• Sonuç bulunamadı

KURS İŞİ. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyası

N/A
N/A
Protected

Academic year: 2022

Share "KURS İŞİ. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyası"

Copied!
15
0
0

Yükleniyor.... (view fulltext now)

Tam metin

(1)

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyası

Fakültə: İ BİM və MF Kafedra: Tətbiqi riyaziyyat Qrup: 751-8

İxtisas: Tətbiqi riyaziyyat

KURS İŞİ

Fənn: Əməliyyat sistemləri

Mövzu: BİOS-un proqram təminatı və təchizatı

Tələbə:

Rəhbər: dos. Qasımov Q.Q Norma nəzarətçi:

Kafedra müdiri: professor K.R.Ayda-zadə

BAKI 2009

(2)

Giriş...3

BİOS səsli səhv xəbərdarlıqlarının və POST mesajlarının mənası və həlli...5

POST Mesajları...8

BIOS aktuallaşdırma nədir...9

Anakartın markasını və modelini öyrənmə...10

BİOS qurtarma əməliyyatları...12

Nəticə...15

Ədəbiyyat...16

(3)

GİRİŞ

BİOS adı "Basic Input / Output System" ( Təməl Giriş / Çıxış Sistemi) sözlərinin baş hərflərinin birləşməsiylə meydana gəlmişdir. ROM adını verdiyimiz "Read Only Memory" (yalnız oxuna bilər yaddaş) bir tip içinə yığılmışdır. Ən son çıxan anakartların çoxu indilərdə istifadəçilər tərəfindən asanca aktuallaşa bilən Flash BİOS olaraq da bilinən EEPROM "Electrically Erasable Programmable Read-Only Memory" ( elektriklə silinə bilən,

proqramlaşdırıla bilən, yalnız oxuna bilən yaddaş) istifadə etməkdədir. (Daha əvvəlki BİOS ların tipləri aktuallaşa bilmək üçün anakartdan fiziki olaraq çıxardılar və daha yenisi ilə dəyişdirilərdi) Kompüteri ilk açdığımızda işlədilən ilk proqram BİOSdur. İlk olaraq kompüterin təchizatını darayır və test edir.(Bu əməliyyatı Power On Self Test və ya POST olaraq adlandırılar ) Daha sonra BİOS əməliyyat sistemini yükləyir. BİOS içindəki məlumatlar bəzi zamanlar CMOS deyə də adlandırılan SETUP proqramı ilə dəyişdirilə bilər. Run Time Service olaraq adlandırılan eyni zamanda BİOS-un bir funksiyası olan əmr hini kompüterin təchizatını nəzarət etmə əməliyyatında əməliyyat sisteminə və tətbiq proqramlarına kömək edir. BİOS, kompüterin təchizatı haqqında bütün

məlumata sahib olur və bu təchizatların bir-birləri ilə xəbərləşmələri

əməliyyatını BİOS boynuna götürür. Məsələn, səs kartı, modem kimi parçaları üzərində saxlayan bir anakart aldığınızda, anakartınızın üzərinə taxılmış olan cihazların siyahısını əməliyyat sisteminizə BİOS verir. Anakart üzərindən

dəstəklənilən bir təchizatı ləğv etdiyimizdə isə (məsələn, BİOSdan anakartın səs xüsusiyyətini ləğv etdik) əməliyyat sisteminiz bu cihazı artıq görməyəcək. Digər tərəfdən, BİOS bir proqram olduğundan, anakartın balanslı + performanslı çalışması üçün istifadəçilərə nizametmə imkanı təqdim edir.

Bu paraqrafdan çıxardacağımız nəticəni isə belə yekunlaşdırsaq daha qalıcı ola bilər: "BİOS, anakartınızın xüsusiyyətlərini və üzərinə taxılmış olan

(4)

təchizatların çalışması üçün lazım olan parametrləri, istifadə etdiyiniz əməliyyat sisteminə köçürən, kiçik bir əməliyyat sistemidir." Müxtəlif BİOS çıxaran

firmalar vardır. Bunlar: AWARD, AMI və Phoenix BİOS. Phoenix BİOS ilə AWARD BİOS birləşərək, bəzi anakartlarda ikisinin ortaq məhsulu olan BİOSlərdən istifadə edilməyə başlandı.

