (14-cü maddə),

• Hüquqi subyekt statusundan məhrum olunmama hüququ (16-cı maddə),

• Şəxsi və ailə həyatı, mənzil və yazışma toxunulmazlığı hüququ (17-ci maddə),

• Vicdan və din azadlığı (18-ci maddə),

• Fikir və söz azadlığı (19-cu maddə),

• Dinc toplaşma azadlığı (21-ci maddə),

57 Hakim mövqedə olmasının səbəbi ondan irəli gəlir ki, bunlar təbii hüquqlardır və qanunvericiliyin üstündədir; belə bir hüququ pozan qanunlar, anti-konstitusion və hüquqa zidd sayılmalıdır.

41

• Birləşmə azadlığı (22-ci maddə),

• Ailə qurma hüququ (23-cü maddə),

• Uşaqların qorunması məqsədilə zəruri təminatlara sahib olan azyaşlı statusuna hüquq (24-cü maddə),

• Dövlətin idarə olunmasında iştirak etmə hüququ (25-ci maddə),

• Seçmə və seçilmə hüququ (25-ci maddə),

• İctimai xidmətlərdən yararlanma hüququ (25-ci maddə),

• Bərabərlik hüququ (26-cı maddə),

• Azlıqların öz dinlərini, mədəniyyətini və dillərini istifadə hüququ (27-ci maddə),

Qeyd olunmalıdır ki, bu Sazişdə tənzimlənən hüquqların sayı, AİHK-da tənzimlənən hüquqlardan daha çoxdur. Məsələn, azlıqların hüquqları AİHK ilə açıq şəkildə ifadə olunmasa belə, azlıqlar öz hüquqlarından AİHK-nın 8, 9 və 10-cu maddələrinə görə faydalanırlar. Habelə azlıqların qorunması ilə bağlı AŞ NK qərarları və müvafiq konvensiya var.

AİHK-da, Sazişin 25-ci maddəsində tənzimlədiyi siyasi hüquqlardan ancaq seçmə hüququ var (1-ci Protokolda). Habelə AİHK, uşaq hüquqlarını tənzimlənməyib. Uşaqların qorunması AŞ-da başqa mexanizmlər ilə həyata keçirilir.

B. Əsas hüquqlarda yeni bir mərhələ:

Avropa Birliyi Əsas Azadlıqlar Şərti

Burada Avropa Birliyinin bir sənədini qeyd etmək lazımdır. Bu da 18 Dekabr 2000-ci il tarixəndə Fransanın Nice şəhərində qəbul edilmiş Avropa Birliyinin Əsas Azadlıqları haqqında Şərtdir (Charter).58 Sənədi burada zikr etməmizin səbəbi ondan ibarətdir ki, burada əsas azadlıqların sayı bir az müx-təlifdir. Avropa Birliyi ilə Avropa Şurası fərqli qurumlar olsa belə, həqiqətdə bunlar eyni siyasi və hüquqi mədəniyyətin bir parçasıdır. Belə ki, AİHK Avropa Şurasının sənədi olduğu halda, Avropa Ədalət Məhkəməsi (Avropa Birliyinin qurumu olduğu halda) öz qərarlarında Konvensiyaya istinad edir və bu da istisnai hal sayılmır.

Məsələnin əhəmiyyətini qavramaq üçün, Şərtin preambulasını oxumaqda fayda var. Preambulada deyilir ki:

58 İngilizcə adı ilə “Charter of Fundamental Rights of European Union”. Bu Saziş, Aİ dövlətləri üçün məcburi qüvvəyə sahib deyildir. Lakin EvroKomissiyanın fikri bundan ibarətdir ki, Avropa Ədalət Məhkəməsi bu Charteri öz praktikasında nəzərə almalıdır.

Ortaq ruhi və mənəvi mirasın şüurunda olaraq, Birlik insan ləyaqəti-nin, azadlığın, bərabərlik və həmrəyliyin ayrılmaz və universal dəyərləri üzərində qurulub; demokratiya və hüquqi dövlət prinsiplərinə əsaslanıb.

Birlik azadlıq, təhlükəsizlik və ədalət məkanı yaratmaqla, öz fəaliyyətlə-rinin məqsədi (heart) kimi insanı (individual) görür.

