• Sonuç bulunamadı

"Tap və qazan" tirajlı stimullaşdır ıcı lotereyasının keçirilməsi qaydaları və lotereyada iştiraketmə şərtləri

N/A
N/A
Protected

Academic year: 2022

Share ""Tap və qazan" tirajlı stimullaşdır ıcı lotereyasının keçirilməsi qaydaları və lotereyada iştiraketmə şərtləri"

Copied!
6
0
0

Yükleniyor.... (view fulltext now)

Tam metin

(1)

"Tap və qazan" tirajlı stimullaşdır ıcı lotereyasının keçirilməsi qaydaları və lotereyada iştiraketmə şərtləri

1. Tirajlı stimullaşdırıcı lotereyanın adı: "Tap və qazan" (daha sonra mətn boyu – "Lotereya").

2. Lotereya M&M's® ticarət markasının növbəti drajeləri (daha sonra — Draje) üzrə keçirilir:

 Yerfındığından və südlü şokoladdan hazırlanmış, qablaşdırılımış M&M’s® drajesi – xalis kütləsi 45 qram;

 Südlü şokoladdan hazırlanmış, qablaşdırılımış M&M’s® drajesi – xalis kütləsi 45 qram;

3. Lotereyanın təşkilatçısı - "Mega Media Communication" (Meqa Media Kommünikeyşn) MMO (yerləşdiyi ünvan: Azərbaycan, Bakı, C.Cabbarlı küç., 44, Kaspian Plaza II, 12-ci mərtəbə).

4. Lotereyanın keçirildiyi ərazi – Azərbaycan Respublikası.

5. Lotereyanın ümumi keçirilmə müddəti - 01 iyun 2016-cı il tarixindən 15 avqust 2016 il tarixinədək (daha sonra mətn boyu – "Lotereyanın keçirilmə dövrü").

6. DİQQƏT: "M&M's®" ticarət markasına aid lotereya keçirilən draje qablarının üzərində göstərilmiş müddətlərdən asılı olmayaraq, 01 iyun 2016-cı il tarixi, Bakı vaxtı ilə saat 00:00-dan 15 avqust 2016-ci il tarixi, Bakı vaxtı ilə saat 23:59-dək olan müddət ərzində (daha sonra mətn boyu – "Aksiyada iştirak etmək üçün ərizələrin qəbulu müddəti") Lotereya iştirakçısı olmaq mümkündür.

7. Lotereyada iştirak edə bilər:

7.1. Lotereya keçirilən müddət ərzində daim Azərbaycan Respublikası ərazisində yaşayan əmək qabiliyyətli Azərbaycan Respublikası vətəndaşları;

7.2. Aksiya başlananadək 13 (on üç) yaşı tamam olmuş, həddi-buluğa çatmamış, Azərbaycan Respublikası ərazisində doğulmuş, valideynləri Azərbaycan vətəndaşları olan uşaqlar – valideynlərindən birinin razılığı ilə (daha sonra mətn boyu - "İştirakçı").

8. Lotereya İştirakçısı olmaq üçün Lotereyada iştirak etmək üçün ərizələrin qəbulu müddəti ərzində aşağıdakıları etmək zəruridir:

8.1. "M&M's®" ticarət markasının hazırkı Qaydaların 1-ci bəndindəki siyahıda göstərilmiş və iç tərəfində kodu* yazılmış, "Tap və qazan" Lotereya nişanlı draje paketlərindən ən azı 1 (birini) almaq (daha sonra mətn boyu - "Draje").

*Kod – draje paketinin iç tərəfində yerləşdirilmiş, latın əlifbasının rəqəm və hərflərindən ibarət olan və hazırkı bənddə göstərilmiş kombinasiyadır (daha sonra mətn boyu - "kod").

Kodlar təkrarlanmır və Lotereyada iştirak etmək üçün bir kod bir dəfədən artıq istifadə edilə bilməz.

8.2. Lotereyada iştirak etmək üçün ərizələrin qəbulu müddəti ərzində www.mmswanted2.com internet saytında şəxsi məlumatları göstərərək anket doldurmaqla Lotereya iştirakçısı qismində qeydiyyatdan keçmək:

 Mobil telefon nömrəsi

 Email

 Şəhər

 Parol (iştirakçı özü fikirləşməlidir)

 Lotereya şərtlərilə razılaşma (daha sonra mətn boyu – “Qeydiyyat məlumatları”).

