• Sonuç bulunamadı

Asiya və Sakit okean regionunda Yoxsulluqla Mübarizə: Yoxsulluğun Azaldılması Strategiyası

N/A
N/A
Protected

Academic year: 2022

Share "Asiya və Sakit okean regionunda Yoxsulluqla Mübarizə: Yoxsulluğun Azaldılması Strategiyası"

Copied!
32
0
0

Yükleniyor.... (view fulltext now)

Tam metin

(1)

1

   

       

 Asiya və Sakit okean regionunda  Yoxsulluqla Mübarizə: Yoxsulluğun 

Azaldılması Strategiyası 

Asiya Inkişaf Bankı  

(2)

M ISSIYA  

   

Y

OXSULLUĞUN AZALDILMASI

:

 ƏSAS MƏQSƏD

 

Y

oxsulluq  insana  xas  olan  qeyri‐məqbul  vəziyyətdir.  Bu  vəziyyət  daimi  deyildir:  dövlət  siyasəti  və  tədbirləri  yoxsulluğu  aradan  qaldıra  bilər  və  qaldırmalıdır.  Bu  özü  elə  inkişaf  deməkdir. 

Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə  yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə 1). Asiya əhalisinin təqribən üçdə  birini yoxsul təbəqə təşkil edir. Baxmayaraq ki, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan  əhalinin  nisbəti  aşağı  düşməkdədir,  yoxsulluğun  azaldılmasında  olan  tendensiyalar  son  zamanlar  pisləşmişdir.  Əhali  artımı  da  yoxsul  təbəqənin  mütləq  sayını  artırır.  Dünyanın  ən  yoxsul  sub‐regionlarından  olan  Cənubi  Asiyada  hazırda  yarım  milyarddan  çox  yoxsul  əhali  yaşayır  ki,  onlardan  da  450  milyon  əhali  Hindistanda  məskunlaşmışdır.  Çin  Xalq  Respublikasında  (ÇXR)  225  milyon,  Cənubi‐şərqi  Asiyada  isə  təqribən  55  milyon  daha  çox  yoxsul  yaşayır  (Asiya  böhranına  görə  10  milyondan  çox  adam  yoxsulluğa  düçar  olmuşdur). 

Mərkəzi  Asiya  respublikalarında  əhalinin  çoxu  keçid  dövründə  baş  vermiş  iqtisadi  iflas  nəticəsində  yoxsulluğa  düçar  olmuşdur.  Sakit  okean  regionunda  olan  kiçik  ada  dövlətlərində  adam  başına  düşən  kapital  gəlirinin  nisbətən  yüksək  olmasına  baxmayaraq,  uzaq  məsafədə  olduqlarına, təbii fəlakətlər zonasında yerləşdiklərinə, xarici iqtisadi zərbələrə davam gətirmək  üçün  məhdud  potensiala  malik  olduqlarına  görə  bu  dövlətlərdə  yoxsulluğa  məruz  qalmaq  təhlükəsi böyükdür. 

Son zamanlaradək regionda yoxsulluğun azaldılması tendensiyaları xüsusilə də Şərqi və  Cənubi‐şərqi  Asiyada  müsbət  olmuşdur.  Lakin,  Asiyada  1997‐ci  il  maliyyə  böhranı  olduğu  üçün iqtisadiyyatın ümumi daxili məhsulunda olan zəifləmə vəziyyəti daha da pisləşdi, keçici  effektlər digər ölkələrdə tərəqqini dayandırdı. Böhranın təsir etdiyi ölkələrdə mütləq yoxsulluq  artdı,  bundan  daha  çox  əziyyət  çəkənlər  yoxsullar  (xüsusilə  də  onların  uşaqları)  oldu.  Daha  təhlükəlisi budur ki, bu iqtisadiyyatda davamlı inkişaf bərqərar olduqdan sonra belə böhranın  sosial nəticələri hələ uzun müddət hiss olunacaqdır.  

Regionda  iqtisadi  inkişafın  təmin  edilməsi  məqsədini  güdən  bir  təşkilat  kimi  Asiya  İnkişaf Bankı (AİB) hər zaman yoxsulluğun azaldılması məsələsi ilə məşğul olmuşdur. Iqtisadi  inkişafa xüsusi diqqət verməklə, AİB böyük sayda sosial və ekoloji problemlərlə məşğul olmaq  üçün  öz  metodunu  proqressiv  surətdə  genişləndirmişdir1.  Bu  prosesdə  AİB‐nın  və  onun  üzvlərinin əldə etdikləri təcrübə hətta on il əvvəl düşünülməmiş etimadın yaranmasına səbəb  oldu:  mütləq  yoxsulluq  aradan  qaldırıla  bilər.  Bunu  başa  düşmək  və  inkişafın  regionda  bu  qədər  əhaliyə  toxunmamasını  bilmək  bizim  cəhdlərin  daha  dəqiq  yönəldilməsini  tələb  edir. 

Belə mülahizələr AİB‐nı yoxsulluğun aradan qaldırılmasını əsas məqsəd kimi qarşıya qoymağa  təhrik edir. 

1  AİB‐nın  ilk  Orta  Müddətli  Strateji  Çərçivəsində  (1992‐1995)  vurğulandığı  kimi  beş  strateji  inkişaf  məqsədi  iqtisadi  inkişafı  dəstəkləmiş,  insan  inkişafını  təşviq  etmiş,  yoxsulluğu  azaltmış,  qadınların  vəziyyətini  yaxşılaşdırmış,  təbii  ehtiyatları və ətraf mühiti əsaslandırılmış qaydada idarə etmişdir. 

(3)

AİB  1990‐cı  illərdə  bir  sıra  ölkə  başçılarının  zirvə  görüşlərində  müəyyən  edilmiş  Beynəlxalq  İnkişaf  Hədəflərini  dəstəkləyir  (yəni,  ifrat  yoxsulluqda  yaşayan  əhalinin  nisbətini  yarıyadək  azaltmaq).  1997‐ci  ilin  noyabr  ayında  Asiya  və  Sakit  Okean  üzrə  İqtisadi  və  Sosial  Komissiyanın  regional  üzv  dövlətlərində  Sosial  İnkişaf  üzrə  Fəaliyyət  Gündəliyinin  həyata  keçirilməsinin  sürətləndirilməsinə  dair  Asiya  və  Sakit  okean  regionunun  nazirləri  razılıq  əldə  etdilər.  Gündəliyin  hədəfləri  (yəni,  2010‐cu  ilədək  regionda  mütləq  yoxsulluğun  aradan  qaldırılması) hökumətlər və beynəlxalq icma üçün aydın təlimatlar müəyyən etmişdir (Əlavə 1). 

Lakin  bu  hədəflərə  Asiya  böhranı  nöqteyi‐nəzərindən  baxmaq  lazımdır.  AİB  üzvlərlə  yoxsulluğun azaldılması üçün mümkün regional hədəflərin hazırlanması üzərində çalışacaqdır. 

  Məqsəd Asiya və Sakit okean regionunu yoxsulluqdan azad görmək olduğu üçün AİB‐

nın  aydın  və  müəyyən  məqsədə  yönəlmiş  missiyası  vardır.  Yoxsulluğun  azaldılması  beş  məqsəddən tək biri deyildir, bu AİB‐nın əsas məqsədidir. Buna görə də digər strateji məqsədlər  (yəni,  iqtisadi  inkişaf,  insan  inkişafı,  əsaslandırılmış  ekoloji  idarəçilik,  qadınların  vəziyyətinin  yaxşılaşdırılması) yoxsulluğun azaldılmasına daha səmərəli təsir göstərən yollarla izlənəcəkdir. 

Fundamental  dəyişikliklər  AİB‐nın  həyata  keçirdiyi  əməliyyatların  hər  bir  aspektinə  və  səviyyəsinə  təsir  göstərəcəkdir.  Bu  strateji  sənəddə  bu  dəyişikliklərin  hansı  yollarla  həyata  keçiriləcəyi müəyyən edilir. 

 

M

ÜVƏFFƏQIYYƏTƏ GÜVƏNMƏK

 

Yoxsulluqla  mübarizədə  AİB  son  üç  on  illikdə  regionun  müvəffəqiyyət  qazandığına  güvənir. 

Bu uğur fərdi ölkələr arasında fərqli olduğundan, bütün region son dərəcə dəyişmişdir. 1970‐ci  illərin əvvəllərində regionun əhalisinin yarısı yoxsul olmuş, orta ömür müddəti 48 yaş olmuş,  yaşlı  əhalinin  yalnız  40  faizi  savadlı  olmuşdur.  Bu  gün  yoxsul  əhalinin  faizi  əhalinin  təqribən  üçdə  birinədək  düşmüş,  ömür  müddəti  65  yaşa  qalxmış,  yaşlıların  70  faizi  savadlı  olmuşdur. 

Ümumi  əhalinin  1.8  milyarddan  3  milyardadək  artdığına  baxmayaraq,  yoxsul  əhalinin  sayı  1  milyarddan 900 milyonadək düşməklə bir qədər azalmışdır.  

AİB  bu  məqsədlərin  əldə  edilməsinə  yardım  etmişdir.  O,  inkişaf  və  məşğulluğun  artmasının  təşviq  edilməsinə  yönəlmiş  sərmayələri  və  siyasi  islahatları  maliyyələşdirmiş,  xüsusilə  də  1990‐cı  illərdə  insan  inkişafı,  gender  bərabərliyi  və  ətraf  mühitin  qorunmasına  xüsusi  diqqət  vermişdir.  Əlavə  olaraq,  AİB  yoxsulluğu  birbaşa  ünvanlayan  layihələrin  həyata  keçirilməsini  dəstəkləmiş  (məs,  ibtidai  təhsil,  qidalanma,  səhiyyə,  ailə  planlaşdırması  xidmətləri)  və  ya  təhlükəyə  daha  çox  məruz  qalan  qrupların  qorunması  üçün  mexanizmlər  qurmuşdur  (əlillər  daxil  olmaqla).  AİB  yoxsulluqla  əlaqədar  məsələlər  üzrə  tədqiqatların  aparılmasını  təşviq  etmiş,  yoxsulluğun  səbəbləri  və  göstərdiyi  təsir  mövzusunda  sektor‐

yönümlü  siyasi  dialoqlar  aparmış,  hökumət  qurumlarında  institusional  potensialı  qüvvətləndirmişdir. 

