• Sonuç bulunamadı

Dünya ÜDM, sənaye istehsalı, neft istehsalı, neft istehlakı və neft qiymətinin artımı (keçən ilə nisbətən)

DÜNYA İQTİSADİ İNKİŞAFINDA AZƏRBAYCANIN YERİ

Qrafik 3 Dünya ÜDM, sənaye istehsalı, neft istehsalı, neft istehlakı və neft qiymətinin artımı (keçən ilə nisbətən)

Mənbəə: <http://www.ereport.ru/stat.phpərazdel=metal&count=oi&table=prod&time=2>,19.07.2012. <http://www.ereport.ru/stat.phpərazdel=metal&count=oi&table=cons&time=2>, 19.07.2012. <http://www.ereport.ru/stat.phpərazdel=metal&count=oi&table=price>,19.07.20 12. <http://www.ereport.ru/stat.phpərazdel=country&count=world&table=ggecia&ti me=2>,19.07.2012. <http://www.ereport.ru/stat.phpərazdel=country&count=world&table=ipecia&ti me=2>,19.07.2012.

Qrafik 2 və 3-dən tam aydın olur ki, dünya ÜDM-i, sənaye istehsalı, neftin tələb və təklifinin diamikasında müəyyən qədər uyğunluq olsa da neftin qiyməti arasında heç, bir məntiqi və iqtisadi əlaqə görünmür. Bunu biz dünya ÜDM-i, neftin tələb və təklifi və qiyməti arasında qarşılıqlı əlaqəni əks etdirən riyazi-iqtisadi modellərin qurulmasından söyləyə bilərik.

1989-2003-ci illər üzrə R = 0,547364 R 2= 0,299607

Q = 0,0464NL(-3,07045)NK(5,869558)e0,00822t (1)

R2-ın, determinasiya əmsalının belə rəqəm alması asıllığın olmamasını əks etdirir və riyazi məntiqə sığmayan tənlik əmələ gəlir.

143

2003-2011-ci illər. R = 0,956777 R2 = 0,915422

Q = 1,0372E-27NL(-1,2213085)NK(14,1618259)e0,02884139t (2)

R2-ın, determinasiya əmsalının aldığı rəqəm yüksək asıllığın olmasını əks etdirsə də yenə riyazi məntiqə sığmayan tənlik əmələ gəlir və qiymətin məhz bu amillərlə proqnozlaşdırılması üçün o qədər də, yararlı olmur.

1989-2011-ci illər. R = 0,917489 R2 = 0,841787 Q = 0,004546NL(-11,7804))NK(13,83593)e0,059496t (3) R = 0,984071 R2 = 0,968395 Q = 7,17521E-18ÜDM8,998125389NL(3,41952116))NK(-2,38094412)e-0,18514445t (4) (3) və (4) tənlikləri haqqında da bunları söyləmək olar.

Burada, Q – neftin qiyməti NL – neftin istehsalı NK – neftin istehlakı ÜDM – dünya ÜDM-i t – il

Araşdırmalardan aydin olur ki, 1989-cu ildə 2000-ci illə müqayisədə neftin isehsalı və istehlakı təqribən 19-20% artsa da, neftin qiyməti 57%-ə qədər atmışdır. 2011-ci illdə isə bu göstərici müvafiq olaraq 37-38% və 610% olmuşdur. Buradan da artıq şərhə ehtiyac yoxdur.

3.Azərbaycanın iqtisadi inkişafının beynəlxal müqayisəsi və neftin qiymət amilinin) tədqiqi

Respublikada aparılan sosial-iqtisadi inkişaf strategiyası sayəsində Azərbaycanda yaradılmış sosial-iqtisadi potensial davamlı iqtisadi inkişafı və makroiqtisadi sabitliyi təmin etmişdir. Bu strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, həyata keçirilməsi gələcək illər üçün dayanıqlı inkişafın möhkəm təməlinin yaradılmasına, Azərbaycan Respublikası iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsinə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan verilmişdir.

Ölkə iqtisadiyyatının inkişafı bir sıra beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda öz müsbət əksini tapmışdır. Belə ki, “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən ötən ildə olduğu kimi Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə olmuşdur. Son hesabatda ölkəmiz 2 pillə irəliləyərək 142 ölkə arasında 55-ci yerə qalxmışdır. Hesabatda əks etdirilmiş bəzi göstəricilər üzrə isə xüsusi ilə yaxşı nəticələr əldə edilmişdir. Belə ki, “əmək bazarının səmərəliliyi” göstəricisi üzrə ölkəmiz dünya sıralamasında 14-cü, “makroiqtisadi sabitlik” göstəricisi üzrə isə 16-cı olmuşdur. Son “Doing Business” hesabatında isə ölkəmiz 3 pillə

144

irəliləyərək 183 ölkə arasında 66-cı yerə çıxmış və MDB ölkələri arasında ilk üçlükdə yer almışdır. Hesabatın aparıldığı 10 göstəricidən 4-ü üzrə Azərbaycan dünya ölkələrinin sıralamasında “ilk 25”-ə daxil olmuşdur. Belə ki, “mülkiyyətin qeydiyyatı” göstəricisi üzrə ölkəmiz dünyada 9-cu, “biznesə başlamaq” göstəricisi üzrə 18-ci, “investorların müdafiəsi” göstəricisi üzrə 24-cü, “müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə isə 25-ci yerə layiq görülmüşdür.