8.2.1. İnternet-saytda müvəffəqiyyətli qeydiyyatı təsdiq edən elektron informasiya xəbəri üzə çıxır.

8.2.2. Saytda müvəffəqiyyətli qeydiyyatdan sonra ziyarətçi Lotereyanın İştirakçısı hesab edilir.

8.2.3. Doldurulmuş məlumatlar redaktə oluna bilməz, anketdə etibarlı və düzgün informasiya göstərilməlidir. Əgər İştirakçı qeydiyyat zamanı dəqiq olmayan informasiyanı, xüsusilə: adını, mobil telefonu, şəhəri, elektron ünvanı göstəribsə, o, heç bir səviyyənin Hədiyyəsinə sahib ola bilməz.

8.2.4. Bir unikal mobil telefon nömrəsindən və bir elektron ünvandan bir iştirakçı yalnız 1 (bir) qeydiyyat formasını qeydiyyatdan keçirə bilər.

8.2.5. Müvəffəqiyyətli qeydiyyat təsdiq edildiyi halda iştirakçıya onun mobil telefon nömrəsinə uyğun Unikal nömrə təqdim olunur və onun virtual akkauntunu təşkil edən "Şəxsi kabinet"inə giriş açılır. "Şəxsi kabinetdə" cavablandırılan / cavablandırılmayan sualların sayı, Lotereya və Referal proqram çərçivəsində qazanılmış hədiyyələrin adları və sayı haqqında informasiya saxlanılır.

8.2.6. "Şəxsi kabinet"ə daxil olmaq üçün Saytda yerləşən qeydiyyat formasının müvafiq sahələrinə loqini (mobil telefon nömrəsini) və qeydiyyat zamanı qeydiyyat formasında İştirakçı tərəfindən göstərilmiş parolu daxil etmək və "Daxil ol" virtual düyməsinə basmaq lazımdır.

8.2.7. Əgər İştirakçı qeydiyyat zamanı fikirləşildiyi parolu unutsa, İştirakçıya "Parolu bərpa et" əməliyyatı təqdim olunur.

8.2.8. İştirakçılar tərəfindən parolun bərpası qaydası: Parolun bərpasına görə sorğunu İştirakçı Lotereya keçirildiyi bütün müddət ərzində göndərə bilər. Bunun üçün Saytda yerləşən qeydiyyat/avtorizasiya

(2)

formasında İştirakçı "Parolu bərpa et" virtual düyməsini basmalıdır ki, bundan sonra onun qeydiyyat zamanı göstərdiyi elektron ünvanına unikal istinad göndəriləcək. Bu istinad üzrə İştirakçı keçid alıb parolu yenisi ilə əvəz etməlidir. Yeni parolu Lotereya İştirakçısı özü fikirləşməlidir.

8.2.9. İstinad ən çoxu 5 saat ərzində göndəriləcək.

8.3. Qeydiyyatdan ən azı 1 (bir) kod keçirilməlidir.

8.3.1. Kodun qeydiyyatı üsulları:

 kodun SMS (daha sonra mətn boyu – "SMS") vasitəsilə "6858" qısa nömrəsinə göndərilməsi;

 www.mmswanted2.com internet saytında; sayta daxil olmaq üçün şəxsi loqinindən və parolundan istifadə etməlisən ki, daha sonra kodu qeydiyyatdan keçirmək imkanı açılsın. Kodu qeydiyyatdan keçirmək üçün "Kodu daxil et və axtarışa başla” virtual düyməsinə basmaq, daha sonra "Kodu daxil et" virtual düyməsini seçib 10 işarədən ibarət kodu və kapçanı daxil etmək lazımdır.

8.4. Www.mmswated2.com saytında Lotereya şərtlərinin təsviri:

8.4.1. bəndində göstərilmiş üsullardan biri ilə kodu qeydiyyatdan keçirdikdən sonra İştirakçı üçün www.mmswanted2.com saytında suallarla dolu Viktorina şəklində Cinayətkar-Şokoladlı qəhrəmanların axtarışına yol açılır.

