• Sonuç bulunamadı

AZƏRBAYCAN SƏNAYESİNİN RƏQABƏT QABİLİYYƏTİNİN YÜKSƏDİLMƏSİ MƏSƏLƏLƏRİ

Dos Dr Gülbəniz ƏLİYEVA

Azərbaycan Dövlət İqtisad Universiteti, gulbeniz_aliyeva@mail.ru

Xülasə

Sənaye siyasətinin düzgün formalaşması və həyata keçirilməsi xeyli dərəcədə sənayenin optimal inkişaf modelinin formalaşdırılmasından və rasional şəkildə reallaşdırılmasından asılıdır. Tədqiqat işinin məqsədi sənayenin rəqabətqabiliyyəti- nin formalaşmasının nəzəri-metodoloji aspektlərinin və mövcud vəziyyətinin kompleks şəkildə öyrənilməsi əsasında onun yüksəldilməsi yollarının müəyyənləşdirmək və bu istiqamətdə elmi cəhətdən əsaslandırılmış nəzəri və praktiki əhəmiyyət kəsb edən təklif və tövsiyələr işləyib hazırlamaqdan ibarətdir. Tədqiqatda rəqabət mexanizminin xarakterik xüsusiyyətləri tədqiq edilmiş, rəqabətin səviyyəsinə təsir göstərən amillər və onun qiymətləndirilməsi, eləcə də rəqabət mexanizminin formalaşmasının xarakterik xüsusiyyətlərinin tədqiqi baxılan məsələlər sırasına aiddir. Burada əsasən ölkədə, o cümlədən sənaye müəssisələrində islahatların aparıldığı şəraitdə səmərəli təsərrüfat fəaliyyətinin aparılması qaydaları, sənayenin strukturunun optimallaşdırılması məqsədilə müəssisələrdə islahatların aparılması məsələləri, həmçinin dövlətin rəqabət siya- sətinin əsas istiqamətləri göstərilmiş, rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm təkliflər irəli sürülmüşdür. Tədqiqatda rəqabətqabiliyyətliyinin maliyyə aspektləri də araşdırılmışdır. Burada sənaye müəssisələrinin maliyyələşdirilməsində dövlətin rolu əsaslandırılmışdır, sənayenin rəqabətqabiliyyətliyinin yüksəldilməsində səmərəli vergi siyasətinin təsiri, həmçinin sənaye müəssisələrinin vergi yükünün aşağı salınması məsələləri araşdırılmış, sənaye müəssisələrinin rəqabətqabiliyyətliyinin aşağı olması səbəbləri aşkar edilmişdır.

Açar sözlər: sənaye, investisiya, institusional, rəqabət qabiliyyəti, innovasiya.

Issues Increasing of Competitiveness of Azerbaijan Industry

Abstract

Formulation and implementation of industrial policy significantly depends on the optimal development of the industry and rational realization. The aim of the research work is that determine of the theoretical and methodological aspects of the formation of industry competitiveness and its increasing ways on the base in complexly studying current situation and in this direction to prepare offers and recommendation from point of view of theoretical and practical based on scientific aspect. It has been investigated institutional aspects in increasing of competitiveness of industry in research work. Here basically in the country, including in condition of carrying out reforms in industrial enterprises rules for the conduct of effective economic activity, problems of the reform in enterprises in order to optimize of the industrial structure, as well it was showed main directions of competition policy of government and it was given offers improvement in direction competition legislation. It has been investigated financial aspects of competitiveness in research. Here it was based the role of government in financing of industrial enterprises, impact to effective tax policy in increasing of industrial competitiveness, as well investigated decreasing the tax burden of industrial enterprises, it was discovered reasons of low of competitiveness of industrial enterprises.

