• Sonuç bulunamadı

Dünya Bankının Sənədi YALNIZ RƏSMI ISTIFADƏ ÜÇÜN

N/A
N/A
Protected

Academic year: 2022

Share "Dünya Bankının Sənədi YALNIZ RƏSMI ISTIFADƏ ÜÇÜN"

Copied!
17
0
0

Yükleniyor.... (view fulltext now)

Tam metin

(1)

Dünya Bankının Sənədi YALNIZ RƏSMI ISTIFADƏ ÜÇÜN

Hesabat No: 42990 - AZ

Azərbaycan Respublikasına

Magistral Yol II Layihəsi (Kredit No 7356-AZ) üçün təklif edilən 300 milyon ABŞ dolları məbləğində

Əlavə Maliyyələşdirmə üzrə Layihə Sənədi

20 mart 2008

Davamlı İnkişaf Departamenti Cənubi Qafqaz Ölkələri Bölməsi Avropa və Mərkəzi Asiya Regionu

Bu sənəd məhdud sayda yayılmışdır və onu alan şəxslər tərəfindən yalnız xidməti vəzifələrinin icrası üçün istifadə oluna bilər. Digər hallarda onun məzmunu Dünya Bankının icazəsi olmadan açıqlana bilməz.

(2)

Valyuta Ekvivalentləri

(2008-ci ilin Mart ayı üzrə Qüvvədə olan Məzənnə) Valyuta vahidi – AZN

0,85 AZN = 1 ABŞ dolları

Maliyyə İli 1 Yanvar = 31 Dekabr Abbreviaturalar və Akronimlər

İkinci Magistral Yol Layihəsi - MY2L

İkinci Magistral Yol Layihəsi – Əlavə Maliyyələşdirmə - MY2LƏM AYS – Azəryolservis ASC

Ölkə ilə Tərəfdaşlıq Strategiyası – ÖTS Tİ – Təqvim ili

ƏMTQ – Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi İDGD – İqtisadi Daxili Gəlirlilik Dərəcəsi

ƏMİÇ - Ətraf Mühitin İdarə Edilməsi Çərçivəsi ƏMİP - Ətraf Mühitin İdarə Edilməsi Planı YİİM - Yolların İnşası və İstismarı Modeli XCD – Xalis Cari Dəyər

LQS – Layihənin Qiymətləndirilməsi Sənədi LİM – Layihənin İnkişaf Məqsədi

LİQ – layiohənin İcra Qrupu NN – Nəqliyyat Nazirliyi ƏDV – Əlavə Dəyər Vergisi gnv – gündə nəqliyyat vasitəsi

Vitse Prezident: Şigeo Katsu, ECAVP Ölkə üzrə Direktor: D-M Dousett-Koirolo, ECCU3

Sektor Meneceri: Motoo Konişi Tapşırıq Qrupunun Rəhbəri: Olivye Le Ber

(3)

Azərbaycan

Magistral Yol 2 Layihəsi - Əlavə Maliyyələşdirmə Mündəricat

Səhifə

I. Giriş 5

II. Ümumi məlumat və Əlavə Maliyyələşdirmənin əsaslandırılması 5

III. Təklif olunan dəyişikliklər 7

IV. ÖTS-ə uyğunluq 9

V. Genişləndirilmiş layihənin qiymətləndirilməsi 9

VI. Gözlənilən nəticələr 14

VII. Faydalar və risklər 15

VIII. Əlavə maliyyələşdirmənin maliyyə şərtləri 15

Əlavə Nəticələrin monitorinqinin yenidən baxılmış mexanizmi 16

Bu sənəd məhdud sayda yayılmışdır və onu alan şəxslər tərəfindən yalnız xidməti vəzifələrinin icrası üçün istifadə oluna bilər. Digər hallarda onun məzmunu Dünya Bankının icazəsi olmadan açıqlana bilməz.

(4)

LAYİHƏ SƏNƏDİ ÜÇÜN MƏLUMAT CƏDVƏLİ

Tarix: 20 mart 2008-ci il Ölkə: Azərbaycan

Layihənin adı: Azərbaycanın Magistral Yol 2 Layihəsi – Əlavə Maliyyələşdirmə (AMY2LƏM) Layihənin N-si: P100667

Layihə Qrupunun Rəhbəri: Olivye Le Ber Sektor meneceri: Motoo Konişi

Ölkə üzrə Direktor: D-M Dousett-Koyrolo Ətraf mühit kateqoriyası: A

Borcalan: Azərbaycan Respublikası Cavabdeh Qurum: “Azəryolservis” ASC

Vəsaitin yenidən hesablanmış ayrılması (Bank Maliyyə ili /milyon ABŞ dolları ilə)1

2006 2007 2008 2009 2010 2011 2012 2013

İllik 0 5 45 120 150 130 40 10

Kumulyativ 5 50 170 320 450 490 500

Hazırkı bağlanma tarixi: 28 fevral 2011 Yeni bağlanma tarixi: 28 fevral 2013.

Strukturu dəyişdirilmiş layihəyə Bankın siyasətlərindən istisna tələb olunurmu?

Onlar Bankın rəhbərliyi tərəfindən təsdiq olunubmu?

Şuraya hər hansı siyasət üzrə istisna hallarının təsdiqi üçün müraciət olunubmu?

__Hə X Yox __ Hə __ Yox __ Hə __ Yox Yenidən baxılmış layihənin inkişaf məqsədi / nəticələri

Layihənin İnkişaf Məqsədi dəyişilməyib. Gözlənilən nəticələr həmin magistral yollarda tranzit vaxtının və nəqliyyat vasitələrinin istismar məsrəflərinin daha da azaldılmasından ibarətdir.

Restrukturizasiya edilmiş layihəyə hər hansı yeni sosial və ətraf mühit üzrə siyasətlər şamil edilirmi?

Yox

Əlavə Maliyyələşdirmə üçün [X] Kredit [ ] Borc [ ] Qrant

Borclar/ Kreditlər/Qrantlar üçün:

Cəmi Bank maliyyələşdirməsi (ABŞ dolları): 300 milyon

Təklif edilmiş şərtlər: ABŞ dolları ilə ifadə edilmiş Sabit Spredli Kredit (SSK). Əsas məbləğ annuitet əsasında qaytarılmaqla, qaytarılma müddəti 4 illik güzəşt dövrü daxil olmaqla 17 il təşkil edir.

Maliyyələşdirmə Planı (milyon ABŞ dolları.)2

Mənbə Yerli Xarici Cəmi

BORCALAN 205.20 0.00 205.20

BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI

55.00 245.00 300.00

DİGƏRLƏRİ

CƏMİ: 260.20 245.00 505.20

1 AMY2L üzrə vəsaitin faktiki və gözlənilən xərclənməsi və əlavə maliyyələşdirmə üzrə gözlənilən vəsait xərclənməsi əsasında hazırlanmış vəsaitin xərclənməsinin birgə cədvəli.

2 Yalnız əlavə maliyyələşdirmə.

(5)

I. Giriş

1. Bu Layihə Sənədində İcraçı Direktorlardan Magistral Yol 2 Layihəsi (AMY2L) (Kredit: IBRD-7356 AZ) üçün Azərbaycan Respublikasına 300 milyon ABŞ dollarının ekvivalenti məbləğində Əlavə Maliyyələşdirmənin ayrılmasının təsdiq edilməsi istənilir.