Illər  keçdikcə  AİB  yoxsulluğun  müxtəlif  səviyyələrini  ünvanlamağı  öyrənmişdir. 

Məsələn,  səhiyyə  sahəsində  tək  avadanlıq  və  tikinti  işlərinin  maliyyələşdirilməsi  əvəzinə,  AİB  hazırda  daha  çox  təlim  və  idarəçilik  sistemlərinə  sərmayə  qoyur2.  Daha  çox  diqqət  benefisiarlarla məsləhətləşmələrin aparılmasına verilir. Lakin yenə də layihələrin hazırlanması  və  həyata  keçirilməsində  iştirakçı  tərəflərin  cəlb  edilməsi  üçün  daha  çox  iş  görmək  lazımdır. 

Qadınların  statusunu  yaxşılaşdırmağa  çalışarkən,  AİB  müdaxilələrinin  kifayət  qədər  səmərəli  olmadığını aşkar etmişdir, çünki layihənin hazırlanması zamanı faktiki olaraq mövcud olmayan 

2  1991‐ci  ildən  səhiyyə  sektorunda  ilk  tibbi  yardım  və  əhalinin  fəaliyyətinə  ayrılmış  kreditlərin  payının  son  dərəcə  artması ilə müşayiət olunmuşdur (Səhiyyə  Sektoru üzrə Siyasət, fevral, 1999). 

(4)

institusional potensial ehtimal edilirdi.3 Layihə təşkilatlarında qadın heyətinin az olmasına çox  zaman fikir verilmirdi. Eynilə, qadın üçün əlverişli mexanizmlərin (yəni, yaşayışla təmin etmə,  səyahətlər, təhlükəsizlik) olmadığı şəraitdə kənd yerlərində qadın heyətin işə götürülməsi və ya  xidmətlərindən  istifadə  edilməsi  çətin  idi.  İndi  qadınlara  dair  layihələr  bu  problemlər  nəzərə  alınmaqla  hazırlanmışlar.  Yoxsulluğun  azaldılmasında  güclü  silah  olan  mikro‐maliyyədə  subsidiyalaşdırılan  kreditə  AİB‐nın  əvvəlki  etimadı  yoxsulların  hər  zaman  həqiqi  benefisiar  olmadıqlarını  anlamağa  yardım  etmişdir.  Mikro‐maliyyə  xidmətlərinin  genişləndirilməsini  və  göstərilməsini yaxşılaşdırmaq üçün qeyri‐hökumət təşkilatları (QHT) və özəl sektor təşkilatları  ilə işləməyə hazırda böyük əhəmiyyət verilir. 

Regionda yoxsulluğun azaldılmasına yardım etməklə AİB bütün qüvvəsini bu tapşırığa  yönəldir.  Buna  Asiya  və  Sakit  okean  regionuna  xüsusi  diqqət  yetirilməsi,  regional  mövqe  və  regional  üzvlərin  daha  çox  iştirak  etməsi  daxildir  (beləliklə,  onların  daha  çox  prosesdə  iştirak  etməsi  AİB‐nın  strateji  meylidir).  Eyni  zamanda  qeyri‐regional  üzvlərin  iştirakı  qlobal  perspektivlərin  regional  inkişaf  məsələlərinə  toxunmasını  təmin  edir.  AİB  qrantla  maliyyələşdirilən texniki yardımı həyata keçirir, dövlət sektoruna kredit ayırır, bir dam altında  özəl  sektor  əməliyyatlarını  həyata  keçirir,  nəticədə  ortaya  çıxan  birgə  əməkdaşlıqdan  faydalanır. AİB‐nın hökumət məsələlərinə dair düzgün müəyyən edilmiş siyasəti və onun sub‐

regional  əməkdaşlığın  təşviqində  müvəffəqiyyəti  yoxsulluğa  qarşı  mübarizədə  getdikcə  daha  çox əhəmiyyət kəsb edir. AİB‐nın Asiya böhranına dair reaksiyası, xüsusilə də yoxsul təbəqəyə  dəyən  təsirin  zəiflədilməsində  atdığı  addımlar  təşkilatın  sosial  müdafiə  məsələlərini  səmərəli  ünvanlaması potensialını nümayiş etdirmişdir. 

Yoxsulluğun azaldılması sahəsində ölkələr əsas cavabdehliyi daşıdıqları halda, regionda  inkişaf üzrə əsas təşkilat kimi AİB yoxsulluğa qarşı mübarizədə kredit verən üzvlərin qüdrətli  müttəfiqi  ola  bilər.  AİB‐nın  səmərli  və  maliyyə  tövhələri  yoxsulluğun  azaldılmasında  milli  cəhdlərin gücləndirilməsində katalizator rolunu oynaya bilər. Buna görə də AİB özünü yenidən  regionda  yoxsulluğun  aradan  qaldırılmasına  həsr  edir.  Yoxsulluğun  Azaldılması  Strategiyası  AİB‐nın bu çətin tapşırığa dair götürdüyü öhdəliyini təcəssüm etdirir. 

 

3 Gender və İnkişaf üzrə Siyasət, may 1998‐ci il 

(5)

Y OXSULLUĞUN AZALDILMASI PROBLEMI  

 

Y

OXSULLUĞUN MAHIYYƏTI

 

K

eçmişdə AİB yoxsulluğun əsas ölçü vahidi kimi gəlir səviyyəsinə çox inanırdı. Lakin belə  bir  qlobal  razılaşma  vardır  ki,  yoxsulluğun  səviyyəsi  belə  ənənəvi  tərifin  hüdudlarından  çox  kənara çıxır. AİB‐nın nəzərincə yoxsulluq hər bir insanın hüququ çatdığı əsas vasitə və imkanlardan  məhrum  olmaqdır.  Hər  kəs  ibtidai  təhsil  və  ilk  tibbi  yardım  xidmətləri  ilə  təmin  olunmalıdır.  Yoxsul  ailələrin  öz  əməkləri  hesabına  özlərini  saxlamaq  və  münasib  surətdə  haqq  almaq,  eləcə  də  xarici  zərbələrdən qorunmaq hüququ vardır. Gəlir və əsas xidmətlərlə təmin olunmaqdan başqa, əgər fərdlər və  cəmiyyətlər  onların  həyatını  formalaşdıran  qərarların  alınmasında  iştirak  etmək  səlahiyyətinə  malik  deyilsə,  o  zaman  onlar  yoxsul  olacaq  və  bu  tendensiya  davam  edəcəkdir.  Beləliklə,  yoxsulluq  ibtidai  təhsil,  səhiyyə  qayğısı,  qidalanma,  su  və  sanitariya,  eləcə  də  gəlir,  məşğulluq  və  məvacib  baxımından daha yaxşı ölçülür. Belə tədbirlər acizlik və iştirak etmək iqtidarının olmaması hissi  kimi digər əhəmiyyətli qeyri‐material aktivlər üçün göstərici kimi  xidmət etməlidir. 

  Həqiqətdə  yoxsulluğun  ölçülməsi  üçün  ən  çox  istifadə  edilən  standart  ərzaq  və  həyat  üçün  zəruri  digər  nemətlərin  adekvat  istehlakıdır.  Bu  ölçü  (yoxsulluq  həddi)  gəlir  və  mədəni  dəyərlərdən  asılı  olaraq  ölkədən  ölkəyə  fərqlənir.  Yoxsulluğun  azaldılması  üçün  göstərilən  cəhdlərin  təsirinin  ölçülməsi  üçün  milli  qiymətləndirmələr  vacib  olduğu  halda,  AİB‐nın  prioriteti mütləq yoxsulluqdur. Beynəlxalq müqayisələr də vacibdir.4  

 

Y

OXSULLUĞUN AZALDILMASI ÜZRƏ ÇƏRÇIVƏ5

 

Yoxsullar  homogen  qrup  deyildir.  Yoxsulluğun  mahiyyəti  kimi  onun  səbəb  və  qurbanları  da  müxtəlif  olur.  Yoxsul  təbəqə  həyat  üçün  vacib  nemətlərdən  məhrum  ola  bilər,  çünki  uzaq  məsafədə və ya ehtiyatlarla zəngin olmayan ərazidə yaşayır və ya yaş, səhiyyə, həyat şəraiti və  ya məşğul olduğu fəaliyyətə görə təhlükəyə daha çox məruz qalır. Onlar etnik azlığa mənsub  olduqları və ya cəmiyyətin onları sosial cəhətdən daha aşağı səviyyəli hesab etdiyi və ya sadəcə  qadın və ya əlil olduqları üçün həyat üçün vacib nemətlərdən məhrum ola bilərlər. Daha geniş  miqyasda  yoxsulluq  cari  vəziyyətdən  irəli  gələ  bilər:  şəxsi  maraqlara  və  qüdrətli  hakimiyyət  strukturlarına  görə  resurslar  qeyri‐bərabər  bölünür.  Yekunda,  yoxsul  təbəqənin  həyat  üçün  zəruri  nemətlərdən  məhrum  olması  siyasi  iradənin  olmaması,  idarəçiliyin  qeyri‐adekvatlığı,  dövlət  siyasətləri  və  proqramlarının  qeyri‐müvafiqliyindən  irəli  gəlir.  Yoxsulluğun  həlli  yollarının  tapılmasında  ilkin  cavabdehlik  ölkələrin  öz  üzərinə  düşür,  lakin  müvəffəqiyyət  hökumət  və  vətəndaş  cəmiyyətinin  birgə  cəhdlərindən,  beynəlxalq  icmanın  güclü  və  davamlı  dəstəyindən  asılı  olacaqdır.  Bütün  iştirakçı  tərəflər  üçün  yoxsulluğun  azaldılması  məqsədilə  seçilmiş  strategiyalar  onun  bir  çox  səbəbinin  ünvanlanması  üçün  kifayət  qədər  hərtərəfli  olmalıdırlar.  Bu  səbəbdən  yoxsulluğun  azaldılması  üzrə  hər  hansı  çərçivənin  əsas  ünsürləri 

4 Xas  olan  zəifliyə  baxmayaraq,  “günə  bir  dollar”  yoxsulluq  həddi  kimi  ölçülər,  Birləşmiş  Millətlər  Təşkilatının  İnkişaf Proqramının (UNDP) İnsan İnkişafı İndeksi və İnsan Yoxsulluğu İndeksi istifadə edilməyə davam edəcəkdir  (Əlavə  1).  Hər  halda,  Asiya  və  Sakit  okean  regionu  kontekstində  bu  ölçülərin  təkmilləşdirilməsi  ehtiyacı  nəzərdən  keçiriləcəkdir. 