8.4.2. Viktorinanın mexanikası:

8.4.2.1. Hər bazar ertəsi (suallar olan Yerləşmələrin açılış cədvəli 8.4.5 bəndində göstərilmişdir) avtomatik olaraq Ada xəritəsinin dörd sual əks etdirən bir hissəsi (daha sonra - Yerləşmə) açılır. İştirakçı Viktorinanın açıq suallarına cavab verməlidir. Doğru cavaba görə İştirakçı təsadüfən ikinci səviyyəli hədiyyələrdən birini qazana bilər. Hər gün ikinci səviyyəli 15 hədiyyə verilir.

8.4.2.2. bəndində göstərilən hər hansı üsulla qeydiyyatdan keçirilmiş bir kod bir Yerləşməyə giriş açır. Sualları açmaq üçün "Kodu daxil et və axtarışa başla" virtual düyməsinə basmaq və "Araşdırmaya başla" düyməsini seçmək lazımdır.

Yeni Yerləşmələri açmaq üçün İştirakçının kodu olmadığı təqdirdə, bu informasiya məlumat pəncərəsində çıxacaq və belə olan halda "Kodu daxil et" virtual düyməsini seçib 10 işarədən ibarət kodu daxil etmək lazımdır. Kodu uğurla daxil etdikdən sonra İştirakçı üçün açıq Yerləşməyə giriş açılacaq.

8.4.3. Yerləşmələrin ümumi sayı – 11, hər Yerləşmədə 4 sual mövcuddur.

8.4.4. Sualların ümumi sayı – 44.

8.4.5. Yerləşmələrin açılış cədvəli 01.06.16 (00:00) 11.07.16 (00:00) 06.06.16 (00:00) 18.07.16 (00:00) 13.06.16 (00:00) 25.07.16 (00:00) 20.06.16 (00:00) 01.08.16 (00:00) 27.06.16 (00:00) 08.08.16 (00:00) 04.07.16 (00:00)

8.4.6. Yeni yüklənmiş suallar haqqında bildiriş Şəxsi kabinetdə əks olunur, onlar haqda həmçinin İçtirakçının qeydiyyat zamanı göstərdiyi elektron ünvanına yayım məktubu gəlir.

9. Aşağıdakı kodlar səhv sayılır, nəzərə alınmır və qeyd edilmir:

 uydurulmuş;

 Lotereyada iştirak etmək üçün ərizələrin qəbulu müddətinin başlandığı tarixdən (01 iyun 2016-cı il tarixi, Bakı vaxtı ilə saat 00:00-dan) daha əvvəl Təşkilatçı tərəfindən alınmış.

 Lotereyada iştirak etmək üçün ərizələrin qəbulu müddətinin bitdiyi tarixdən (15 avqust 2016-cı il tarixi, Bakı vaxtı ilə saat 23:59-dan) daha sonra Təşkilatçı tərəfindən alınmış.

10. Lotereya İştirakçıları tərəfindən qeydiyyata salınan Kodlar aşağıdakı tələblərə cavab verməlidir:

 Qeydiyyat zamanı kod paketin iç tərəfində əks olunmuş hərf və rəqəm işarələri şəklində yazılır, məsələn: АZ4QN0J8TN

11. Kodların qeydiyyatı zamanı SMS-lərə aşağıdakı hallarda baxılmır:

 SMS-də birdən artıq kod göstərilir;

 SMS-də kod göstərilmir;

 SMS-də daha əvvəl göndərilmiş kod göstərilir;

 SMS-də Təşkilatçı tərəfindən müəyyən edilə bilməyən kod göstərilir (bütün kodların siyahısı Təşkilatçıda saxlanılır);

 SMS Təşkilatçı tərəfindən Lotereyada iştirak etmək üçün ərizələrin qəbulu müddətinin başlandığı tarixdən (01 iyun 2016-cı il tarixi, Bakı vaxtı ilə saat 00:00-dan) daha əvvəl alınıb.

 SMS Təşkilatçı tərəfindən Lotereyada iştirak etmək üçün ərizələrin qəbulu müddətinin bitdiyi tarixdən (15 avqust 2016-cı il tarixi, Bakı vaxtı ilə saat 23:59-dan) daha sonra alınıb.

(3)

12. Bütün göndərilmiş kodlar Təşkilatçının məlumat bazasında saxlanılır ki, burada Lotereya iştirakçıları barədə informasiya cəmlənir və göndərilmiş kodlar emal olunur.

