• Sonuç bulunamadı

C. Əsas hüquq və azadlıqların mahiyyəti və hüquqi rejimi

2. Yaşamaq hüququ (right to life)

Yaşamaq hüququnun mahiyyəti haqqında düşünən çinli filosof Konfutsnin hikmətli sözləri var: məqsədə çatmaq üçün öz canını fəda etmək böyük lara xas olan keyfiyyətdir. Bununla filosof bir həqiqətə işarət edir - əksər insan-lar üçün həyat çox vacib və imtina edilməyən bir nemətdir. İnsanın əsas hüququ olan yaşama hüququnun əhəmiyyəti ondan ibarətdir ki, bunun pozulması halında digər hüquqlar sönür və öz mənalarını dərhal itirirlər. Yaşamaq hüququ UDHR-in 3-cü maddəsində, ICCPR-in 6-cı maddəsində və AİHK-nın 2-ci maddəsində tənzimlənib.

ICCPR 6-cı maddə mətni belədir:

1. Yaşamaq hüququ hər bir insanın ayrılmaz hüququdur. Bu hüquq qanunla qorunur.

Heç kəs özbaşına həyatdan məhrum edilə bilməz.

2. Ölüm cəzasının ləğv edilmədiyi ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə, həmin cinayətlər törədildiyi vaxt qüvvədə olan və bu Paktın müddəalarına və Soy-qırım cinayətinin qarşısını almaq və ona görə cəzalandırma haqqında konvensiyaya zidd olmayan qanuna müvafiq çıxarıla bilər. Bu cəza səlahiyyətli məhkəmənin qəti qərarı əsasında yerinə yetirilə bilər.

3. Həyatdan məhrumetmədə soyqırım cinayəti tərkibi varsa, nəzərə almaq lazımdır ki, bu maddədə heç nə bu Paktda iştirak edən dövlətlərə hər hansı bir yolla Soyqırım cinayətinin qarşısını almaq və ona görə cəzalandırma haqqında Konvensiyanın müd-dəalarına müvafiq qəbul edilmiş hər hansı öhdəlikdən geri çəkilmək hüququ vermir.

4. Ölüm cəzasına məhkum edilmiş hər kəsin bağışlanmasını, yaxud hökmün yumşal-dılmasını xahiş etmək hüququ var. Amnistiya, bağışlanma, yaxud ölüm hökmünün dəyişdirilməsi bütün hallarda mümkündür.

97 Carss-Frisk, s.42.

63 5. Ölüm hökmü törətdikləri cinayətlərə görə yaşı on səkkizdən az olan şəxslər barəsində

çıxarılmır və hamilə qadınlar barəsində icra olunmur.

6. Bu maddədə heç nə ölüm hökmünün bu Paktda iştirak edən hər hansı bir dövlət tərəfindən təxirə salınmasına, yaxud ləğv olunmasına icazə verilməməsi üçün əsas sayıla bilməz.

Yaşamaq hüququnun bir özəlliyi də budur ki, digər hüquqlardan fərqli olaraq, o köklü şəkildə “güclənmişdir”, belə ki, ölüm cəzası tamamilə ləğv edil-mişdir. Düzdür, ölüm cəzası bütün dövlətlərdə ləğv edilməyib, lakin insan hü-quqları nəzəriyyəsində ölüm cəzasının yolverilməzliyi haqqında artıq fikir birliyi vardır.

AİHK 2-ci maddədə yaşamaq hüququnu belə tənzimləyir:

1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.

2. Həyatdan məhrumetmə, aşağıdakı məqsədlər üçün güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda, bu maddənin pozulması hesab edilmir:

a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;

b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçma-sının qarşısını almaq üçün;

c) qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması üçün.

