• Sonuç bulunamadı

ELEKTRON HÖKUMƏT: DÖVLƏT VƏ VƏTƏNDAŞLARIN YÜKSƏLƏN İQTISADİ VƏ HAKİMİYYƏT MÜNASİBƏTLƏRİ

Prof. Dr. Elşən HACIZADƏ

Azərbaycan Dövlət İqtisad Universiteti, elshan@hajizadeh.co

Xülasə

Məqalə informasiya-kommunikasiya texnologiyaları və «elektron hökumət» infrastrukturu kontekstində dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin inkişafının təhlili və qiymətləndirilməsinə həsr olunmuşdur. Burada geniş aspektdə tədqiqat predmeti ilə bağlı nəzəri və təcrübi araşdırmalar, sahəvi normayaratma problemlərinin təhlili, «elektron hökumət» fenomeninin sosial-iqtisadi inkişafa təsiri, habelə qlobal çağırışlardan irəli gələrək «Elektron Azərbaycan» institusional yaranışının vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin yeni paraqdiqmasının formalaşmasında və milli sahibkarlığın və biznesin inkişafındakı rolu və əhəmiyyəti məsələləri öz əksini tapmışdır. Tədqiqat prosesində metodoloji alət kimi təhlilin amilli, qiymətləndirmə və statistik metodlarından istifadə olunmuşdur. Tədqiqat nəticələrinin milli «elektron hökumət» təsisatlandırmalarının genişləndirilməsi strategiyasının və «Azərbaycan - 2020» Gələcəyə Baxış İnkişaf Konsepsiyasının hazırlanması istiqamətində istifadə imkanlığı nəzərdə tutulur.

Açar sözlər: Azərbaycan iqtisadiyyatı, informasiya-kommunikasiya texnologiyaları, «elektron hökumət»,

sosial-iqtisadi effektivlik, elektron biznes.

Electron government: increased economic and governmental affairs of state and citizens Abstract

The article devoted on analyses and evaluation of the development of economic and governmental affairs of state and citizens on context of information-communication and «Electron-government» infrastructure. The problems of theoretical and practical researches, analyses of the branch norm creation problems, influence of the «electron-government» phenomena to the social-economic development, the role and importance of «Еlectron Azerbaijan» institutional creation in the formation of the new paradigm of the economic and government affairs and the development of the national ownership and business of citizens found its reflection in wide range herein. The factor of analyses, valuation and statistic methods used as the methodological instruments in the research process. The usage possibilities are implied in the direction of the broaden strategy of the national «electron- government» institution of the research results and Future of Vision development Conception.

Key words: Azerbaijan economy, information-communication technology, “electron-

government”, social-economic effectiveness, electron business.

JEL Classification Codes: A13, D83, E02, L86

Giriş

Bəşəri sivilizasiyanın ayrı-ayrı inkişaf mərhələlərində mühüm yeni yaranışlar hər zaman köklü epoxial dəyişikliklərlə müşayiət olunmuşdur. Bu baxımdan hazırkı məqamda internetin inkişafı, ondan irəli gələrək cəmiyyətin bütün təbəqələrində geniş informatizasiya proseslərinin gedişi müasir informasiya cəmiyyətinin formalaşmasına təkan vermişdir. Bu proseslər radiotexnikada, mikroprosessorların, hesablama texnikasının inkişafında və bir sıra sosial elm sahələrində informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli artımı ilə baş verən digital (rəqəmsal) inqilabdan qaynaqlanmışdır. Nəticədə texniki vasitə və metodları, yeni biliklərin istehsalı texnologiyaları və müvafiq infrastruktur sistemləri ilə bağlı tam bir sənaye şəbəkəsi - informasiya industriyası formalaşmışdır. Buna rəğmən bir sıra müvafiq

91

tənzimləyici qurumlar təşkilati islahatlar apararaq institusional struktur yenidənqurmasını gerçəkləşdirmişlər.