13. "Agent cəlb et" referal proqram çərçivəsində iştirakçı (daha sonra mətn boyu - "Cəlbetmə agenti") unikal "məxfi istinad"ın elektron poçt və ya "Facebook", "Vkontakte" sosial şəbəkələri vasitəsilə yaymaqla öz dostlarını aksiyada qeydiyyatdan keçməyə dəvət edə bilər.

"Məxfi istinad" üzrə keçid alıb saytda qeydiyyatdan keçən və promo kodu qeydiyyatdan keçirən 5 (beş) dostunu aksiyada iştiraka dəvət etdiyi üçün Cəlbetmə agenti uduş qazanır. Cəlb olunmuş dostlar haqqında informasiya iştirakçının şəxsi kabinetində əks olunur.

14. Uduş fondu

Lotereyanın Uduş fondu Təşkilatçının pul vasaiti və əmlakı hesabına formalaşır və aşağıdakı Uduşlardan ibarətdir:

14.1. Birinci səviyyəli hədiyyə - 7 000 AZN – 1 əd.;

14.2. İkinci səviyyəli hədiyyələr:

 M&M’s 360 q - 456 əd.;

 Brendləşdirilmiş M&M’s futbolkası - 380 əd.;

 Brendləşdirilmiş M&M’s topu - 152 əd.;

 Brendləşdirilmiş M&M’s çətiri – 152 əd.

14.3. "Agent cəlb et" referal proqram çərçivəsində uduş fondu: telefona 5 manatlıq balans (mobil rabitə operatorlarının xeyrinə, onların Lotereya mükafatçıları olan abunəçilərinin şəxsi hesablarının 5 (beş) manata bərabər məbləğdə doldurulması məqsədilə ödəniş - 200 əd.;

15. Lotereya Qaliblərini müəyyənetmə qaydası:

15.1. Qaliblər aşağıdakı qaydada müəyyən edilir:

15.1.1. Hər gün, gün ərzində 2 (ikinci) səviyyəli hədiyyələrin oynanılması baş tutur. Viktorina sualına düzgün cavab vermiş Lotereya İştirakçılarına təsadüfən 2 (ikinci) səviyyəli hədiyyənin qazanılması haqqında məlumat yönlənə bilər. Hər gün 2 (ikinci) səviyyəli 15 (on beş) hədiyyə oynanılır. Qazanılmış Hədiyyələrin adları və miqdarı şəxsi kabinetdə əks olunur. Bir İştirakçı gün ərzində 1 (bir) və bütün Lotereya dövrü ərzində 2 (iki) hədiyyədən artıq qazana bilməz.

15.1.2. Fəallıq müddəti ərzində bir dəfə, notariusun və nümayəndələrdən ibarət tiraj komissiyasının üzvləri qarşısında promokodları 8.3.1 bəndində təsvir olunmuş hər hansı üsulla qeydiyyatdan keçirmiş iştirakçılar arasında 1-ci səviyyəli Hədiyyənin paylaşdırılması aparılır. Qalibin müəyyən olunması ümumi Lotereya dövrü ərzində promokodları qeydiyyatdan keçirmiş bütün iştirakçılar arasında xüsusi kompüter proqramı vasitəsilə təsadüfi müəyyənetmə üsulu ilə aparılır. Birinci səviyyəli hədiyyə sahibinin müəyyən olunması 31 avqust 2016-cı il tarixində keçiriləcək.

15.2. 1-ci səviyyəli Hədiyyəni almaq üçün Qalib VÖEN (Eyniləşdirmə nömrəsi) və bank hesabına malik olmalıdır. Qalibin bank hesabı olmadığı təqdirdə Qalib Azərbaycan Respublikasının istənilən bankında qeydiyyatdan VÖEN keçirməli və bank hesabı açdırmalıdır. Qalib VÖEN açmaqdan imtina etsə, Lotereya Təşkilatçısı uduşun 10%-ni tutmağa və uduşdan gəlir vergisi kimi Dövlət xəzinəsinə, pulun qalan hissəsini isə Qalibin bank hesabına köçürməyə borcludur.