Birlik bu ortaq dəyərlərin qorunub saxlanılmasına və inkişafına arxa çıxır və eyni zamanda üzv Dövlətlərin milli kimliklərinə, onların hakimiy-yət orqanlarının quruluşuna və Avropa xalqlarının mədəniyhakimiy-yət və ənənə-lərinın müxtəlifliyinə hörmətlə yanaşır; Birlik tarazlı və davam edici inkişafı təmin etməyi hədəfləyir və şəxslərin, xidmətlərin və sərmayənin sərbəst hərəkətini və sahibkarlıq azadlığını təmin edir.

Buna görə, cəmiyyətdəki, sosial proqressdəki və elmi-texnoloji inkişaf-dakı dəyişmələr nəzərə alınaraq, əsas hüquqların qorunmasını gücləndir-mək üçün, bu hüquqlar Şərtdə daha aydın şəkildə göstərilməlidir.

Bu Şərt, Topluluğun və Birliyin səlahiyyətləri və vəzifələrinə və subsidiarlıq prinsipinə lazımi hörmətlə yanaşmaqla, konstitusion ənənə-lər, üzv Dövlətlərin ortaq beynəlxalq öhdəliklərindən, Avropa Birliyi Andlaşması, Topluluq Andlaşmalarından, Avropa İnsan Hüquqları Kon-vensiyasından, Sosial Şərtdən, Avropa Ədalət Məhkəməsi və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququndan irəli gələn hüquqları bir daha təsdiq edir.

Daha sonra Şərtdə, əsas sayılan hüquqlar göstərilir. Bu hüquqları burada bir daha saymadan əvvəl, Preambulada bəzi xüsuslara diqqət yetirilməlidir.

Burada Birlik orqanları bir məqamı vurğulayırlar: əsas hüquqlar son dövrdə yaşanan dəyişmələr işığında nəzərdən keçirilməlidir. Nəzərdən keçirilməlidir dedikdə, burada azalmadan söhbət gedə bilməz. Tərsinə, əsas hüquqların sayı artır. Aşağıda görüləcək ki, ikinci nəsil sosial hüquqlar da əsas hüquqlar olaraq sayılmağa başlanmışdır. Preambulada da artıq şəxslərin, xidmətlərin və sər-mayənin sərbəst dövriyyəsi, habelə, iqtisadi inkişafdan söz edildiyinə görə, əsas hüquqlar, habelə, iqtisadi maraqları da əhatə edən bir şəkildə genişlədilir. Bu tezisin ən gözəl sübutu da, aşağıda sadalanan hüquqlardan bəzilərinin ma-hiyyətidir.59

Zəruri analizləri etmədən əvvəl bu Şərtdə hansı hüquqların tənzimlən-diyinə nəzər salmaq lazımdır. Bu hüquqların siyahısını oxumaq istəməyənlər bilməlidirlər ki, bu hüquqları nəzərdən keçirməyi biz sadəcə akademik maraqla

59 Mahiyyəti dedikdə, onların iqtisadi dəyərindən söhbət gedir. Məsələn, əqli mülkiyyət hüququ əsas hüquqlar arasına alınıb. Əmək hüququ, sahibkarlıq hüququ kimi.

43

təklif etmirik. Bunların stratejik, siyasi və hüquqi nəticələri gələcəkdə özünü biruzə verəcəkdir. Belə ki, bunlar yeni Avropa anlayışını əks etdirir və bu da özünü tezliklə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında özünü biruzə verəcək.

Habelə bu Şərtdən belə nəticələr çıxarmaq mümkündür. Avropa Şurası, Avropa Birliyindən daha geniş bir qurumdur: məsələn Rusiya Avropa Şurasının üzvü olsa belə, çətin ki, yaxın 10-15 il ərzində Avropa Birliyinə daxil olsun.