Bütün dünyada müasir informasiya cəmiyyətinə keçid prosesində biznes strukturları qətiyyətlə müəyyən etmişlər ki, İKT korporativ idarəetməni optimallaşdırmaq, transsaksion xərcləri azaltmaq, müştəri ilə işləmənin keyfiyyətini artırmağa geniş imkanlar açır. Mühüm idarəetmə strukturları və xüsusi dövlət xidmətləri göstərən qurumlar olan dövlət orqanları şəbəkəsində İKT inzibati idarəetmənin səmərəliliyini yüksəldən, ictimai prosesləri tənzimləyən, büdcə vəsaitlərini səmərəli məsrəf edən və dövlət aparatı xərclərini azaldan bir sistem kimi əhəmiyyətini artırır (Hacızadə, 2006: 42-43. 125). İKT həmçinin innovasiyaları genişləndirən, inteqrsaiya proseslərinə yeni dəyər gətirən keyfiyyətliliyi ilə də fərqlənir. Elə buna görədir ki, Moskvada 2011-ci ilin dekabrında MDB Dövlət Başçıları Şurasının qeyri- rəsmi iclasında rabitə və İKT istiqamətində işbirliyi üzv ölkələrin 2012-ci ildə iqtisadi sahədə əməkdaşlığının əsas prioriteti kimi müəyyənləşdirilmişdir (www.president.az).

Respublikamızda İKT sahəsində geniş fəaliyyətlərə ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilən (Azərbaycan Respublikası Prezidentinin 17.02.2003 tarixli 1146 №-li sərəncamı) Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər) ilə təkan verilmişdir. Milli Strategiyanın əsas məqsədi İKT-dən geniş istifadə olunmaqla ölkənin demokratik inkişafına təkan vermək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Prezident İlham Əliyevin İKT istiqamətində imzaladığı çoxsaylı fərman və sərəncamlarla ölkədə informasiya cəmiyyətinə keçid yeni mərhələyə qədəm qoymuşdur. Cənab prezidentin «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci və 2010-2012-ci illər üçün Dövlət Proqramı»nın (Elektron Azərbaycan)» təsdiq edilməsi haqqında (Azərbaycan Respublikası Prezidentinin 21.10.2005 tarixli 1055 №-li və 11.09.2010 tarixli 1056 №-li sərəncamları) sərəncamlarıyla isə ölkədə İKT sahəsində mühüm və əhəmiyyətli bir infrastruktur formalaşdırılmışdır. Hazırda müvafiq proqramlar çərçivəsində dövlət orqanlarının fəaliyyətinin səmərəliliyini artıran, əhaliyə və özəl qurumlara keyfiyyətli informasiya xidmətləri göstərən «Elektron hökumət»in tam fəaliyyətləndirilməsi istiqamətində işlər davam etdirilir. Bunun üçün isə konkret olaraq (Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2012-ci il tarixli 2187 №-li Sərəncamı) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır. Geniş aspektdə bu agentliyin təsisatının məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasını, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsini, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsini, vətəndaş məmnunluğunun təmin olunmasını, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsini, elektron xidmətlərə keçidin sürətləndirilməsini ehtiva edir (www.president.az, www.e-qanun.az).

Çağdaş zamanda «Elektron hökumət» dünya hökumətlərinin fəaliyyətini gücləndirərək onun səmərəliliyini artıran müasir mexanizmlərdən biri kimi çıxış etməkdədir. Bu istiqamətdəki inkişaf meyilləri həyatımızın bütün sahələrinə nüfuz edir. «Elektron hökumət» yeni institusional sistem olaraq «hökumət-vətəndaş», «hökumət-hökumət», «hökumət-biznes» əlaqələrinin yaradılmasına təkan verir. Onun sosial effektivliyi, biznes mühütinin inkişafına təsiri və özünün çoxfunksional bir İKT məhsulu olması həm də bu sferada tədqiqatlara geniş meydan açır. Bundan irəli gələrək, məqalədə «Elektron hökumət»in funksional təyinatının,

92

dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin inkişafının təhlili və qiymətləndirilməsi, həmçinin müvafiq səhədəki iqtisadi və sosial effektivlik məsələləri tədqiqat predmetinə çevrilir.

