• Sonuç bulunamadı

KĠMYA MÜƏLLĠMLƏRĠNĠN HAZIRLANMASINDA MÜASĠR TƏLĠM TEXNOLOGĠYALARININ ĠMKANLARININ ARAġDIRILMAS

Dr. R.S.Məmmədova, Dr.V.S.Həsənov, Dr.A.A.Mahmudova, Dr.A.M.Sərdarlı

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Müasir dövrdə elmi-texniki tərəqqinin dinamik inkiĢafı, informasiya resurslarının artım sürəti bəĢər üçün Ġnformasiya Cəmiyyətinin (ĠC) formalaĢmasını labüd etməkdədir. Hesablamalar informasiyaların miqdarının hər 3-4 ildən bir iki dəfə artdığını göstərir. ĠC-nin formalaĢması da informasiyalaĢdırma və informatlaĢdırma adlanan çox dinamik bir prosesə qoĢulmanı zəruri edir və bu cəmiyyətin əsas səciyyəvi xüsusiyyəti biliklərin idarə edilməsidir. Biliklərin idarə edilməsi texnologiyalarının istifadəsi ilə yeni iqtisadi inkiĢaf səviyyəsinə qaldırılan ölkələrdə kəskin sıçrayıĢ müĢahidə edilir. Məs., ABġ öz iqtisadiyyatının 70%-in biliklərə əsaslandığını bəyan edir.

Bu gün ĠC-nin formalaĢması prosesi təbii Ģəkildə bir çox sahələrdə, həmçinin insanların düĢüncə və davranıĢlarında ciddi dəyiĢikliklərlə müĢahidə edilməkdədir. Buna görə də fərd və cəmiyyət üçün fasiləsiz öyrənmə (təhsil və ya özünütəhsil) prinsipi əsas strategiyaya çevrilir. Təhsilin bəĢəriyyətin inkiĢafı üçün minilliklər boyu önəmli olan rolu indi daha da artmıĢdır.

Müasir cəmiyyətin təhsil sisteminin ən vacib məsələsi dinamik artan informasiyaların öyrənənlərə - Ģagirdlərə, tələbələrə və s. çatdırılmasını optimallaĢdırmaqdır. Təhsilin optimallaĢdırılmasını səciyyələndirən əsas kriteriya biliklərin, informasiyaların dəqiq, aydın, doğru, əyani, sürətli çatdırılması nəticəsində mənimsəmə göstəricisinin intensivləĢməsinə və yüksəlməsinə nail olmaqdır. Bu da müasir təlim texnologiyalarının (MTT) tədris prosesinə tətbiqi nəticəsində reallaĢır.

Təhsil sahəsində MTT-dən istifadə edilməsi bu gün dinamik inkiĢafın və beynəlxalq aləmə inteqrasiyanın təmin edilməsinin, yeni informasiya cəmiyyətinin formalaĢmasının zəruri tələblərindəndir. YUNESKO-nun Müasir Təhsil üçün tərtib etdiyi tələbatlara görə «öyrədənin» «informasiyanı ötürəndən» bələdçiyə, «öyrənənin» isə «informasiyanı qəbul edəndən» «tədqiqatçıya» çevrilməsi mənimsənilmə göstəricisinin yüksəlməsi üçün çox önəmlidir. Ənənəvi təlimdə əks- əlaqənin həyata keçirilməsi baxımından, informasiya - qarĢılıqlı əlaqə yaradılmasında 2 fəal tərəf var: öyrədən və öyrənən. MTT-dən istifadə edilərək təĢkil edilən təlim prosesində isə operativ əks əlaqə baxımından öyrədən və öyrənənin yeni interaktiv tərəfdaĢı meydana gəlir. Artıq müəllim Ģagird üçün informasiya mənbəyi deyil. Müəllimin əks əlaqə yaratmaq, öyrənənin biliyini qiymətləndirmək imkanı nisbətən məhdudlaĢır, bu funksiyaların bir qismi MTT-yə transtef edilir. Bu zaman öyrədən daha çox məsləhətçi - tyutor funksiyası daĢıyır. Tədris materiallarının öyrənənlərə çatdırılması, tapĢırıqların yoxlanması, mənimsənilmə səviyyəsinin müəyyənləĢdirilməsi və s. məsələlərə sərf edilən