Əlavə Maliyyələşdirmə hesabına əsasən aşağıdakılar maliyyələşdiriləcək: (i) gözlənilən, lakin AMY2L-ə daxil edilməmiş Ələt və Masallı arasında M3 magistral yolunun qalan 112 km-lik hissəsinin modernləşdirilməsi və (ii) M3 yolunu M1 ilə (Bakı – Rusiya sərhədi) birləşdirən və Bakı şəhərinin yanından ötən R6 Tağıyev-Sahil yolunun yenidən qurulması. Əlavə maliyyələşdirmə hesabına, həmçinin, aşağıdakı tədbirlər maliyyələşdiriləcək: (i) uzunluğu təqribən 200 km olan yerli yolların bərpası; (ii) texniki yardım və (iii) monitorinq və qiymətləndirmə, maliyyə auditi.

2. Layihəyə digər donorlar tərəfindən vəsait ayrılmayacaq.

II. Ümumi məlumat və Əlavə Maliyyələşdirmənin əsaslandırılması

3. İlkin layihə: İlkin AMY2L Hökumətin Şimal-Cənub yol dəhlizinin (M3) Ələt- Masallı hissəsinin (143 km) modernləşdirilməsinin və Şərq-Qərb yol dəhlizinin (M4) Bakı-Şamaxı hissəsinin (124 km) bərpasının maliyyələşdirilməsi üçün müraciəti əsasında hazırlanmışdır. Layihənin inkişaf məqsədi mövcud Şərq-Qərb (M4) və Şimal- Cənub (M3) dəhlizlərinin seçilmiş hissələrinin modernləşdirilməsi və bərpası vasitəsilə yol nəqliyyatı xərclərinin azaldılması və yollara çıxışın və tranzitin yaxşılaşdırılması və yol təhlükəsizliyinin artırılmasından ibarətdir. AMY2L iki komponentdən ibarətdir.

Komponent 1 çərçivəsində Ələt və Masallı arasında M3 magistral yolunun müəyyən hissələrinin modernləşdirilməsi, və Bakı və Şamaxı şəhərləri arasında mövcud M4 yolunun, habelə, əsas çıxış yollarının bərpası maliyyələşdirilir. Komponent 2 çərçivəsində texniki yardım, Nəqliyyat Nazirliyi və Azəryolservis ASC-nin (AYS)3 potensiallarının inkişaf etdirilməsi üçün təlim və malların təchizatı, və layihənin icrası dəstəklənir.

4. İlkin kreditin məbləği 200 milyon ABŞ dolları idi. Lakin, Hökumət tərəfindən xahiş edildiyi kimi, M3 magistral yolunun Ələt-Masallı hissəsinin modernləşdirilməsini tam başa çatdırmaq üçün əlavə 200 milyon ABŞ dollarının tələb olunması hesablanmışdır.

Beləliklə, razılaşdırılmışdır ki, AMY2L M3 magistral yolunun yalnız 84 km-lik hissəsini maliyyələşdirəcək, yolun qalan hissəsinin maliyyələşdirilməsi üçün isə Əlavə Maliyyələşdirmə üçün müraciət olunacaq (ilkin Layihənin Qiymətləndirilməsi Sənədinin B2 bəndinə baxın).

5. Dəyəri təqribən 50 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilmiş (Bank tərəfindən 40 milyon ABŞ dolları maliyyələşdirilir) M2 Şərq-Qərb magistral yolunun Ucar-Kürdəmir hissəsinin (41 km) modernləşdirilməsini layihəyə daxil etmək üçün 2006-cı ilin dekabr ayında layihənin strukturu dəyişdirilmişdir. Nəticədə, Bank tərəfindən

3 AYS Nəqliyyat Nazirliyinə tabedir və 2007-ci ilin fevral ayında Nəqliyyat Nazirliyinin Yolnəqliyyatservis MMC-nin bazasında yaradılmışdır.

(6)

ayrılan vəsaitin M3 Ələt-Masallı hissəsi üçün nəzərdə tutulmuş hissəsi 31 km-dək azaldılmışdır.

6. Əlavə maliyyələşdirmənin əsaslandırılması: Son bir neçə il ərzində Azərbaycan neft və qaz gəlirlərinin sürətli artımından faydalanmaq üçün tələb olunan qeyri-neft infrastrukturunu bərpa və inkişaf etdirir və artmış resurs gəlirlərini səmərəli idarə etmək üçün etibarı çərçivə yaradır. Nəzərə alaraq ki, neft bumunun yalnız məhdud müddət ərzində baş verməsi gözlənilir, neft və qaz sektorunda baş verən artımın qeyri-neft iqtisadiyyatına müsbət təsir göstərməsi və beləliklə də xüsusilə kənd ərazilərində və ikinci dərəcəli şəhərlərdə yoxsulluğun azaldılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, milli yollar şəbəkəsinin bərbad vəziyyəti ciddi problemlər yaradır. Təbii ki, yol nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının (YAİİDP) əsas altı strateji istiqamətinə daxildir və qeyri-neft sektorunun inkişafı və gəlirləri aşağı olan əhalinin yaşayış səviyyəsinin qaldırılması üçün xüsusi əhəmiyyət kəsb edir.

7. Əsas yollar şəbəkəsinin təqribən 56%-i bərbad vəziyyətdədir və təcili təmirə ehtiyacı var, habelə, daha aşağı dərəcəli yolların əksəriyyəti çox bərbad vəziyyətdədir.

Yolların digər hissələri ilə birlikdə, Şərq-Qərb (Ələtdən keçən Bakı-Gəncə-Qazax- Gürcüstanla sərhəd yolu və həmin istiqamətdə Şamaxıdan keçən daha düz marşrut) və Şimal-Cənub (Rusiya ilə sərhəd – Bakı – Ələt - Astara – İranla sərhəd) yol dəhlizləri, habelə, kənd ərazilərini əsas yol dəhlizləri ilə birləşdirən yollar inkişaf və yoxsulluğun azaldılmasına maneə yaradan nəqliyyat problemlərinin həlli üçün xüsusi əhəmiyyət kəsb edir. Hökumət bu yaxınlarda həm beynəlxalq maliyyə qurumlarının kredit vəsaiti hesabına, həm də dövlət büdcəsi hesabına mövcud yol kommunikasiyalarının bərpası və modernləşdirilməsinə ayrılan maliyyə vəsaitinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan Azərbaycan Respublikasında Magistral Yollarının Bərpası və İnkişafı üzrə Dövlət Proqramı (2006-2015) hazırlamışdır. Proqram, AMY2L-in hazırlanması zamanı qərara alındığı kimi, M3 magistral yolunun bütöv Ələt-Masallı hissəsinin Bank tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur.