Görünür ki, Avropa xalqları özləri üçün özlərinə xas mədəni ənənələr çərçi-vəsində, daha yuxarı standartlara cavab verən insan hüquqları sistemini yarat-maq niyyətindədirlər. İşin qəliz tərəfi burdadır ki, SSRİ-nin dağılmasından sonra Avropa Şurasına alınan dövlətlərin, riyakar və qeyri-səmimi höku-mətlərin hərəkətləri səbəbilə, Avropada insan hüquqlarının inkişafı gecik-məyə başladı. Niyə? Avropa İnsan Hüquqları Məhkəməsi qərar verdikdə bu, presedent hüququnu yaradır və digər hadisələrdə də tətbiq olunur. AİHM də, bəzən, diplomatik tərzdə və siyasi motivli qərarlar verir, çünki beynəlxalq münasibətləri, mənfəətlər tarazlığı və s. amilləri nəzərə almaq məcburiyyətində qalır. Məsələn, MDB məkanından elə absurd, qəddar, primitiv hüquq pozun-tuları AİHM-nə gedir ki, hər halda, AİHM hakimləri də o dövlətin necə olur ki, AŞ üzvü olduğuna təəcüblənirlər. Ya da ki, qeyri-səmimi hökumətlər lazımi ratifikasiya işlərini görmədikləri üçün Konvensiyanın inkişafına əngəl olurlar, 14-cu Protokolun qüvvəyə minməsində olduğu kimi. Bu hal da Avropalı həmkarlarımızın vicdanlarını hər halda rahat qoymadığına görə, onlar Avropa Birliyi çərçivəsində, onlara bənzəməyənlərin olmadığı bir dairədə, eyni mədə-niyyət ətrafında birləşmiş halda yeni hüquqlar sistemi yaratmaq mədə- niyyətindədir-lər. Hər nə qədər 51-ci maddə, Şərtin (Charter) ancaq Avropa Birliyi qurumları üçün AB hüququnu tətbiq edərkən nəzərə alınacağını nəzərdə tutsa da, bu hal hüquqların təsnifatı və qiymətləndirilməsində artıq yeni yanaşmanın olduğunu rədd edə bilməz.

Hüquqları saymadan əvvəl, Şərtin bunları qruplara (sahələrə) böldüyünü qeyd etmək lazımdır. Birinci qrup LƏYAQƏT, ikincisinin adı AZADLIQ, üçüncü qrup BƏRABƏRLİK, dördüncüsü HƏMRƏYLİK, beşincisi VƏTƏNDAŞ (siyasi) HÜQUQLARI, altıncı qrup da ƏDALƏT olaraq adlandırılır.

Ləyaqət qrupu altında bu hüquqlar tənzimlənir:

İnsan ləyaqəti (1-ci maddə), Yaşamaq hüququ (2-ci maddə),

Şəxsin maddi və mənəvi bütünlük hüququ (3-cü maddə), İşgəncə və pis rəftarın qadağan edilməsi (4-cü maddə), Məcburi əməyin qadağan edilməsi (5-ci maddə).

Azadlıq başlığı altında toplanan hüquqlar:

Azadlıq və təhlükəsizlik hüququ (6-cı maddə), Şəxsi və ailə həyatının qorunması (7-ci maddə), Şəxsi məlumatların qorunması (8-ci maddə), Evlənmə və ailə qurma hüququ (9-cu maddə),

Fikir, vicdan və din azadlığı (10-cu maddə), Söz və məlumat azadlığı (11-ci maddə),

Dinc toplaşma və birləşmə azadlığı (12-ci maddə), İncəsənət və elmi araşdırma azadlığı (13-cü maddə),60 Təhsil alma və təhsil vermə hüququ (14-cü maddə),61 İstədiyi peşəni seçmə və işə girmə hüququ (15-ci maddə),62

Sahibkarlıq hüququ (milli qanunvericilik diqqətə alınaraq, 16-cı maddə), Mülkiyyət hüququ (əqli mülkiyyət daxil olmaqla, 17-ci maddə),

Sığınacaq hüququ (18-ci maddə),

Zalım və avtoritar ölkələrə ekstradisiya olunmama hüququ (19-ci maddə).

Sonrakı alt bölmənin adı “Bərabərlik”dir. Bu bölmədə tənzimlənən hüquqlar:

Qanun qarşısında bərabərlik hüququ (20-ci maddə), Ayrı-seçkiliyə məruz qalmama hüququ (21-ci maddə),

Mədəni, dini və linqvistik63 müxtəlifliyin qorunması (22-ci maddə), Kişi və qadın arasındakı bərabərlik (23-cü maddə),

Uşaq hüquqları (24-cü maddə), Yaşlıların hüquqları (25-ci maddə),64

Əlillərin hüquqları (26-cı maddə).