Uluslararası Öğretmen Yetiştirme Politikaları ve Sorunları Sempozyumu II 16–18 Mayıs 2010 – Hacettepe Üniversitesi, Beytepe-ANKARA

zamanın öyrənənlərin uyğun yaradıcı proseslərə cəlb edilməsinə yönəldilməsinə imkan yaranır. Nəticədə tədris-informativ qarĢılıqlı əlaqənin strukturu tədricən dəyiĢir, informasiya-təhsil mühitində öyrədən, öyrənən və MTT arasında yeni səviyyəli informasiya mübadiləsi təmin edilir. Öyrənənlərin informasiya mənbələrini araĢdırmaq, əldə edilən məlumatlara tənqidi, yaradıcı yanaĢaraq onları analiz və sintez etmək, bu prosesdə yeni-yeni informasiya ehtiyatlarını yaratmaq, onları mübadilə etmək, telelahiyələrdə iĢtirak etmək və s. kimi istiqamətlərdə yaradıcı proseslərə cəlb edilməsinə imkan yaranır.

Məlumdur ki, Müasir Təhsilin Standartlarına görə təlim prosesində bir çox tələblərin - Ģəffaflıq, ədalətlilik, bərabərlik və s. təmin edilməsinin vacibliyi də önəmli məsələdir.

Tədris prosesinə MTT-nın tətbiqi nəticəsində Müasir Təhsilin qarĢısında olan bir çox məsələlərinin operativ həllinin təmin edilməsinin mümkünlüyü aydındır.

Azərbaycan Respublikasında da Ġnformasiya Cəmiyyətinin formalaĢması və bu sahədə çox böyük rolu olan Təhsil Sisteminin Müasir Ġnformasiya (təlim) Texnologiyaları ilə təminatı dövlətin nəzarətindədir və aĢağıdakı fərman və sərəncamlarla tənzimlənir:

 «Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin Ġnformasiya və kommunikasiya texnologiyaları ilə təminatı» Proqramı (Respublika Prezdentinin 21 avqust 2004-cü il tarixli qərarı)

 «Azərbaycan Respublikasının inkiĢafı naminə Ġnformasiya Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın 2003-2007-ci illər üzrə təsdiq edilmiĢ layihəsi və s. Kimya elmlərinin tədrisində də MTT-nin imkanları, üstünlükləri araĢdırılır və əldə edilən nəticələrin kimya müəllimlərinin hazırlanmasında, onların bu istiqamətdə də elmi-pedaqoji məlumatlarının zənginləĢdirilməsində istifadə edilir.

Kimya elmlərinin tədrisində MTT-nin imkanları sırasına aĢağıdakılar daxildir:

 Kimyəvi biliklərin dəqiq, sürətli, əyani çatdırılması təmin edilir (müəllim MTT-nın imkanlarından epizodik, sistemli və sinxron istifadə edir; informasiya (mətn) vizual və ya audiovizual canlandırılır, kimyəvi formul və quruluĢlar, kimyəvi reaksiyalar və onların mexanizmləri, müvafiq cədvəl və qrafiklər ani olaraq ekranda aĢkarlanır və s.)

 Kimyəvi elementlərin və ya birləĢmələrin mikrostrukturu öyrənənlər üçün əyaniləĢdirilir. Məs., atomun planetar modeli, hər hansı kimyəvi birləĢmənin kimyəvi quruluĢu (fəza görüntüsü) və s.

 Kimyəvi elementlərin və ya birləĢmələrin mikrostrukturunun görüntüləri onların kimyəvi xassələrinin səbəblərini əyani Ģəkildə aĢkarlayır və animasiyalar vasitəsilə öyrənənin diqqəti istiqamətləndirilir. Məs., gümüĢ güzgü reaksiyasının mexanizmi; benzol, toluol və ya fenolun əvəzetmə reaksiyalarının mexanizmi (reaksiyaya daxil olan hidrogen atomlarının mühərrikliyinin səbəbləri; SP, SP2

Uluslararası Öğretmen Yetiştirme Politikaları ve Sorunları Sempozyumu II Sayfa: 142

 tədris prosesində əyani Ģəkildə müĢahidəsi qeyri-mümkün olan kimyəvi proseslər haqqında qısa zamanda ətraflı informasiyanın çatdırılması təmin edilir. Məs., təbii korroziya prosesləri, texnoloji proseslər (reaktorda baĢ verən kimyəvi çevrilmələr və s.) və s.

 bu və ya digər səbəblərdən tədris prosesində aparılması mümkün olmayan kimyəvi reaksiyaların baĢ vermə proseslərinin canlandırılması. Məs., hər hansı bir kimyəvi reaksiyanın aparılması.