8. Son iki il ərzində, AMY2L nəqliyyat sektorunda problemlərin həll edilməsi istiqamətində ciddi dəstək verib. Layihə qənaətbəxş icra olunur. Layihə AYS tərəfindən AYS-də yerləşən Layihənin İcra Qrupunun (LİQ) vasitəsilə ilə həyata keçirilir. İlkin layihə ilə nəzərdə tutulan vəsaitin yarısından çox hissəsi üzrə müqavilələr artıq imzalanıb, vəsaitin qalan hissəsi üzrə müqavilələr isə layihənin bağlanma tarixi olan 28 fevral 2011- ci ildən xeyli öncə, 2008-ci ilin iyun ayına qədər imzalanacaqdır. 2008-ci ilin yanvar ayına olan vəziyyətə görə, 26.0 milyon ABŞ dolları, və ya 200 milyon ABŞ dolları həcmində kreditin 13 %-i artıq xərclənmişdir. Vəsaitlərin xərclənməsi 2008-ci ilin bahar fəslində, növbəti inşaat mövsümü başlayanda sürətlənəcəkdir.

9. M3 yolunun birinci hissəsi (Ələtdən cənub istiqamətində 22 km-lik hissə – başa çatdırılması 2008-ci ilin sonunda gözlənilir) üzrə işlərə 2006-cı ildə başlanıb. M4 magistral yolunun bərpasına gəldikdə, podratçı 2008-ci ilin mart ayında tam səfərbər olacaq və işlərin 2008-ci ilin iyun ayında başlanması və 2009-cu ilin dekabr ayınadək başa çatdırılması gözlənilir. Layihənin tapşırıq qrupu tərəfindən yoxlanmış işlərin icra

(7)

keyfiyyəti yaxşı olmuşdur. M3 yolunun digər hissələri ilə bağlı layihələndirmə, ətraf mühit və sosial tədqiqatlar qrafikə uyğun olaraq həyata keçirilir və tender sənədlərindən bir neçəsi qarşıdan gələn aylarda hazır olacaq. Prekvalifikasiya hal-hazırda həyata keçirilməkdədir.

10. AMY2L, həmçinin, xüsusi əhəmiyyət kəsb edən institusional inkişaf və sektor islahatlarını dəstəkləməkdədir. Məsləhətçi avtomobil yolları haqqında yeni qanunun layihəsi üzrə ilk hesabatını təqdim edib. Avropa standartlarına cavab verən alternativ norma və standartlar hazırlanmaqdadır. Torpaqların sürətlə və şəffaf qaydada alınması üçün torpağın alınması haqqında qanun layihəsi hazırlanıb və mart ayında Milli Məclisə təqdim edilməlidir. Ümumilikdə, AMY2L Azərbaycanın yol sektorunun inkişafının dəstəklənməsini yalnız tikinti-təmir işləri vasitəsilə deyil, həmçinin, Azərbaycanda sürətlə inkişaf edən yol aktivlərinin davamlılığının təmin edilməsinə yönəlmiş önəmli institusional inkişaf tədbirləri vasitəsilə həyata keçirir.

III. Təklif olunan dəyişikliklər

11. Aşağıdakı cədvəldə əlavə maliyyələşdirmə çərçivəsində layihəyə təklif olunan dəyişikliklərin xülasəsi verilir. Ucar-Kürdəmir hissəsi 2007-ci ilin yanvar ayında Sazişə Əlavə vasitəsilə Layihəyə daxil edilmişdir. Əlavə maliyyələşdirmə Ələt-Masallı yolunun (AMY2L çərçivəsində yalnız qismən maliyyələşdirilən) maliyyələşdirilməsini tamamlayacaq və əlavə olaraq, Tağıyev-Sahil (R6) yolunu əhatə edəcək. Ona, həmçinin, növbəti bir neçə ilə ərzində Azərbaycanda davam edəcəyi gözlənilən yüksək inflyasiya (təxminən ildə 15%) nəticəsində məsrəflərin artmasını və son bir neçə il ərzində ABŞ dolları məzənnəsinin (gözlənilməyən) azalmasını nəzərə almaq üçün 48 milyon ABŞ dolları həcmində ehtiyat fondu daxildir.

Vəsaitin ilkin ayrılması

Restrukturizasiya edilmiş vəsaitin

ayrılması

Təklif olunan əlavə maliyyələşdirmə

Magistral Yol 2

Magistral Yol 3+4

Magistral Yol 2

Magistral Yol 3+4

Restrukturi- zasiya edilmiş Magistral

Yol 2

Əlavə Maliyyə- ləşdirmə

Ələt-Masallı 120 72 80 100 80 203

Bakı-Şamaxı 64 64 64

Ucar-Kürdəmir 40 40

Tağıyev-Sahil 28

İkinci dərəcəli / yerli yollar 4 8 4 8 4 11

Müəyyən ediləcək digər yollar 305 277

Tədqiqatlar / nəzarət və mallar 12 15 12 15 12 10

Ehtiyat fondu 30% daxil 30% daxil 20% daxil 48

Bank tərəfindən

maliyyələşdiriləcək CƏMİ 200 400 200 400 200 300

Yalnız Bank maliyyəsi, rəqəmlər milyon ABŞ dollarına qədər yuvarlaqlaşdırılmışdır.

Gözlənilir ki, AMY2L çərçivəsində layihələndirilən digər yolların maliyyələşdirilməsi üçün Hökumət tərəfindən Magistral Yol 3 və 4 layihələrinin həyata keçirilməsi barədə Banka yaxın gələcəkdə müraciət ediləcək.

(8)

12. Layihənin İnkişaf Məqsədi dəyişilməyəcək. Əlavə Maliyyələşdirmə Şimal-Cənub dəhlizinin AMY2L çərçivəsində maliyyələşdirilməyən hissələrinin modernləşdirilməsi və bərpasını maliyyələşdirəcək. Konkret olaraq, əlavə maliyyələşdirmə hesabına (i) M3 magistral yolunun Şorsulu və Masallı arasında qalan 112 km-lik hissəsi modernləşdiriləcək və Şimal-Cənub dəhlizinin Rusiya ilə sərhədə doğru uzanan şimal hissəsini təşkil edən M1 magistralı ilə M3 magistralını birləşdirən Tağıyev-Sahil Bakı dairəvi yolunun (41 km) bərpası maliyyələşdiriləcək, və (ii) yol sektorunun modernləşdirilməsinin dəstəklənməsi davam etdiriləcək. Komponentlər haqqında ətraflı məlumat aşağıda verilir. Nəticələr çərçivəsi və monitorinq göstəricilərinə (aşağıdakı VI-cı bölməyə baxın) həmin yol hissələrini daxil etmək üçün dəyişikliklər edilib. Layihəni başa çatdırmaq üçün tələb olunan vəsait təqribən 505 milyon ABŞ dolları təşkil edir ki, bunun da təxminən 205 milyon ABŞ dollarını Hökumət, 300 milyon ABŞ dollarını isə Bank təmin edir.

13. Komponent 1: M3 magistral yolunun Ələt ilə Masallı arasındakı qalan hissələrinin modernləşdirilməsi, Tağıyev və Sahil qəsəbələri arasında mövcud R6 Bakı dairəvi yolunun, habelə, uzunluğu təxminən 200 km təşkil edən ikinci dərəcəli və yerli yolların bərpası (348.50 milyon ABŞ dolları). Bu komponent yuxarıda göstərilən yollar üçün tikinti-təmir işlərindən, və, həmçinin layihələndirmə və işlərin aparılmasına nəzarət üzrə məsləhətçi xidmətlərindən ibarətdir. Təxminən 500 ha təhkim zolağının əldə edilməsi üçün tələb olunan torpağın alınması və köçürülmə məsrəfləri yalnız Hökumət tərəfindən ödəniləcəkdir.

