• Sonuç bulunamadı

 

Strategiya  icraat  yaxşı  olduqda  səmərəli  olur.  Buna  görə  də  AİB‐nın  Asiya  və  Sakit  okean  regionunun  yoxsulluqdan  azad  olmasına  dair  öhdəliyi  gördüyü  tədbirlərdə  əks  olunmalıdır. 

AİB  müvafiq  olaraq  yoxsulluğun  azaldılması  üçün  öz  resurslarını,  instrument  və  biznes  proseslərini  tam  olaraq  çalışdırır.  Bu  bölmədə  bu  sahədə  göstərilən  əhəmiyyətli  tədbirlər  və  fəaliyyət təsvir edilir. 

 

Y

OXSULLUĞUN AZALDILMASI ÜÇÜN MODIFIKASIYALAR

 

2000‐ci  ilin  əvvəllərində  AİB  yoxsulluğun  azaldılması  üzrə  illik  fəaliyyət  planını  hazırlayacaqdır.  Planda  il  ərzində  yoxsulluğun  azaldılması  sahəsində  həyata  keçiriləcək  tədbirlər  müəyyən  olunacaqdır.  Bu  tədbirlərə  başlanmalı  ölkə  əməliyyat  strategiyaları,  yoxsulluq  və  yoxsulluğun  dərinliyinə  müdaxilələr,  yoxsulluqla  əlaqədar  hazırlanacaq  və  ya  həyata keçiriləcək texniki yardım daxil olacaqdır. 1999‐cu ilin sonunadək AİB bütün əməliyyat  departamentlərinə aşağıdakı funksiyalar üçün cavabdeh olacaq işçi heyəti təyin edəcəkdir: 

(i)  yoxsulluğun  azaldılması  üçün  departamentin  fəaliyyət  planının  hazırlanması  və  həyata  keçirilməsinin yoxlanması; 

(ii)  yoxsulluğun  azaldılması  sahəsində  əməliyyatları  həyata  keçirən  işçi  heyətinə  texniki  yardımın göstərilməsi; və 

(iii)  departamentin  yoxsulluğun  azaldılması  istiqamətindəki  tədbirlərinə  keyfiyyətə  nəzarətin  aparılması (yoxsulluğun təhlili, yoxsulluq və yoxsulluğun dərinliyinə müdaxilələr kimi). 

Strategiyaya  dair  öhdəliyə  işarə  etmək  və  təşkilatda  onun  həyata  keçirilməsinə  yardım  etmək  üçün  1999‐cu  ilin  sonunadək  AİB  birbaşa  rəhbərlik  qarşısında  cavabdeh  olan  yoxsulluğun  azaldılması  bölməsini  təsis  edəcəkdir.  Bölmə  Yoxsulluğun  Azaldılması  Strategiyasını həyata keçirən və tərəqqiyə nəzarət edən bütün departament və idarələrin işinə  rəhbərlik  etmək  üçün  analitik  və  operativ  çərçivə  təmin  edəcəkdir.  Bu  məqsədlə  bölmə  aşağıdakıları yerinə yetirəcəkdir: 

(i) yoxsulluğun  azaldılması  üçün  AİB‐nın  illik  fəaliyyət  planını  hazırlamaq  və  onun  həyata keçirilməsinə nəzarət etmək, keyfiyyət standartlarını təmin etmək; 

(ii) yoxsulluğun  statistikası  üçün  məlumatlara  olan  ehtiyacı  müəyyən  etməyə  yardım  etmək, yoxsulluğun tədqiqat gündəliyini hazırlamaq; 

(iii) yoxsulluq  sahəsində  müdaxilələrin  planlaşdırılması  sahəsində  əməliyyat  üzrə  təlimatları və işçi heyətin soraq kitabçasını hazırlamaq; və 

(iv) regionda  yoxsulluğun  azaldılması  üzrə  işin  gedişatı  haqda  hesabatlar  hazırlamaq,  konfrans və forumlar təşkil etmək, dialoqun aparılmasını təşviq etmək. 