P6-BXA Model bir anakart üzərindəki BİOS

Güc düyməsini basdıqdan dərhal sonra, BİOS dövrəyə girir və POST (Power On Self Test) deyilən qısa bir analiz-test edir. Bu analiz ilə birlikdə, üzərinə taxılmış olan PNP (tax və işlət) cihazları tanımaya imkan verir. Bir çatışmazlıq

olduğunda bunu sizə yazılı mesaj olaraq ya da səs ilə bildirir. BİOS, -digər mənada- PC-in boot etməsi üçün lazım olan bir sistemdir.

(5)

BİOS səsli səhv xəbərdarlıqlarının və POST mesajlarının mənası və həlli

Normal bir boot əməliyyatı əsnasında sizin düyməni basmanızla birlikdə əvvəl kompüterin bütün komponentlərinə güc verilir, ekran kartınız dərhal öz reklamını edir və POST ekranına gəlirsiniz. Sizə bu sırada ekranda prosessorunuzun sürəti, RAM miqdarınız kimi bəzi məlumatlar verilir.

Əməliyyat sisteminin yüklənməyə başlamasından dərhal əvvəl ekrana bir cədvəl gəlir. Bu cədvəldə POST əməliyyatının nəticələrini görəcəksiniz. Yaxşı bəs normal bir boot reallaşmazsa?

Kompüterin başlamasını maneə törədəcək hər hansı bir səhvdə ya səsli ya da POST səhv mesajları alacaqsınız. Səsli səhv mesajları ümumiyyətlə ölümcül, POST mesajları isə ümumiyyətlə xəbərdarlıq xüsusiyyətindədir. Ümumiyyətlə deyirəm çünki, ekran kartı qəzasını işarə edən bir səsli xətt mesajı yalnız ekran kartınızın yerindən oynamasıyla da ortaya çıxa bilər.

Xəta Mənası

1 Davamlı Səs Güc qaynağı qəzası

2 Bir çox qısa bip Anakart qəzası

3 1 uzun Yaddaş təzələnilməsində

səhv

4 1 uzun 1qısa Anakart və ya BIOS çipi

qəzası

5 1 uzun 2 qısa

Ekran kartı qəzası (Ümumiyyətlə köhnə kartlardakı DIP switch qaynaqlıdır)

6 1 uzun 3 qısa Ekran kartı qəzası

7 2 uzun 1 qısa Ekran kartı qəzası

(RAMDAC qaynaqlı)

8 2 qısa Yaddaş parity (yoldaşlıq)

səhvi

9 3 qısa Yaddaşın ilk 64klik

hissəsində səhv

10 4 qısa Timer səhvi

11 5 qısa Prosessor səhvi

(6)

12 6 qısa Klaviatura prosessoru səhvi

13 7 qısa Prosessor səhvi

14 8 qısa Ekran kartı yaddaşında

oxuma/yazma səhvi

15 9 qısa BIOS ROM səhvi

16 10 qısa CMOS oxuma/yazma

səhvi

17 11 qısa Tampon yaddaş səhvi

1. Səhv üçün, güc qaynağınızın əlaqələrini nəzarət edib bir sınaq daha edin.

Əgər problem davam edirsə, üç vaxta qədər sizə yeni bir güc qaynağı gələcək deməkdir.

2, 4, 10, 12, 15 ə 16 nömrəli səhvlər üçün, bütün kartları prosessoru və RAMları söküb təkrar taxın. Əvvəlcə mümkün olduğunca az komponentlə kompüteri başlatmağa çalışın. 4, 15 və 16 nömrəli səhvlərdə BIOS tipinin yerinə düz oturduğundan əmin olmaq üçün üstünə yüngülcə basın. Dəyişən bir şey yoxdursa 4, 15 və 16 nömrəli səhvlə qarşı-qarşıyaysınızsa yeni bir BIOS tipi əldə edin, yox əgər deyilsinizsə, onsuz da yeni bir anakartınız olacağınız üçün BIOS tipiniz avtomatik olaraq dəyişmiş olacaqdır.

3, 8 və 9 nömrəli səhvlərlə baş etmək üçün əvvəlcə RAMlarınızın yerlərinə düzgün oturduqlarından və yuvalarla aralarında hər hansı bir xarici maddənin olmadığından əmin olun. Əgər birdən çox yaddaş modulu istifadə edirsinizsə dəyişik kombinasiyalar yoxlayın. Səhv hələ də davam edirsə yaddaşlarınızı tək- tək sınayaraq problemin hansı/hansılarında olduğunu tapa bilərsiniz.