14. Komponent 2: Nəqliyyat Nazirliyi və AYS-in gücləndirilməsini və layihənin icrasını dəstəkləmək üçün texniki yardımın, təlimin və malların təchizatı (9.30 milyon ABŞ dolları). Bu komponent daxili investisiya layihələri üçün standart sənədlərin hazırlanması, Yol Hərəkətinin Təhlükəsizliyi Strategiyasının hazırlanması, Yolların İnkişafı üzrə Baş Planın tərtib edilməsi, AYS-in investisiya bölmələri üçün seminar və təlimlərin keçirilməsi, tədris planlarının hazırlanması sahəsində texniki yönümlü ali məktəblərə yardım, nəqliyyat vasitələrinin çəkisinin müəyyən edilməsi üçün tərəzilərin və yol hərəkəti şiddətinin avtomatik ölçülməsi üçün müvafiq avadanlıqların alınması, LİQ əməkdaşlarının maaşlarının və mütəmadi əməliyyat məsrəflərinin ödənilməsi, nəqliyyat vasitələrinin alınması və layihənin maliyyə auditinin keçirilməsinin maliyyələşdirilməsi vasitəsilə AYS-in potensialının davamlı inkişaf etdirilməsini dəstəkləyəcək.

Komponentlər üzrə xülasə (yalnız

əlavə maliyyələşdirmə) Ümumi dəyər Bankın

maliyyəsi Tikinti-quraşdırma işləri,

layihələndirmə və nəzarət 348.50 243.95

Mallar və texniki yardım 9.30 6.51

Tədbirlər cəmi 357.80 250.46

Bölüşdürülməmiş / ehtiyat vəsaiti 69.70 48.79

Birdəfəlik komisyon haqqı 0.25% 0.75 0.75

ƏDV 76.95 0

Bütün komponentlər üzrə cəmi 505.20 300.00

(9)

IV. ÖTS-ə uyğunluq

15. 2007-2010 maliyyə illəri üzrə Ölkə ilə Tərəfdaşlıq Strategiyasında (ÖTS) qeyd edildiyi kimi “Azərbaycanın qeyri-neft artımı potensialını inkişaf etdirmək üçün ….. / ….

infrastruktur və tranzit dəhlizlərinə iri investisiyaların qoyulması tələb olunur”. Bu səbəbdən, ÖTS-in “qeyri-neft iqtisadiyyatının davamlı və tarazlaşdırılmış artımının dəstəklənməsi”-ndən ibarət olan ikinci istiqamətinin tərkibində əsas Tranzit Dəhlizlərinin, və, eyni zamanda, kəndlərin və kiçik şəhərlərin çıxışının yaxşılaşdırılması nəzərdə tutulur.

AMY2L, və, eyni zamanda, təklif olunan əlavə maliyyələşdirmə həmin məsələlərin həllinə yönəlmişdir və ÖTS-də nəzərdə tutulan yol layihələri silsiləsinə daxildir.

V. Genişləndirilmiş layihənin qiymətləndirilməsi

16. İqtisadi və maliyyə qiymətləndirməsi: AMY2L-in hazırlanması zamanı bütöv Ələt-Masallı yolunun modernləşdirilməsi ilə bağlı iqtisadi təhlil aparılmışdır, və AMY2L tərəfindən yolun əhatə olunmayan hissəsini maliyyələşdirəcək əlavə maliyyələşdirmə ümumi nəticəyə təsir göstərməyəcək. Tağıyev-Sahil yolunun ilkin iqtisadi təhlili göstərir ki, mövcud hərəkət şiddətinin qiymətləndirilməsi və hərəkət şiddətinin gözlənilən artımına əsasən, iqtisadi daxili gəlirlilik dərəcəsinin səviyyəsi 12%-dən aşağı olmayacaq.

Müəyyən edilməli olan ikinci dərəcəli və yerli yolların, və, həmçinin, digər yolların iqtisadi təhlili onlar müəyyənləşdiriləndən sonra həyata keçiriləcək, lakin, onlar aşağıdakı meyarlara cavab verməlidir: (a) hərəkət şiddəti gündə 250 nəqliyyat vasitəsindən (gnv) yuxarı olan yollar üçün, iqtisadi gəlirlilik ən azı 12% olmalıdır; (b) hərəkət şiddəti 150 ilə 250 gnv arasında olanda, iqtisadi gəlirlilik ən azı 10%; və (c) hərəkət şiddəti 150 gnv-dən aşağı olanda, iqtisadi gəlirlilik ən azı 8% olmalıdır. Nəqliyyatın həcmi çox aşağı olan yollar üçün (100 gnv-dən aşağı), Bank “istehsalçının faydası” (“producer surplus”) metodundan və ya müvafiq hədlərə əsaslanan daha sadə metodlardan istifadə edə bilər.

17. Ələt-Masallı yolunun iqtisadi təhlili Yolların İnşası və İstismarı Modeli (YİİM IV) əsasında aparılıb. Mənfəət və məsrəflər təhlilində layihənin olmamasını nəzərdə tutan və yalnız kiçik işlərin görülməsini fərz edən variant təklif olunan layihənin həyata keçirilməsi variantı ilə müqayisə edilmişdir. Ələt-Masallı yolunun modernləşdirilməsinin iki mərhələli şəkildə planlaşdırılmasını nəzərə alaraq, iqtisadi təhlil AMY2L tərəfindən maliyyələşdirilən Ələt-Şorsulu (85 km), və qalan Şorsulu-Masallı (94 km4) hissələri üçün ayrıca aparılıb. Mənfəət və məsrəflər təhlili nəticəsində müəyyən edilmişdir ki, birinci hissə üzrə iqtisadi gəlirlilik 25%, ikinci hissə üzrə isə 29.2% təşkil edir. Bütöv Ələt- Masallı yolu üçün ümumi hesablanmış iqtisadi gəlirlilik 26.6% təşkil edir.

18. Ələt-Masallı yolunun yenidən qurulmasının dəyəri hazırda 341.3 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir (2007-ci ilin sentyabr ayına olan qiymətlərlə) ki bu da AMY2L-nin hazırlanması zamanı hesablanmış 221.2 milyon ABŞ dollarından (2005-ci ilin iyun ayına olan qiymətlərlə) ABŞ dolları ifadəsində 46% və manat ifadəsində 33%

çoxdur (bu müddət ərzində manatın məzənnəsi ABŞ dollarına qarşı 10% artmışdır). Bu

4 85 və 94 km mövcud yol uzunluğudur. Layihə yolları təxminən 36 km daha qısa olacaqdır.