«İnformasiya-kommunikasiya texnologiyaları və «Elektron hökumət» fenomeni

«İnformasiya-kommunikasiya texnologiyaları» ifadəsinin hər üç struktur sözü latın mənşəlidir. «İnformasiya» - (latınca - informatio - məlumat vermə, ifadəetmə, aydınlaşdırma) - təqdimat formasından asılı olmayaraq hər hansı bir şey haqqında məlumatı ifadələndirir. «Kommunikasiya» - (latınca - communicate - rabitə) məlumat və rabitə vasitəsi kimi şərh edilir. «Texnologiya» - (latınca - techne - sənət, ustalıq, bacarıq və logos - söz, təlim, oyrənmə) maddənin enerjiyə çevrilməsi, informasiyanın hazırlanması, ötürülməsi, materialın emalı, hazır məhsulun yığılması, keyfiyyətə nəzarət, idarəetmə və s. bu kimi təyinatlara malikdir. Ümümilkdə ifadədə isə «İnformasiya-Kommunikasiya Texnologiyaları» - informasiyaların təsbit olunmasını, onun emalını və mübadiləsini təmin edən texnologiyalar məcmusu kimi anlaşılır (Козырев, 2000: 34-35, www.itu.int). İKT olaraq həmçinin mikroprosessorlar və hesablama texnikası bazasında aparat-proqram avadanlıqlar, qurğular və elektron informasiyanın yaradılması, yığılması, saxlanması, ötürülməsi sisteminin müasir vasitələri də nəzərdə tutulur. Buraya kompüterlər, proqram təminatları, şəbəkə infrastrukturu, elektron rabitə vasitələri və s. daxildir. Bu baxımdan İKT həm də iqtisadi və sosial məzmun kəsb etməkdədir (Потемкин, 2000: 34, 234-238). Xüsüsi olaraq qeyd edilməlidir ki, 2002-ci ilin 20 dekabr tarixində BMT Baş Assambleyasının 57/295 saylı «İnkişaf naminə informasiya kommunikasiya texnologiyalarının istifadə olunması» qətnaməsində məhz bu məsələlər önə çəkilərək İKT-nin sosial-iqtisadi həyatın bütün bölmələrində təsirindən bəhs edilir (www.un.org).

«Elektron hökumət» (ingiliscə - e-Government) qlobal sferada əsrlərin qovşağında formalaşmağa başlamışdır (Голобуцкий, Шевчук. 2007: 23-24). Mahiyyətcə o, yaşadığımız informasiya cəmiyyətinin əsas elementlərindən biri olaraq konstitusiyalı dövlətin inkişafının yeni mərhələsini ifadə edir. Sadələşdirilmiş təqdimatda «Elektron hökumət»i hökumət orqanları ilə vətəndaşların qarşılıqlı münasibətlərində yeni informasiya texnologiyalarından istifadə etməyə imkan verən müvafiq kommunikativ infrastrukturun yaradılması kimi də səciyyələndirmək olar. Burada texniki tərəflə yanaşı prinsipial cəhət üstün olaraq huquqi- siyasi aspektlidir.

«Elektron hökumət»i maksimal yığcam təyinatda «dövlət xidmətlərinin təqdimatının avtomatlaşdırılması prosesi» kimi də xarakterizə etmək olar (Иванова. 2009: 42).

Dünya Bankı tərəfindən «elektron hökumət» «informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə hökumətin səmərəliliyi, qənaətciliyi və şəffaflığı artıran və onun üzərində ictimai nəzarət imkanları verən vasitə» kimi anlaşılır (www.worldbank.org). İnformasiya texnologiyaları bazarında tədqiqat və konsaltinq kompaniyası olaraq ixtisaslaşmış «Gartner Group» «elektron hökumət»i «xidmətlərin təqdimatının fasiləsiz optimallaşdırması, ictimaiyyətin dövlət idarəetməsi və daxili proseslərdə iştirak səviyyəsinin artırılması məqsədi ilə texniki vasitələr, internet və müasir kütləvi informasiya vasitələri imkanlarından istifadə əsasında dövlət orqanlarının daxili və xarici münasibətlərinin dəyişdirilməsi» kimi müəyyən edir (http://www.gartner.com/technology/home.jsp).