5  Bu  çərçivədə  Yoxsulluğun  Azaldılması:  Əldə  edilən  Məlumatlar  və  Nəticələr  –  Asiya  İnkişaf  Bankının  Seçilmiş  İnkişaf  etməkdə olan Üzv Dövlətlərində Məsləhətləşmələrə dair hesabatın nəticələri nəzərə alınır (AİB, 1999, Manila). 

(6)

kimi AİB yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş6 davamlı iqtisadi inkişafı  və  sosial  inkişafı  iki  əsas  prinsip  kimi  görür.  Hər  iki  ünsürün  təmin  edilməsi  sabit  makro‐

iqtisadi idarəçiliyi və düzgün idarəetməni – üçüncü əsas prinsipin təmin edilməsini tələb edir. 

Hər üç prinsip birgə sosial baxımdan hərtərəfli inkişafla nəticələnir.  

  Hər halda, sosial baxımdan hərtərəfli inkişafa nail olmaq üçün yoxsulluğun azaldılması  üzrə  siyasətlərin  ekoloji  baxımdan  aqibətini,  ekoloji  siyasətlərin  yoxsul  təbəqəyə  göstərdiyi  təsiri  daha  yaxşı  anlamaq  lazımdır.  Yoxsulluq‐ətraf  mühit  əlaqəsi  mahiyyətcə  iki  geniş  komponentə malikdir. Bir tərəfdən, qanunların zəif tənzimlənməsi və həyata keçirilməsinə görə  yoxsul  təbəqənin  məskunlaşdığı  ərazilərdə  yerləşən  və  ətraf  mühiti  çirkləndirən  sənaye  müəssisələrinin  cəlb  olunduğu  “sənaye  obyektləri  tərəfindən  ətraf  mühitin  çirklənməsi  problemləri”dir.  Yoxsul  təbəqənin  ən  çox  təsirə  məruz  qaldığı  yerlərdə  məskunlaşdığı  meqa‐

şəhərlərdə hava və suyun çirklənməsi də bu kateqoriyaya daxil edilir. Digər tərəfdən, meşələrin  kəsilməsi,  təbii  ehtiyatların  sürətlə  azalması  və  torpaqların  deqradasiyası  ilə  bağlı  “ətraf  mühitin  çirklənməsi  məsələləri”dir.  Hər  iki  problem  yoxsulluğun  artması  ilə  birbaşa  əlaqədardır. 

  Bu  ümumi  çərçivədə  yoxsulluğun  azaldılması  üzrə  müdaxilələr  fövqəladə  vəziyyətdə  yoxsul təbəqəyə əsas xidmətlərin təmin edilməsi kimi qısa müddətli (son Asiya böhranı kimi),  əsas xidmətlərin göstərilməsinə təsir edən struktur məsələlərini ünvanlamağa yardım edən və  yoxsulluğu  hədəf  götürən  digər  müdaxilələr  kimi  orta  müddətli  və  ya  yoxsul  təbəqənin  vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş inkişafı təşviq edən və özəl sektorun genişlənməsini  dəstəkləyən müdaxilələr kimi uzun müddətli ola bilər.  

  AİB əsasən orta və ya uzun müddətli təsirə malik olan müdaxilələrdə maraqlıdır. AİB‐

nın  gücü  nisbətən  iri  sərmayələrin  maliyyələşdirilməsində,  eləcə  də  siyasi  islahatın  dəstəklənməsində  hökumətlə  siyasi  dialoqun  aparılmasındadır.  Fiziki  sərmayələr  birbaşa  yoxsulluğun  azaldılmasına  yardım  edərkən,  siyasi  və  institusional  mühit  də  yoxsulluğun  davamlı  azalması  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Buna  görə  də  AİB  siyasi  islahatları  dəstəkləməklə,  fiziki  və  institusional  potensialın  inkişafına  yardım  göstərməklə,  yoxsulluğun  daha  yaxşı  ünvanlanması  üçün  layihə/proqramlar  hazırlamaqla  yoxsulluğun  azaldılması  istiqamətində sistematik metod qəbul etmişdir.  

  Yoxsulluq və qeyri‐bərabərliyin aradan qaldırılması insanpərvər prioritetdir: bu eləcə də  iqtisadi  inkişafı  təşviq  edir.  AİB‐dan  borc  alanlar  götürdükləri  kredit  üçün  sabit  iqtisadi  əsaslandırmanın  olmasını  tələb  edirlər.  Təcrübə  aydın  göstərir  ki,  təhsil,  mikro‐maliyyə  və  səhiyyə sahələrində sərmayələr tək yoxsulluğa təsir göstərmir, eləcə də iqtisadi inkişafı təşviq  edir.  Insan  və  sosial  kapitalın  inkişaf  etdirilməsi  siyasi  sabitliyi,  səmərəliliyi,  beynəlxalq  səviyyədə rəqabəti artırır ki, bu da daha sürətli inkişafa aparır. 

 

6İnkişaf fəhlələri nəzərə alırsa, yoxsul təbəqə, xüsusilə də qadın və digər ənənəvi təcrid edilmiş qruplar üçün qeyri‐

bərabərliyi  zəiflədən,  gəlir  və  məşğulluğun  yaranmasını  təşviq  edən  siyasət  və  proqramlarla  müşayiət  olunursa,  o  zaman yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş olur.  

(7)

Ç

ƏRÇIVƏNIN ƏSAS ÜNSÜRLƏRI

 

 

Yoxsul  təbəqənin  vəziyyətinin  yaxşılaşdırılmasına  yönəlmiş  davamlı  iqtisadi  inkişaf 

Bir  çox  ölkələrin  son  iki  onillikdə  yoxsulluq  həddini  azaltdığı  Şərqi  Asiya  yoxsulluğun  azaldılmasında  iqtisadi  inkişafın  əhəmiyyətini  sübut  edir.  Asiya  böhranına  baxmayaraq,  bu  ölkələr  sabit  inkişafın  yoxsulluğu  necə  azalda  bilməsini  göstərmişdir.  Inkişaf  əmək  qüvvəsinə  tələbatı artırdı ki, bu da öz növbəsində iqtisadi imkanları genişləndirdi, işçinin səmərəliliyini və  məvacibini  qaldırdı.  Bu,  eləcə  də  ibtidai  təhsil,  səhiyyə  qayğısı  və  infrastruktur  sahələrində  istifadə  edilə  biləcək  dövlət  gəlirlərini  artırdı.  Şərqi  Asiyada  xaricə  yönəlmiş  siyasətlər  əmək  qüvvəsinin  istifadə  edildiyi  inkişafla  nəticələndi,  məşğulluq  imkanlarının  artması  isə  böyük  sayda  qadının  əmək  qüvvəsinə  daxil  olmasına  gətirdi.  Bu  da  yoxsulluğun  azaldılması  və  qadınların  statusu  baxımından  əhəmiyyətli  nəticələr  verdi.  Məktəb  və  işçi  qüvvədə  qadın  iştirakının  artması  əhali  artımının  sürətini  aşağı  saldı.  Milli  gəlirlərin  artması  insan  kapitalına  sərmayə  qoyuluşunun  artırılması,  yoxsul  təbəqənin  əsas  xidmətlərlə  təminatının  yaxşılaşdırılması  istiqamətində  istifadə  edildi.  Məhsuldarlıqda  inkişaf  və  əhalinin  artımında  zəifləmə baş verdi. 

  Əldə edilmiş təcrübə aydındır: məşğulluq və gəlir yaratmaqla inkişaf yoxsulluğu azalda  bilər,  əmək  tələb  edən  inkişaf  yoxsulluğu  daha  tez  azalda  bilər.  Beləliklə,  əmək  tələb  edən  inkişafı təşviq edən siyasətlər yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş əsaslı  tədbirlərdir.  Belə  siyasətlərə  xüsusilə  həddən  artıq  şişirdilmiş  valyuta  kursları,  idxal  və/və  ya  ixraca  məhdudiyyətlər,  kredit  subsidiyaları  və  dövlət  müəssisələrindən  asılılıq  kimi  bazarı  pozan  müdaxilələrin  aradan  qaldırılması  daxildir.  Bu  kateqoriyaya  daxil  olan  digər  siyasətlər  özəl  sektorlar  üçün  əlverişli  mühitin  inkişaf  etdirilməsi,  qadınlar  və  rəsmi  əmək  qüvvəsindən  kənarda  qala  bilən  digər  qruplar  üçün  məşğulluğun  və  gəlir  gətirən  imkanların  artırılmasına  yönəlmiş  proqramlardır  (məs,  mikro‐maliyyə  və  “sosial  təminat  sistemi”7).  İş  yerlərinin  yaranması, iqtisadi fəaliyyət və əsas sosial xidmətlərlə təmin olunmanın yaxşılaşdırılması yolu  ilə  infrastrukturun  inkişafı  da  inkişafa  böyük  tövhə  edə  bilər.  Eynilə,  yoxsul  təbəqə  arasında  fərdi əmək fəaliyyəti üçün imkanlar da təşviq edilməlidir. İnflyasiya və (regionda son zamanlar  müşahidə  olunduğu  kimi)  iqtisadi  böhranlar  yoxsul  təbəqəyə  ciddi  təsir  etmişdir.  Nəticədə,  sabit makro‐iqtisadi idarəçilik yoxsulluğun davamlı azaldılması üçün vacibdir. 