İndi isə sıra mübahisəli “Həmrəylik” hüquqlarına gəlir. Görək Avropa anlayışına görə nələr həmrəylik ilə əlaqədar hüquq sayılır:

İşçilərin iş yerində məlumat və məsləhət alma hüququ (27-ci maddə), Toplu əmək müqaviləsi və tətil hüququ (28-ci maddə),

Pulsuz işə yerləşdirilmə hüququ (29-cu maddə),

Haqsız yerə işdən çıxarılmaya qarşı qorunma hüququ (30-cu maddə), Ədalətli əmək və iş şəraiti (31-ci maddə),

Uşaq əməyinin qadağan olunması (32-ci maddə),

60 Maraqlıdır ki, bu hüquq baxımından heç bir müdaxilə və məhdudiyyət ola bilməz.

61 AİHK təhsil vermə hüququnu nəzərdə tutmur.

62 Klassik təsnifatda bu hüquqlar sosial hüquq sayılıb, ikinci nəsil hüquqlara aiddir.

63“ Linqvistik” sözü burada “milli, irqi” kimi anlaşılmalıdır. Sadəcə olaraq milliyətçilik Avropada istə-nilməyən bir axım olduğuna görə, “irqi” sözünün istifadəsindən çəkiniblər.

64 Sosial hüquq (2-ci nəsil) olduğu halda, bunu da əsas hüquqlar arasına alınması diqqət çəkicidir.

45

Ailə vəziyyətinə görə əmək münasibətlərində qorunma hüququ (33-cü maddə),

Sosial sığorta hüququ (34-cü maddə), Sağlamlıq hüququ (35-ci maddə),

İctimai xidmətlərdən istifadə hüququ (36-cı maddə), Sağlam ətraf mühit hüququ (37-ci maddə),

İstehlakçıların qorunması hüququ (38-ci maddə). 65

Şərtdə sonrakı 5-ci Bölmə “Vətəndaş hüquqları” olaraq adlanır və burada əsasən siyasi hüquqlar yer alır.

Avropa Parlamentinə seçmə və seçilmə hüququ (39-cu maddə), Bələdiyyələrə seçmə və seçilmə hüququ (40-cı maddə),

Yaxşı şəkildə idarə olunma hüququ (41-ci maddə),66 Birliyin rəsmi sənədlərinə çatım hüququ (42-ci maddə),

Birliyin Ombudsmanına müraciət etmə hüququ (43-cü maddə), Ərizə yazma hüququ (44-cü maddə),

Səyahət və yerləşmə azadlığı (45-ci maddə),

Diplomatik və konsulluq himayədarlığına hüquq (46-cı maddə).

Sonrakı bölmənin adı “Ədalət”dir. Burada əsasən şəxslərin təhqiqat və məhkəmə orqanları ilə olan münasibətləri tənzimlənir. Bunlar:

Təsirli müraciət hüququ və ədalətli məhkəmə baxışı hüququ (47-ci maddə),

Təqsirsizlik prezumpsiyası və müdafiə hüquqları (48-ci maddə), Qanunçuluq prinsipi və verilən cəzanın törədilən cinayətə görə mütənasibliyi (49-cu maddə),

Ne bis in idem qadağası (50-ci maddə).

İndi isə, bu Şərtdə olan və klassik mənada əsas hüquq sayılmayan, Avropa İnsan Hüquqları Konvensiyası ilə tənzimlənməyən hüquqların nə olduğuna toxunmalıyıq. Siyahıya qısaca göz gəzdirək. Burada xeyli sayda iqtisadi, sosial və mədəni hüquq yer alır.

65 Avropa məkanında hakim mədəniyyət istehlakçı hüquqlarını da əsas insan hüquqları arasına aldığına görə, bu hal onlarda bir tərəfdən iqtisadi həyatın, digər tərəfdən isə vətəndaşa verilən qiymətin nə qədər vacib və dəyərli olduğunu göstərir.

66 Bu hüququn məzmunu çox maraqlıdır, çox proqressivdir. Misal kimi versək, bura aiddir: özünə aid məlamatlara çatım hüququ, inzibati aktların əsasladırılmış olma hüququ, Topluluq orqanlarının vurduğu ziyanı bərpa etdirmə hüququ, ərizə yazdığı dildə cavab alma hüququ.

Şəxsin maddi və mənəvi bütünlük hüququ (3-cü maddə)67, İncəsənət və elmi araşdırma azadlığı (13-cü maddə), Təhsil vermə hüququ (14-cü maddə),

İstədiyi peşəni seçmə və işə girmə hüququ (15-ci maddə), Sahibkarlıq hüququ (16-cı maddə),

Mədəni, dini və linqvistik müxtəlifliyin qorunması (22-ci maddə), Uşaq hüquqları (24-cü maddə),

Yaşlıların hüquqları (25-ci maddə),68 Əlillərin hüquqları (26-cı maddə),

İşçilərin iş yerində məlumat və məsləhət alma hüququ (27-ci maddə), Toplu əmək müqaviləsi və tətil hüququ (28-ci maddə),