5, 6 və 7 nömrəli mesajı almısınızsa, ekran kartınızın yerinə yaxşıca oturduğundan və monitor əlaqəsinin düzcə bir şəkildə edildiyindən əmin olun.

Problem davam edirsə başqa bir ekran kartı ilə kompüteri başlatmağı yoxlayın.

(7)

Nəticə əldə etsəniz çox yaxın bir zamanda yeni bir ekran kartınız olacaq. Ekran kartlarıyla əlaqədar alacağınız səsli səhv mesajlarının haradasa hamısı 6 nömrə olacaq. Bu səbəblə indidən "diii de dit dit" səsinə öyrəşmənizdə fayda var.

11, 13 və 17 nömrəli səhvlər üçün prosessorunuzun düzgün bir şəkildə taxıldığından əmin olun. Mümkünsə başqa bir prosessorla sınaqlarda iştirak edin, nəticə ala bilməsəniz xüsusilə 17 nömrəli səhv üçün anakartınızdan şübhələnmək lazımdır.

POST Mesajları

(8)

BIOS ROM checksum error - System halted: BIOS tipindəki bir səhvi göstərir. Tipdə fiziki səhv və ya BIOS proqramında pozuqluq ola bilər.

Sisteminizi yeni bir BIOS ilə update edin, problem davam edirsə, yeni bir BIOS tipi əldə etməniz lazım olacaq.

CMOS battery failed: BIOS batareyanız qurtarıb və ya qurtarmaq üzrədir.

Batareyanın növünü təyin edib ən yaxın saatsazdan yenisini ala bilərsiniz.

CMOS checksum error - Defaults loaded: Hər hansı bir səbəbdən ötrü BIOS nizamlarınızda pozuqluq meydana gəlmişdir (böyük ehtimalla bitmək üzrə olan BIOS batareyası üzündən). Fərz edilən nizamlar yüklənərək sisteminizin zərər görməsinə maneə törədilmişdir.

Floppy disk(s) fail: Sisteminizə taxılmış olan disket sürücü(lər) ilə BIOS-dakı disket sürücü nizamları bir-birini tutmur. Disket sürücünüzün əlaqələrinə nəzarət edin, BIOS-dakı nizamlar səhvsə düzəldin. Problem davam edirsə,deməli, disket sürücünüzdə ola biləcək bir fiziki qəza var.

Keyboard error or nömrə keyboard present: Bəlkə də ən çox qarşılaşılan POST mesajıdır. Bu mesaj ümumiyyətlə "Press F1 to continue" deyə davam edir.

Siz də olmayan klaviaturanın F1 düyməsinə basaraq səhvdən xilas ola bilər və ya yeni bir klaviatura taxaraq əməliyyata davam edə bilərsiniz.

Memory test fail: POST mesajlarının bəlkə də ən cansıxıcısıdır. BIOS-dakı yaddaş nizamlarınızda ola biləcək bir problemdən qaynaqlana bildiyi kimi, yaddaş modullarınızdakı qismi (bəlli bir hissəsindəki) qəza səbəbiylə də ortaya çıxa bilər. Nizamlarınızdan əminsinizsə, başqa bir yaddaş ilə sisteminizi təkrar açmağı yoxlayın.

Hard Disk(s) Fail: Sisteminizdə mövcud disk(lər)lə BIOS-da meydana çıxmış disk nizamları bir-birini tutmur deməkdir. BIOS-dan disk nizamlarını avtomatikə gətirin, master/slave nizamlarını nəzarət edin. Problem davam edirsə disk sürücünüzdə fiziki bir pozuqluq olacaqdır.

(9)