  Inkişafın mühərriki olan özəl sektor da yoxsulluğun azaldılmasında birbaşa rol oynaya  bilər.  Yoxsul  təbəqəyə  fayda  gətirə  bilən  əsas  xidmətlərin  göstərilməsi  də  daxil  olmaqla,  özəl  sektor  fiziki  və  sosial  infrastrukturda  iştirak  edə  bilər  (dövlət  sektoru  üçün  resursları  azad  etməklə). Belə xidmətlərin göstərilməsi üçün özəl sektorun tövhəsini daha səmərəli etmək üçün  əlverişli  mühit  yaranmalı,  maliyyə  sektoru  inkişaf  etdirilməlidir.  Özəl  sektorun  rolu  genişləndiyi  üçün  hökumət  sahibkar  və  istehsalçı  rollarını  vasitəçi  və  tənzimləyici  rolları  ilə  əvəz etməlidir. Doğrudan da səmərəli tənzimləyici çərçivə rəqabətin təşviqi, ədalətli təcrübə və  standartların tətbiqi, yoxsul təbəqənin əsas xidmətlərlə təmin edilməsi üçün  vacibdir. Heyətin  ixtisara  salınması,  yenidən  təşkilat  və  ya  kompensasiya  proqramlarının  müvafiq  olduğunu  görmək  üçün  hökumətlər  özəlləşdirmənin  sosial  təsirini  də  yoxlamalıdırlar.  Beləliklə,  AİB‐nın 

7  Sosial  təminat  sistemi  proqramları  ehtiyacı  olanların  aşağı  məvacibli  işlə  təmin  olunması  ilə  yoxsulluğun  azaldılmasına çalışır. Belə proqramlardan çox vaxt böhran zamanı böyük sayda yoxsul əhalinin işsiz olduğu zaman  istifadə edilir. 

(8)

Özəl Sektorun İnkişafı Strategiyası yoxsulluğun azaldılması istiqamətində münasib və birbaşa  əlaqədar strategiyadır.  

Bazarla  hərəkətə  gətirilən  inkişaf  prosesləri  adətən  infrastruktur  və  insan  kapitalının  artıq  qabaqcıl  olduğu  daha  zəngin  yerləri  faydalandırır.  Daha  yoxsul  ərazilərdə,  xüsusilə  də  həddən artıq işçi  qüvvəsi olan kənd yerlərində  dövlət tərəfindən sərmayə qoyuluşu zəruridir. 

Eynilə, kənddə yoxsul təbəqəni və ya şəhərdə işsizləri əsas xidmətlərlə və fərdi əmək fəaliyyəti  ilə məşğul olmaq imkanları ilə təmin etmək üçün xüsusi müdaxilələr edilməlidir. 

Inkişafın sürətləndirilməsi üçün digər vacib yol regional və sub‐regional əməkdaşlıqdır  ki,  bu  da  daha  geniş  bazarlar,  məhsuldarlığın  artması  hesabına  iqtisadiyyat  və  əməyin  bölünməsini  təmin  edir.  Belə  əməkdaşlıq  məhdud  imkanları  olan  kiçik  ölkələr  üçün  xüsusilə  əhəmiyyətlidir.  Böyük  Mekonq  Sub‐regionunda  AİB  tərəfindən  istiqamətləndirilən  “inkişaf  üçbucağı”nda8  və  Mərkəzi  Asiya  respublikalarında  olduğu  kimi  sub‐regional  səviyyədə  əməkdaşlıq  daha  çox  fayda  verir.  Xəstəliklərə  qarşı  mübarizə  (məsələn,  vərəm,  malyariya  və  HİV/QİÇS) və fikir mübadiləsi kimi digər yollarla da bu faydalı olur.  

  Təbii  sərvətlər  idarəçiliyi  də  daxil  olmaqla  ekoloji  təhlillər  davamlı  iqtisadi  inkişafda  əsas  ünsürlərdir.  Əgər  təbii  mühit  və  resurslar  qorunmasa,  inkişafın  ömrü  qısa  olacaqdır. 

Baxmayaraq ki, keçmişdə dəyən zərər güclü mənfəət güdən maraqların nəticəsində olmuşdur,  yoxsulluq və əhalinin təzyiqi meşələrin qırılması, otlaqların tapdalanması və həddən artıq balıq  ovları ilə birgə təhlükə yaradır. Kənd yerlərində yoxsul təbəqə çox vaxt deqradasiyanın artması  nəticəsində resursların həssas idarə olunmasını tələb edən torpaqlarda yaşayır. Şəhər yerlərində  yoxsul  təbəqə  isə  əhali  artıqlığı  və  çirkli  yaşayış  şərtləri  nəticəsində  xəstəliklərə  düçar  olur. 

Yoxsulluğun  azaldılması  strategiyaları  ətraf  mühit  və  təbii  ehtiyatların  keyfiyyət  və  səmərəliliyini artıran siyasət və tədbirlərlə müşayiət olunmalıdır. 

 

Sosial inkişaf 

Iqtisadi  inkişaf  sosial  inkişaf  üzrə  hərtərəfli  proqramla  müşayiət  olunduqda  yoxsulluğu  səmərəli şəkildə azalda bilər. Nəzərdən qaçırılmış sahələri əhatə etmək üçün iqtisadi inkişafın  bir qədər ünvanlanması vacibdir, beləliklə, sosial inkişaf hədəf götürülə bilər. Buna görə də hər  bir  ölkədə  aşağıdakıları  təmin  edən  hərtərəfli  milli  yoxsulluğun  azaldılması  strategiyası  olmalıdır:  (i)  insan  kapitalı  üçün  adekvat  büdcə  ayrılması,  (ii)  yoxsullar  üçün  əsas  sosial  xidmətlərin  ünvanlanması;  (iii)  gender  ayrı‐seçkiliyinin  aradan  qaldırılması,  (iv)  effektiv  demoqrafik  siyasət  və  (v)  sosial  müdafiə.  Insan  kapitalını  inkişaf  etdirməkdən  əlavə,  xüsusilə  də  təcrid  olunmuş  əhali  üçün  sosial  kapitalın  qüvvətləndirilməsi  məqsəd  kimi  qarşıya  qoyulmalıdır. Müvafiq olaraq, istiqamətləndirilmiş proqramların beş sahədə həyata keçirilməsi  tələb olunacaqdır. 

  İnsan  Kapitalının  İnkişafı.  İnsan  kapitalı  yoxsul  təbəqə  üçün  əsas  tövhədir.  Onun  inkişaf  etdirilməsi  yoxsulluqla  mübarizədə  fundamental  əhəmiyyət  kəsb  edir.  Hər  bir  insan  ibtidai  təhsil,  ilk  tibbi  yardım  və  digər  vacib  xidmətlərlə  təmin  olunmalıdır.  Belə  xidmətlər  təmin  olunmasa,  yoxsul  təbəqə  və  onların  uşaqlarının  öz  iqtisadi  vəziyyətlərini  düzəltmək  və  hətta cəmiyyətdə tam iştirak etmək imkanları az olacaqdır. Yoxsul təbəqənin əmək qüvvəsində  və  ümumiyyətlə  cəmiyyətdə  iştirakını  effektiv  artırmaq  üçün  alınan  təhsilin  münasibliyini,  keyfiyyət və kəmiyyətini planlaşdırmaq vacibdir.  

8  Bruney  Darassalam‐İndoneziya‐Malayziya‐Filippin  adaları‐Şərqi  Asiya  İnkişaf  Ərazisi  və  İndoneziya‐Malayziya‐

Tayland İnkişaf Üçbucağı kimi. 

(9)

  Demoqrafik Siyasət. Ailənin tərkibinin sayı və daimi yoxsulluq arasında əlaqə xüsusilə  də  kənd  yerlərində  güclüdür.9  Bir  çox  ölkələr  uşaqların  gələcəkdə  münasib  sərmayə  ilə  təmin  olunacaqları  səviyyəyədək  əhali  artımını  azaltmağı  düşünürlər.  Bunu  etmək  üçün  qadınların  həyatının  keyfiyyətini  artırmaq  və  aşağıdakı  məsələlərə  yüksək  prioritet  vermək  lazımdır:  (i)  qızlara  ümumi  təhsil  vermək,  (ii)  reproduktiv  səhiyyə  qayğısı  göstərmək  və  (iii)  iqtisadi  imkanları artırmaq.  

  Sosial Kapitalın İnkişafı. Sosial kapital cəmiyyətin strukturunu müəyyən edir, iqtisadi  tərəqqinin  sürətinə,  onun  mənfəətinin  yayılma  tərzinə  güclü  təsir  göstərir.  Faktiki  olaraq,  yoxsul  təbəqənin  sosial  kapitalının  gücləndirilməsi  daha  çox  cəmiyyətin  fəaliyyətində  iştirak  etmələri  üçün  onların  imkanlarının  artırılması  deməkdir.  Tarixi  səbəblərdən,  sosial  birlik  çox  zaman  zəif  olur,  bir  çox  icmalar  sistematik  sosial  marginalizasiyadan  əziyyət  çəkir.  Belə  hallarda  sosial  və  fizioloji  zəiflik  hisslərini  aradan  qaldırmaq,  səlahiyyətlərin  verilməsi  hissini  tərbiyə  etmək,  iştirakçı  institutlar  qurmaq  üçün  güclü,  profilaktik  siyasətlər  tətbiq  etmək  lazımdır.  Mikro‐maliyyə,  səhiyyə  və  təbii  sərvətlərin  idarə  olunması  sahəsində  icma  əsaslı  qrupların təşviq edilməsi bu istiqamətdə ilk vacib addımdır. Ayrı‐seçkiliyə qarşı qanunvericilik,  torpaq  islahatı,  mülkiyyət  və  torpaq  sahibliyi  haqqlarının  təmin  edilməsi,  istifadəçi  qrupların  hüquqi  tanınması,  açıq  ədliyyə  sistemləri  vasitəsilə  sosial  kapital  və  daha  bölünməz  cəmiyyət  təşviq  edilə  bilər.  Etnik  azlıqlara  gəldikdə  isə  xüsusi  təhsil  proqramına,  özü  idarə  olunan  səhiyyə və digər xidmətlərə ehtiyac ola bilər. 

  Gender  və  İnkişaf.  Bir  çox  cəmiyyətdə  qadınlar  qeyri‐uyğun  şəkildə  yoxsulluqdan  əziyyət  çəkir,  həyat  üçün  vacib  nemətlərdən  sistematik  surətdə  məhrum  olurlar.  Beləliklə,  qadınların vəziyyətinin yaxşılaşdırılması yoxsulluğun prioritet sahəsini ünvanlayır, səhiyyə və  sosial  təminat  sahəsində  xərclərin  azalması,  daha  aşağı  doğum  sayları,  analıq  və  uşaq  ölümü  normalarının nəticələri barədə vacib sosial‐iqtisadi məlumatlar verir. Qadına səs vermək, onun  tam  iştirakını  təşviq  etmək  cəmiyyətin  ümumi  inkişafına  vacib  tövhə  edir.  Mikro‐maliyyə  (Əlavə  2),  su  və  çirkab  suların  təmizlənməsi,  ətraf  mühitin  bərpasını  əhatə  edən  yoxsulluğun  azaldılması  proqramları  daim  qadınların  tam  iştirakından  əldə  olunan  əhəmiyyətli  faydaları  nümayiş etdirir (Çərçivə 1). 