Yaşamaq hüququnun məzmunu nədir? Yaşamaq hüququ onu ifadə edir ki, heç bir insan, dövləti təmsil edən orqanlar tərəfindən, yaxud hakimiyyət nüma-yəndələri tərəfindən qəsdən həyatından məhrum edilə bilməz. Habelə dövlət, labüd ölüm təhlükəsi olan halların qarşısını almağa borcludur. Yenə mülki şəxs-lər tərəfindən yaranan təhlükənin varlığında, şəxs dövlətdən həyatının müdafiə-sini tələb etdikdə, dövlət bəzi tədbirlər almalıdır. Bu şərtlərin pozuntusu, dövlət tərəfindən yaşamaq hüququnun pozuntusunu təşkil edir.

Habelə dövlət, adam öldürmə əməllərini öz qanunvericiliyində cinayət kimi tənzimləməli və qadağan etməlidir. Bununla belə, qəbul etməliyik ki, dövlət hər vətəndaşı mütləq şəkildə hər cür təhlükədən qoruya bilməz. Çünki bunun üçün hər bir vətəndaşın yanında bir polis məmurunu qoymaq lazım olacaq; lakin belə bir vəziyyət də nə vətəndaş tərəfindən arzu olunar, nə də ki, texniki cəhətdən mümkündür. Tarixdə də görülməyib.

Həyatdan məhrum olma hallarında, dövlət orqanları istintaq başlamalı və istintaq da effektiv olmalıdır. Təhqiqatın və ya cinayət işinin başladılması onu göstərir ki, dövlət orqanları bir insanın ölməsinə biganə qalmır; əgər ölüm hadisəsi həqiqətdə bədbəxt hadisə yox, təqsirli qətldirsə, təqsirkarlar cəzalarını

çəkəcəklər. Istintaq aparma məcburiyyətinin önəmi, hərbi xidmət çəkərkən əsgərlərin ölmələri hallarında ortaya çıxır. Əsgər ölümü hadisəsində bəzən zabitlərin (hakimiyyət nümayəndələrinin) təqsiri olur və bu hal ört-bastır edil-məməlidir.

Burada bir məqama diqqət yetirməliyik: ölüm hadisəsi dövlət məmurla-rının etinasızlığı və laqeyd hərəkətsizliyi nəticəsində meydana gəlibsə, bu hal dövlətin məsuliyyətinə səbəb olarmı? Bunun üçün şəxsin həyatı üzərində birba-şa və labüd təhlükə olmalıdır, habelə hakimiyyət orqanlarının bu riski bilmələri və ya bilməli olduqları və lazımi tədbir almamaları tələb olunur. Belə hallarda isbat öhdəliyi vətəndaşa aid olur.98

Yaşamaq hüququnu qorumada dövlətin pozitiv öhdəliyi belə müəyyən-ləşdirilir: həyat üçün təhlükəli fəaliyyət olduqda, bu fəaliyyətin lisenziyalaşdı-rılmasından başlayaraq, əməyin mühafizəsi və təhlükəsizlik qaydaları dövlət tərəfindən tənzimlənməlidir. Belə təhlükəli hallarda dövlət təhlükəyə qarşı zəruri məlumatlandırma fəaliyyətini də icra etməlidir.99

2002-ci ildə Türkiyə ilə bağlı AİHM tərəfindən verilmiş maraqlı bir qərar var.100 Həmin işdə ərizəçilər məişət tullantıları (zibil) toplama poliqonunun yanında qanunsuz tikili inşa etmişdilər. Tullantıların altında yaranan metan qazının partlaması nəticəsində ərizəçinin bir neçə ailə üzvü ölmüşdü. Hökumət iddia etdi ki, burada ərizəçilərin öz qüsurları var, heç kəs onlara orada yaşa-malarına icazə verməmişdi, onlar bu təhlükəli yeri özləri seçmişdilər. Üstəlik, metan qazının partlayıb-partlamayacağı və nə zaman partlayacağı təxmin oluna bilən bir hal deyildir. Lakin ölkədaxili məhkəmə çəkişmələrində artıq müəyyən olunmuşdu ki, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının səhlən-karlığı vardı, milli qanunvericiliyə görə məişət tullantıları poliqonunun 1000 metrə radiusunda yaşayış yeri olmamalıydı. Habelə partlayışdan daha 2 il əvvəl ekspertlər qrupu bu zibilliyin hər cür təhlükə törətdiyini artıq bəyan etmişdilər.

