• Sonuç bulunamadı

Layihə Sənədi üçün Məlumat Cədvəli

N/A
N/A
Protected

Academic year: 2022

Share "Layihə Sənədi üçün Məlumat Cədvəli"

Copied!
7
0
0

Yükleniyor.... (view fulltext now)

Tam metin

(1)

Layihə sənədi üçün məlumat cədvəlinin tərtib olunma tarixi

Layihə sənədi üçün məlumat cədvəli 30 Yanvar 2015

Layihənin Adı

Vasitəçi şəhərlər üçün bərk məişət tullantılarının idarə edilməsi layihəsi

Ölkə

Azərbaycan

Layihə/ Proqram Nömrəsi

46522-002

Vəziyyət Təklif olunmuşdur

Coğrafi mövqe Kiçik Qafqaz İqtisadi Zonası, Naxçıvan Muxtar Respublikası Hər hansı ölkə proqramı və ya strategiyasını hazırlayarkən, hər hansı layihəni maliyyələşdirərkən və ya bu sənəddə hər hansı müəyyən sahə və ya coğrafi ərazinin təyinat və istinadlarını qeyd edərkən Asiya İnkişaf Bankı ərazi və ya sahənin hüquqi və ya digər statusu ilə bağlı heç bir mühakimə irəli sürmək niyyətində deyil.

Sektor Su təchizatı və digər bələdiyyə infrastrukturu və xidmətləri Alt-sektor Şəhər bərk tullantıların idarə edilməsi

Strateji Gündəlik Ekoloji dayanıqlı inkişaf (EDİ) Hərtərəfli iqtisadi artım

Dəyişiklik Faktorları Gender bərabərliyi və gender yanaşması İdarəetmə və potensialın inkişaf etdirilməsi Əməkdaşlıqlar

Gender Bərabərliyi və Gender Yanaşması Kateqoriyaları

2-ci Kateqoriya: Effektiv gender yanaşması (EGY)

Layihə Sənədi üçün Məlumat Cədvəli

Layihə Sənədi üçün Məlumat Cədvəli layihə və ya proqram üzrə məlumatların xülasəsindən ibarətdir:

Layihə Sənədi üçün Məlumat Cədvəli üzərində iş davam etdiyindən bəzi məlumatlar onun ilkin versiyasına daxil olmaya bilər, lakin həmin məlumatlar mövcud olduğu zaman əlavə ediləcəkdir. Təklif olunan layihələr üzrə məlumat ilkin və göstəricidir.

Tərcümə edilmiş Layihə Sənədi üçün Məlumat Cədvəli 5 fevral 2015-ci il tarixli ingilis versiyasına əsaslanır

(2)

Maliyyələşdirmə

Yardım

növü/üsulu Təsdiq Nömrəsi Maliyyə mənbəyi Təsdiq edilmiş məbləğ (min)

Kredit - Adi Kapital Ehtoyatları 50,000

– – Tərəfmüqabil 17,000

Cəmi US$ 67,000

Mühafizə Kateqoriyaları

Mühafizə kateqoriyaları üzrə əlavə məlumatları

http://www.adb.org/site/safeguards/safeguard-categories internet səhifəsindən əldə edə bilərsiniz.

Ətraf Mühit B

Məcburi Köçürülmə C

Yerli Əhali C

Ətraf Mühit və Sosial məsələlərin qısa xülasəsi

Ətraf Mühit Aspektləri

Məcburi Köçürülmə

Yerli Əhali

(3)

Səhmdarların əlaqələndirilməsi, iştirakı və məsləhətləşməsi

Layihənin işlənib hazırlanması zamanı

Sosial-iqtisadi tədqiqatlar və köçürülmə sənədlərinin hazırlanması zamanı səhmdarların məsləhətləşmələri həyata keçiriləcək