 

AİB‐da  yoxsulluğun  azaldılması  sahəsində  əldə  edilən  tərəqqi  baxımından  bölməyə  nəzarət ediləcəkdir. 

  Yoxsulluğun  azaldılmasına  çox‐profilli  və  ölkə  fokuslu  metodları  təşviq  etmək  üçün  böyük  cəhdlər  göstərmək  lazımdır.  AİB‐nın  işçi  heyəti  üçün  hər  zaman  “yoxsulluğu  düşünmək”  vacibdir.  Bu  sahədə  məşğul  olan  bütün  departamentlərin  yoxsulluğa  qarşı 

mübarizə tədbirlərinin aparılması üçün lazım olan səriştəni qazanmasını AİB 2002‐ci ilədək  təmin  edəcəkdir  (məsələn,  gender  vəziyyətinin  qiymətləndirilməsi,  dövlət  xərclərinin  nəzərdən  keçirilməsi,  institusional  təhlil,  iştirakçı  tərəflərlə  məsləhətləşmələrin  və  onların  iştirakının təşviqi). Bu məqsədlə əməliyyat departamentlərinin lazımi təcrübə və səriştə əldə  edəcəyini təmin etmək üçün işçi heyətin vəzifələri yenidən müəyyən ediləcəkdir. Hər halda,  bunun kifayət olmayacağına görə böyük sayda yeni vəzifələrin açılması tələb olunacaqdır. 

  AİB departament rəhbərləri və menecerlər daxil olmaqla bütün operativ və yeni işçilərə  yoxsulluğun azaldılması metodologiyaları və texnikası sahəsində təlim təşkil edəcəkdir. 

  AİB Yoxsulluğun Azaldılması Strategiyasının səmərəli həyata keçirilməsini təşviq etmək  üçün  daimi  nümayəndələrini  qüvvətləndirəcəkdir.  Daimi  nümayəndəliklər  tərəfdaşlıq  sazişlərində  müəyyən  edilmiş  yoxsulluq  göstəricilərinə  və  mərhələlərə  nəzarət  edəcək,  yoxsulluğa dair yeni məlumatların toplanması və yayılmasına yardım edəcəkdir. Mümkün  hallarda AİB bu tədbirlərdə yardım göstərmələri üçün yerli peşəkarları cəlb edəcəkdir.17    2000‐ci  ilin  əvvəllərində  AİB  yoxsulluğa  dair  statistik  məlumatlar  bazasını  qüvvətləndirmək  üçün  sürətli  proqram  həyata  keçirəcəkdir.  Əlavə  olaraq,  AİB  Qurumu  regionda yoxsulluq məsələləri üzrə iş proqramını və fəaliyyətini genişləndirəcəkdir. 

 

Y

ENI INSTRUMENTLƏR

 

AİB  yoxsulluq  əməliyyatlarının  maliyyələşdirilməsi  yolunda  yaradıcı  olacaqdır.  Buna  aşağıdakılar daxil olacaqdır: 

(i) AİB‐nın  yalnız  adi  kapital  resurslarından  istifadə  edə  bilən  ölkələrdə  AİB‐nın  yoxsulluğa  daha  çox  diqqət  verməsi  üçün  AİB‐nın  bu  kredit  mənbəyindən  maliyyələşdirilən  yoxsulluğun  azaldılması  layihələri  üçün  xüsusi  şərtlərin  təhlili  (Çin Xalq Respublikası və Hindistan kimi).18  

(ii) Xüsusi  məqsədli  fondlara  olan  ehtiyacın  araşdırılması  (məsələn,  vətəndaş  cəmiyyətinin inkişafa yardımını dəstəkləmək və ya yoxsulluğun azaldılmasında özəl  sektorun iştirakını təşviq etmək); və 

(iii) Pilot  layihələr,  sektorun  inkişafı  proqramları  kimi  mövcud  instrumentlərdən  və  yoxsulluğun  azaldılması  əməliyyatları  üçün  xüsusilə  uyğunlaşdırılmış  sosial  sərmayə fondlarından daha çox istifadə. 