Buna görə də AİHM hökumətin etirazı ilə razılaşmadı, Məhkəməyə görə höku-mət lazım olsa zorla ərizəçini ordan köçürməliydi, buna görə də həmin işdə Türkiyə əleyhinə qərar verdi.

İstisnai hallar: belə hallarda hakimiyyət nümayəndələri insanı yaşamaq hüququndan məhrum edə bilər. Bu halların başında, əlbəttə ki, zəruri müdafiə halları gəlir. Yəni polis məmurları, girov götürülmüş şəxsləri xilas etmək üçün

98 Enver Bozkurt, Uluslararası İnsan Hakları Hukuku, Asil Yayınları, Ankara 2006, s.153.

99 ECHR, Öneryıldız v. Turkey, Application no: 48939/99, judgement of 30.11.2004, para.90

100 Öneryıldız v. Turkey işi haqqında aşağıdakı adresdən məlumat əldə edə bilərsiniz:

www.echr.coe.int/eng/Press/2004/Nov/GrandChamberjudgmentöneryildizvTurkey301104.htm

65

cinayətkarlara qarşı silah tətbiq edə bilərlər. Bu demək deyil ki, polis girov götürənləri öldürmək hüququna sahibdir; onları öldürmədən girov götürülmüş şəxsləri azad etmək mümkünsə, öldürmə yolverilməzdir.101 Son zərurət halı da mümkündür.

İstisnai hallardan ikincisini, cinayətkarın yaxalanması ya da qaçmasının qarşısının alınması üçün silah tətbiq etmə halları təşkil edir. Silah tətbiqi məsə-ləsində yuxarıda izah edilən mütənasiblik ölçüsü burada da tətbiq edilməlidir.

Yenə ölkə daxilində qiyam və iğtişaş baş verdikdə, qiyamçılara qarşı silah tətbiq etmək olar. Silah dediyimiz, atəşli silahlardan söhbət gedir, bunlar da öldürücü təsirə sahibdir.

İstisnai hallardan sonuncusu, müharibə zamanında düşman əsgərlərinin hərbi əməliyyatlar zamanı öldürülməsidir. Əsirləri (təslim olanları) öldürmənin müharibə cinayəti olduğunu bilirsiniz. Habelə hərbi tribunal vasitəsilə dövlət hərbi cinayətlər səbəbilə ölüm cəzası verə bilməz. Bu dediklərim, AŞ dövlətlə-rinə aiddir, AİHK-nın 13-cü Protokolunu imzalamış dövlətlərə. Amerikaya gəl-dikdə, Səddam Hüseynin edam edildiyini bilirsiniz. ABŞ, Minaların istifadəsi əleyhinə Konvensiyaya da qoşulmayıb.

Minaların istifadəsi əleyhinə Konvensiya, yaşamaq hüququ ilə sıx bağlı-dır. Minaların müharibədən sonra da illərcə təhlükə yaratması və insanların hə-yatlarını qoruma məqsədi ilə humanist dövlətlər bu Konvensiyanı hazırlamış və imzalamışlar.

Avtoritar və diktatorluqla idarə olunan dövlətlərdə hakimiyyət orqanları insanların həyatına son qoymada geniş imkanlara sahibdir. Buna yaxşı misal kimi Çində İyul 2009 tarixlərində Sincan əyalətində uygur türklərini sindirmə tədbirlərini göstərmək olar. Diktatorluq idarələrində yaşamaq hüququna son vermək üçün müxtəlif mexanizmlər var: lazım olmayan insanları yol nəqliyyat hadisələrində tələf etmə, haqsız yerə onu həbsə atmaqla vərəm xəstəliyinə yolux-durma, qaçırma, evinə girdikdə naməlum şəxslər tərəfindən qətlə yetirmə kimi.