(10)

33%-lik fərq İstehlak Qiymətləri İndeksinin5 2005-ci ilin iyunundan 2007-ci ilin sentyabrına qədər 27%-lik artımı ilə yaxşı uzlaşır. Xərclərin artımı layihənin iqtisadi əsaslandırılmasına təsir göstərmir çünki xərclərin artımı inflyasiya ilə və ABŞ dollarının məzənnəsinin azalması ilə bağlıdır və xərclərə mütənasib olaraq faydalar da (vaxtın dəyəri, nəqliyyat vasitəsinin istismar xərcləri) dəyişmişdir. Bundan başqa, 2005-ci ildə Layihənin iqtisadi təhlili əsaslı şəkildə aparılmışdır. Həssaslıq təhlili göstərir ki, hətta hərəkət şiddətinin fərz olunandan 20% aşağı olması və layihə xərclərinin nəzərdə tutulduğundan 20 % çox olması halında belə, bütöv Ələt-Masallı yolunun modernləşdirilməsi nəticəsində iqtisadi gəlirlilik 17.7% və (Xalis Cari Dəyər) XCD 125.3 milyon ABŞ dolları təşkil edəcək. Daha ətraflı məlumatı ƏMY2L-in Layihənin Qiymətləndirilməsi Sənədinin 9 N-li Əlavəsində tapa bilərsiniz.

Yol hissəsi İqtisadi gəlirlilik XCD6 (milyon ABŞ dolları ilə)

Ələt-Şorsulu 25% 136.4

Şorsulu-Masallı 29.2% 141.1

Ələt-Masallı üzrə cəmi 26.6% 277.5

19. Texniki qiymətləndirmə: Layihə yolların vəziyyətinin yaxşılaşdırılması vasitəsilə yol şəbəkəsinin modernləşdirilməsini hədəfləyir. Təklif olunan investisiyalarla bağlı texniki məsələlər yoxdur. Lakin, Kür-Talış ərazisi Rixter şkalası üzrə 6-7 bala qədər zəlzələlərlə xarakterizə olunan seysmik fəallığı ilə tanınır; layihələndirmə aparılarkən həmin məhdudiyyət nəzərə alınmalıdır. Bütün investisiyalar üzrə layihələndirmə standartları nüfuzlu məsləhətçilər tərəfindən müəyyən olunub və həmin işləri aparmaq üçün keyfiyyətlə işləyən çoxlu podratçılar var. Heç bir sınaqlar və eksperimentlər tələb olunmur, və texnologiya, layihələndirmə və ya quraşdırma, və yolların gələcək istismarı ilə bağlı risklər yoxdur.

20. Satınalmalar: LİQ-ın satınalma potensialı və layihənin satınalma sistemi AMYL- in icrası zamanı gücləndirilib. Layihənin icrasında problemlər müşahidə olunmayıb.

AYS-in nəzdində AMYL və AMY2L-in icrası üçün yaradılmış LİQ təklif olunan əlavə maliyyələşdirməni icra etməyə davam edəcək. AMYL üzrə satınalmalar demək olar ki, başa çatdırılıb. AMY2L üzrə, müqavilələrin bağlanması üçün satınalma prosesləri hal- hazırda həyata keçirilməkdədir. AMY2L çərçivəsində müqavilələrin iri həcmini nəzərə alaraq, demək olar ki bütün satınalmalara Bank tərəfindən öncədən baxılır.

Satınalmalarla bağlı fidusiar problemlər yaranmayıb. LİQ-in satınalmalar üzrə mütəxəssisi və onun iki yardımçısı Bankın satınalma siyasətləri haqqında tam məlumatlıdırlar. LİQ uçotun aparılması, qeydiyyat və hesabatvermə sistemlərini yaratmışdır. Mövcud satınalma potensialı və yaradılmış sistemlər əlavə maliyyələşdirmənin icrası məqsədlərinə cavab verir və Bank üçün məqbuldur. 2004-cü ilin may ayında qəbul edilmiş və 2006-cı ilin oktyabr ayında yenidən baxılmış Bankın satınalma və məsləhətçi qaydaları əlavə maliyyələşdirmə üzrə satınalmalara şamil

5 Uyğun yol inşası indeksi mövcud deyil, lakin həmin dövr ərzində yol inşası üçün vacib amillər olan maye yanacağın, əmək haqqının və tikinti materiallarının qiyməti müvafiq olaraq 85.3 %, 59% və 25.2 % artmışdır.

6 XCD 12% illik diskontlaşdırma dərəcəsi ilə hesablanmışdır. XCD 2005-ci ilin iyun ayına olan vəziyyəti əks etdirir.

(11)

olunacaq. Beləliklə, Layihə çərçivəsində Əlavə Maliyyələşdirmədən maliyyələşdirilən bütün fəaliyyətlər 15 oktyabr 2006-cı il tarixli Antikorrupsiya Təlimatına uyğun şəkildə həyata keçiriləcəkdir. Əlavə maliyyələşdirmə üçün satınalma planı hazırlanmışdır.

Layihələrin hal-hazırda həyata keçirilməsini və risklərin azaldılması tədbirlərini nəzərə alaraq, satınalma riski orta sayılır.

21. Maliyyə idarəetməsi: Mövcud LİQ əlavə maliyyələşdirmə üzrə maliyyə idarəetməsi üçün ümumi cavabdehlik daşıyacaq. Layihənin mövcud maliyyə idarəetməsi sistemi Bank üçün məqbuldur. Hökumətin birgə maliyyələşdirmə vəsaitinin ayrılmasında ciddi ləngimə halları aşkar olunmayıb. LİQ tələb olunan aralıq Maliyyə Monitorinqi Hesabatlarının (MMH) avtomatik hazırlanması üçün uyğunlaşdırılmış 1C mühasibat uçotu proqram təminatına malikdir. Eyni sistemdən əlavə maliyyələşdirmə məqsədləri üçün istifadə ediləcək. Əlavə maliyyələşdirmə AMY2L ilə paralel icra olunsa da, maliyyə idarəetməsi üzrə mövcud işçi heyəti əlavə maliyyələşdirmənin maliyyə idarəetməsi aspektlərini idarə edə biləcək, çünki müqavilələrin əksəriyyəti birbaşa ödənişlərin həyata keçirilməsini nəzərdə tutan iri inşaat-quraşdırma işləridir. Ümumi maliyyə idarəetməsi riski orta sayılır.

22. Vaxtı ötmüş audit hesabatları yoxdur. Layihədə audit yoxlamalarının mövcud təşkili Bank üçün məqbuldur və eyni yanaşma əlavə maliyyələşdirmə üzrə Layihənin Maliyyə Hesabatlarının audit yoxlamalarına tətbiq da ediləcək. Layihənin audit yoxlaması aparılmış illik maliyyə hesabatları audit yoxlaması aparılmış hər maliyyə ilinin sonundan etibarən altı ay ərzində Banka təqdim ediləcəkdir. Mühasibat uçotu və inzibati nəzarət, büdcə prosesləri, satınalmalar, müqavilələrin idarə edilməsi, vəsait axınları və maliyyə hesabatlılığı daxil olmaqla, layihənin icrası üçün qəbul olunmuş mühasibat uçotu və maliyyə idarəetməsi sisteminin və nəzarətin tələblərə cavab verməsi və Əməliyyat Təlimatı və Kredit Sazişinə uyğun olub-olmamasını qiymətləndirmək üçün layihənin icra müddətinin ortasında müstəqil əməliyyat yoxlaması aparılacaqdır.