Layihənin icrası zamanı

Təsvir

Təklif olunan layihə Kiçik Qafqaz İqtisadi Zonası və Naxçıvanın rayon və şəhər mərkəzlərində yaşayan sakinlərinin sağlamlığı, gigiyenası və sanitariya standartlarını inkişaf etdirəcək. Proqramın nəticəsi Kiçik Qafqaz İqtisadi Zonası və Naxçıvan Muxtar Respublikasında inkişaf etmiş bərk məişət tullantıları xidmətləri və idarə edilməsidir. Layihənin nəticələrinə aşağıdakılar daxil olacaq:(i) İnstitusional çərçivələrin təşkili və həyata keçirilməsi, əməliyyat prosedurlarının və təlimatların yaradılması və tətbiqi, ciddi ekoloji siyasət və tənzimləyici çərçivələrin təqdim olunması və yayılması işinin dəqiqliklə həyata keçirilməsində İqtisadiyyat və Sənaye Nazirliyinə yardım etmək üçün institusional qaydalar müəyyən olunmuşdur; İnnovativ mexanizmlər və alətlər, həmçinin, xərclərin ödənilməsi tarifləri vasitəsilə bələdiyyələrin bərk tullantıların idarə edilməsi üçün effektiv maliyyə idarəetməsini inkişaf etdirmək; (ii) Kiçik Qafqaz İqtisadi Zonası və Naxçıvan Muxtar Respublikasında bərk tullantıların idarə edilməsi sistemi tullantıların azaldılması və materialların təkrar emalı prinsipləri əsasında fəaliyyət göstərən və beynəlxalq standartlara əsasən texniki məsələlər üzrə az xərc tələb edən müasir və regional bərk məişət tullantılarının idarə edilməsi sisteminin asanlaşdırılması üçün təsis edilmişdir. Mümkün olduğu halda, proqram karbon və iqlim məsələləri ilə bağlı maliyyə mənbələrinin əldə olunması üçün hazırlıqlarını möhkəmləndirəcək iqlimə dost bərk məişət tullantılarının idarə edilməsi sistemini dəstəkləyəcək. Bu nəticənin başlıca komponentləri sırasına layihənin reallaşacağı iki regionda sanitar toplanma və daşınma stansiyalarının yaradılması, tullantıların çeşidlənməsi, toplanması və daşınması üçün funksional və hərtərəfli logistika sisteminin təsis edilməsi daxil olacaq. (iii) Əməliyyat həcmi regional əsasda bərk məişət tullantılarının idarə edilməsinin əlaqələndirilməsi və icrası üçün strateji planın formalaşdırılması işində şəhərlərə, şəhər mərkəzləri və bələdiyyələrə yardım üçün möhkəmləndirilmişdir.

Xüsusilə, regional bərk məişət tullantılarının idarə edilməsi sistemləri və xidmətlərinin əməliyyat, texniki və maliyyə davamlılığını təmin etmək üçün layihə əsasında müasir tənzimləyici normaların tətbiqi ilə bağlı ətraf mühit siyasətinin qəbul edilməsinin sadələşdirilməsi üçün regional səviyyədə potensial yaranacaq; xərclərin ödənilməsinə nail olmaq üçün tarif səmərəliliyi və ehtiyatlı maliyyə idarəçiliyini dəstəkləyəcək.

(4)

Layihənin əsaslandırılması və ölkə/regional strategiya ilə əlaqələndirilməsi

Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsi, tullantıların toplanması, emalı və atılması üzrə qaydalar da daxil edilərək 2007-ci ildə düzəliş edilmiş "İstehsalat və məişət tullantıları haqqında