93

real elektron sənədlərin hüquqi əsasını artırmaqla sənəd dövriyyəsində ənənəvi kağız daşıyıcılarından istifadəni xeyli məhdudlaşdırmışdır. Elektron imzanın tətbiqi ilə isə elektron idarəetmə sistemi daha da təkmilləşdirilmış, onun nəzarət mexanizminin sadələşməsi və mükəmməlləşməsinə yeni imkanlar yaradılmışdır.

«Elektron hökumət»in məqsədi bir neçə iqtiqamətlərdə əhatə olunur. Buraya əhaliyə İnternet şəbəkəsində inteqrir formada xidmətlərin təqdimatı, informasiya bərabərsizliyinin aradan qaldırılması, bütün həyatı boyu insanlara öyrənmək, oxumaq imkanlarının açılması, iqtisadiyyatın inkişafına yardımçı olması, zaman maneələrini təcrid edən müqabil idraklı qanunların işlənməsi, daha çox vətəndaşın iştirakınına təminat verən idarəetmə formalarının yaradılmsı və s. daxildir. Vətəndaşlara və biznesə hökumət xidmətlərinin təqdimatının optimallaşdırılması, seçicilərin ölkəyə rəhbərlik və idarəetmə proseslərində iştirak səviyyəsinin yüksəldilməsi, vətəndaşların özünəxidmət imkanlarının dəstəklənməsi və genişləndirilməsi, onların ixtisasının və texnoloji məlumatlandırılmasının artımı, coğrafi yerləşmə amilinin mülayimləşdirilməsi kimi mühüm komponentlər də «elektron hökumət»in məqsədini ehtiva edir. Bu məqsədləri gerçəkləşdirmək üçün informasiya cəmiyyəti qanunvericilik qarşısında vətəndaşların identifikasiyası və onların şəxsiyyətinin təsdiqi, konfidensiallıq və göstəricilərin mühafizəsi, elektron kommersiyada vergiqoyma, kiber- məkanda hüqaqü münasibətlər, kiber-cinayətkarlıq və kiber-terrorizm kimi yeni çoxsaylı problemlər qoyur (Голобуцкий, Шевчук. 2007: 120-124). Bundan irəli gələrək, dövlət bütün növ elektron əməliyyatlara etibar etmək, iqtisadi inkişaf və informasiya konfidensiallığının təminatı arasında zəruri tarazlığı saxlamaqla yeni çevik qanunvericilik formalaşdırmalıdır.

Dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibtlərinin təkmilləşməsi aspektəri

«Elektron hökumət»i ənənəvi hökumətin analoqu və ya əlavəsi kimi dəyərləndirməməli. Belə ki, o, İKT-dən fəal istifadə etməklə bu sferada dövlət xidmətlərinin səmərəliliyinin artırılması məqsədi ilə yeni qarşılıqlı münasibətlər sistemini təyin edir. Bu inkişaf dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin təkmilləşməsində əks olunur.

Təcrübü reallıqlar «elektron hökumət»in tətbiqinin üç mərhələ üzrə formalaşdığını təsdiq edir:

Birinci (aşkarlıq) mərhələdə İKT vasitələri genişlənərək vətəndaşların, müəssisə və təşkilatların hakimiyyət orqanlarının informasiyalarına girişini asan və çevik edir. Bu mərhələ həmin orqanların öz veb saytlarının açılması və orada təqdimat informasiyalarının, sahəvi normativ-hüquqi aktların, zəruri sənədlərin formalarının, statistik və iqtisadi göstəricilərin yerləşdirilməsi ilə təmin olunur.

Əməliyyatların emalının real vaxt ərzində reallaşdırıldığı (оnlayn-tranzaksiya) ikinci mərhələdə dövlət xidmətləri (ərizələrin təqdimatı və icazələrin alınması, torpaq sahələrinin, daşınmaz əmlakın, vergi bəyannamələrinin qeydiyyatı və s.) onlayn rejimdə təqdim edilir. Bu mərhələdə dövlət xidmətlərinin elektron formada (e-services) göstərilməsi bürokratik və əməktutumlu proseslər optimallaşdırılır və korrupsiya miqyaslarını kiçildir.

