• Sonuç bulunamadı

AZERBAYCAN TAHSİL İŞÇİLERİ AZAD HEMKARLAR İTTİFAKI GENEL BAŞKAN YARDIMCISI MİRZA CAFERZADE’NİN KONGRE AÇILIŞ KONUŞMAS

Çox hörmətli Talib bəy!

Çox hörmətli və dəyərli elm adamları, xanımlar və cənablar!

İlk növbədə bizi-qardaş Azərbaycanın nümayəndə heyətini Türkiyənin səfalı guşələrindən birində keçirilən bu möhtəşəm konqresə dəvət etdiyinizə görə başda dəyərli və əziz qardaşımız, sendikamızın yaxın dostu və silahdaşı türk Kamu Sen, Türk Eğitim Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin başqanı Talib bəy Geylana və bu sendikadan dəyərli əməkdaşlarının hər birinə sendikamızın başqanı, millət vəkili doktor- professor Səttar Möhbalıyevin və nümayəndə heyətimizin adından təşəkkürümüzü bildirir, konqresə uğurlar arzulayıram.

Çox dəyərli konqres iştirakçıları, əziz qonaqlar!

Artıq üçüncü ildir ki, Türk Eğitim-Senin Genel Merkezi qardaş Türkiyənin dilbər guşələrindən biri olan Kəmərdə Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyi ilə Beynəlxalq Konfrans keçirir. Birinci konfrans Xoca Əhməd Yasəvinin xatirəsinə həsr edilmiş pedaqogika və ictimai fənlər üzrə, ikinci konfrans Uluslararası Türk Dünyası Mühəndislik və Fen Bilimlərinə həsr edilmişdisə, bu konfrans egitim və sosial bilimlərə həsr edilmişdir.

Bu gün Azərbaycan və Türkiyə region üçün çox əhəmiyyətli strateji layihələr həyata keçirir, inkişafın yeni istiqamətlərini müəyyənləşdirirlər.

Bu konfransın əhəmiyyəti ondan ibarətdir ki, böyük Türk dünyasını və türkdilli dövlətlərin elm adamlarının egitim və sosial Bilimlərlə əlaqədar fikirləri dinləniləcək, səslənən fikir və ideyalar dəyərləndiriləcək və yeni tədqiqatların əsası qoyulacaqdır.

iixx

Türkiyə və Azərbaycan xalqlarını bir-birinə bağlayan qədim tarixi köklər var. Dünən də, bu gün də, gələcəkdə də münasibətlərimizi, onun xarakterini, inkişaf yollarını şərtləndirən əsas amil iki qardaş xalqın eyni soykökə, dilə, dinə, mədəniyyətə mənsub olmasıdır. Əlaqələrimizin, qardaşlığımızın, dostluğumuzun inkişafı üçün əlverişli zəmin var və bu əlaqələrin genişləndirilməsi bu gün də uğurla davam etdirilir.

Türkiyənin güclü olması Azərbaycanın, Azərbaycanın güclü olması isə Türkiyənin marağındadır. Bu mənada həm Azərbaycanda, həm də Türkiyədə əlaqələrimizin və münasibətlərimizin inkişafına daim yüksək diqqət və qayğı göstərilir. Elə buna görə də Azərbaycanın Ümummilli lideri, Heydər Əliyev deyirdi: “Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır. Biz çalışacağıq ki, bu dostluğu, qardaşlığı günü-gündən möhkəmlədək və yüksəklərə qaldıraq”.

Qardaş Türkiyə qədim dövlətçilik ənənələrinə malikdir. Türk xalqı öz azadlığı, ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə ağır sınaqlardan keçərək bugünkü dövlətçiliyini qoruyub saxlamiş, inkişaf etdirmişdir.

Müasir geosiyasi şəraitdə isə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamış və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olmuşdur.

Elə bunun bariz nəticəsidir ki, bu gün qardaş Türkiyəmizin yüzlərlə elm adamı, doktor, professoru Azərbaycan Universitetlərində, Azərbaycanın yüzlərlə elmi işçisi, doktor, professoru Türkiyənin universitetləri və liseylərində, xəstəxanalarında, elmi-tədqiqat müəssisələrində çalışır.

Eyni zamanda yüzlərlə türk öyrəncilər Azərbaycan Universitetlərində, yüzlərlə azərbaycanlı öyrəncilər Trükiyə universitetlərində öz təhsillərini davam etdirirlər.

ixx

Müstəqilliyimizin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir.

Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verilmişdir. Buna parlaq misal olaraq Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılışını, eyni zamanda Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişini, Trans- Anadolu (TANAP) təbii qaz boru xəttinin çəkilişini və bu yaxınlarda “Star” neft emalı zavodunun açılış mərasimini göstərə bilərik ki, bu layihələr iki qardaş dövləti bölgədə söz sahibinə çevirmişdir.

Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynamışdır. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir.

Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib. Bütün bu uğurların başında isə elm, elmi tərəqqi, yüksək texnoloji biliklər, müasir texnologiyanı yaratmaq və ondan düzgün istifadə etmək durur. Elə ona görə də bu gün keçiriləcək konfransın əhəmiyyəti daha vacibdir. Əlbəttə bu gün iştirakçısı olduğunuz Beynəlxalq konfransın təşkilində və təşəbbüsündə xüsusi rolu və zəhməti olan dəyərli dostumuz və qardaşımız Talib bəy Geylana, onun rəhbərlik etdiyi sendikaların genel mərkəzlərinin əməkdaşlarına və bu konqrelərin işində zəhməti olan dəyərli qardaş və

xx

bacılarımızın hər birinə kəndim və nümayəndə heyətimiz adından bir daha təşəkkürümüzü bildirirəm.