15.3. 1-ci səviyyəli hədiyyəni almaq üçün Qalib hədiyyə haqqında xəbər aldığı andan etibarən ən çoxu 20 (iyirmi) təqvim günü ərzində Lotereya Təşkilatçısına aşağıdakı sənədləri təqdim etməlidir:

 Şəxsiyyəti təsdiq edən sənədin surəti;

 VÖEN və Bankda bank hesabının olması və ya yeni VÖEN və bank hesabının açılması barədə arayış;

15.4. 1-ci səviyyəli hədiyyənin məbləği pul vəsaitinin təmənnasız olaraq ötürülməsi haqqında bağlanmış Müqaviləyə əsasən Lotereya başa çatdıqdan sonra 10 iş günü ərzində daha əvvəl Qalib tərəfindən açılmış bank hesabına köçürüləcək.

15.5. Pul vəsaitinin təmənnasız ötürülməsi haqqında Müqavilə Lotereya Təşkilatçısının ofisində bağlanır.

Bu məqsədlə Qalib Pul vəsaitinin təmənnasız ötürülməsi haqqında Müqaviləni imzalamaq üçün Lotereya Təşkilatçısının qabaqcadan şərtləndirdiyi müddətdə Bakı şəhərinə gəlməlidir. Bakı şəhərinə gəlişi və burada qalması ilə bağlı bütün xərcləri Qalib öz üzərinə götürür. Qalibin Bakı şəhərinə gəlməsi tarixi qabaqcadan şərtləndiriləcək və razılaşdırılacaq.

15.6. İkinci səviyyəli hədiyyənin alınması üçün İştirakçı saytda uduş haqqında xəbər aldıqdan sonra 15 (on beş) təqvim günü ərzində hədiyyənin çatdırılması üçün qeydiyyat formasını doldurmalıdır.

Doldurulmasına ayrılmış müddət bitdikdən sonra, Çatdırılma formasını doldurmaq mümkün olmur.

 "E-mail", "Mobil telefon" və "Hədiyyənin adı" sahələri qeydiyyat zamanı doldurulmuş və redaktə edilə bilməyən məlumatlara əsasən avtomatik doldurulur.

(4)

 Qalan informasiya İştirakçı tərəfindən doldurulur və sifariş forması göndərilən anadək redaktə olula bilər. Hədiyyənin çatdırılması ilə bağlı məlumatlar düzgün doldurulmalıdır.

Çatdırılma forması Şəxsi kabinetdə saxlanılır.

15.7. Çatdırılma forması doldurulduqdan sonra 15 (on beş) iş günü ərzində qaliblərə əlaqə məlumatlarını, xüsusilə qalib haqqında şəxsi məlumatları, yəni şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, yaşayış yerinin tam ünvanını, yaşını, Lotereyaya aid digər informasiyanı dəqiqləşdirmək üçün aksiyanın qaynar xətt operatorları zəng edə bilər.

15.8. Hədiyyə formada olan məlumatlara əsasən, 30 noyabr 2016-cı il tarixinədək kuryer xidməti tərəfindən qapıya kimi çatdırılacaq. Hədiyyəni alarkən iştirakçının şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etmək lazımdır, məlumatlar sifariş formasının məlumatları ilə eyni olmalıdır. Əks təqdirdə hədiyyə verilməyəcək.

15.9. Lotereya Qaliblərinin tam siyahısı 31 avqust 2016-cı il tarixindən (daha sonra – “Keçirilmiş Lotereyanın nəticələrinin dərc olunması tarixi”) gec olmadan www.mmswanted2.com internet saytında yerləşdiriləcək.

15.10. Poçt göndərmələrinin ödənilməsillə, o cümlədən, Uduşun İştirakçıların yaşadığı şəhərlərə (yerlərə) çatdırılması ilə bağlı bütün xərcləri Lotereya Təşkilatçısı öz üzərinə götürür.

15.11. Lotereya Təşkilatçısından asılı olmayan səbəblər üzündən İçtirakçı ilə qeydiyyat zamanı göstərdiyi mobil və/və ya stasionar telefon nömrələri ilə, elektron poçt ünvanına məktub göndərmək vasitəsilə, eləcə də qeydiyyat zamanı Lotereya İştirakçısı olaraq göstərdiyi digər ünvanlar vasitəsilə əlaqə saxlamağın mümkün olmamaması Lotereya Təşkilatçısını məsuliyyətdən azad edir.