 

Çərçivə I: Gender və Yoxsulluq 

D

ünyada yoxsul əhalinin təqribən üçdə ikisi Asiya və Sakit okean regionundadır. Regionda  yoxsul  təbəqənin  üçdə  ikisi  qadınlardır.  Kənd  yerlərində  yaşayan  qadınlar  arasında  yoxsulluq  xüsusilə yüksək səviyyədədir. 

Yoxsul  ailələrdə  əmək  və  ailənin  rifahı  sahəsində  cavabdehliklərin  gender  bölgüsü  o  deməkdir  ki,  yoxsulluğun  ağırlığı  qadınların  üzərinə  düşür.  Təhsil,  səhiyyə  qayğısı,  iqtisadi  iştirak  və  gəlirlər  sahəsində  gender  qeyri‐bərabərliyini  nəzərə  alsaq,  ən  zəif  kateqoriya  qadınlardır.  

Yoxsulluq  içində  yaşayan  qadınların  sayı  kişilərin  sayı  ilə  müqayisədə  son  on  ildə  qeyri‐uyğun  şəkildə  artmışdır.  Iş  axtarışında  kişilərin  miqrasiyası,  bunun  nəticəsində  ailə  strukturunda  baş  verən  dəyişikliklər  xüsusilə  də  öhdəsində  bir  neçə  ailə  üzvü  olan  qadınların  üzərinə  əlavə  yük  qoymuşdur.  Asiya  və  Sakit  okean  regionunda  qadınların  başçılıq  etdiyi  ailə  təsərrüfatlarının proporsiyası 20‐40 faiz arasındadır. 

Yoxsulluğun artan feminizasiyası hazırda yaxşı tanınmış tendensiyadır. Bu Asiyada baş  vermiş son Asiya böhranı ilə (burada da sabitləşdirmə proqramları qadınların çətinliklərini daha  da çətinləşdirməyə meyl edir) və siyasi, iqtisadi və sosial formalaşmanın qısa müddətli nəticəsi 

9 Demoqrafik Siyasət Sənədi: Əhali Sektoruna Bank Yardımının Strukturu, iyul 1994‐cü il. 

(10)

kimi keçid dövründə olan iqtisadiyyatda daha da güclənmişdir. 

Yoxsul  təbəqədə  qadınların  qeyri‐uyğun  sayı  insan  və  sosial  inkişaf  sahəsində  ciddi  maneələr törədir, çünki bu qadınların da uşaqları yoxsulluq və əlverişsiz şərtlər silsiləsini təkrar  olaraq  keçəcəklər.  Qadınların  siyasi,  hüquqi,  mədəni,  iqtisadi  və  sosial  statusunun  təkmilləşdirilməsi beləliklə yoxsulluq tələsinə düşməməsi üçün əsas şərtdir. 

 

Sosial  Müdafiə.  Hər  cəmiyyətdə  yaş,  xəstəlik,  əlillik,  təbii  fəlakətlərdən  sarsılma,  iqtisadi  böhranlar və ya vətəndaş münaqişəsinə görə zəif olan adamlar vardır. Riskləri daha yaxşı idarə  etmək  və  iqtisadi  təhlükəsizliyi  təmin  etməkdə  fərdlərə,  ev  təsərrüfatları  və  icmalara  yardım  etmək  üçün  sosial  müdafiəyə  proqramlar  silsiləsi  daxildir.  Yaşa  görə  təqaüd,  işsizlik  və  əlillik  sığortası, fəlakət, iqtisadi böhran və ya vətəndaş müharibəsinin təsirini aradan qaldırmaq üçün  sosial  təhlükəsizlik  sistemləri  belə  proqramlara  daxildir.  Buna  eləcə  də  əmək  qüvvəsinin  mobilliyi və əmək standartlarının tətbiqini yaxşılaşdırmaq istiqamətində tətbiq edilən siyasət də  daxildir. 

 

Düzgün idarəetmə 

İdarəçiliyin  keyfiyyəti  yoxsulluğun  azaldılması  üçün  vacibdir.  Düzgün  idarə  etmə  ictimai  iştirak  və  yoxsul  təbəqənin  vəziyyətinin  yaxşılaşdırılmasına  yönələn  siyasəti,  eləcə  də  sabit  makro‐iqtisadi idarəçiliyi təşviq edir. Bu, dövlət vəsaitlərinin şəffaf istifadəsini təmin edir, özəl  sektorun  inkişafını  təşviq  edir,  ictimai  xidmətlərin  effektiv  göstərilməsini  dəstəkləyir,  hüquq  norması yaratmağa yardım göstərir. Səmərəli və məhsuldar daxili sərmayə qoyuluşunu təşviq  etmək,  yoxsul  təbəqənin  real  gəlirlərini  qorumaq  üçün  inflyasiyanı  aşağı  səviyyədə  saxlamaq   düzgün  makro‐iqtisadi  çərçivə  üçün  zəruridir.  Eynilə,  bu,  faiz  dərəcəsi  və  valyuta  kursunda  kapital  xərclərini  süni  olaraq  azaldan  və  əmək  qüvvəsinin  istifadə  olunmasına  mane  olan  təhriflərə  yol  vermir.  Dövlət  xərclərinin  düzgün  idarə  olunması  maliyyə  intizamı,  iqtisadi  inkişaf  və  bərabərlik  baxımından  əhəmiyyətlidir.  Effektiv  və  qabaqcıl  vergiqoyma  sistemi,  ibtidai  təhsil,  ilk  tibbi  yardım  və  digər  ictimai  xidmətlərin  göstərilməsi  sahəsində  müvafiq  büdcə  ayırmaları  vasitəsilə  bərabərliyə  nail  olmaq  olar.  Maliyyə  sektorunun  effektiv  tənzimlənməsi  və  yoxlanması  əmanətçilərin  qorunması,  rəqabətin  böyüməsi,  səmərəliliyin  artması, cəmiyyətin bütün üzvləri tərəfindən maliyyə vəsaitlərinin istifadə olunması imkanının  böyüməsi  üçün  vacibdir.  Asiya  böhranının  göstərdiyi  kimi  düzgün  idarə  etmə  artan  liberalizasiya və qlobalizasiya dövründə iqtisadi böhranlardan qaçmaq və ya təsirini azaltmaq  üçün də böyük əhəmiyyət kəsb edir. 

  Dövlət  sektoru  tərəfindən  əsas  xidmətlərin  effektiv  və  səmərəli  göstərilməsi  yoxsul  təbəqə  üçün  daha  çox  əhəmiyyət  kəsb  etdiyindən,  zəif  idarə  etmə  onlara  qeyri‐uyğun  şəkildə  zərər  vurur.  Dövlət  sektorunda  qeyri‐səmərəlilik,  korrupsiya  və  israfçılıq  nəticəsində  ictimai  xidmətlərin və yoxsulluğa qarşı ünvanlı proqramların lazımi səviyyəsini və keyfiyyətini təmin  etmək  üçün  vəsait  azalır.  Halbuki,  yoxsul  təbəqəyə  əsas  xidmətlərin  göstərilməməsi  tək  sərmayə  qoyuluşunun  olmamasından  irəli  gəlmir.  Çox  zaman  bu,  aşağıdakıların  nəticəsində  baş  verir:  (i)  maliyyə  cavabdehliyi  olmayan  institusional  strukturlar,  (ii)  yerli  elitaların  hökmranlığı,  (iii)  geniş  yayılmış  korrupsiya,  (iv)  mədəni  səviyyədə  şərtləşdirilmiş  qeyri‐

bərabərlik və (v) yoxsul təbəqənin iştirak etməməsi. Belə problemlər olduqda zəif idarəetmədən  yoxsul təbəqə üçün cavabdeh olan idarəçiliyə keçmək üçün sistematik dəyişikliklər edilməlidir. 

Belə  dəyişikliklər  etmək  çətindir,  çünki  yoxsul  təbəqəni  təcrid  edən  mövcud  şərtlər  mövcud  iqtisadiyyat  və  səlahiyyət  baxımından  qeyri‐bərabərlikdə  əks  olunur.  Qeyri‐bərabərliklə  mübarizə aparılmasa, yoxsul təbəqənin yaşayış səviyyəsini qaldırmaq çətin olacaqdır. 

(11)

  Fəaliyyət iki səviyyədə aparılmalıdır. Yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına  yönəlmiş  inkişafı  və  sosial  inkişafı  təşviq  etmək  üçün  milli  səviyyədə  dövlət  idarəçiliyi  və  xərclərin idarə olunması qüvvətləndirilməlidir. Eyni zamanda ictimai xidmətlərin göstərilməsi  üzrə  cavabdehlik  hökumətin  ən  aşağı  münasib  səviyyəsinə  ötürülməlidir.  Təəssüf  ki,  yerli  hökumətlərdə  institusional  potensial  zəif  olmağa  daha  meyllidir.  Buna  görə  də  hakimiyyətin  ötürülməsi  mərhələlərlə  ola  bilər.  Yaxşı  olar  ki,  proses  ibtidai  təhsil  və  ilk  tibbi  yardım  kimi  prioritetlərdən  başlasın.  Uzun  müddətli  məqsəd  yoxsul  təbəqəyə  səlahiyyətlərin  verilməsi  və  yerli səviyyədə iştirakı  və  cavabdehliyi təşviq  edən institusional tədbirlərin inkişaf etdirilməsi  olmalıdır (Çərçivə 2).  

  Bu  məqsədin  əldə  olunmasında,  eləcə  də  ümumiyyətlə  yoxsulluğun  azaldılması  cəhdlərində  müxtəlif  iştirakçı  tərəflər  cəlb  edilmişdir.  Hökumət  və  özəl  sektordan  başqa,  vətəndaş cəmiyyəti təşkilatlarının rolu vacib olmalıdır. Çoxlu sayda fəal və tez reaksiya verən  həm  milli,  həm  də  beynəlxalq  Qeyri‐Hökumət  Təşkilatları  işin  hazırlanmasına  və  ya  yoxsul  təbəqənin  qanuni  hüquqların  mühafizəsinə  cəlb  olunmuşlar.  Asiya  İnkişaf  Bankı  belə  qeyri‐

hökumət təşkilatlarının təcrübəsi və perspektivlərindən faydalanmaq, yoxsul və zəif qruplarla  yaxınlıqlarından istifadə etmək üçün onlarla əməkdaşlıq etməyə can atır. 