Üçüncü (iştirak) mərhələdə ictimaiyyətin dövlət idarəetməsində iştirakı, dövlət siyasətinin bütün hakimiyyət həlqələrində formalaşması, vətəndaşların və şirkətlərin qarşılıqlı münasibətləri interaktiv sistemdə təmin edilir. Bu mərhələdə normativ və qanunvericilik aktları veb-forumlarda müzakirə olunur.

94

«Elektron hökumət» modelində qarşılıqlı münasibətlər əsasən üç sferaya ayrılır (Иванова. 2009: 113-115):

1.G2С - dövlət və vətəndaşlar arasında (Government-to-Citizen); 2.G2B - dövlət və biznes arasında (Government-to-Business);

3.G2G - dövlət hakimiyyətinin ayrı-ayrı qolları arasında (Government-to-Government);

Buraya dördüncü sfera olaraq G2E - dövlət və dövlət qulluqçuları arasında (Government-to-Employees) münasibətlər də qatılır.

Bu qarşılıqlı münasibərtləri matrisa formasında aşağıdakı kimi təqdim etmək olar: Şəkil 1 «Elektron hökumət»də virtual qarşılıqlı münasibətlər matrisası

İştirakçılar Vətəndaşlar Hökumət Biznes Dövlət

qulluqçuları

Vətəndaşlar (С) C2C C2G C2B C2E

Hökumət (G) G2C G2G G2B G2E

Biznes (В) B2C B2G B2B B2E

Dövlət qulluqçuları (E) E2C E2G E2B E2E

Mənbə: Голобуцкий А., Шевчук О. (2007) Электронное правительство. М.:

Знание,

materialları əsasında müəllif tərəfindən işlənmışdir.

Özəl qurumların dövlət orqanları ilə internet vasitəsi ilə qarşılıqlı əlaqəliyi onların rəqabətqabiliyyətini artırır, müxtəlif rəsmi prosedurların sadələşdirilməsinə imkanlar yaradır, kargüzarlıq işlərinin kəmiyyətini azaldır. İnternet vasitəsi ilə elektron formada sənədlərin dövriyyəsi vergilərin ödənişi, statistik hesabatların təqdimatı şirkətlərin qanunvericiliyə əməl etməsini asanlaşdırır və fəaliyyət səmərəliliyinin yüksəldilməsində əhəmiyyətini artırır. Bununla belə, dövlət xidmətlərinin səmərəliliyinin artırılması məqsədi ilə yeni qarşılıqlı münasibətlər sistemini təkmil formaya salmaq üçün həmin xidmətlərin təqdimat sayı optimal həddə gətirilməli və onların keyfiyyətliliyi artırılmalıdır. Avropa İttifaqı 265 xidmətin elektronlaşması və əhali tərəfindən istifadəsini standart olaraq önə çıxarır (www.europa.eu.int). Belə optimallq vətəndaş və biznes aktivliyini artıran iqtisadi və sosial inkişafı davamlı edən şərt kimi irəli sürülür. Bu isə bir daha onu göstərir ki, müasir mərhələdə dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin yeni paradiqmasının tam formalaşması üçün daha optimal sayda xidmətin elektronlaşdırılması vacibdir.

Beləliklə, «Elektron hökumət» yalnız daha çox effektivli və daha az məsrəfli inzibatçılığı təmin etmir, o həm də ictimaiyyətlə hökumət arasında münasibətlərin köklü dəyişməsini stimullaşdırır. Nəticə etibarı ilə bu fenomen ölkədə demokratiklləşməni təkmilləşdirir və hakimiyyətin xalq qarşısında məsuliyyətini artırır. «Elektron hökumət»in ölkədə tətbiqi cəmiyyət və hakimyyət arasında konstruktiv elektron dialoqa rəğmən münasibətləri harmonikləşdirərək narazılıqları azaldır və siyasi qarşıdurmanı mülayimləşdirir. Bununla da, internet vasitəsi ilə dövlətin cəmiyyətin bütün struktur və institutlarına (ictumai qruplar və təşkilatlar, fəal vıətəndaşlar, biznes, təhsil və elmi-tədqiqat institutları və s.)