Bir xüsusa daha diqqətinizi cəlb etmək istəyirik: yaşamaq hüququ digər hüquqların təmin edilməsində bir ön şərt olmaqla bərabər, insan hüquqları və liberal demokratiya nəzəriyyəsində ən üstün hüquq deyildir. Tarixin müxtəlif mərhələlərində azad ruhlu insanlar, azadlıqları uğrunda könüllü şəkildə ölümə gediblər, onların imtina etmədikləri əsas hüquqlar isə azadlıq hüququ və ifadə azadlığı olmuşdur. Buna görə də, demokratiya riyakarı hökumətlər, ən çox ifadə azadlığı və onun bir digər təcəllisi olan (toplu ifadə azadlığı) sərbəst toplaşma və birləşmə azadlıqlarının düşmanıdır.

101 McCann and others v. UK, 1995.

Sübutetmə yükü

Belə bir hadisənin olduğunu düşünün: X isimli şəxs, polis tərəfindən tutu-lur və müvəqqəti saxlama yerinə aparıldıqdan sonra, səhər vaxtı asılmış tapılır.

Belə halda dövlət yaşamaq hüququnu pozmuş olarmı? Əgər desəniz ki, “polisin özü onu asıbsa ya da onu qorxudaraq (dırnaqlarını çəkəcəyik kimi) intihara nail olublarsa, ancaq bu halda dövlət hüququ pozmuş olar”, bu cavabınız ilə insan hüquqlarının inkişafına nəinki töhfəniz olmaz, tam tərsinə ziyanınız olar.

Burada isbat yükünü dövlətin üstünə qoysanız da vəziyyət eyni olar. Çünki istə-dikdən sonra, hakimiyyət orqanları üçün hər hansı bir sübutu saxtalaşdırmaq çətin məsələ deyildir. Verdiyim misalda dövlət hər halda məsuliyyət daşıyır.

Kameralarda və ifadə alma sırasında video izləmə mexanizmlərinin qurulması bu baxımdan faydalıdır.

İnsan hüquqlarının qorunmasında, məsələn, AİHM qərarlarına nəzər salsanız, bir xüsus diqqətinizi çəkər – Məhkəmə hadisələrə elə qiymət verir ki, hakimiyyət orqanları vəziyyətdən sui-istifadə edə bilməsinlər. AİHM bu yanaşma ilə hüququ təminat altına alır. Əks halda, hüquqlar xəyali olmaqdan ötəyə keçməz. Məsələn, ölüm hallarında effektiv istintaq tələbini AİHM belə izah edir ki, belə araşdırmanın məqsədi daxili qanunların səmərəli tətbiqini təmin etmək və dövlət nümayəndələrinin qatıldığı hadisələrdə təqsirləri ucba-tından baş verən ölüm hallarına görə onları məsuliyyətə cəlb etməkdir.102 Bu-rada hadisələrə yanaşma məntiqini başa düşsəniz, insan hüquqlarının qorun-masında mürəkkəb hadisələrdə düzgün qərar və şərhlər çıxara bilərsiniz.

Lakin belə yanaşma o mənaya gəlmir ki, səhranın ortasında tapılmış bir meyidə görə dövlət məsuliyyət daşıyır. Belə deyil. Hadisədə olan faktlar ağla-batan dərəcədə qətl hadisəsinin hakimiyyət nümayəndələri tərəfindən törə-dildiyinə dair ciddi şübhələr yaratmalıdır. Məsələn, həbs edilmiş şəxslər ölürsə ya da itirsə və bu hallarda dövlət kifayət qədər tətmin edici izahat verə bilmirsə, AİHM-nə görə yaşamaq hüququ pozulmuş olur.103 Bu məsələdə Türkiyə əleyhinə verilmiş xeyli sayda qərar var. Onların çoxunda, həbs edilmiş şəxslər daha sonra ölü olaraq tapılırdı və dövlətin onların ölməsi barədə irəli sürdüyü izahatları AİHM inandırıcı görmürdü. Belə izahatın verilməməsi o mənaya gəlir ki, dövlət məsuliyyət daşıyır.104