 

 

Çərçivə 2: İdarəçilik və Yoxsulluğun Azaldılması arasında Əlaqə 

İ

ndoneziyada  son  maliyyə  böhranı  xüsusilə  də  yoxsul  təbəqə  üçün  külli  miqdarda  problemə  səbəb  oldu.  Bu  fövqəladə  vəziyyətə  dair  reaksiyasında  Asiya  İnkişaf  Bankı  tək  yoxsul təbəqənin üzləşdiyi çətinliklərin azaldılmasında Hökumətə yardım etmədi, eləcə də  köhnə idarəçilik məsələlərini həll etməyə çalışdı. Yerli Hökumət və İcmanın Dəstəklənməsi  Sektorunun  İnkişafı  Proqramı  səlahiyyətlərin  mərkəzdən  kənarlaşdırılması  və  yerli  hökumətdə mühüm islahatların aparılmasını təşviq edir. Əsas məqsəd ictimaiyyətin həqiqi  iştirakı  sisteminin  qurulmasıdır  ki,  burada  da  keçmişdə  olmayan  şəffaflıq  və  maliyyə  cavabdehliyi  olsun.  Yeni  seçki  qanunları  çərçivəsində  kəndlər  yerli  inkişaf  planlaşdırması  və  onların  icrası  üçün  üzərinə  cavabdehlik  götürən  şuralar  seçəcək,  kəndin  namizədləri  rayon səviyyəsində icmanın inkişaf forumunu idarə edəcəklər.  

Yoxsulluğa təsirin maksimuma çatdırılması üçün proqram çərçivəsində böhrandan  daha çox zərər çəkmiş 35 rayon və 6.000 kəndə xüsusi diqqət yetirilir. Verilən vəsaitlər yerli  icma  təşkilatlarına  yüksək  prioritetə  malik  kiçik  miqyaslı  infrastruktur  layihələrini  müəyyən  etməyə  imkan  verir  ki,  bunlar  da  uzun  müddətli  icma  resurslarını  təmin  edir,  yoxsullar üçün təcili olaraq məşğulluq imkanları açır. Belə sub‐layihələrin hazırlanması və  idarə edilməsində yerli icmalar səlahiyyət və qərarların qəbul edilməsində cavabdehlik hiss  edirlər.  Sosial  keçidlərin  mürəkkəb  və  potensial  baxımdan  təhlükəli  olduğunu  anlayaraq,  vasitəçilər  kəndlilərə  yeni  imkanlardan  istifadə  etməkdə  inamlı  olmağa  yardım  edəcəklər. 

Proqramda yardım, qərarların qəbul edilməsi və məşğulluqda qadınların minimum iştirak  dərəcəsi də müəyyən edilir. 

 

 

(12)

S TRATEGIYA  

 

Asiya  İnkişaf  Bankı  əməliyyatlarının  bütün  aspektlərinin  yoxsulluq  prinsipindən  irəli  gəldiyini  təmin  etmək  üçün  Asiya  İnkişaf  Bakı  əvvəlki  bölmədə  təsvir  edilmiş  çərçivəni  hərtərəfli  strategiyaya  çevirməlidir.  Növbəti  bölmələrdə  bu  çərçivənin  üç  prinsipinin  fərdi  ölkələrdə siyasi islahatlar proqramlarını, sərmayə layihələrini və potensial quruculuğunu necə  dəstəklədikləri  təsvir  edilir.  Əsas  məqsədini  güdməklə,  Yoxsulluğun  Azaldılması  Strategiyası  Asiya İnkişaf Bankının Uzun Müddətli Strateji Çərçivəsi üçün hərəkətverici qüvvə olacaqdır.  

   

Y

OXSULLUĞUN TƏHLILI

 

Yoxsulluğun  səbəb  və  mahiyyəti  ölkədən  ölkəyə  fərqləndiyi  üçün  hər  ölkədə  yoxsulluğun  azaldılması  üçün  maneə  və  imkanların  hərtərəfli  tədqiq  edilməsi  başlanğıc  nöqtə  olmalıdır. 

Strategiya 21 (Əlavə 1) və Sosial İnkişaf üzrə Fəaliyyətin Gündəliyi çərçivəsində razılaşdırılmış  sektor  üzrə  yoxsulluq  hədəflərinin,  sonra  isə  əsas  sektor  strategiyalarının  icmalı  yoxsulluğun  təhlilində  ilk  tapşırıq  olacaqdır.  Bu,  yoxsulluğun  mahiyyətini,  dərəcə  və  yayılmasını,  makro‐

iqtisadi  siyasətin  bölüşdürücü  effektlərini,  dövlət  xərclərinin  mərkəzi  və  səmərəliliyini,  hökumət proqram və təşkilatlarının effektliliyini anlamağı tələb edəcəkdir. Asiya İnkişaf Bankı  digər  iştirakçı  tərəfləri  təhlilə  cəlb  edəcək,  hökumət  və  donor  icması  tərəfindən  artıq  hazırlanmış hərtərəfli məlumatlara əsaslanacaqdır. 

  Makro səviyyədə belə təhlildən başqa, yoxsul təbəqəni çoxluq təşkil edənlərə və coğrafi  və  ya  sosial  faktorlara  görə  təcrid  olanlara  ayırmağa  yardım  etmək  üçün  yerdə  tədqiqatlar  aparılacaqdır.  Bu  qrupların  hər  biri  üzrə  yoxsulluğu  əsaslandıran  faktorlar,  onların  dəyişən  ehtiyacları,  tələbləri  və  ola  bilsin  cavab  nümunələri  müəyyən  ediləcəkdir.  Aşağı  səviyyədə  idarəçiliyin  keyfiyyətinin  qiymətləndirilməsi  də  tələb  olunacaqdır.  Burada  əsas  xidmətlərin  keyfiyyəti  və  təminatı,  yoxsulluğun  azaldılması  proqramları  və  hüquq  sistemləri  haqda  qısa  məlumat  almaq  üçün  vətəndaş  cəmiyyətinin  rəhbərləri  ilə  iştiraklı  qiymətləndirmələr  və  məsləhətləşmələr aparılacaqdır.  

  Bu  analitik  proses  vasitəsilə  yoxsulluğu  sürətlə  azaldacaq  siyasətlərin  hazırlanması  və  qurumların  inkişaf  etdirilməsində  hökumətin  cəhdlərini  dəstəkləmək  üçün  Asiya  İnkişaf  Bankının  resurslarından  istifadə  ediləcəkdir.  Vətəndaş  cəmiyyəti  və  özəl  sektorun  artan  əhəmiyyəti baxımından onların bu təhlildə tam iştirakı vacibdir. AİB‐nın ərazi bölmələri birgə  fikrin  olmasını  təmin  edəcəkdir.  AİB‐nın  rəhbər  işçiləri  prosesdə  birbaşa  iştirak  edəcək,  onun  keyfiyyəti üçün cavabdeh olacaqlar. 

  Asiya  İnkişaf  Bankı  anlayır  ki,  işin  böyük  hissəsi  regionda  aparılır,  bir  çox  borc  alan  ölkələrdə yoxsulluğun azaldılması və monitorinq üzrə yaxşı hazırlanmış strategiyalar var. Bəzi  hallarda  strategiyalar  digər  xarici  qurumların  yardımı  ilə  hazırlanmışdır.10  Bir  çox  ölkələrdə  vətəndaş  cəmiyyəti  də  fəal  olub,  aşağı  səviyyədə  yoxsulluq  məsələlərinə  dair  toplanmış  məlumatlara  və  biliyə  malik  olur.  Öz  təhlilində  Asiya  İnkişaf  Bankı  bu  bilik  orqanından  və  özünü  doğrultmuş  metodlardan  istifadə  edəcəkdir.  AİB  eləcə  də  məlumat  toplanması  və  idarəçiliyin,  yoxsulluğun  monitorinqinin,  ictimaiyyətin  iştirakı  ilə  elmi‐tədqiqatın  və  yoxsulluğun  təhlilinin  qüvvətləndirilməsini  dəstəkləyəcəkdir.  Sakit  okeanda  ada  üzvləri  ilə 

10  Bir  çox  ölkələrdə  Dünya  Bankı  və  BMT‐nin  İnkişaf  Proqramı  yaşayış  standartlarının  qiymətləndirilməsi  və  digər  sahələrdə hərtərəfli tədqiqatlar aparmışlar. 

(13)

birgə  AİB  yoxsulluğun  təhlili  üçün  potensial  quruculuğu  sahəsində  aparıcı  rol  oynayacaqdır. 

Öz  bilik  resursları  cəlb  olunduğundan,  Asiya  İnkişaf  Bankı  borc  alan  ölkələrin  hər  birində  yoxsulluq  üzrə  məlumat  bazasının  qurulması  üçün  proqramını  sürətləndirir.  Bu  təcrübə  əldə  olan məlumatlarda boşluqları göstərir. İştirakçı ölkələr və digər qurumlarla mümkün hallarda  əməkdaşlıq etməklə bu boşluqları doldurmaq üçün tədbirlər görüləcəkdir. 

  Yoxsulluğun  azaldılması  da  AİB  Təşkilatının  iş  proqramının  əsas  fokusu  olacaqdır. 

Təşkilat  xüsusilə  də  regionda  iqtisadi  və  sosial  inkişaf,  yoxsulluğun  azaldılması  üzrə  uzun  müddətli strategiyalar üçün analitik baza təmin edəcəkdir. 

 

Ölkə strategiyaları 

Hökumət  ‐  əsas  iştirakçı  tərəfin  formalaşdırıb,  idarə  edəcəyi  yüksək  səviyyəli  forumda  yoxsulluğun  təhlili  zamanı  əldə  edilən  məlumatlar  müzakirə  ediləcəkdir.  Qeyri  Hökumət  Təşkilatları  və icma əsaslı təşkilatlar, özəl sektor, Asiya İnkişaf Bankı və digər donorlar da bu  prosesdə  iştirak  edəcəklər.  Forumun  məqsədi  yoxsulluğun  səbəb  və  təsirini,  yoxsulluğa  daha  çox təsir göstərən tədbirləri müzakirə etməkdir. Nəticədə yoxsulluğun azaldılması hədəflərinin  əldə edilməsi üçün nəyin zəruri olduğunu anlamaqdır. 