Bununla yanaşı Azərbaycan iqtisadiyyatının vəziyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən də qiymətləndirilmişdir. Belə ki, 2011-ci ilin dekabr ayında “Standart & Poor’s” reytinq agentliyi Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren kredit reytinqini bir pillə artıraraq “BBB“ səviyyəsinədək qaldırılmış və bununla da Azərbaycana investisiya reytinqi vermişdir. Agentlik, həmçinin, Azərbaycanın xarici və daxili valyutada qısamüddətli suveren kredit reytinqini də bir pillə artaraq “B” səviyyəsindən “A-3” səviyyəsinə çatdırmışdır. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini "pozitiv" proqnozu ilə "BBB" səviyyəsində saxlamışdır. “Moody’s” agentliyi isə Azərbaycana şamil etdiyi “Ba1” səviyyəsində suveren reytinqi üzrə proqnozunu “stabildən” “pozitivə” dəyişmişdir. [http://www.economy.gov.az]

Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi sahədə mütərəqqi islahatların aparılması ilə güclü dövlətə çevrilmişdir. 2004-2011-ci illər ərzində ölkəmizdə ümumi daxili məhsul istehsalı real ifadədə 3 dəfə, adambaşına ÜDM 2.7 dəfə, sənaye məhsulu istehsalı 2.7 dəfə, kənd təsərrüfatı 1.3 dəfə, tikinti sektoru 3.2 dəfə, nəqliyyat sektoru 2.3 dəfə, informasiya və rabitə sektoru 6.4 dəfə, ticarət sahəsi isə 2.6 dəfə artmışdır. 2012-ci iin 6 ayi ərzində ÜDM 1,5 faiz artmişdir. Bu rəqəm əvvəlki dövrlərlə müqayisədə o qədər də böyük rəqəm deyildir. Ancaq ölkəmizin ümumi iqtisadiyyatı artdıqca hər bir faizin daha da böyük qiyməti və dəyəri vardır. Onu qeyd etmək olar ki, iqtisadiyyatın hər bir faizi təxminən 700 milyon dollara bərabərdir və iqtisadiyyatımızın 1,5 faiz artımı onu göstərir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilmişdir. [http://www. president. az] 2004-2011-ci illər ərzində ÜDM 3 dəfə, adambaşına ÜDM isə 2.7 dəfə artmışdır.

Neft strategiyasının müvəffəqiyyətlə davam etdirilməsinin nəticəsi olaraq 2004-2011-ci illər ərzində iqtisadiyyatın neft sektoru 4.3 dəfə artmışdır. Neft sektorunda əldə edilən uğurlar ölkə iqtisadiyyatının qeyri-neft sektorunun da yüksək templərlə inkişaf etməsinə təkan vermişdir. Belə ki, son 8 ildə qeyri-neft sektoru üzrə yaradılmış əlavə dəyər real ifadədə 2,2 dəfə artmışdır.

2011-ci ildə qeyri-neft sektorunun real artım tempi 2010-cu il ilə müqayisədə 9,4% olmuşdur. [http://www.economy.gov.az]

2012-ci ilin 6 ayının məlumatları üzrə aşağıdakıları söyləmək olar (mörtərizənin içindəki göstəricilər 2011-сi ilin 6 aylının göstəricilərinə nisbətən, faizlə): Ümumi Daxili Məhsul 25861,3 milyon manat (101,5), o cümlədən qeyri-neft ÜDM-si 12368,2 milyon manat (111,3), sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi 17537,7 milyon manat (97), o cümlədən qeyri-neft sənayesi 3124,8 milyon manat (108,7), əsas kapitala yönəldilmiş vəsaitlər 5924,9 milyon manat (129,6), o cümlədən qeyri-neft sektoruna 4229,4 milyon manat (130,2), kənd, meşə və balıqçılıq təsərrüfatlarının ümumi məhsulu 1970,7 milyon manat (110,4), nəqliyyat sektorunda yük daşınması, 103,3 mlyn, ton (103,7), o cümlədən qeyri-neft

145

yüklərinin daşınması 69 mlyn, ton (108,5), informasiya və rabitə xidmətlərinin həcmi 643,5 milyon manat (117,9), pərakəndə ticarət dövriyyəsi 8196,5 milyon manat (109,2),əhaliyə göstərilən pullu xidmətlər 2504,9 milyon manat (108), xarici ticarət dövriyyəsi, 18 912,8 mlyn, ABŞ $ (93,3), o cümlədən: ixracın ümumi həcmi 15238,0 mlyn, ABŞ $ (91,5), idxalın ümumi həcmi 3674,8 mlyn, ABŞ $ (102,9), dövlət büdcəsinin gəlirləri 6715,3 milyon manat (139,2), dövlət büdcəsinin xərcləri 5648,5 milyon manat (153,5), dövlət büdcəsinin profisiti 1066,8, milyon manat, əhalinin gəlirləri 15099,8 milyon manat (114,2), hər nəfərə düşən gəlirlər, 1651,2 manat (112,7), bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, 382,6 manat (108,1). [http://www.azstat.org.]

Cədvəl 1