Həqiqətən də, dövlətin məsuliyyətini maddi dəlillərlə sübuta yetirmək çətin olur. Buna görə də, AİHM çox vaxt araşdırılan ölümdə dövlət orqanlarının

102 Kelly and others v. UK, 4.05.2001.

103 Əliyev, s.84

104 Angelova v. Bulgaria, 13.06.2002.

67

məsuliyyət daşıması barədə təqdim olunan sübutlara görə qərar çıxarmır;

Məhkəmə baxır ki, fərdin qətldən əvvəlki müdafiəsi təmin edilibmi ya da qətl-dən sonra adekvat istintaq aparılıbmı? AİHM daim bəyan edib ki, bu məsələdə dövlətin məsuliyyət daşıdığını müəyyən etmək üçün tələb olunan sübutətmə standartı, “ağlabatan şübhə yerinin qalmamasından” ibarətdir.105

AİHM sübutetmə və effektiv istintaqın aparılıb-aparılmaması baxımından aşağıdakı məqamların vacibliyinə toxunur:

• Hökumət müvafiq məhkəmə sübutlarını, məsələn, ballistik ekspertiza məlumatlarını təqdim etməlidir,

• Qurbanı həbs edən əməkdaşlarla söhbətlər, onun sağlamlığı haqqında lazımi sənədlər,

• Hadisə şahidlərinin hamısı ilə söhbətlərin protokolları,

• Öldürmə silahları, güllələr, sair alətlər haqqında ətraflı məlumat,

• Autopsiya nəticələri,

• Cinayət yerinin sxemləri və fotoşəkilləri,

• Sair kriminalistik analizlər kimi.

Yuxarıda sadalanan hallara baxıldıqda aydın olur ki, bununla AİHM döv-lətin nə qədər səmimi və düzgün istintaq aparıb-aparmadığını yoxlayır. Avropa Məhkəməsi bir kriminalistik laboratoriya deyil və həqiqi cinayətkarı axtarmaq niyyəti əlbəttə yoxdur, onun bu cür məlumatları istəməsinin başqa məqsədi ola bilməz.

Habelə burada qeyd olunmalıdır ki, dövlətin bu hüququ pozması üçün, şəxsin mütləq ölməsinə ehtiyac yoxdur. Ölümlə hədələmə və ölümə cəhd halla-rında belə, dövlət yaşamaq hüququnu pozmuş olar.106

Yaşamaq hüququna hörmət göstərilməsində dövlətin öhdəlikləri Neqativ öhdəliklərlə yanaşı, əsas maraq doğuran, yaşama hüququnun dövlətlərə yüklədiyi pozitiv öhdəliklərdir. Bunların bir qisminə artıq toxunduq.

Dövlət üçün ən birinci öhdəlik budur ki, milli qanunvericiliyində həm adam öldürməni cinayət kimi qiymətləndirsin, həm də ki, müxtəlif şəraitlərdə törədilə biləcək adam öldürmələr nəzərə alınaraq bunlara qarşı preventiv tənzimləmələr nəzərdə tutsun. Bu hal xüsusən, dövlət rəsmiləri tərəfindən törə-dilmə hallarına aiddir, məsələn, müharibə zamanı mülki əhaliyə qarşı silah tət-biqinin yolverilməzliyi və buna əl atanların cəzalandırması kimi.