Asiya  İnkişaf  Bankının  ölkə  üzrə  operativ  strategiyası  yoxsulluğun  təhlili  və  yüksək  səviyyəli  forumun  işindən  irəli  gələn  prioritetlər  əsasında  formalaşdırılacaqdır.  Strategiyada  siyasi  islahatlar və sektorların vurğulanması da daxil olmaqla, təhlil veriləcək, fokus sahələr müəyyən  ediləcəkdir.  Burada  eləcə  də  Asiya  İnkişaf  Bankı  və  digər  qurumların  proqramlarının  müqayisəli üstünlüyü nəzərə alınacaqdır.11 

  Ölkə  üzrə  operativ  strategiyanın  təhlilini  və  fokusunu  təsdiq  etmək  üçün  Hökumət  və  Asiya İnkişaf Bankı arasında tərəfdaşlıq sazişi bağlanacaqdır. Hökumət, vətəndaş cəmiyyəti və  maliyyələşdirən  qurumların  yardımı  əsasında,  saziş  yoxsulluğun  azaldılması  üzrə  uzun  müddətli  perspektivləri  və  razılaşdırılmış  hədəfləri  müəyyən  edən  davamlı  tərəfdaşlığı  rəsmiləşdirəcəkdir.  Əldə  edilmiş  tərəqqinin  yoxlanması  üçün  zəruri  olan  əsas  göstəriciləri  və  institusional  mərhələləri  vurğulamaqla  icranın  nəzərdən  keçirilməsi  üçün  sazişə  mexanizmlər  də  daxil  ediləcəkdir.12  İcranın  Asiya  İnkişaf  Bankının  resurslarının  ayrılması  ilə  əlaqələndirilməsi ilə tərəfdaşlıq sazişi sıx əlaqədar olacaqdır. 

  Asiya İnkişaf Bankının ölkəyə yardım planları tərəfdaşlıq sazişlərinin xüsusi tədbirlərdə  tətbiq edilməsini həyata keçirəcəkdir. Illik hazırlanan planlar hər üç ildən bir hər borcalan ölkə  üçün kredit və yardım proqramını müəyyən edir. Şəkil 1‐də Asiya İnkişaf Bankının əməliyyat  mərhələsinin necə işləyəcəyi göstərilir. 

11Asiya İnkişaf Bankının ölkə üzrə operativ strategiyaları hər dörd ildən bir hazırlanır. 2000‐ci ildən başlayaraq, ölkə  üzrə  bütün  yeni  strategiyalar  göstərilmiş  tərzdə  hazırlanacaqdır.  Yenilikcə  operativ  strategiyaları  başa  çatmış  borc  alan ölkələr üzrə Asiya İnkişaf Bankının yoxsulluğun azaldılması üzrə əsas məqsədinin əks olunması üçün müvafiq  dəyişikliklər aparılacaqdır. Bu məqsədlə ətraflı yoxsulluq profilləri hazırlanacaq, ölkə strategiyasına, eləcə də ölkəyə  yardım planına düzəlişlərin edilməsi işini istiqamətləndirəcəkdir. 

12Yoxsulluğun azaldılması üzrə hədəflər müvafiq yoxsulluq göstəricilərində lazım olan xüsusi təkmilləşdirmələrə  bölünəcəkdir. 

(14)

 

   

(15)

  Asiya  İnkişaf  Bankının  daimi  nümayəndəlikləri  tərəfdaşlıq  sazişində  müəyyən  edilmiş  göstəricilər və mərhələlərin yoxlanmasında əsas rol oynayacaqlar. Daimi nümayəndəliklər eləcə  də  iştirakçı  tərəflər  və  vətəndaş  cəmiyyəti  təşkilatları  ilə  yoxsulluğun  azaldılması  üzrə  razılaşdırılmış  hədəflərə  çatmaqda  əldə  edilən  tərəqqi  sahəsində  daim  qarşılıqlı  fəaliyyət  göstərəcəklər. 

 

L

AYIHƏNIN TIPOLOGIYASI

 

Asiya  İnkişaf  Bankının  verdiyi  bütün  kreditlər  və  göstərdiyi  texniki  yardımın  yoxsulluğun  azaldılmasına  tövhə  edəcəyi  gözlənilir.  Müvafiq  olaraq,  yoxsulluğa  təsirin  xüsusilə  qiymətləndirilməsi  bütün  təkliflərə  daxil  olacaq,  hər  təklif  üzrə  məntiqi  çərçivə  son  məqsəd  kimi  yoxsulluğun  azaldılması  ilə  başlanacaqdır.  Layihə  və  ya  proqramlar  (i)  yoxsul  təbəqənin  vəziyyətinin yaxşılaşdırılmasını sürətləndirmək və ya (ii) birbaşa yoxsulluğu ünvanlamaq üçün  planlaşdırıla bilər. 

  Yoxsul  təbəqənin  vəziyyətinin  yaxşılaşdırılmasına  müdaxilələr  zamanı  geniş  iqtisadi  inkişafda  olan  maneələr  ünvanlanmalıdır.  Siyasət  əsaslı  kreditlər  siyasi  və  institusional  zəifliklərin  aradan  qaldırılması  üçün  istifadə  ediləcəkdir.  Infrastruktura  sərmayə  qoyuluşu  hallarında  isə  Asiya  İnkişaf  Bankı  yoxsulluğa  daha  böyük  təsir  göstərən  layihələrə  prioritet  verəcəkdir.  Buna  layihələrin  yoxsul  ərazilərdə  yerləşdirilməsi  və  ya  yoxsul  təbəqənin  layihə  fəaliyyətində  daha  çox  iştirak  etməsini  və  ya  onun  göstərdiyi  xidmətlərlə  daha  çox  təmin  edilməsi üçün xüsusi komponentlər daxil ola bilər. 

  Yoxsulluğa  müdaxilələr  yoxsul  təbəqəni  tənasübsüz  şəkildə  faydalandırmaq  üçün  planlaşdırılmalıdır.  Onların  bəziləri  sosial  sektorlarda  həyata  keçirilə  bilər,  bəziləri  isə  kənd  yerlərində  kənd  təsərrüfatı  və  infrastruktur  layihələri,  eləcə  də  ətraf  mühitin  qorunması  layihələri  ola  bilər.  Bu  layihələr  siyasət  və  qurumlarda  əsas  zəiflikləri  ünvanlayacaq,  eyni  zamanda  (i)  təhsil,  səhiyyə  və  digər  əsas  xidmətlərin  göstərilməsi,  (ii)  yerlərdə  və  ya  yoxsulluğun  qeyri‐uyğun  şəkildə  yüksək  olduğu  icmalar  arasında  gəlir  və  məşğulluq  imkanlarının  yaradılması  və/və  ya  (iii)  yoxsul  əhali  və  ya  zəif  qrupların  riskinin  zəiflədilməsi  yolu  ilə  yoxsul  təbəqəni  dəstəkləyəcəkdir.  Belə  layihələrin  təyinedici  səciyyəsi  onların  benefisiarlara qayğı göstərmələridir: layihə benefisiarları arasında yoxsul əhalinin proporsiyası  ölkənin  bütün  əhalisində  olan  proporsiyasından  çox  böyük  olub,  heç  zaman  20  faizdən  az  olmur.  Yoxsulluğa  müdaxilələrin  təsnifləndirilməsi  üçün  milli  və  kənd  yoxsulluq  həddləri  tərəfdaşlıq sazişində müəyyən edilməlidir. 

  Əsas  layihə  müdaxilələri  ifrat  yoxsulluqla  mübarizə  aparmaq  üçün  xüsusilə  planlaşdırılmış  yoxsulluq  müdaxilələrinin  sub‐kateqoriyası  olacaqdır.  Onlar  benefisiarların  çoxunun  yoxsulluq  həddindən  aşağı  səviyyədə  olduğundan  əmin  olmaq  məqsədini  daşıyacaqlar.  Belə  layihələr  çox  zaman  daha  kiçik,  tədrici,  hazırlanması  və  yoxlanması  baxımından daha bahalı olub, digər layihələrdən daha böyük riskə məruz qalırlar. Lakin daha  çətin  yoxsulluq  problemləri  üçün  həll  yollarını  tapmaq  üçün  əlavə  səylərin  göstərilməsi  vacibdir.13 

       

13Çətin  yoxsulluq  problemlərinə  eyni  zamanda  həm  fiziki,  həm  də  sosial  təcridə  məruz  qalan  icmaları,  yəni  uzaq,  ehtiyatlarla zəngin olmayan regionlarda yaşayan aşağı sinif və ya etnik azlıqları göstərmək olar. 

(16)

P

ROQRAM VƏ KREDIT VERMƏ HƏDƏFLƏRI

 

Borc  alan  ölkə  ilə  tərəfdaşlıq  sazişi  ilə  AİB‐nın  yardım  proqramı  bir  araya  gələcəkdir. 

Tərəfdaşlıq  sazişi  siyasi  dialoqlar,  texniki  yardım  və  xüsusi  tədqiqatlar  daxil  olmaqla  kredit  vermə və kredit verməmə instrumentlərini həyata keçirəcəkdir. Asiya İnkişaf Bankının fəaliyyət  proqramının  belə  tərkibi  ölkəyə  yoxsulluğun  azaldılması  hədəflərinə  çatmağa  yardım  etmək  məqsədini  daşıyır.  Birgə  götürdükdə  fərdi  ölkələrlə  tərəfdaşlıq  sazişləri  AİB‐nın  proqram  məqsədləri  və  kredit  vermə  planlarının  ümumi  mənzərəsini  təsvir  edəcəkdir.  Bu  hərtərəfli  proqram  çərçivəsində  Asiya  İnkişaf  Bankının  tələb  olunan  kredit  vermə  tərkibinə  yoxsulluğa  müdaxilə üzrə bütün dövlət sektorunun 40 faizdən azını daxil edəcəkdir. 40 faizin belə hədəfə  alınması  da  belə  bir  ehtimala  əsaslanır  ki,  güzəştli  vəsaitlərin  müvafiq  səviyyəsi  AİB‐nın  sərəncamında olmağa davam edəcəkdir. 