Dəyərli konfrans nümayəndələri! Qeyd etmək istəyirəm ki, toplaşdığımız bu konfrans bir daha türkdilli dövlətlərin nümayəndələrinin elm sahəsində, xüsusən də egitim və sosial elmlər sahəsində əldə etdikləri uğurları bölüşməklə yanaşı bizləri daha da yaxınlaşdıracaq, münasibətlərimizin inkişafına, dostluq və qardaşlığımızın möhkəmlənməsinə, elmimizin inkişafına öz layiqli töhfəsini verəcəkdir.

Bir daha konfransa uğurlar arzulayıram. Qoy uça tanrım böyük türk millətini qorusun! Diqqətinizə görə təşəkkür edirəm, sağ olun!

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

xxi MAKEDONYA UFUK DERNEĞİ GENEL BAŞKANI DR. ELVİN HASAN’ IN

AÇILIŞ KONUŞMASI

Uluslararası Türk Dünyası Eğitim Bilimleri ve Sosyal Bilimler Kongremiz in İkincisinde de birlikte olmanın gurur ve mutluluğu yaşamaktayız.

UAESEB ve Türk Eğitim Sen Genel Başkanımız Sayın Talip GEYLAN’ Beyi, UAESEB Üye Kuruluş ve Genel Başkanlarını, Değerli Yönetici ve Değerli Üyelerini, Kıymetli Bilim İnsanlarımızı; Eğitimcilerimizi, Kongremizin Yapı Taşı Katılımcılarımızı saygıyla selamlıyorum.

İki yıllık aradan sonra Türk Dünyası’nın farklı bölgelerinden katılım sağlayan, Eğitim ve Sosyal Bilimcilerimizle Antalya da yeniden bir aradayız.

Bizlere Ne Mutlu Ki! Köklü tarihlere sahip, büyük devletler kurmuş bir milletin seçkin parçalarıyız.

Kültür Medeniyetimiz de; eğitim ve öğretimin önemsenmesi; içinde yetiştirdiği birbirinden eşsiz Âlimleri ile devlet yönetimlerinin en önemli unsuru haline gelmiştir. Geçmişten günümüze uzanan bu anlayışla Âlimlerimiz; Her alanda önderlik rolünü üstlenerek, Türk Devlet Yapısını ve Yönetimini güçlendirmişlerdir.

Bu hedeflerle; kültürel birikimlerimizi kıtadan kıtaya taşıyan Değerli Âlimlerimizin ve Büyük Önder Mustafa Kemal Atatürk ün Türk Birliğinin sürdürülebilir olması; kuşaktan kuşağa aktarılan kültür ve dil birliğimizin korunması hepimizin ortak paydasıdır düşüncesindeyim. Kıymetli Katılımcılar,

Makedonya Devleti Türk Katılımcısı olarak Makedonya Eğitim Bilimlerini temsil etmenin onuru taşıyorum. Makedonya Türkleri’nin eğitimleri hakkında bilgi paylaşımın da bulunmak istiyorum.

Geniş coğrafya ya sahip Osmanlı’ nın; Balkan Topraklarındaki Türk Hâkimiyetini yitirmesi ile başlayan süreçte; Balkan Türklerinin toplumsal sorunları da zamanla boy göstermiştir.

Balkan Makedonya Türkleri;

Aradan geçen yüzyıllarda dahi! Türklüğünü, Türk Dilini korumayı ve günümüze taşımayı başarmıştır. Devlet Politikaları, toplumsal tutumlar bile Makedon Türklerini; Türk Dilini kullanma ve eğitimlerini Türkçe tamamlama konusunda vazgeçirememiştir. Evet! Makedonya da Türkçe eğitim dilidir.

xxii

Ufuk Derneği Yöneticileri olarak;

Türkiye Kamu Sen ve Türk Eğitim SEN in Değerli Yöneticilerinin rehberliğinde eğitim çalışmalarımıza katkılar sağladık. Makedonya Devleti’nin Kurumlarında şahsım ve çalışma arkadaşlarımla görev aldık. Soydaşlarımızın eğitim sorunlarının çözülmesi için paylaşımcı ve işbirliğine dayanan mücadelemiz kararlılıkla sürmektedir.

Eğitim İnavasyon Çalışmalarını; en geniş yelpaze ile takip etmeye olağanüstü gayret gösteriyoruz. Soydaşlarımızın, “Türkçe Dili Eğitiminde”, yeniliklere uyum sağlaması ve verimli çalışmalar yapabilmesi en temel hedefimizdir. Bu hedefimize katkıda bulunmak isteyen sizleri de her daim işbirliği içinde olmaya davet ediyorum.

Kongremizin Türk Dünyasının Eğitim Anlayışına, üstün katkılar sağlayacağına olan inancımı yineliyor, hayırlı olmasını temenni ediyorum.

Büyük Önder Mustafa Kemal ATATÜRK ün; “ Bir Millet irfan ordusuna sahip olmadıkça, muhabere meydanlarında ne kadar parlak zaferler elde ederse etsin, O zaferlerin kalıcı sonuçlar vermesi ancak irfan ordusuna bağlıdır. “ sözleri ile hepinizi selamlıyor, saygılar sunuyorum. Türk Dünyasının Kıymetli Çocuk ve Kıymetli Gençlerinin; eğitim kalitelerinin arttırılması adına yapacağımız nice çalışmalarda görüşmek umuduyla!

xiii IRAK TÜRKMEN EĞİTİMCİLER ÖĞRETMEN ÖRGÜTÜ BAŞKAN YARDIMCISI