105 Orhan v. Turkey, 18.06.2002.

106 Avropa İnsan Hüquqları Məhkəməsi, Bakı 2006, s.77

Habelə bu məqamda, sadəcə əməli qadağan etməklə kifayətlənməməli, effektiv istintaq tədbirləri də nəzərdə tutulmalıdır. Effektiv istintaq bütün hallarda aparılmalıdır, həm dövlət nümayəndələrinin qarışdığı ölüm hadisələ-rinə, həm də digər səbəblərə görə (mülki şəxslər tərəfindən) meydana gəlmiş ölüm hallarında. Hər hansı şikayət olmasa belə. İstintaq tez bir müddətdə başlamalı, cəld və ağlabatan sürətlə aparılmalıdır. Məsələn, qətldən sonra cina-yət işinin bir neçə gün sonra başlaması, ya da şahidlərin 10 gün sonra dindi-rilməsi, dövlətin məsuliyyətinə gətirib çıxara bilər. İstintaq dolğun, yəni hər-tərəfli olmalıdır, sübutlar araşdırılmalı və saxlanmalıdır. Buna görə sizə təəcüb-lü gəlməməlidir ki, nə üçün qazla boğulmanın aşkar olduğu hallarda belə, prokuratura dərhal cinayət işi açır. Yox, bunu prokuratura ona görə etmir ki, kimisə incitsin. Bu onun qanuni vəzifəsidir. Etməlidir də.

Ölüm halları üzərinə aparılan istintaqa dair tələblər bunlarla bitmir. Bu-rada bunların hamısını sadalamaq yerinə, belə bir ölçü verək: istintaq şəffaf, effektiv və ədalətli olmalıdır, müstəqil və qərəzsiz aparılmalıdır. İş daxili məh-kəmələrə verildikdə, məhkəmə araşdırması da bu tələblərə cavab verməlidir.

Əks halda dövlət yaşamaq hüququnu pozmuş olar.

Dövlətlərin bir digər pozitiv öhdəliyi, müdafiə üçün dövlətə müraciət edənləri qorumaqdır. Əgər müdafiə istəyən şəxsin həyatı üzərində real inan-dırıcı təhlükə varsa, dövlətin preventiv əməliyyat tədbirləri görmə kimi pozitiv öhdəliyi var.107 Bu öhdəliyin yaranması üçün ərizəçi sadəcə göstərməlidir ki, dövlət orqanları həyata qarşı real və birbaşa təhlükənin mövcud olduğunu bil-dikləri ya da bilməli olduqları halda, təhlükənin qarşısını almaq üçün onlardan əsaslı olaraq gözlənilən lazımi tədbirləri görməyiblər.

Yuxarıdakı paraqrafda dediklərimiz, həbsxanada olan və digər məhbuslar tərəfindən zorakılığa məruz qalanlara da şamil edilir. Həbsxana müdriyyəti həyat təhlükəsizliyini təmin etmək məcburiyyətindədir. Eyni şeyi intihar etmək istəyən məhbuslara da şamil etmək olar: dövlət ağlabatan dərəcədə intihar imkanlarını aradan qaldırmalıdır.

Habelə Avropa qitəsində belə bir presedent yerləşib ki, dövlət yurisdiksi-yası altında olan şəxsləri zəruri səviyyədə tibbi yardımla təmin eləsinlər. Şəxsin təcili olaraq tibbi yardıma ehtiyacı olduğu hallarda, məmurların yubatması üzündən şəxs ölərsə, yaşamaq hüququ pozulmuş olar. Yubanmanın ağır ehtiyatsızlıqdan olması kifayətdir.108

107 Osman v. UK, 28.10.1998.

108 Angelova v. Bulgaria, 13.06.2002.

69

Qətl hadisələri ilə bağlı araşdırmalar ictimaiyyətə açıq keçməlidir.

Xüsusən ölən şəxsin qohumları və ailəsi zəruri olan dərəcədə istintaqda iştirak etməyə cəlb edilməlidir. Bir çox halda bu, yaxın qohumların prosesin müəyyən hissələrinə buraxılmasını ya da bəzi sənədlərlə tanış olmağa imkan verilməsini tələb edir.

Daha əvvəl qeyd etdiyimiz kimi, evtanaziya qanuni bir vasitə sayılmır.