İndiyədək Asiya İnkişaf Bankı öz layihələrinin ən azı 50 faizinin və verilən kreditlərin 40  faizinin  iqtisadi  inkişafdan  başqa  məqsədlər  daşıyan  layihələr  çərçivəsində  verilməsini  təmin  etmişdir.  Bu  hədəflərin  əldə  edilməsini  yoxlamaq  üçün  layihələr  insan  inkişafı,  yoxsulluğun  azaldılması,  qadınların  inkişafı  və  ətraf  mühit  üzrə  ilkin  və  ikinci  dərəcəli  məqsədlərə  uyğun  olaraq  təsnifləndirilmişdir.  Hazırda  əsas  məqsədi  yoxsulluğun  azaldılması  olan  Asiya  İnkişaf  Bankının inkişaf məqsədlərinin ierarxiyası dəyişmiş, təsnifləndirmə sxemi yenidən işlənməlidir. 

AİB‐nın  yoxsulluğun  azaldılması  sahəsində  cəhdləri  hazırda  dayandırılmışdır,  çünki  bəzi ölkələr güzəştli vəsaitlərdən istifadə edə bilmirlər (Çərçivə 3). Bu maneəni azaltmaq və bu  ölkələrdə  yoxsulluğun  azaldılmasına  görə  verilən  kreditləri  artırmaq  üçün  cəhdlər  göstərmək  lazımdır. 

   

Çərçivə 3: Çin Xalq Respublikası və Hindistanda Yoxsulluğun Azaldılması 

R

egionda yoxsul əhalinin təqribən 80 faizi tək iki ölkədə ‐ Çin Xalq Respublikası (ÇXR)  və  Hindistanda  yaşayır.  Asiyada  yoxsulluğun  azaldılmasına  yardım  bu  iki  ölkədə  yoxsulluqla mübarizəni daxil edir. Lakin AİB‐nın bu ölkələrə göstərdiyi yardımın nisbətən  kiçik  miqyasını  (ÇXR‐da  dövlət  sərmayələrinin  1  faizinin  yarısından  az)  oradakı  geniş  miqyaslı  yoxsulluqla  əlaqələndirmək  asan  məsələ  deyildir.  Əlavə  problem  bu  ölkələrin  aşağı  kapital  gəlirləri  olan  (dövlət  gəlirləri yüksək  olsa  da)  layihələr  üçün  güzəştsiz  vəsait  borc almağa könülsüz olmalarıdır.   

Bu  çətinliklərə  baxmayaraq,  AİB‐nın  ÇXR  və  Hindistanda  portfeli  sosial  və  yoxsulluq parametrlərinə qarşı laqeydlik etmir. ÇXR‐da AİB‐nın dəstəklədiyi infrastruktur  layihələrinin yeri daha çox sahil zolağından daxili ərazidə yoxsul dairələrə köçürülür. ÇXR‐

da  dövlət  müəssisələrinin  yenidən  qurulması  prosesi  getdiyindən  şəhərdə  yoxsulluğun  artması  gözlənilir.  AİB‐nın  maliyyələşdirdiyi  tədqiqat  ölkədə  şəhər  yerlərində  yoxsulluğu  qiymətləndirəcək, müvafiq cavab reaksiyalarının müəyyən edilməsində Hökumətə yardım  edəcək, AİB‐nın yardım edə biləcəyi həll yollarını təklif edəcəkdir. 

Hindistanda  AİB‐nın  yoxsulluğu  və  ya  ətraf  mühitlə  bağlı  məqsədlərin  ünvanlanması sahəsində dəstəklədiyi layihələr tikintinin maliyyələşdirilməsi daxil olmaqla  şəhərin  inkişafı  sub‐sektorunda  olmağa  daha  meyllidir.  Lakin  ölkə  hökumətlərinə  kreditlərin  verilməsi  tendensiyası  (məsələn,  Qucarat  və  Madya  Pradeş)  AİB‐nın  Hindistan  portfelinin yoxsulluq fokusunun gücləndirilməsi üçün böyük potensial təklif edə bilər. 

Hər  halda,  AİB‐nın  ÇXR  və  Hindistanda  (AİB‐dan  güzəştsiz  kredit  alan  digər  ölkələrdə)  yoxsulluğun  azaldılmasına  göstərdiyi  yardımın  hazırkı  səviyyəsi  sınaq  olub,  yeni  kredit  vermə instrumentlərinin hazırlanmasına çağırır. 

   

(17)

Qısa müddətli Orta müddətli Uzun müddətli

Düzgün İdarəetmə

Sosial İnkişaf

Şəkil 2: Yoxsulluğun Azaldılması Matrisası

Yoxsul təbəqənin vəziyyətinin  yaxşılaşdırılmasına yönəlmiş, 

Davamlı İqtisadi İnkişaf

Yoxsulluğun Azaldılması

Kənd Təsərrüfatı və Kənd yerlərinin inkişafı Ətraf Mühit və Təbii Sərvətlərin İdarə olunması Nəqliyyat, Kommunikasiyalar, Energetika və Maliyyə

İştirakçı Tərəflərin İştirakı

Dövlət xərclərinin idarə olunması

Səlahiyyətlərin mərkəzdən kənarlaşdırılması

Səhiyyə və Təhsil

Su Təchizatı və Şəhərin İnkişafı Sosial Müdafiə

Müdaxilələr Strateji Mərhələlər 

Özəl Sektorun İnkişafı Regional Əməkdaşlıq

   

L

AYIHƏLƏRIN SEÇILMƏSI

 

Seçmə  prosesində  Asiya  İnkişaf  Bankı  yoxsulluğun  azaldılması  baxımından  ən  böyük  nəticə  vəd edən layihələrə üstünlük verəcəkdir. Bu məqsədlə strateji çərçivənin hər üç mərhələsi hər  bir  ölkəyə  təklif  edilmiş  yardım  kompleksinin  bir  hissəsi  olacaqdır.  Şəkil  2‐də  mərhələlərin  bütün proqrama necə təsir göstərdiyi yollar təsvir edilir. 

Asiya  İnkişaf  Bankı  qəbul  edir  ki,  yoxsulluğa  müdaxilə  istiqaməti  və  daha  çox  inkişaf  meylli sərmayələrin nə dərəcədə vurğulanmalı olduğuna dair fərdi ölkələrin qərar verməsi çox  zaman çətin olur. Yoxsulluğun azaldılması istiqamətində keçmişdəki icraat zəif olduqda və / və  ya  qeyri‐bərabərlik  artdıqda,  idarəçilik  və  sosial  inkişafa  xüsusi  diqqət  verilməlidir.  Vacib  islahatların  aparıldığı  və  ya  aparılmaqda  olduğu  ölkələrdə  inkişaf  meylli  sərmayələr  yoxsulluğu  azaldacaqdır.  Layihələr  arasında  seçim  etdikdə  AİB  xüsusi  qiymətləndirmə  metodikalarından  istifadə  edəcəkdir.14  Eyni  zamanda  müxtəlif  sektorlarda  sərmayələrin  yoxsulluğa  təsirinə  də  diqqət  yetiriləcəkdir  (Çərçivə  4).  Bu  vacib  sahədə  anlaşmanı  artırmaq  üçün  AİB  öz  analitik  işini  gücləndirəcəkdir  ki,  yoxsulluğun  azaldılması  üçün  daha  optimal  şərtlərlə yardım təklif edə bilsin. 

Hər  ölkədə  layihələr  kompleksi  və  onların  təbiətinə  yoxsulluğun  təhlili  forma  verəcəkdir.  Bu,  AİB‐nın  tək  simptomları  deyil,  real  maneələri  aradan  qaldırmasını  təmin  edəcəkdir.  Məsələn,  aclıq  və  ya  savadsızlıq    dövlət  səhiyyə  və  ya  təhsil  sistemində  qeyri‐

adekvat sərmayə qoyuluşu nəticəsində ola bilər, Lakin (eynilə) buna səbəb sosial təcrid, gender  ayrı‐seçkiliyi  və  ya  yerli  idarəçiliyin  zəifliyi  də  ola  bilər.  Yekunda,  müdaxilələr  planlaşdırıldıqda  yoxsul  əhali  ilə  onların  prioritet  və  üstünlüklərinin  düzgün  ünvanlanması  üçün məsləhətləşmələrin aparılması vacibdir.  

     

14  Metodikalara  benefisiarın  əhatə  dairəsi  və  gəlirlərin  paylanması  qiymətləndirmələri  daxildir.  Bu  metodikalar  subsidiyalaşdırılan  xidmətindən  (yəni,  səhiyyə  klinikalarının)  istifadə  tezliyinin  istifadəçinin  gəlir  səviyyəsi  ilə  əlaqələndirilməsi üçün istifadə edilir. 

Referanslar

Benzer Belgeler

Layihənin qüvvəyə minməsinin şərti kimi, Əməliyyat Təlimatına aşağıdakı dəyişikliklər edilməlidir: (i) Təlimat AMY2L üçün Əlavə Maliyyələşdirməyə

Elektron xidmət vasitəsilə qida məhsullarının daşınmasına ica - zə verən sanitariya pasportunun verilməsi üçün müraciət və sə nəd - lərin qəbulu mümkündü.

Torpaq vergisinin hesablanılması və ödənilməsi qaydası Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə tənzimlənir. Torpaq vergisi hüquqi və fiziki şəxslərin

Lotereyada iştirak etməklə, İştirakçı Lotereyanın keçirilməsi ilə bağlı bütün Qaydalarla və Lotereyada iştiraketmə şərtləriylə tanış olduğunu və

• “ARDNŞ və ARDNŞ-in iştirak etdiyi layihələrdə atmosferə atilan səmt qazının azaldılması üzrə Planı” 2010-cu ildə təsdiq olundu.. • Həyata keçirilən

Müasir dövrümüzdə turizm bölgəsinə çevrilmək təkcə iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan ölkəmiz üçün çox vacibdir.. Çünki

 və Ətraf mühitə və sosial-iqtisadi sahəyə dair məlumatların və/və ya texniki məlumatların miqyası, dərinliyi və/və ya keyfiyyəti ŞD2 Layihəsinin ƏMSSTQ

CQBKG boru kəməri ilə mövcud boru kəmərlərinin biri arasında minimum tövsiyə olunan məsafənin müəyyən olunması üçün, Beynəlxalq Boru Kəmərləri Tədqiqat Şurasının