23. Vəsaitin ayrılması: Bankın yeni krediti ƏDV istisna olmaqla layihə dəyərinin 70%-ni maliyyələşdirəcək ki, ilkin AMY2L-də bu göstərici ƏDV istisna olmaqla 80%

təşkil edirdi. Qeyd olunmalıdır ki, Beynəlxalq Maliyyə Qurumları (BMQ) tərəfindən verilən kreditlər hesabına maliyyələşdirilən layihələrin ƏDV-dən azad edilməsi siyasəti Hökumət tərəfindən dəyişdirilmişdir və artıq yeni layihəyə tətbiq edilməyəcək. Bütün müqavilələrin paralel həyata keçirilməsini və əlavə maliyyələşdirmədən öhdəlik haqqının tutulmamasını nəzərə alaraq, əlavə kreditin istifadə edilməsindən əvvəl ilkin kreditin tam xərclənməsi Hökumətin maraqlarına uyğundur7. Bundan əlavə, gözlənilir ki, işlərin qruplaşdırılması hər müqavilənin bir kreditə aid edilməsinə imkan verməyəcək. Bununla da, çox ehtimal ki, 1 fevral 2008-ci ildən sonra tenderi keçirilən hər müqavilə öncə ilkin kredit hesabına maliyyələşdiriləcək və, sonradan, əlavə maliyyələşdirmə hesabına başa çatdırılacaqdır. Kreditin gözlənilən xərclənməsi dövrü dörd ildir (2009-2012 təqvim illəri).

7 Əlavə maliyyələşdirmə çərçivəsində yalnız Bankın 2004-cü ilin may ayında qəbul edilmiş və 2006-cı ilin oktyabr ayında dəyişiklik edilmiş Satınalma və Məsləhətçi Qaydalarına uyğun olaraq satın alınmış mal, iş, və xidmətlər maliyyələşdirilə bilər.

(12)

Xərc kateqoriyası

Məbləğ Milyon ABŞ dolları

ilə

Maliyyələşdirmə faizləri İşlər, mallar, məsləhətçi xidmətləri,

təlim və mütəmadi əməliyyat məsrəfləri

299.25 70%

Layihə məsrəfləri cəmi 299.25 Birdəfəlik komisyon haqqı 0.75

Cəmi 300.00

24. Layihənin qüvvəyə minməsinin şərti kimi, Əməliyyat Təlimatına aşağıdakı dəyişikliklər edilməlidir: (i) Təlimat AMY2L üçün Əlavə Maliyyələşdirməyə də şamil edilməlidir, (ii) Banka ödəniş üçün təqdim edilən hesablar ƏDV-ni daxil etməməlidir çünki ƏDV ayrıca olaraq Hökumət tərəfindən ödəniləcəkdir, (iii) müqavilələr yeni layihə çərçivəsində maliyyələşdirilə bilmək üçün müvafiq tenderlər Bankın 2004-cü ilin may ayında qəbul edilmiş və 2006-cı ilin oktyabr ayında dəyişiklik edilmiş Satınalma və Məsləhətçi Qaydalarından istifadə edilməklə keçirilməlidir. Yuxarıda qeyd edilmiş səbəblərdən gözlənilir ki, Hökumət yeni satınalma qaydalarını dərhal hətta ilkin layihə çərçivəsində bağlanan müqavilələrə tətbiq edəcəkdir.

25. Layihənin artıq həyata keçirildiyini nəzərə alaraq, AMY2L üçün Təyin edilmiş Hesaba İcazə Verilmiş Vəsaitin ayrılması 24 milyon ABŞ dolları həcmində olacaqdır.

Borcalan vəsaitin ilk çıxarılmasından sonra bir ay ərzində Layihə Hesabını açaraq oraya minimal olaraq 5 milyon ABŞ dolları ekvivalentində depozit yerləşdirəcəkdir. Layihə Hesabı hər ay doldurulacaqdır.

26. Sosial: Ələt-Masallı yolunun yenidən qurulması 800 ha torpaq sahəsinin alınmasını tələb edəcəkdir. AMY2L-in hazırlanması zamanı Köçürülmə Siyasəti Çərçivəsi hazırlanaraq açıqlanmışdır. O, əlavə maliyyələşdirmə üzrə maliyyələşdirilən yol hissələrini əhatə edir. M3 yolunun Ələt-Salyan hissəsi üçün Köçürülmə üzrə Tədbirlər Planının (KTP) layihəsi hazırlanmaqdadır. KSÇ və OP 4.12 sənədlərində müəyyən edilən siyasət və prinsiplərə əsasən, əlavə maliyyələşdirmə üzrə maliyyələşdiriləcək yolların hər hissəsi üçün ayrıca KTP8 hazırlanacaqdır. LİQ-in torpağın alınması sahəsində potensialı AMY2L zamanı gücləndirilmişdir, lakin torpağın alınmasını təmin etmək üçün davamlı yardım göstəriləcək, və fiziki köçürülmə Bankın sosial və ətraf mühit siyasətlərinə uyğun qaydada həyata keçiriləcəkdir.

27. Ətraf mühit: Əlavə maliyyələşdirmə üzrə maliyyələşdiriləcək M3 yolunun 112 km-lik hissəsinin modernləşdirilməsi A Kateqoriyasına aid edilib. Tağıyev-Sahil yolunun bərpası layihəsi B kateqoriyasına aid edilir. AMY2L-in hazırlanması zamanı bütöv Ələt- Masallı yolunu əhatə edən və mövcud ətraf mühiti təsvir edən, layihə alternativlərini müzakirə və müqayisə edən, layihə icrası zamanı həll edilməli məsələləri və riskləri

8 Yolun cənub hissəsi əhalisi sıx olan kənd təsərrüfatı ərazilərini təşkil edir və ev təsərrüfatlarının fiziki köçürülməsi tələb olunur. Məsləhətçi köçürüləcək ev təsərrüfatlarının sayını müəyyən edib.

(13)

müəyyən edən Ətraf Mühitin Regional İcmalı (ƏMRİ) hazırlanıb. Təklif olunan A və B subkateqoriyalara aid olan layihələrlə bağlı ekoloji yoxlama, idarəetmə, məsləhətləşmələr və açıqlama prosedurlarını müəyyən edən Ətraf Mühitin İdarəetməsi Çərçivəsi (ƏMİÇ) hazırlanaraq açıqlanmışdır. ƏMİÇ Azərbaycanın Ətraf Mühitin Mühafizəsi haqqında Qanununa və hüquqi cəhətdən məcburi olmasa da, ətraf mühitin qiymətləndirilməsi üzrə beynəlxalq təcrübəyə uyğun olan Azərbaycanın Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Təlimatına uyğundur.

28. Əlavə maliyyələşdirmə ilə inşa ediləcək dörd zolaqlı yollar Mahmudçala və Ağçala bataqlıqlarından keçir ki, onlar bir çox nadir və təhlükə altında olan vəhşi təbiətin növləri üçün təbii məskunlaşma ərazisini təşkil edir. Bu ərazilər 3-5 km məsafədə yerləşən və rəsmi olaraq Ramsar siyahısına daxil edilmiş Qızılağac Dövlət Qoruğuna bitişik bataqlıqlar üçün bufer zonası kimi önəmlidir. Ağçala bataqlığında su balansı qeyri- sabitdir və, daim qurumaq təhlükəsi altındadır. Nəzarətli ova burada icazə verilir, və brakonyerlik və balıq ovu problem yaradır.