Yaşamaq hüququ ayrılmaz bir hüquqdur. Buna görə ölmək hüququ, yaşamaq hüququna daxil deyildir. Bununla belə, passiv evtanaziya (xarici kömək olma-dan yaşaya bilməyən xəstədən suni nəfəs alma cihazı, ya da suni qan pompa-lama cihazının ayrılması kimi) bir çox dövlətdə cinayət sayılmır.109

Avropa Məhkəməsinin presedent hüququna baxsaq görərik ki, yaşamaq hüququ ilə bağlı müraciətlərin çoxu polis və silahlı qüvvələrin üzvləri tərəfin-dən adam öldürmə hallarına aiddir. Bunlarda üç xüsus araşdırılır. Birincisi, bu işlər belə bir məsələ ilə əlaqədar olan işlərdir ki, qətllər həqiqətən dövlətin məsuliyyəti altında baş veribmi? Bu işlərdə müəyyən etməyə cəhd göstərilir ki, dövlət ağlabatan şübhə yeri qalmadan qətllərə görə məsuliyyət daşıyırmı və bu zaman müvafiq faktlar və sübutlar necə qiymətləndirilir? İkincisi, bu işlərdə zərurət və mütənasiblik meyarı araşdırılmalıdır: hakimiyyət nümayəndəsinin güc tətbiq etməsi konkret situasiyada mütləq zəruri idimi? Buradakı zərurət şərti, AİHK-nın 8-11 maddələrində nəzərdə tutulan “demokratik cəmiyyətdə zərurət” şərti deyil, buradakı zərurət çox daha ciddi və məcburi olmalıdır. Bu mərhələdə, əgər bir əməliyyat keçirilibsə, əməliyyat planı və ona nəzarət məsə-ləsi də yoxlanılmalıdır. Əməliyyat planı bu baxımdan yoxlanır: itkilərin mini-mum səviyyədə tutulması üçün konkret şəraitə görə hansı zəruri tədbirlər görülüb? Üçüncüsü, bu işlərdə ona baxılır ki, ölüm (qətl) hadisəsi daha sonra effektiv şəkildə araşdırılıbmı?110

23 Fevral 2009 tarixində ABŞ-nın məşhur Pentaqonu etiraf etdi ki, o Əfqanistanda son avia bombalama əməliyyatı sırasında səhvən mülki əhalinin ölümünə səbəb olub, buna görə də Əfqanistan hökumətindən üzr istəmiş və gələcəkdə daha diqqətli davranacaqlarını bəyan etmişdi. Əgər ABŞ AİHK-nın üzvü olsaydı, ölən şəxslərin qohumları ABŞ-dan kompensasiya alma hüququna sahib olardılar. Belə hallarda da, yəni güc tətbiqi zamanı əgər səhvən 3-cü şəxslərin ölümünə səbəb olunursa, dövlət yaşama hüququnu qanunsuz şəkildə pozmuş olur.

109 Raymond Wacks, Introduction to Law, Oxford University Press, New York 2008, s.76.

110 Əliyev, s.78.

Ən son bir məqamı qeyd edək: ölüm hadisəsi baş verdikdə, əgər ölüm qəsdi əməl nəticəsində olmayıbsa, elə düşünməyin ki, mütləq cinayət istintaqı açılmalıdır və cəza təyin olunmalıdır. Dövlətin belə hallarda öhdəliyi ondan ibarətdir ki, belə hadisələrdə zərər çəkmiş şəxslərə mülki, inzibati ya da intizam məsuliyyətinə cəlb etmə imkanlarını tanısın.111 Başqa bir sözlə, xəstəxanadakı həkimin səhlənkarlığı üzündən xəstə dünyasını dəyişərsə, həkimi azadlıqdan məhrum etmək şərt deyil, zərər çəkmiş şəxslərə (məsələn, ölən şəxsin valideyn-lərinə) kompensasiyanın ödənilməsi də hüquqa hörmət prinsipi daxilində ələ alınmalı və məqbul sayılmalıdır.

3. İşgəncəyə, qeyri-insani və ləyaqəti alçaldıcı rəftar və cəzaya məruz