"Azərbaycan Respublikası qanunu ilə tənzimlənir. Prezidentin 28 sentyabr 2006-cı il tarixli, 1697 nömrəli Sərəncamına əsasən Ekoloji Dövlət Proqramı təsis edilmiş və Azərbaycan ərazisində obyektlərin təmiri, eləcə də qanun və qaydaları təkmilləşdirərək təhlükəli və təhlükəsiz bərk məişət tullantılarının idarə olunması, təmizlənməsi və yaxşılaşdırılması üzrə hərtərəfli plan hazırlanmışdır. Bələdiyyə orqanlarının bu sahə üzrə məsuliyyət daşımasına baxmayaraq, bələdiyyə tullantıları zamanı mövcud qayda və ya qanunlara riayət olunmur. Ölkədə hektarlarla sahəni əhatə edən kiçik ölçülü tullantı ərazilərindən şəhərlərdə yerləşən tullantı yerlərinə qədər qeyri-qanuni tullantıların toplandığı iki minədək məntəqə mövcuddur. Bu günə qədər yalnız regional mərkəzlər və şəhər aqlomerasiyaları daha çox formalaşdırılmış bərk məişət tullantıları sistemini qoruyub saxlayır. Kənd ərazilərində tullantıların toplanması xüsusilə zəifdir, kənd əhalisinin 3%-dən də az bir hissəsi bərk məişət tullantılarının idarə edilməsi xidmətindən yararlanır. Tullantı sektorundan əldə edilən metan emissiyası milli MtCO2e 58.89- un cəmi 4%-i təşkil edir. Toplantıların həcmi şəhər və şəhər ərazilərində əhəmiyyətli dərəcədə fərqlənir, bu rəqəm təxminən 25%-dən 83%-ə kimidir. Buna baxmayaraq, bərk məişət tullantıları sistemi tərəfindən toplanılan ümumi tullantıların həcmi məlum deyil. Məlumatların toplanması adətən fərdi tullantı mənbələrindən əldə edilən informasiyaya əsaslanır, bu isə öz növbəsində bütövlükdə tullantının toplanmasına aid rəqəmləri dəqiq göstərmir. Nəticə etibarilə, dəqiq və təxmini qiymətləndirmələrin həyata keçirilməsi üçün Azərbaycanda tullantıların dəqiq göstəriciləri mövcud deyil. Əsas məsələlərdən biri coğrafi ərazilərə təyin edilmiş tullantıların toplanmasından fərqli olaraq, fərdi müştərilərdən tullantının toplanması üzrə məsuliyyət daşıyan müxtəlif müəssisələr ilə bağlı istiqamətləndirilmiş tullantı toplama sistemidir. Bu təcrübə tullantıların toplanması işində boşluqlar yaradır və bir neçə qonşu ərazilərin xidmətdən yayınmasına səbəb olur.

İnkişaf təsiri

Kiçik Qafqaz İqtisadi Zonası və Naxçıvan Muxtar Respublikası sakinləri üçün şəhərin ətraf mühiti və həyat keyfiyyəti inkişaf etdirilmişdir

(5)

Layihənin nəticəsi

Nəticənin təsviri Nəticəyə doğru irəliləyiş

Kiçik Qafqaz İqtisadi Zonası və Naxçıvan Muxtar Respublikasında bərk məişət

tullantıları xidmətləri və idarə edilməsi inkişaf etdirilmişdir

Nəticələr və həyata keçirilmə üzrə inkişaf

Layihə nəticələrinin təsviri İcra vəziyyəti (nəticələr, fəaliyyətlər və məsələlər)

Kiçik Qafqaz İqtisadi Zonası və Naxçıvan Muxtar Respublikasında müəyyən olunmuş bərk tullantıların idarə edilməsi sisteminin institusional təşkilatı gücləndirilmiş əməliyyat potensialını təsis etmişdir.

İnkişaf layihələrinin vəziyyəti Layihənin / Tikintinin vəziyyəti

Maddi dəyişikliklər

Biznes imkanları

İlk siyahıya alınma tarixi 2014 İyul 02

Məsləhət xidmətləri

Təchizat

Azərbaycan hökuməti layihənin həyata keçirilməsi zamanı Satınalma Təlimatları, Ödəniş Kitabı və Məsləhətçilərin istifadə qaydaları (müəyyən müddətdən sonra dəyişiklik edildiyi üçün, 2013-cü il üzrə olan) daxil olmaqla AİB-in siyasətinə riayət edəcək. Layihə əsasında dəstəyin həyata keçirilməsi və tikintiyə nəzarət üçün ən azı iki mülki iş müqaviləsi poliqonlar və daşınma stansiyaları üçün bir neçə

(6)

müqavilələr, nəqliyyat vasitələri üçün bir müqavilə, avadanlıq üçün bir müqavilə və konsaltinq xidmətləri üçün bir neçə müqavilə nəzərdə tutulmuşdur və bu məsələlər bir sonrakı mərhələlərdə daha ətraflı hazırlanacaqdır. Layihənin vaxtında icrasını sadələşdirmək üçün, AİB bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı avadanlığın satın alınması və layihə məsləhətçilərinin işə götürülməsi məsələləri üzrə bəzi ilkin xərclər ilə bağlı müqavilənin öncədən bağlanması və retroaktiv maliyyələşdirmə məsələlərini yenidən nəzərdən keçirəcək.