29. Ələt-Masallı yolu üzrə Ətraf Mühitə Təsirin Qiymətləndiriməsi (ƏMTQ) aparılaraq müxtəlif marşrutların və alternativlərin ətraf mühitə təsirləri müqayisə edilərək ətraf mühitə təsiri ən aşağı olan marşrutlar seçilmiş, habelə, ətraf mühit üçün ən ciddi risklər müəyyən edilmişdir. Ətraf Mühitin İdarəetməsi Planı (ƏMİP) hər bir sahə üçün hazırlanmışdır. Həqiqətən də, yolun mövcud dəmir yoluna paralel olan “dəmir yol marşrutu” onun ətraf mühitə və təbii məskunlaşma şəraitinə təsirinin ən az olduğunu müəyyən edən ƏMTQ əsasında seçilib. Layihənin hazırlanması zamanı aşkar edilmiş ətraf mühitlə bağlı bütün digər məsələlər ƏMİÇ-də müəyyən edilmiş siyasət və prosedurlara uyğun olaraq həll olunub. Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatı və ətraf mühitin idarə edilməsi planının (ƏMİP) layihələri Bank tərəfindən baxılıb və müvafiq şərhlər verilib. Borcalan yerli Qeyri Hökumət Təşkilatları (QHT), yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və kəndlərin nümayəndələrinin iştirakı ilə 2007-ci ilin iyul-avqust aylarında ƏMT və ƏMİP-in layihələri ilə bağlı ictimai məsləhətləşmələr aparıb. Məsləhətləşmələr üzrə iclasların protokolları ƏMTQ hesabatı layihəsinə əlavə olunub. Bir neçə ay ərzində yekun ƏMT hesabatının hazır olması və hər bir yol sahəsi üzrə məsləhətləşmələr üzrə iclasın keçirilməsi gözlənilir. Tağıyev-Sahil yolu üçün də ƏMİÇ-ə uyğun olaraq ətraf mühitin təhlili həyata keçiriləcək və Ətraf Mühitin Monitorinqi Planı hazırlanacaqdır.

(14)

VI. Gözlənilən nəticələr

Yenidən baxılmış nəticələr çərçivəsi

LİM Layihənin Nəticə

Göstəriciləri

Layihənin nəticə məlumatının istifadə

edilməsi

Əsas LİM aşağıdakı tədbirlər vasitəsilə Azərbaycanın Şərq-Qərb və Şimal- Cənub dəhlizlərində yol nəqliyyatı xərclərinin azaldılması və çıxış və tranzit imkanlarının, habelə yol təhlükəsizliyinin artırılmasından ibarətdir: (i) Bakı-İran magistral yolunun (M3) Ələt-Masallı hissəsinin yenidən qurulması (ii) Bakı-Şamaxı yolunun (M4) bərpası; (iii) M2 yolunun Kürdəmir-Ucar hissəsinin bərpası; və (iv) M3 yolunu M1 ilə birləşdirən və Bakının yanından ötən R6 Tağıyev- Sahil yolunun yenidən qurulması.

Ələt-Masallı yolunda tranzit vaxtının / nəqliyyat vasitələrinin istismar məsrəflərinin azaldılması Bakı-Şamaxı yolunda tranzit vaxtının / nəqliyyat vasitələrinin istismar məsrəflərinin azaldılması Kürdəmir-Ucar yolunda tranzit vaxtının / nəqliyyat vasitələrinin istismar məsrəflərinin azaldılması Tağıyev-Sahil yolunda tranzit vaxtının / nəqliyyat vasitələrinin istismar məsrəflərinin azaldılması;

Layihə ilə əhatə olunan yollarda yol-nəqliyyat hadisələrinin sayı

Məlumat Nəqliyyat Nazirliyi və AYS tərəfindən yol şəbəkəsinin vəziyyətinin monitorinqi məqsədilə və AYS-in yolların idarə edilməsi siyasətinin formalaşdırılması üçün istifadə ediləcək.

Aralıq Nəticələr Aralıq nəticə göstəriciləri Aralıq nəticə göstəricilərinin monitorinqinin istifadə

edilməsi

Komponent Bir

Ələt və Masallı arasında M3 magistral yolunun yenidən qurulması

Mövcud Bakı-Şamaxı M4 yolunun bərpası

Mövcud Kürdəmir-Ucar M2 yolunun bərpası

Tağıyev-Sahil R6 yolunun bərpası

Komponent Bir

Ələt-Masallı üzrə yenidən qurulmuş yolların uzunluğu (km) Bakı-Şamaxı üzrə bərpa olunmuş yolların uzunluğu (km)

Kürdəmir-Ucar üzrə bərpa olunmuş yolların uzunluğu (km) Tağıyev-Sahil üzrə bərpa olunmuş yolların uzunluğu (km)

Komponent Bir

Məlumat Nəqliyyat Nazirliyi və AYS tərəfindən icra vəziyyətinin monitorinqi və mümkün

ləngimələri aradan qaldırmaq üçün tədbirlər planının hazırlanması üçün istifadə ediləcək

Komponent İki

AYS-in gücləndirilməsi və layihənin icrasını dəstəkləmək üçün texniki yardım və malların təchizatı

Avtomobil yolları haqqında Qanunun yenilənməsi və modernləşdirilməsi

Yolların Məlumat Bazasının (YMB) başa çatdırılması

Komponent İki

Yenidən baxılmış Avtomobil Yolları haqqında Qanunun hazırlanması

Məlumatları YMB-yə daxil edilmiş yolların uzunluğu (km)

Onun istifadəsi üzrə təlim almış insanların sayı

Komponent İki

Məlumat Nəqliyyat Nazirliyi və AYS tərəfindən icra vəziyyətinin monitorinqi və mümkün

ləngimələri aradan qaldırmaq üçün tədbirlər planının hazırlanması üçün istifadə ediləcək

Məlumat Nəqliyyat Nazirliyi və AYS tərəfindən çoxillik proqramın yenilənməsi üçün istifadə ediləcək

(15)

Aşağıdakılar vasitəsi ilə yolların funksional təsnifatına tətbiq edilən texniki kateqoriyaları müəyyən etmək

Sovet vaxtından qalmış mövcud standartları əvəz etmək üçün həndəsi və struktur layihələndirmə

standartlarının təhlili və dəyişdirilməsi

Hər texniki kateqoriya üçün yolun vəziyyəti normalarının hazırlanması Texniki yönümlü ali məktəblər üçün mülki mühəndislik üzrə yeni tədris planının hazırlanması

Yol Hərəkətinin Təhlükəsizliyi Strategiyasının Hazırlanması

Yolların İnkişafı üzrə Baş Planın tərtib edilməsi

Yeni həndəsi və struktur layihələndirmə standartlarının hazırlanması

Təmir və istismar üzrə yeni normaların hazırlanması

Yeni tədris planının hazırlanmışdır

Yol Hərəkətinin Təhlükəsizliyi Strategiyası Hazırlanmışdır Yolların İnkişafı üzrə Baş Plan tərtib edilmişdir.

İllik istismar və təmirin

planlaşdırılmasında yeni texniki kateqoriyaların istifadəsi, layihələndirmədə yeni standartların istifadə edilməsi

Məlumat Nəqliyyat Nazirliyi və AYS tərəfindən icranın

vəziyyətini yoxlamaq və mümkün gecikmələrin qarşısını almaq üçün tədbirlər planının hazırlanması üçün istifadə ediləcək.