Pulsuz işə yerləşdirilmə hüququ (29-cu maddə),

Haqsız yerə işdən çıxarılmağa qarşı qorunma hüququ (30-cu maddə), Ədalətli əmək və iş şəraiti (31-ci maddə),

Uşaq əməyinin qadağan olunması (32-ci maddə),

Ailə vəziyyətinə görə əmək münasibətlərində qorunma hüququ (33-cü maddə),

Sosial sığorta hüququ (34-cü maddə), Sağlamlıq hüququ (35-ci maddə),

İctimai xidmətlərdən istifadə hüququ (36-cı maddə), Sağlam ətraf mühit hüququ (37-ci maddə),

İstehlakçıların qorunması hüququ (38-ci maddə), 69 Yaxşı şəkildə idarə olunma hüququ (41-ci maddə),70 Birliyin rəsmi sənədlərinə çatım hüququ (42-ci maddə),

Birliyin Ombudsmanına müraciət etmə hüququ (43-cü maddə), Ərizə yazma hüququ (44-cü maddə),

Diplomatik və konsulluq himayədarlığına hüquq (46-cı maddə).

Yuxarıdakı hüquqlara nəzər saldıqdan sonra, gələk əsas suallara. Birincisi budur ki, ikinci nəsil hüquqları əsas hüquqlar kateqoriyasına “yüksəltmənin”

nəticəsi nə olacaq? Digər sual da bundan ibarətdir ki, belə halda “əsas olmayan”

hüquqlar nələr qalacaq? Habelə yuxarıdakı hüquqların əsas hüquq kimi

67 Bu hüququn klonlama qadağası gətirməsi diqqət çəkicidir.

68 Sosial hüquq (2-ci nəsil) olduğu halda, bunu da əsas hüquqlar arasına alınması diqqət çəkicidir.

69 Avropa məkanında hakim mədəniyyət, istehlakçı hüquqlarını da əsas insan hüquqları arasına aldığına görə, bu hal onlarda bir tərəfdən iqtisadi həyatın, digər tərəfdən isə vətəndaşa verilən qiymətin nə qədər vacib və dəyərli olduğunu göstərir.

70 Bu hüququn məzmunu çox maraqlıdır, çox proqressivdir. Misal kimi versək, bura aiddir: özünə aid məlamatlara çatım hüququ, inzibati aktların əsasladırılmış olma hüququ, topluluq orqanlarının vurduğu ziyanı bərpa ettirmə hüququ, ərizə yazdığı dildə cavab alma hüququ.

47

sayılması, onların məhkəmədə qorunmasına bir təsir göstərəcəkmi? Habelə belə bir sual da qoymaq mümkündür ki, belə dəyişikliyin sistematik təsiri nə olacaq?

Əslində yuxarıdakı sualların hamısı bir-birilə bağlıdır. Buna görə, tək cavabla bunlara dair izahat vermək mümkündür.

Əvvəlcə onu qeyd etməliyik ki, Avropa qitəsində AİHK çərçivəsində bir hüququn əsas hüquq mahiyyətində olması, onun beynəlxalq qorumadan istifadə edə bilməsi mənasına gəlir. İkinci nəsil hüquqlar və AİHK-də göstərilməyən hüquqlar, ancaq milli qanunvericilik çərçivəsində və o qanunvericiliyin tanıdığı ölçüdə qorunur. 2009-cu il tarixi etibarıyla, incələdiyimiz Şərt hələ ki bağlayıcı qüvvəyə sahib deyildir. Lakin qeyd edə bilərik ki, Avropa Birliyində yuxarıda sadalanan hüquqların hamısı dövlətüstü (supranational) səviyyədə qorunacaq.

Müraciət yeri də artıq Avropa Ədalət Məhkəməsi71 olacaq (bunu AİHM ilə qarışdırmayın). Demək mümkündür ki, bu Şərt ilə Avropa Birliyi, dünyanın ən inkişaf etmiş insan hüquqlarını qoruma mexanizmi olan AİHK-dan daha üstün, daha təsirli, daha əhatəli bir qoruma mexanizmini gətirir.

Belə bir iddiaya yer vermək mümkündür: AB, AŞ-da olan ikiyə bölün-müşlüyü (bir tərəfdən Avropa İnsan Hüquqları Konvensiyası, o biri tərəfdən isə Avropa Sosial Şərti) aradan qaldırır, bunları bir sənəddə birləşdirir və bu hüquqlara daha üstün qoruma statusunu tanıyır. Bu da “bir addım irəli” mahiy-yətində olan Avropa standartlarının bir göstəricisidir. Digər millətlər və mədəniyyətlər, Avropanı bir addım geridən bu məsələdə də təqib edirlər.