 

P

ROQRAM VƏ KREDIT VERMƏDƏ HƏDƏFLƏR

 

AİB aşağıdakıları həyata keçirəcəkdir: 

(i) 2000‐ci  ilin  əvvəllərində  hər  borc  alan  ölkədə  kredit  vermə  və  kredit  verməmə  tədbirləri  üzrə  hərtərəfli  proqram  hədəflərini  müəyyən  edən  tərəfdaşlıq  sazişlərini  hazırlamaq; 

(ii) 2001‐ci  ilədək  yoxsulluğun  azaldılması  istiqamətindəki  müdaxilələrə  dövlət  sektorunda verilən kreditlərin 40 faizindən az olmayaraq kredit vermə; və  

17 Mümkün  yerlərdə  birgə  maliyyələşdirmə  variantı  bu  məqsəd  üçün  araşdırılacaqdır,  etimad  fondları  ilə  maliyyələşdirilmiş gender üzrə mütəxəssislərin xidmətlərindən AİB istifadə etdiyi kimi. 

18“OCR Kredit Dəyişikliklərinin Nəzərdən keçirilməsi, Sənəd, AİB, 1999. Nəzərdən keçirilə bilən variantlara yekun  ödəmə müddəti və / və ya kreditin amortizasiya cədvəlinin uzadılması daxildir. 

(iii) 2002‐ci ilədək yoxsulluğun dərinliklərinə müdaxilə üçün kredit verməni artırmaq. 

 

T

ƏRƏFDAŞLARLA IŞ

 

AİB aşağıdakıları həyata keçirəcəkdir: 

(i) 2000‐ci  ilin  əvvəllərində  tendensiyaları  qiymətləndirmək,  təhlil  etmək  və  nəzarət  etmək  üçün  borc  alan  ölkələrdə  potensialın  qüvvətləndirilməsinə  yardım  təklif  etmək; 

(ii) yoxsulluğun  təhlili  prosesinə  iştirakçı  tərəfləri  cəlb  etmək,  yoxsulluq  sahəsində  yüksək  səviyyədə  keçirilən  forumlarda  onların  iştirakını  təşviq  etmək(  ölkənin  operativ strategiyalarını və tərəfdaşlıq sazişlərindən əvvəl başlananlar); və 

(iii) digər  çoxtərəfli  və  ikitərəfli  qurumların,  qeyri  hökumət  təşkilatlarının  işinə  əsaslanmaq,  onlarla  fəaliyyəti  daha  geniş  surətdə  əlaqələndirmək,  qabaqcıl  birgə  maliyyələşdirmə vasitəsilə onların nisbi qüvvəsindən ən yaxşı yolla istifadə etmək. 

 

Y

OXSULLUĞUN AZALDILMASINDA ƏLDƏ EDILƏN TƏRƏQQININ  MONITORINQI

 

AİB aşağıdakıları həyata keçirəcəkdir: 

(i) yoxsulluğun azaldılması istiqamətində göstərilən cəhdlərə, yoxsulluğun azaldılması  sahəsində  milli  və  regional  hədəflərin  əldə  edilməsində  tərəqqiyə  dair  İdarə  Heyətinə illik hesabat vermə; və 

(ii) 2000‐ci ildən başlayaraq hər üç ildən bir Asiya və Sakit okean regionunda hökumət,  vətəndaş  cəmiyyəti  və  maliyyələşdirmə  icmasının  nümayəndələrindən  ibarət  yoxsulluq  forumunun  çağırılması,  yoxsulluğun  azaldılmasında  AİB  və  borc  alan  ölkələrin  göstərdiyi  cəhdlər  istiqamətində  əldə  edilmiş  tərəqqinin  nəzərdən  keçirilməsi. 

 

S

TRATEGIYANIN NƏZƏRDƏN KEÇIRILMƏSI  AİB bu strategiyanı üç ildən sonra nəzərdən keçirəcəkdir. 

 

Əlavə 1   

 

Y OXSULLUĞUN QIYMƏTLƏNDIRILMƏSI ,  TƏRIFLƏR VƏ 

Benzer Belgeler