15.12. Təşkilatçı çatdırılmanı həyata keçirən təşkilatlar tərəfindən Uduşları çatdırma müddətinin pozulması, onların itirilməsi və zədələnməsinə görə məsuliyyət daşımır.

15.13. Üzərində hazırkı Qaydaların şərtlərinə müvafiq olaraq Saytda qeydiyyatdan keçirilmiş Kodların göstərildiyi Məhsul promo-qabları Lotereya keçirilən bütün dövr ərzində saxlanmalıdır. Lotereya İştirakçısının Qalib kimi tanınması prosesində Təşkilatçının belə İştirakçıdan bu Məhsulu alması faktını təsdiqləmək üçün üzərində Kodlar göstərilmiş promo-qabları təqdim etməsini tələb etməyə ixtiyarı var.

16. Digər şərtlər

16.1. Lotereya Təşkilatçısı aşağıdakılara görə məsuliyyət daşımır:

16.1.2. Iştirakçılar tərəfindən Lotereyada iştiraketmə və uduşların alınması ilə bağlı vəzifələrinin yerinə yetirilməməsinə (vaxtında yerinə yetirilməməsinə) görə;

16.1.3. Iştirakçıların Lotereyanın keçirilməsi qaydaları və iştiraketmə şərtləti ilə, eləcə də keçirilmiş Lotereyanın nəticələrilə tanış olmamalarına görə;

16.1.4. poçt xidmətinin, rabitə təşkilatlarının təqsiri üzündən, texniki problem və/və ya İnternet şəbəkəsində və/və ya Lotereya keçirilən zaman istifadə olunan digər rabitə kanallarında baş vermiş dələduzluq əməlləri nəticəsində İştirakçılardan məktub, zəng, faksimil və/və ya elektron məlumat almadığına görə;

16.1.5. Uduşların alınması üçün lazım olan sənədlərin və/və ya məlumatların iştirakçılardan alınmamasına (vaxtında alınmamasına) görə;

16.1.6. Iştirakçılardan Lotereyanın keçirilməsi və Uduşların verilməsi məqsədləri üçün aldığı əlaqə və/və ya digər məlumatların natamam olması və/və ya düzgün olmamasına görə.

17. Lotereyanın ümumi şərtləri.

17.1. Lotereyanın keçirilməsi qaydaları və şərtləriylə www.mmswanted2.com internet saytında və ya informasiya qaynar xətti ((012) 4043134) vasitəsilə (Bakı üzrə şəhər nömrələrindən - pulsuz) tanış olmaq olar. Qaynar xətdə İştirakçıların və Fərdi kodların qeydiyyatı aparılmır.

17.2. Lotereyanın Təşkilatçısının əməkdaşları və nümayəndələri, onlarla əlaqəli şəxslər, onların ailə üzvləri, həmçinin Lotereyanın təşkili və keçirilməsinə cəlb olunmuş digər təşkilatların işçiləri Lotereyanın İştirakçısı ola bilməz.

17.3. Lotereyada iştirak etməklə İştirakçılar Lotereya Təşkilatçısına razılıqlarını verirlər ki, onlar tərəfindən Lotereyanın keçirilməsi məqsədilə könüllü surətdə verilmiş informasiya (həmçinin onların şəxsi məlumatları) Lotereya Təşkilatçısı, eləcə də onun səlahiyyət verdiyi şəxslər tərəfindən avtomatlaşdırılmış məlumat emalı vasitələrindən istifadə etməklə emal ediləcək.

17.4. Lotereyada iştirak etməklə, İştirakçı Lotereyanın keçirilməsi ilə bağlı bütün Qaydalarla və Lotereyada iştiraketmə şərtləriylə tanış olduğunu və onlarla razılaşdığını təsdiq edir, həmçinin onunla razılaşdığını təsdiq edir ki, o, Lotereyanın qalibi kimi tanındığı halda onun Qalib tanınması faktı, onun soyadı, adı, atasının adı və yaşadığı şəhər haqqında informasiya Lotereya Təşkilatçısı tərəfindən dərc ediləcək.