Əslində yuxarıda göstərilən hüquqların əksər hissəsi Azərbaycan Respub-likası qanunvericiliyində də tanınıb. Amma fikirləşməyin ki, əgər bu hüquqlar bizim ölkəmizdə nəzərdə tutulursa, onda bizim itirdiyimiz bir şey yoxdur. Belə deyil. Birincisi ona görə ki, ölkəmizdə hüquqların ümumi məhkəmə təminatı arzu olunan səviyyədə deyildir; bunlarla bağlı milli məhkəmələrdə bir şeyə nail ola bilməsəniz, başqa bir beynəlxalq instansiyaya isə müraciət etmək mümkün olmur.

Avropa Əsas Hüquqlar Şərtində bəzi hüquqlar çox diqqət çəkicidir və onlar da bizdə bir az fərqli şəkildə tanınıb. Bunlardan ən maraqlısı “yaxşı şəkildə idarə olunma hüququdur”. Hərçənd bu hüququn tanıdığı imkanlardan bir hissəsi bizdə də tanınır, lakin ən azından onun adı çox proqressivdir və bəzi yerlərə mesaj çatdırma baxımından çox mənalıdır.72

71İngilizcə adı European Court of Justice (ECJ), 1952-ci ildə qurulub, Lüksemburqda yerləşir. Daha ətraflı məlumat üçün baxın: http://curia.europa.eu/en/index.htm

72 Bu hüququn tanıdığı və bizim qanunvericilikdə nəzərdə tutulmayan imkanlar bunlardır: 1) vətəndaşın statusuna tərəfsiz inzibati orqan tərəfindən baxılması; 2) vətəndaş haqqında mənfi təsiri olan qərar

Oxucuların diqqətinə bir daha çatdırırıq: milli qanunvericilik ilə yaxşı tanış olan bir hüquqşunas Avropa Birliyi Əsas Azadlıqlar Şərtində göstərilən hüquqların çoxunun ölkə qanunvericiliyində olduğunu bilir. Bəs aradakı fərq nədədir? Fərq sadəcə ondan ibarət deyil ki, hüququn tanındığı və “üzdüyü”

sistem fərqlidir. Konkret hüququ balığa oxşatsaq, Şərtdəki balıqlar bərrak, şirin və dərin olmayan, tufan əsməyən sularda üzən balığa oxşayır, habelə, o sularda balıq tutmaq da qadağandır. Ölkəmiz ya da digər MDB ölkələri baxımından, qanunvericiliyin tanıdığı hüquq elə bir balığa oxşayır ki, o bulanıq, dərin, tufanlı və digər yırtıcıların qaynadığı bir okeanda yaşayır. Buna görə də belə hüququn taleyi çox da ürək açıcı olmur. Başqa bir sözlə, Avropa Birliyi Əsas Azadlıqlar Şərtində əks edilən hüquqlar, status və qorunma dərəcəsi baxımın-dan bizim qanunvericilikdə olan hüquqlarbaxımın-dan fərqlənir. Burada insan hüququ ilə qanuni hüquq arasındakı fərqi yadınıza salın. Qanunvericiliyimizdə əks olunan hüquqlar, ancaq o halda insan hüququ statusuna daxil olur ki, əgər onlar ya Konstitusiyada, ya da ki, ölkənin tərəf olduğu beynəlxalq müqavilələrdə insan hüququ kimi tanınır.

Aşağıda biz klassik mənada əsas hüquqların mahiyyətini təfsilatlı şəkildə tədqiq edəcəyik və Avropa Birliyi Əsas Azadlıqlar Şərtində yer alan yeni

“model” əsas hüquqlara toxunmayacayıq. Əlbəttə, sual oluna bilər ki, nədən?

Səbəbi budur ki, ölkəmiz baxımından aktual olan klassik, yəni birinci nəsil hüquqlardır, digər tərəfdən, tərəf olduğumuz beynəlxalq qoruma mexanizmləri ancaq bunları əhatə edir. Lakin Şərtdəki yeni tənzimləməni ona görə izah etdik ki, hara getdiyimiz, insan hüquqlarının yaxın gələcəkdə necə bir evolusiya yaşayacağı aydın olsun.