Nəticələrin monitorinqi ilə bağlı yenidən baxılmış cədvəl bu sənədə əlavə kimi verilmişdir.

VII. Faydalar və risklər

30. Ciddi əlavə risklər müəyyən edilməmişdir. AMY2L-in qiymətləndirilməsi zamanı aşkar olunmuş risklərin qarşısının alınması üçün müvafiq tədbirlər görülüb. Torpaqların alınmasında ləngimələrin baş verməsi riskini yumşaldılması məqsədilə Torpaqların Alınması haqqında yeni qanun layihəsi hazırlanmışdır ki (Parlament tərəfindən mart ayıda qəbulu gözlənilir), bu da dövlət ehtiyacları üçün torpaqların alınması prosesini daha sürətli və şəffaf edəcək. Xərclərin artması ilə bağlı risklər nəzərə alınmışdır və maliyyələşdirmə planına ehtiyat vəsaiti kimi 100 milyon ABŞ dollarına qədər, və ya Layihə xərclərinin təxminən 17% həcmində, vəsait daxil edilmişdir. Əvvəl də qeyd edildiyi kimi, bu Layihə üzrə iqtisadi gəlirlilik dərəcəsinə təsir göstərmir. Ötən missiyalar satınalmalar sahəsində və ya maliyyə idarəetməsində ciddi məsələlər müəyyən etməyib.

Baxmayaraq ki, bu növ iri infrastruktur layihələrində fidusiar risklərlə bağlı narahatlıq olur, ilkin layihədə satınalmalara münasibətdə artıq tətbiq edilən sərt yanaşma əlavə maliyyələşdirməyə də tətbiq ediləcək. Risklərin azaldılması üzrə tədbirlər artıq görüldüyündən, mövcud fidusiar risk orta olaraq qiymətləndirilir (lütfən AYM2L üzrə LQS-in fidusiar məsələlərə dair 7-ci və 8-ci qoşmalarına baxın).

VIII. Əlavə maliyyələşdirmənin maliyyə şərtləri

31. Əlavə maliyyələşdirmə BYİB-in standart kreditləşdirmə şərtləri əsasında təmin ediləcək. Kreditin növü dollarla ifadə olunmuş və ödənişləri öhdəliyə bağlanmış sabit spredli kreditdir (SSK). Kredit 4 il güzəşt dövrü daxil olmaqla 17 il müddətinə verilir.

(16)

Əlavə

Nəticələrin monitorinqinin yenidən baxılmış mexanizmi

Hədəflənən dəyərlər Məlumatların toplanması və hesabatvermə Layihənin nəticə göstəriciləri Baza 2006 2007 2008 2009 2010 2011 2012 2013 Tezlik və hesabatlar Məlumatların

toplanması alətləri

Məlumatların toplanmasına cavabdehlik

Ələtdən-Masallıya tranzit vaxtı Ələtdən Masallıya nəqliyyat vasitələrinin istismarı məsrəfləri Bakıdan Şamaxıya tranzit vaxtı Bakıdan Şamaxıya nəqliyyat vasitələrinin istismarı məsrəfləri Kürdəmirdən Ucara tranzit vaxtı Kürdəmirdən Ucara nəqliyyat vasitələrinin istismarı məsrəfləri Tağıyev-Sahil üzrə tranzit vaxtı Tağıyev-Sahil üzrə nəqliyyat vasitələrinin istismarı məsrəfləri Layihə ilə əhatə olunan yollarda yol-nəqliyyat hadisələrinin sayı

180’

100%

150’

100%

48’

100%

120’

100%

Tam müəyyən edilməyib

180’

150’

48’

120’

180’

150’

48’

120’

170’

98%

150’

48’

120’

160’

96%

130’

97%

40’

95%

120’

90%

150’

94%

110’

94%

30’

90%

120 TBD

80%

130’

91%

100’

90%

30’

90%

30’

TBD

75%

80’

88%

100’

90%

30’

90%

30’

TBD

70%

80’

88%

100’

90%

30’

90%

30’

TBD

70%

Hər il Texniki hesabatlar və Yolların Məlumat Bazası

AYS və LİQ

Aralıq nəticə göstəriciləri Komponent Bir

Ələt-Astara üzrə yenidən qurulmuş kilometrlərin sayı

0 0 20 30 90 120 143 143 Hər altı ay Layihənin

Monitorinqi hesabatları

AYS və LİQ

(17)

Bakı-Şamaxı üzrə bərpa olunmuş kilometrlərin sayı

Kürdəmir-Ucar üzrə bərpa olunmuş kilometrlərin sayı Tağıyev-Sahil üzrə bərpa olunmuş kilometrlərin sayı

0

0

0 0 0

40

20

0

80

40

10

124

40

30

124

40

40

124

40

40

Komponent İki

Yenidən baxılmış Avtomobil Yolları haqqında Qanunun hazırlanması

Yol məlumat bazasına daxil edilmiş yolların uzunluğu (km) Onun istifadəsi üzrə təlim almış insanların sayı

Yeni həndəsi və struktur layihələndirmə standartlarının hazırlanması

Təmir və istismar üzrə yeni normaların hazırlanması Mülki mühəndislik üzrə yeni tədris planının hazırlanması Yol Hərəkətinin Təhlükəsizliyi Strategiyasının Hazırlanması Yolların İnkişafı üzrə Baş Planın hazırlanması

1600

3

2000 4500

10

Hər altı ay Layihənin Monitorinqi hesabatları

AYS və LİQ

Referanslar

Benzer Belgeler

Roma’yla ilgili bir şeyler sordu, bana yapışarak beni kendine bastırmaya kalktı, Morelli’nin kavalyem olup olma- dığını sordu. Ne kavalye, ne şövalye… ben at

BİOS, anakartınızın xüsusiyyətlərini və üzərinə taxılmış olan təchizatların çalışması üçün lazım olan parametrləri, istifadə etdiyiniz əməliyyat sisteminə

 Digər klubun Azarkeşlərlə əlaqələndirici şəxsi ilə oyundan əvvəl aşağıdakılarla bağlı əlaqə yaratmaq:.. - azarkeşlər üçün vacib məlumatın mübadiləsi

Layihənin Lənkəran ofisi cari ilin Oktyabrın 14-də Lənkəran şəhərinin Xolmoli kəndində 38 nəfər kənd sakini ilə görüş keçirmişdir.. Görüş zamanı iştirakçılar

Layihənin nəticələrinə aşağıdakılar daxil olacaq:(i) İnstitusional çərçivələrin təşkili və həyata keçirilməsi, əməliyyat prosedurlarının və təlimatların

Buraya daxildir (i) başlama üçün, hazırlıq işləri; (ii) mümkünlük araşdırması üçün, investisiya proqramının hazırlığı üçün mühəndislik, iqtisadi,

Bunlar necə istehsal olunmalıdır – arzu olunan məhsulun istehsal edilməsi üçün hansı metodlardan istifadə olunaraq resurslar kombinasiya edilməlidir.. Məhsullar kim

Elektron xidmət vasitəsilə qida məhsullarının daşınmasına ica - zə verən sanitariya pasportunun verilməsi üçün müraciət və sə nəd - lərin qəbulu mümkündü.