Təchizat və Konsaltinq bildirişləri

http://www.adb.org/projects/46522-002/business-opportunities

Cədvəl

Konsepsiyanın rəsmiləşdirilməsi 26 İyun 2014

Faktaraşdırıcı 16 Mart 2016 - 25 Mart 2016 İdarəçiliyə baxışın keçirilməsi üzrə

görüş

16 İyun 2016

Təsdiq

Son müşahidə missiyası

Mərhələlər

Təsdiq No: Təsdiq İmza Səmərəlilik Yekun

Mənbə Yenidən işlənmiş

Aktual

– – – – – – –

İstifadə

Tarix Təsdiq Nömrəsi AİB Tarix Təsdiq Nömrəsi

Toplu Müqavilə

– – – – –

Məcmu Ödənişlər

– – – – –

(7)

Müqavilələrin vəziyyəti

Müqavilələr aşağıdakı kateqoriyalar üzrə təsnifatlanır- audit hesabları, mühafizə, sosial, sektor, maliyyə, iqtisadi və digər sahələr. Müqavilələrin uyğunluğu aşağıdakı meyarlar tətbiq olunmaqla qiymətləndirilir: (i) Qənaətbəxş- kateqoriyalar üzrə bütün müqavilələr maksimum bir icazə istisna olmaqla tamamlanmışdır, (ii) Qismən Qənaətbəxş- kateqoriyalar üzrə maksimum iki müqavilə tamamlanmamışdır, (iii) Qeyri-kafi - kateqoriyalar üzrə üç və ya daha çox müqavilə tamamlanmamışdır. 2011-ci il İctimai Kommunikasiya Siyasətinə uyğun olaraq, Layihənin Maliyyə Hesabatları üzrə müqavilələrin uyğunluq göstəriciləri yalnız 2 aprel 2012-ci il tarixindən sonra keçiriləcək danışıqlara cəlb olunmuş layihələrə tətbiq edilir.

Təsdiq No: Kateqoriya

Sektor Sosial Maliyyə İqtisadi Digərləri Təhlükəsizlik Layihə üzrə Maliyyə Hesabatları

Kredit - – – – – – – –

Əlaqə vasitələri və yenilənmiş məlumatlar

AİB-in məsul şəxsi

Lu Shen (lushen@adb.org)

AİB-in məsul departamenti

Mərkəzi və Qərbi Asiya Departamenti

AİB-in məsul bölmələri

Şəhər Təsərrüfatınin və Su İnfrastrukturnun İnkişafı Şöbəsi, MQAD

İcraedici Agentliklər

Linklər

Layihənin internet səhifəsi

http://www.adb.org/projects/46522-002/main

Layihə sənədlərinin siyahısı

http://www.adb.org/projects/46522-002/documents

Referanslar

Benzer Belgeler

Biznes-planın həyata keçirilməsi üçün ilkin zəruri şərtlər -Rayonda taxıl emalının fasiləsiz olaraq həyata keçirilməsi üçün kifayət qədər xammal

BİOS, anakartınızın xüsusiyyətlərini və üzərinə taxılmış olan təchizatların çalışması üçün lazım olan parametrləri, istifadə etdiyiniz əməliyyat sisteminə

 Digər klubun Azarkeşlərlə əlaqələndirici şəxsi ilə oyundan əvvəl aşağıdakılarla bağlı əlaqə yaratmaq:.. - azarkeşlər üçün vacib məlumatın mübadiləsi

Layihənin qüvvəyə minməsinin şərti kimi, Əməliyyat Təlimatına aşağıdakı dəyişikliklər edilməlidir: (i) Təlimat AMY2L üçün Əlavə Maliyyələşdirməyə

Lisenziya sahibi tərəfindən ərizə təqdim edildikdə, lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə, məhkəmənin qərarı olduqda,

Lotereyada iştirak etməklə, İştirakçı Lotereyanın keçirilməsi ilə bağlı bütün Qaydalarla və Lotereyada iştiraketmə şərtləriylə tanış olduğunu və

Müasir dövrümüzdə turizm bölgəsinə çevrilmək təkcə iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan ölkəmiz üçün çox vacibdir.. Çünki

Bu məhsullar daha yüngül və asan birləşmələr yaratmaqla yüksək keyfiyyətli, digər anoloji məhsullardan və birləşmələrdən daha uzun ömürlü və təhlükəsizdirM.