95

qarşılıqlı təsirinə əsaslanan yeni idarəetmə paradiqması formalaşır.

«Elektron hökumət»in hərtərəfli inkişafı istiqamətində bir sıra maneələrin açılması da vacibdir. Belə ki, ilk əvvəl çalışılmalıdır ki, elektron xidmətlər ənənəvi «kağız» prosedurlarda olduğu kimi genişliklə yerini taparaq qəbul edilsin. Xidmətlərin onlayn rejimdə təqdimatı öncəsi onların kəsərli təhlükəsizlik və konfidensiallıq elementləri ilə mühafizəsi də bu sırada zəruri hesab olunur. Digər bir problem bu sferada hüquqi normaların və standartların qəti müəyyən edilməsi ilə bağlıdır. Təcrübə göstərir ki, İKT-nin yüksək inkişaf templəri onların tətbiqi sferasındakı normayaratma prosesini daim üstələyir. Büdcə normativləri də «elektron hökumət» üzrə təşəbbüsləri məhdudlaşdırır (Иванова. 2009: 219-220). Bundan irəli gələrək də bir sıra iqtisadi inkişaf etmiş ölkələrdə müvafiq fondlar təsis edilir. Bu reallıq isə onu əsaslandırır ki, iqtisadi obyektivlik baxımından İKT sahəsinə yönələn xərclərə gələcək mənfəəti və maliyyələşmıəni təmin edən invesitiyalar kimi baxılmalıdır.

İKT inkişaf etdikcə isə «bir qapı» prinsipinə əsaslanan «elektron hökumət»in funksionallığı daha da genişlənəcək və ənənəvi veb-servisləri üstələyən, istifadəçilərin özləri tərəfindən inkişaf etdirilən və yaxşılaşdırılan internetin və softun yeni «Web 2.0» nəsli daha geniş sferada reallaşacaqdır. Bu texnoloji nailiyyətlər siyasi kommunikasiyanın da imkanlarını genişləndirəcək, hökumətlə vətəndaşlar və biznes arasında inteqrasiyanın daha mütərəqqi formalarının yaranmasına təkan verəcəkdir.

«Azərbaycan - 2020» Gələcəyə Baxış İnkişaf Konsepsiyası və təkmilləşən milli İKT infrastrukturu

Ötən iki onillik müddət ərzində ölkəmizdə dövlət quruculuğu istiqamətində çox mühüm keyfiyyət dəyişiklikləri baş vermiş, dövlət aparatının institusional sistemi inkişaf etmiş və daha da təkmilləşmişdir. Bu dövr ərzində iqtisadiyyatımız 20 dəfə artmışdır. Hazırda isə Azərbaycan ictimai həyatın bütün istiqamətləri əhatə olunan innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması və bu perspektivdə güclü sosial irəliləyişləri sürətləndirən inkişafın yeni mərhələsinə qədəm qoyur. İnkişafın bu mərhələsi yaxın on ildə ÜDM-in daha iki dəfə artırılması ilə müşayiət olunacaqdır. Bu yüksəlişi hərtərəfli təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq «Azərbaycan - 2020» Gələcəyə Baxış İnkişaf Konsepsiyası hazırlanmaqdadır (www.president.az, www.e-qanun.az). Hesab olunur ki, bu konsepsiyada İKT sektoru mühüm tutum əldə edəcəkdir. Bu qənaəti ölkə prezidentinin «neft faktorunu insan kapitalına çevirək» tezisi və bundan irəli gələrək informasiya texnologiyalarının respublikada prioritet sahə elan olunması strategiyası bir daha əsaslandırır.

Hazırda informasiya texnologiyalarının qlobal sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Müasir zamanda İKT sektoru mültiplikativ effektivliyi ilə daha çox fərqlənərək dünya ÜDM-ində mühüm pay yüksəlişləri əldə edir. Buradakı sürət hər beş ildə iki dəfə artan yüksəliş templəri ilə ölçülür (www.mincom.gov.az, Рекитар, Демидова, 2001: 57, Костельс Мануель, 2000: 78-79).