 Kimyəvi element və birləĢmələrin təbii görüntüləri, sintez edilən kimyəvi maddələr və onlardan hazırlanan məmulatların görüntüləri əsasında kimyəvi baxımdan praktik (həyati) biliklərin geniĢlənməsi təmin edilir. Məs., polietilenin sintez texnologiyasını mənimsəyən Ģəxs ondan hazırlanan məmulatların istifadə təyinatlarını dəqiq bilir və həyat fəaliyyətinin təhlükəsizliyini təmin edir.

 Kimyəvi proseslərin modelləĢdirilməsi nəticəsində onların daha aydın mənimsənilməsi təmin edilir (bu üsul öyrənənlərdə tədqiqatçılıq qabiliyyətlərinin aĢkarlanmasını və inkiĢafını təmin edir).

 Kimyəvi proseslərin riyazi modelləĢməsi nəticəsində mənimsəmə prosesinin intensivləĢməsi, optimallaĢdırılması təmin edilir.

 Mövcud kimyəvi proqramların imkanlarından tədris və tədqiqat baxımından istifadə istiqamətlərinin kimya müəllimləri tərəfindən dəyərləndirilməsi məqsədəuyğundur.

 trenajor və repetitorlar vasitəsilə biliklərin təkrarlanması, möhkəmləndirilməsi, mənimsənilmə səviyyəsinin yüksəldilməsi təmin edilir.

 Testlər vasitəsilə mənimsənilmə səviyyəsi müəyyənləĢdirilir və qiymətləndirilmə prosesi reallaĢdırılır.

 Elektron poçt, Elektron Kitabxana və ĠNTERNET-in imkanlarından istifadə təmin edilir. Məs., kimya elmləri üzrə ən son elmi yeniliklər araĢdırılır, təcrübə mübadiləsi aparılır və s.  Kompüter telekommunikasiyasının imkanlarından istifadə edilir. Məs., telekonfransların

təĢkili və s.

 Distant təhsil reallaĢdırılır və s.

Beləliklə, hər bir kimyaçı müəllim tədris-tematik planına müvafiq öz Ģəxsi arxivinin elektron variantını hazırlayır, onu müxtəlif üsullarla və yaradıcı Ģəkildə zənginləĢdirməyə çalıĢır. Bu prosesdə müəllim tədris materiallarının elmilik, müvafiqlik, sistemlilik və ardıcıllıq baxımından uyğun Ģəkildə çatdırılmasını mütləq nəzərə almalıdır. Biliklərin dəqiq, doğru, aydın, əyani və sürətli çatdırılması isə müəllimin elmi-pedaqoji ustalığından, istifadə edilən MTT-nin imkanlarından və s. asılı olaraq təmin edilir. Təbiidir ki, bu prosesdə müəllimin MTT-nin, o cümlədən kompüter texnologiyalarının imkanlarından istifadə bacarıq və vərdiĢlərinin yüksək olması vacibdir.

Müasir təlim texnologiyalarından istifadə etməklə müəllim aĢağıdakı problemlərin həllinə nail ola bilər:

2.Təlimin bütün mərhələlərində daxili və xarici əks əlaqənin təmin edilməsi ilə onun intensivləĢdirilməsinə;

3.Təlimin differensiallaĢdırılmasına;

4.Tədris prosesində müxtəlif təyinatlı avtomat və yarımavtomat öyrədici və nəzarət qurğularından intensiv istifadə etməklə prosesin səmərəliliyin artırılmasına;

5.Təlim prosesində yeni informasiya texnologiyalarından istifadə etməklə öyrənənlərin elmi dünyagörüĢlərini geniĢləndirərək, daha möhkəm, zəngin və sistemli biliklərə yiyələnməyə;

6.Təlim prosesində interaktiv metoddan bacarıqla istifadə edərək, təfəkkür fəaliyyətini inkiĢaf etdirməklə tədris prosesinin optimallaĢdırılmasına.