(5)

17.5. Www.mmswanted2.com internet saytında öz qeydiyyatı ilə İştirakçı təsdiq edir ki, Azərbaycan Respublikasının əmək qabiliyyətli vətəndaşıdır, düzgün şəxsi məlumatları təqdim edib və Lotereya Təşkilatçısından reklam aksiyaları haqqında informasiya, hədiyyələr, məhsul nümunələri və başqa təkliflər almasına razılıq verir. İştirakçının razılığı belə məlumatların icazəsiz yayılmadan qorunmasını təmin edən lazımi ölçülərə riayət edəcək Lotereya Təşkilatçısına və onun səlahiyyət verdiyi şəxslərə İştirakçının anketdə göstərdiyi məlumatların toplanması, saxlanması, emalı və istifadə edilməsinə hüquq verir ki, Lotereya Təşkilatçısı və/və ya onun səlahiyyət verdiyi şəxslər elektrorabitə şəbəkələri vasitəsilə, o cümlədən SMS-lərlə və elektron poçtla Lotereya Təşkilatçısının reklam aksiyaları ilə əlaqədar İştirakçılarla əlaqə saxlaya bilsinlər. İştirakçının razılığı onun qeydiyyat məlumatlarını təqdim etdiyi andan etibarən onları geri çağırdığı anadək etibarlıdır.

17.6. Lotereya iştirakçısı aşağıda göstərilən ünvana imzalanmış yazılı xəbərdarlıq yönəltməklə və Lotereyada iştirak etmək üçün təqdim etdiyi digər şəxsi məlumatlar içində göstərdiyi soyadını, adını, atasının adını, doğulduğu tarixi və ünvanını burada göstərməklə öz razılığını geri çağırmaq hüququna malikdir: Azərbaycan, Bakı, C.Cabbarlı küç., 44, Kaspian Plaza II, 12-ci mərtəbə.

17.7. Razılığın geri çağırılması haqqında xəbərdarlıq aldıqları halda Lotereya Təşkilatçısı və onun səlahiyyət verdiyi şəxslər belə İştirakçının şəxsi məlumatlarının emalını dayandırır və xəbərdarlıq daxil olan tarixdən etibarən üç iş günü ərzində bu məlumatları ləğv edirlər.

17.8. İştirakçı tərəfindən şəxsi məlumatların geri çağırılması və bunun nəticəsində məhv edilməsi səbəbindən Lotereyanın keçirilməsiylə bağlı işlər yerinə yetirilmədiyinə görə Lotereya Təşkilatçısı məsuliyyət daşımır.

17.9. Lotereya Təşkilatçısı aşağıdakılara görə məsuliyyət daşımır:

 Konkret şəhərdə (yerdə) mobil rabitə operatoru tərəfindən aşağıdakı xidmət göstərilmədiyi halda, SMS göndərilməsi üçün nəzərdə tutulmuş 6858 qısa nömrəsinə qoşulmasına görə;

 mobil rabitə operatorlarının şəbəkələrində profilaktik iş aparıldığı üçün və ya Lotereya Təşkilatçısının təqsiri olmadan əmələ gələn digər nasazlıqlarla bağlı cavab SMS-nin gec çatdırılmasına və/və ya çatdırılmamasına görə, eləcə də İştirakçının mobil telefonu söndürüldüyü və ya sərasər 24 saatdan çox mobil rabitə operatoru şəbəkəsinin əhatə dairəsində olmadığı üçün İştirakçıya onun Lotereya Uduşu Sahibi kimi tanınması barədə bildirişin çatdırılmadığına görə;

 kontent-provayder və mobil rabitə operatoru arasında müqavilə münasibətlərinə xitam verildiyinə və nəticə olaraq 6858 nömrəsinə SMS göndərilməsi mümkün olmadığına görə;

 SMS-lərin gecikdirilməsinə və/və ya çatdırılmamasına, eləcə də Lotereya Təşkilatçısının təqsiri olmadan mobil rabitə operatorlarının istənilən digər texniki nasazlıqlarına görə.

17.10. İştirakçı Lotereya Təşkilatçısına müraciət etməklə və ya "AZ1025 Azərbaycan., Bakı, C.Cabbarlı küç., 44, Kaspian Plaza II, 12-ci mərtəbə" ünvanına yazılı şəkildə sorğu göndərməklə öz şəxsi məlumatlarına daxil olmaq hüququna malikdir.