BIOS aktuallaşdırma nədir

Eynilə əməliyyat sistemlərində olduğu kimi BIOS-lar də səhv edə bilər. Əgər anakartınız bir təchizat ilə işi rədd edirsə, və ya uyğunlaşmazlıq edirsə, bu problemləri və(ya) səhvləri BIOS aktuallaşdırmaları ilə aradan qaldırmaq mümkündür. Qısacası BIOS aktuallaşdırması, anakartınızın istehsalçısının çıxardığı daha yeni BIOS distributivini, istifadə etdiyiniz BIOS ilə dəyişdirməkdir. Ortada bir problem yoxkən BIOS aktuallaşdırmaq çox məntiqli deyil. Amma yeni xüsusiyyətlər gəlmiş, kritik problemlər aradan qaldırılmışdırsa, o zaman BIOS-u aktuallaşdırarıq. BIOS aktuallaşdırma yalnız problemləri aradan qaldırmaq üçün edilən bir əməliyyat deyil. Məsələn, yeni bir prosessor çıxdı, anakartımız nəzəri olaraq bu prosessoru dəstəkləyir. Amma prosessoru taxdığımızda, prosessorun səhv qəbul edildiyini görürük. Bu vəziyyətdə BIOS-u aktuallaşdırarıq və yeni prosessorumuzun tam hesab edildiyini görərik. Bu aktuallaşdırma işini, BIOS proqramının növünə görə və ya anakart istehsalçısına görə fərqli-fərqli proqramlar ilə edə bilməmiz mümkündür. Məsələn, AWARD BIOS istifadə edən bir adam, BIOS aktuallaşdırma edərkən AWDFLASH proqramından istifadə edir. Asus anakartlar AWARD BIOS istifadə etməsinə baxmayaraq, AFLASH adında özlərinə xas bir proqram istifadə edirlər.

Anakartın markasını və modelini öyrənmə

(10)

AWARD BİOS

BIOS aktuallaşdırma əməliyyatını anakartımızın markasına və modelinə görə edirik. Bu səbəblə anakartımızın markasını və modelini öyrənmək lazım gəlir.

Satın aldığımız sistemin xüsusiyyətlərinə baxırıq və heç bir şeyin yazılı olmadığı görülür. Əslində ən zəmanətli və qısa yol kassanızın içini açıb, anakartın üzərində ad axtarmaq olacaq. Bəzi istehsalçılar, anakartın üzərinə marka yerinə bəzən model yaza bilərlər. Bu səbəbdən markanı anlamaq çətinləşir. Lakin kompüterin kassasını açmadan da anakartın markasını və modelini öyrənə bilirik.

Anakart istehsalçılarını, istifadə etdiyi AWARD və AMI BIOS-lar sayəsində anlayırıq. PC-i açdıqdan sonra RAMın sayıldığı ekranda ikən Pause düyməsinə basaraq ekrandakıları araşdırın. Ən altda, ilk baxışda xüsusiyyətsiz kimi dayanan bir çox rəqəm və hərf var. Hər istehsalçının özünə xas bir id(kimlik) nömrəsi var. Hər istehsalçının şəxsiyyət nömrəsi fərqlidir və bu nömrə aşağıda funksiyasız kimi dayanan bir silsilə rəqəm və hərfin içərisinə gizlənmişdir.

Lakin indiki vaxtda çıxan son model anakartlarda, bu əməliyyatlara çox gərək qalmır. Markalı bir anakart aldınızsa, POST ekranındaykən, anakartınızın markası və modeli çox açıq bir şəkildə görünməkdədir.

(11)

Lakin bir çox anakartda, kodlar iştirak edir. Məsələn, yuxarıdakı şəkildə altı xətli və işarəli yerlərdə, marka və model yerinə, ümumiyyətlə kodlar iştirak edir və biz bu kodları istifadə edərək anakartımızın markasını tapacağıq. CTBIOS adlı bir proqram, əgər AWARD BIOS-lu bir anakarta sahibsinizsə, bu kodları özü analiz edərək, anakartınızın markasını sizə söyləyir. Amma modelini söyləyə bilmir.

(12)

BIOS qurtarma əməliyyatları

a) İntel Flash ROM-lu Anakartlar üçün BIOS qurtarma

1. Əgər İntel marka bir anakarta sahibsinizsə digər anakart istifadəçilərinə görə şanslısınız. Çünki, İNTEL FLASH ROMin Boot Block deyilən bölgəsi üçün yazma qorumasına sahibdir. Boot Block, BIOS tipinde çox kiçik bir yer örtən , kompüterin açıla bilməsi üçün bir sıra alqoritmlərə sahib sistemcikdir. Başqa sözlə əslində bu hissənin aktuallaşması lazım deyil. İNTEL, öz çıxardığı FLASH ROM ( BIOS tipi )-larda bu boot block qoruma xüsusiyyətini qoymuş və bu FLASH ROM-u istifadə edən anakartlarda, BIOS aktuallaşdırması nəticəsində problem ehtimalının yox deyiləcək qədər azdır. BIOS aktuallaşdırma əsnasında elektriklər kəsilsə belə BIOS-unuzun Boot Block hissəsi ziyan görmədiyindən, kompüteriniz yenə açılacaq və aktuallaşdırma əməliyyatını təkrarənn etməniz tələb olunacaq. Çünki, BIOS aktuallaşdırma hadisəsinin ilk hissəsində, BIOS tipindeki məlumatlar silinər, ikinci addımda isə məlumatlar təkrar yazılar. Yəni yarıda qalan əməliyyat nəticəsində təkrar BIOS aktuallaşdırma etməlisiniz. İntel marka anakartlarda hər hansı bir problemlə qarşılaşıldığında tətbiq olunması lazım olan üsul budur:

1. İNTEL anakartların üzərindəki "flash recovery" olaraq təyin olunan jumperi tapın və qurtarma (recovery) mövqesinə gətirin.

2. Daha əvvəl , İNTEL anakartlar üçün hazırladığınız disket ilə sistemi açın.

3. Görünüş ala bilməyəcəksiniz, lakin bu problem deyil çünki əməliyyatları bip səsləriylə edəcəksiniz. Bip səsi eşitdiyiniz anda Disket Sürücünüzün işığı

yanarsa, əməliyyat başlamışdır deməkdir. Floppy işığı söndüyündə əməliyyat bitmişdir.

4. Sistemi bağlayın və jumperi köhnə mövqesinə gətirin.

5. Sisteminizi təkrar açın və aktuallaşdırma əməliyyatına başlayın.

b) Award BIOS istifadə edən anakartlar üçün BIOS qurtarma

(13)

İndi izah ediləcək həll isə, AWARD BIOS istifadə edən bir çox anakart istifadəçiləri üçün etibarlı olacaq bir həlldir (ASUS xaric). AWARD BIOS-a sahib anakartlarda işə yarayan bir qurtarma hadisəsi avtomatikləşdirilmiş bir hadisədir. Məsələn, BIOS aktuallaşdırma əsnasında, elektrik kəsilməsi kimi bir problem meydana gəldi və kompüteriniz açılmaz hala gəldi. Dərhal İnternet müraciəti olan başqa bir kompüter tapın və əməliyyatlara başlayın .

1. İlk olaraq bir sistem disketi meydana gətirin : format a: /q/s

2. Anakartınızın istehsalçısının VEB ünvanına gedin və öz anakartınız üçün olan yeni BIOS faylını yükləyin. AWDFLASH proqramını da yükləyin. AWDFLASH proqramını və BIOS faylını disketə kopyalayın. Və sisteminizdəki Autoexec.bat faylını da disketə kopyalayın. İndi Disket Sürücünün içindəykən, Autoexec.bat faylına sağ düymə basıb təşkil et deyin. Autoexec.bat içərisindəki bütün sətirləri silin. Və bunları yazın:

A: \AWDFLASH dosya_adı.xxx /SN /PY /CP /CD /CC Məsələn:

A: \AWDFLASH W6334VMS.bin /SN /PY /CP /CD /CC

Bu vaxt yuxarıda AWRDFLASH proqramının AWDFLASH.EXE şəklində olacağı fərz edilərək, AWDFLASH yazıldı. Amma eyni proqram AWDFL770 kimi adlarla da ola bilər. Çəkdiyiniz AWARD BIOS Aktuallaşdırma proqramının adına görə, verdiyimiz əmr sətirini dəyişdirməyimiz lazımdır.

Məsələn :

A: \AWDFL770 w6334VMS.bin /SN /PY /CP /CD /CC

Autoexec.bat faylı içindəki dəyişiklikləri etdikdən sonra, bunu qeyd edin.

3. Bu disket ilə, sistemi açın. Ekrana görünüş gəlməyəcək. Bip səsiylə birlikdə, Disket Sürücü işığının yanmasıyla əməliyyat başlayacaq. 1,5 - 2 dəqiqə arası müddətə bir əməliyyatdan sonra, disket sürücünün işığı sönəcək. Və sistemi artıq başlada bilərsiniz. Lakin bu üsul hər anakartda işləməyir.

c) Award BIOS-lu ASUS anakartlar üçün BIOS qurtarma

(14)