Müasir cəmiyyətin tərəqqisində kimya elmlərinin rolunu, inkiĢaf dinamikasının çox sürətli olmasının önəmini, həmçinin hər bir Ģəxsin kimyəvi biliklərə malik olmasının vacibliyini və s. nəzərə alaraq elmi-pedaqoji ustalığı formalaĢan Ġnformasiya Cəmiyyətinin tələbatları səviyyəsində olan kimya müəllimlərinin hərtərəfli hazırlanması yollarının araĢdırılması istiqamətində tədqiqatlar davam etdirilir.

ƏDƏBĠYYAT:

1.Məmmədova R.S., Həsənov V.S., Nemətova Ə.Y. Müəllim hazırlığında ĠKT-nin tətbiqinin əhəmiyyəti. Azərbaycan xalqının ümummilli lideri Heydar Aliyevin anadan olmasının 84. ildönümüne Hasr OlunmuĢ Müallim Hazırlama Siyaseti və Problemleri. Beynəlxalq konfrans, 11-14 mayıs, 2007, Bakı, Maqaleler-II, TĠKA, s.497-499.

2.Məmmədova R.S., Həsənov V.S., Mahmudova Ə.Ə. Kimya elmlərinin tədrisi proseslərində ĠKT-nin tətbiqinin üstünlükləri. Təhsildə QloballaĢma və ĠKT mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın Materialları, 17-19 May 2008, Bakı, Azərbaycan, s.210-213.

3.Ġ.Ġsmayılov, C.Abdullayev. Təlimin texniki vasitələri və informasiya texnologiyaları. Tədrisdə onlardan istifadə metodikası. Dərs vəsaiti. Bakı, ABU, 2006, 388 səh.

4.Ġ.B.Əhmədov. Təhsilin informatlaĢması pedaqoji elmin yeni sahəsidir. Təhsildə ĠKT. Elmi-metodik jurnal. ADPU, Bakı, 2009, №1, s.31-51.

Dr. R.S.Memmedova, Dr.V.S.Hasanov, Dr.A.A.Mahmudova, Dr.A.M.Serdarlı

Azerbaycan Devlet Pedagoji Universitesi

Kimya öğretmenlerinin hazırlanmasında bilginin modern teknolojideki imkanlarının araĢtırılması BĠLDĠRĠ ÖZETĠ

Bilginin öğrencilere ulaĢtırılmasında hızla geliĢmekte olan modern teknolojinin imkanlarından geniĢ istifade ediliyor.

Modern teknolojiden istifade ederek bilgilerin daha etkili Ģekilde öğrenilmesi istikametinde araĢtırmalar yapılmıĢ ve bu araĢtırmalardan bir sıra neticeler elde edilmiĢtir.

Bu neticeler gösteriyor ki, objektiv ve subjektiv sebeplerden bilgilerin benimsenilmesi ve pekiĢtirilmesinde ortaya çıkan zorluklarların aradan kaldırılmasında modern teknolojinin sayısız imkanları göz ardı edilmemelidir.

ANAHTAR SÖZLER: Modern bilgi teknolojileri Bilginin modern teknolojisi Kimya

Uluslararası Öğretmen Yetiştirme Politikaları ve Sorunları Sempozyumu II Sayfa: 144

cand. chem. sc. R.S.Mammadova,

dos. prof. V.S.Hasanov, cand. chem. sc. A.A.Mahmudova cand. chem. sc. A.M.Serdarlı Azerbaijan State Pedagogical University

Investigating of the opportunities of the modern information texnologies on preparing of chemistry teachers S U M M A R Y

The opportunities which learns in process of increasing the modern dynamic information on delivering the knowledge to persons are big. Several results are investigated on optimizing direction of the process of appropriating of the chemical knowledge. These results show that in the process of learning and strengthening of chemical knowledge, formation of difficulties from objective and subjective results and their liquidating are without refusing.

PASSWORD: Modern information of technology Chemical knowledge

ÖĞRETMEN ADAYLARININ WEB KULLANIM AMAÇLARI