17.11. Lotereya çərçivəsində İştirakçı tərəfindən göndərilmiş hər SMS-in cavabında, onun emalının nəticəsindən asılı olaraq, İştirakçı Təşkilatçıdan aşağıdakı SMS-lərdən birini ala bilər:

 Qəbul olunmuş Fərdi kod barədə;

 Fərdi kod mövcud olmadığı barədə;

 Fərdi kod daha əvvəl aktivləşdiyi barədə;

 Fərdi kodun səhv formatı barədə;

 İştirakçı tərəfindən səhv göndərilmiş SMS-in təkrar göndərilməsi təklifi ilə;

 İştirakçının dalbadal 10 (on) dəfə Fərdi kod tapmağa cəhd etməsinin Sistem tərəfindən qeydə alınması ilə bağlı İştirakçının telefon nömrəsinin müvəqqəti bloklanması barədə;

 İstifadəçi tərəfindən səhv kodların göndərilməsi Fərdi kodun tapilmağına cəhd kimi qəbul olunur.

 Lotereyanın başlanması tarixi barədə;

 Lotereyanın bitməsi tarixi barədə.

17.12. Mobil telefondan SMS göndərməklə, İştirakçı təsdiq edir ki, bu mobil telefon nömrəsi İştirakçının adındadır (və bu da mobil rabitə operatorunun müvafiq sənədləri ilə təsdiq olunur).

17.13. İştirakçı razılaşır ki, Təşkilatçı Uduşu(ları) Lotereya İştirakçısına verməkdən imtina etmək və ya kodlu SMS göndərilən mobil telefon nömrəsi hüquqi şəxsin adına olduğu halda bu Uduşun(ların) verilməsini (onların verilməməsi səbəbləri aradan qaldırılanadək) təxirə salmaq hüququnu üz əlində saxlayır.

17.14. Lotereya Təşkilatçısı Lotereya keçirilmə şərtlərini müstəqil olaraq dəyişmək hüququna malikdir.

17.15. Səyyar radiotelefon rabitəsi operatorlarının şəbəkələrində İştirakçılar tərəfindən SMS göndərilməsi və SMS alınması üçün nəzərdə tutulmuş “6858” qısa nömrəsi işləyən mobil rabitə

(6)

operatorlarının siyahısı: Azercell, Bakcell, Azerfon (daha sonra – Mobil rabitə operatorları) Azərbaycan Respublikasının ərazisində, keçirilən Lotereya çərçivəsində onların regional əhatəsinin tarif zonalarında.

17.16. Lotereya keçirildiyi dövrdə çıxan və daxil olan SMS-lərin dəyəri 0 AZN təşkil edir.

17.17. Lotereya keçirilən zaman İştirakçılar tərəfindən alınan uduştlara görə vergilərin ödənilməsi Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq qaydada həyata keşirilir;

17.18. Lotereya Təşkilatçısı yalnız Lotereya haqqında qanunvericiliyə əsasən Lotereya keçirilməsi şərtlərinə dəyişikliklər və ya əlavələr etmək hüququna malikdir.

Referanslar

Benzer Belgeler

Böylece örneğin pH, su bulanıklığı gibi kavramlar sadece sembolik olarak sınıf içinde tek yönlü olarak öğrencilere aktarılabilir.. • Öğrenme yalnızca kafada olup

2018-ci ilin yanvar ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış

istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən

Layihənin nəticələrinə aşağıdakılar daxil olacaq:(i) İnstitusional çərçivələrin təşkili və həyata keçirilməsi, əməliyyat prosedurlarının və təlimatların

  Yoxsulluğa  müdaxilələr  yoxsul  təbəqəni  tənasübsüz  şəkildə  faydalandırmaq  üçün  planlaşdırılmalıdır.  Onların  bəziləri  sosial  sektorlarda 

· Çıxış materiallarının reklam agentliklərinə hazırlanıb verilməsi: məqsədli istehlakçı qruplarını hesaba alaraq reklamın məqsədlərinin formalaşdırılması,

Lisenziya sahibi tərəfindən ərizə təqdim edildikdə, lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə, məhkəmənin qərarı olduqda,

Belə ki, 2016-cı ildə qəbul edildimiştir “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2020-ci ilədək