Key words: industry, investment, institutional, competitiveness, innovation. JEL Classification Codes: D40; F12; F14

114

Sənaye – Azərbaycan iqtisadiyyatının daha çox inkişaf etmiş sahələrindən biridir. Bu vacib sahə özündə yanacaq və energetika, kimya, maşınqayırma, metallurgiya, yüngül, yeyinti və digər sənaye sahələrini birləşdirir. Azərbaycanın bazar münasibətlərinə keçməsi konstekstində sənaye müəssisələrinin özəlləşdirilməsi, onların fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi, xarici investisiyanın cəlb edilməsi, neft strategiyasının uğurla reallaşdırılması və s. bu kimi tədbirlər sənayedə bazar münasibətlərinin bərqərar olmasına və inkişafına təkan vermişdir. Bununla belə, ötən əsrin 90-cı illərində bazar münasibətlərinə keçid prosesi ilə əlaqədar baş vermiş transformasiya böhranı ölkənin sənaye potensialının və onun rəqabət üstünlüklərinin zəiflənməsinə səbəb olmuşdur. Azərbaycan sənayesində 1996-cı ilə qədər davam edən transformasiya böhranı nəticəsində sənaye istehsalı 1990-cı ilin 28%-i səviyyəsinə enmiş və ya 3,6 dəfə aşağı düşmüşdür. Ölkədə sənayenin sonrakı inkişafı əsasən yanacaq-energetika kоmpleksinin sürətli inkişafı üzərində qurulmuş və sənaye müəssislərinin ümumi məhsulunda həmin sahənin payı 1990-cı ildəki 4,8 faizdən 2011-ci ildə 78,2 faizə çatmışdır.(Azərbaycanın statistik göstəriciləri 2012:848-469.)

Sənayemiz 1997-ci ildən başlayaraq davamlı şəkildə inkişaf edir. 1997-2010-cu illərdə Azərbaycan sənayesi ildə orta hesabla 10% artmış, artım templəri 2005-ci ildə 33,5%, 2006-cı ildə 36,6%, 2007-ci ildə 24% səviyyəsinədək qalxmışdır. Amma sənaye sahəsindəki bu cür qeyri-adi yüksək dinamika daha çox neft amili hesabına baş vermişdir. Dünyanın inkişaf etmiş ölkələrinin neft şirkətləri ilə bağlanan müqavilələr neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə təkan vermişdir. Belə ki, Azərbaycanda 1995-ci illə müqayisədə 2009-cu ildə sənaye istehsalı 3,4 dəfə, o cümlədən hasilat sənayesi 5,2 dəfə, emal sənayesi isə 1,5 dəfə artmışdır. Transformasiya böhranı daha çox sənayeni vurduğundan, bu cür yüksək artım şəraitində Azərbaycan sənayesi yalnız 2009-cu ildə 1990-cı il səviyyəsinə çata bilmişdir.

Həmin dövr ərzində hasilat sənayesi 1990-cı ilin səviyyəsini 2,8 dəfə üstələsə də, 2009- cu ildə emal sənayesi 1990-cı ilin yalnız 43%-i səviyyəsinə çata bilmişdir. Sənayenin böhrandan sonrakı inkişafı əsasən yanacaq-energetika kompleksinin sürətli inkişafı üzərində qurulduğundan, sənaye müəssisələrinin ümümi məhsulunda həmin sahənin payı 1990-cı ildəki 10,1%-dən 2010-cu ildə 79,8%-ə çatmışdır. Qida məhsullarının istehsalının xüsusi çəkisi 26,6%-dən 1,4%-ə, toxuculuq sənayesinin xüsusi çəkisi 19,9%-dən 0,1%-ə, maşın və avadanlıqların istehsalının xüsusi çəkisi 20,3%-dən 0,9%-ə, kimya sənayesinin xüsusi çəkisi isə 5,3%-dən 1%-ə enmişdir. Eyni zamanda sənayenin neftdənkənar sahələrinin səmərəlilik və rəqabətqabiliyyətlilik göztəriciləri də azalmışdır. 2010-cu ildə Azərbaycanın ixracının 94%- dən çoxunu neft və neft məhsulları təşkil etmiş, maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar isə yalnız 0,2% səviyyəsində olmuşdur. İdxalda isə maşınlar, mexanizmlər 28,8% təşkil etmişdir. Sənayenin neftdənkənar sahələrinin rəqabət qabiliyyətinin və məhsuldarlığın aşağı olması, neft hasilatının sürətli artımı ilə yanaşı, onun strukturunda hasilat sahələrinin payının daha sürətlə artmasında özünəməxsus rol oynamışdır.

115

Cədvəl 1