Daha əvvəl ifadə edildiyi kimi, ASUS, öz anakartlarındakı BIOS Aktuallaşdırma əməliyyatını edə bilməniz üçün AFLASH proqramını sizlərə təqdim edir. Kilid nöqtə budur: AFLASH proqramını işlətdiyinizdə, qarşınızda dayanan ikinci variant budur : "Update BIOS Including Boot Block and ESCD" (" Boot Block və ESCD daxil BIOSi aktuallaşdır") . BU deməkdir ki, Asus Anakartların BIOS- unu aktuallaşdırarkən bir problem yaratsa, Boot Blockun zərər görmüş olması ehtimallar arasındadır. O zaman sisteminiz açılmayacaq. Təbii hər vaxt belə olacaq deyə bir qayda yoxdur. Boot Block lazımlı olduğu vaxtlarda aktuallaşır.

d) Ami BIOS istifadə edən anakartlar üçün BIOS qurtarma AMI BIOS-lar üçün ümumiyyətlə ortaq bir qurtarma üsulu var.

1.AMI BIOSi olan anakartınızın markasına və modelinə görə, anakartınızın istehsalçınızın ünvanından yeni BIOS faylını çəkin. Bu faylın adı buna bənzər bir şey olar : A54MS10.ROM

2. Bu faylın adını, AMIBOOT.ROM olaraq dəyişdirin. Sonra bunu boş bir disketə kopyalayın.

3. Disketə sistem fayllarını transfer ETMƏYİN. Disketdə yalnız və yalnız AMIBOOT.ROM faylı olacaq. Açılmayan sistemə bu disketi qoyduqdan sonra, CTRL və HOME düymələrini basılı tutub sistemi açın. Disket Sürücünün işığı yandıqdan sonra əlinizi bu düymələrdən çəkin.

4. Sistem, BIOS Aktuallaşdırma hadisəsini təxminən 35-40 saniyə içində

bitirəcək. Əməliyyat bitdiyində bir neçə bip səsi çıxacaq. Daha sonra sisteminizi aça bilərsiniz.

(15)

NƏTİCƏ

Artıq bilirik ki, kompüteri ilk açdığımızda işlədilən ilk proqram BİOSdur. İlk olaraq kompüterin təchizatını darayır və test edir. Daha sonra BİOS əməliyyat sistemini yükləyir. BİOS içindəki məlumatlar bəzi zamanlar CMOS deyə də adlandırılan SETUP proqramı ilə dəyişdirilə bilər. Run Time Service olaraq adlandırılan eyni zamanda BİOS-un bir funksiyası olan əmr hini kompüterin təchizatını nəzarət etmə əməliyyatında əməliyyat sisteminə və tətbiq

proqramlarına kömək edir. BİOS, kompüterin təchizatı haqqında bütün məlumata sahib olur və bu təchizatların bir-birləri ilə xəbərləşmələri əməliyyatını BİOS boynuna götürür.

Fikirlərimizi belə yekunlaşdırsaq daha düzgün olar:

BİOS, anakartınızın xüsusiyyətlərini və üzərinə taxılmış olan təchizatların çalışması üçün lazım olan parametrləri, istifadə etdiyiniz əməliyyat sisteminə köçürən, kiçik bir əməliyyat sistemidir.

Referanslar

Benzer Belgeler

Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının vətəndaşı olan uşaq Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldüyü

Layihənin qüvvəyə minməsinin şərti kimi, Əməliyyat Təlimatına aşağıdakı dəyişikliklər edilməlidir: (i) Təlimat AMY2L üçün Əlavə Maliyyələşdirməyə

· Çıxış materiallarının reklam agentliklərinə hazırlanıb verilməsi: məqsədli istehlakçı qruplarını hesaba alaraq reklamın məqsədlərinin formalaşdırılması,

Lisenziya sahibi tərəfindən ərizə təqdim edildikdə, lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə, məhkəmənin qərarı olduqda,

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 21;

Təqdim edilən proqramda “Baka- lavr” təhsil pilləsinin tələblərinə uyğun olaraq, keyfiyyətə nə- zarətin qısa xarakteristikası, prinsipləri, üsulları,

Ali məktəb tələbələri ilə aparılan tərbiyə işləri ilə bağlı mövzular 3 mühazirə mövzusunda lakonik şəkildə birləş- dirilmişdir.. Yəni ideya-siyasi,

Səhmlərin yerləşdirilməsində iştirak edəcək anderrayterin adı, ünvanı, lisenziyanın qeydiyyat nömrəsi, verilmə tarixi, qüvvədə olduğu müddət. Anderrayterin adı