İKT sahəsində Azərbaycanda da sürətli inkişaf müşahidə olunur. Müasir mərhələdə İKT sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Hazırda respublikada informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Bunun nəticəsidir ki, son 5 ildə

96

İKT sektorunda əlavə dəyər 2,1 dəfə artmış və Azərbaycan müvafiq səhəvi göstəricilərə görə bir çox inkişaf etmiş ölkələri geridə qoymuşdur. İKT-nin inkişaf indeksləri üzrə qlobal mənzərəyə baxdıqda görərik ki, Azərbaycan 2008-2010-cu illər arasında ən sürətlə inkişaf edən 10 ölkədən biri olmuş, «İKT-nin inkişafı indeksi» üzrə 154 ölkə arasında 74-cü yerdə, «Texnoloji hazırlıq indeksi» üzrə isə 2010-cu ildə 70 ölkə sırasında qərar tutmuşdur (www.itu.int, www.weforum.org). 2012-ci il Dünya İqtisadi Forumunun hesabatına əsasən «Gələcək üçün dövlətə İKT-nin vaciblik indeksi» üzrə 142 ölkə arasında 14-cü, «Şəbəkə hazırlığı indeksi»nə görə 61-ci yeri, «Qlobal rəqabətqabiliyyətlilik indeksi»nə görə 55-ci, «İnnovasiyaların tətbiqi üzrə reytinq»də 52-ci yeri tutur (www.weforum.org).

Statistika göstərir ki, 2011-ci ildə ölkədə İKT sektorunda fəaliyyət göstərmiş müəssisələr tərəfindən 1,236 milyard manat məhsul istehsal olunmuş 0,742 miyard manatlıq əlavə dəyər yaradılmışdır. 2020-ci ildə respublikanın İKT sahəsindən 9,3 milyard manat gəlir əldə edəcəyi gözlənilir. İstehsal sahəsinin hazırkı (2011-ci il) İKT strukturunda 9,54%-lik payı 2020-ci ildə 25%-ə yüksələcək, onun ÜDM-dəki hazırkı 2,5% tutumu isə 2020-ci ildə 10%-i aşacaqdır. İKT sahəsinə yönələn investisiyaların $7,2 milyad təşkil edəcəkdir. Ümumiyyətlə, 2020-ci ilədək İKT sektorunun 5 dəfə artması gözlənilir (www.azstat.org, www.mincom.gov.az).

Azərbaycanda İKT-nin davamlı inkişaf etdirilməsi üçün bir sıra vəzifələrin həlli vacib hesab olunur. Burada ilk növbədə telekommunikasiya, xüsusən də genişzolaqlı internet inkişaf etdirilməli, sahəvi infrastruktur təkmilləşdirilməli, İKT-nin özünün iqtisadiyyatın digər sektorlarda rolu və əhəmiyyətinin artırılması istiqamətdə adekvat layihələr həyata keçirilməlidir. İKT sektorunda ixrac yönümlü istehsal da stimullaşdırılmalı, burada xüsusi vergi və gömrük siyasəti həyata keçirilməli, konkret olaraq vergi güzəştləri tətbiq olunmalı, gömrük rüsumları optimallaşdırılmalıdır. Rentabelliliyi və reinvestisiya imkanlığı ilə fərqlənən fiberoptik infrastrukturun inkişafı da diqqətdən yayınmamalıdır. Bu gün ölkə ərazisinin 75%-ni əhatə edən fiberoptik kanallar şəbəkəsi tam maksimal həddə genişləndirilməlidir. Burada İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondu (İTİDF) ilə yanışı ölkədə fəaliyyət göstərən digər dövlət investisiya qurumlarının (ARDNF, Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan İnvestisiya Şırkəti və s.) imkanlarından genişliklə istifadə olunmalı, İKT sahəsi üzrə sahibkarlığa dəstək gücləndirilməli, innovativ layihələr həyata