• Sonuç bulunamadı

REGİONAL İNKİŞAFDA İNKİŞAF AGENTLİKLƏRİNİN ROLU: AVROPANIN KİÇİK PARİSİ VƏ BAKININ QARDAŞI İZMİRDƏN QEYDLƏR

N/A
N/A
Protected

Academic year: 2022

Share "REGİONAL İNKİŞAFDA İNKİŞAF AGENTLİKLƏRİNİN ROLU: AVROPANIN KİÇİK PARİSİ VƏ BAKININ QARDAŞI İZMİRDƏN QEYDLƏR"

Copied!
8
0
0

Yükleniyor.... (view fulltext now)

Tam metin

(1)

REGİONAL İNKİŞAFDA İNKİŞAF AGENTLİKLƏRİNİN ROLU:

AVROPANIN “KİÇİK PARİSİ” VƏ BAKININ “QARDAŞI” İZMİRDƏN QEYDLƏR

Elşən BAĞIRZADƏ,

Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsinin müəllimi, E-mail: e.bagirzade@gmail.com

İzmir vilayəti Əhalisi – 3,7 milyon Şəhər əhalisi – 90,9%

Ərazisi – 12,1 min km2 Mərkəzi şəhəri –İzmir

Adambaşına ÜDM – 10 min dollar İşsizlik – 11,8%

Giriş

İzmir Avopada uzun illər “Kiçik Paris” kimi tanınan, ilin 300 günü günəşli, Türkiyənin Ege sahillərindəki incisi sayılan vilayətidir.

İzmir “mədəniyyətlər beşiyi” Aralıq Dənizində 8500 illik görkəmli tarixi ilə keçmişdən bu günə mədəniyyət, sənət və ticarət mərkəzidir.

Dünyada ən çox oxunan ikinci kitab “İlyada”nın müəllifi Homerin doğum yeri olması, xristianlığın ilk yeddi kilsəsindən üçünün sahibi olması, antik elm və mədəniyyət mərkəzi Efesin burda yerləşməsi kimi faktorlar bu vilayətin tarixi önəmini də ortaya qoyur.

İzmir tarixən bir çox dinlərin və mədəniyyətin qardaşca, dostca yaşadığı barış yurdu kimi yadda qalmışdır.

Türkiyənin Respublika dövrü inkişafında da böyük rol oynayan bu vilayətin mərkəzi şəhəri, hazırda respublika dəyərlərinin ən çox müdafiə olunduğu “Cumhuriyetin Qalası”adını almışdır.

İzmir Türkiyənin sosial-iqtisadi inkişaf və rəqabət qabiliyyətliliyi baxımından 3-cü böyük vilayəti

olmaqla, Egey Bölgəsinin də mərkəzidir. Bu gün İzmir 50%-i 30 yaşın altında olan gənc və dinamik əhalisi ilə, Türkiyə ÜDM-nin 13,5%-nin formalaşdığı ikinci böyük sənaye (sənaye istehsalının 8,9%-i) mərkəzidir.

İzmir Azərbaycan baxımından da maraq doğuran bir bölgədir. Belə ki, İzmir şəhəri bu gün dünyanın müxtəlif ölkələrində - ABŞ-dan Orta Asiyaya qədər – yerləşən bir çox şəhərlə “qardaşlaşmış”dır. Ancaq bunlar arasında ilk sırada Bakı şəhəri dayanır. Belə ki, İzmirlə Bakının qardaşlaşması, hələ Sovet dövründə, 1985-ci ildə baş tutmuşdur. Həqiqətən də İzmirdə olan zaman bu şəhərlərin coğrafi və iqlim xüsusiyyətləri baxmından bir-birinə nə qədər bənzər olduğunu açıq şəkildə görmək mümkündür.

Digər tərəfdən Azərbaycanın hazırda Türkiyə iqtisadiyyatına qoyduğu ən iri həcmli investisiya obyekti olan PETKİM şirkəti də İzmirdə yerləşir.

Ümumiyyətlə, İzmir şəhərində olan zaman təbiət və iqlim etibarilə, Bakını xatırlasaq da, sosial-mədəni struktur və şəhərləşmə xüsusiyyəti baxımından Türkiyənin ən çox “Avropalaşmış” gözəl şəhərlərindən birilə üz-üzə olduğumuzu hiss edirik.

Heç təsadüfü deyil ki, Viktor Hüqo 1829-cu ildə İzmir haqqında yazır: “İzmir, çox gözəl kiçik şapkasıyla bir kraliçadır. Xoşbəxt ilk bahar dayanmadan onun çağırışına cavab verir. Vazadakı çiçəklərin gülümsəməsi kimi, o da dənizlər arasından

(2)

işıldayır. Hətta Arşipelin yaradılışından çox daha ehtiraslı bir şəkildə.”

Bu məqalədə, İzmir iqtisadiyyatını, oradakı regional inkişaf proseslərini, xüsusilə də bu prosesdə İzmir İnkişaf Agentliyinin son illərdəki önəmli rolunu Azərbaycan, həmçinin də Bakı oxucularının diqqətinə çatdırmaq niyyətindəyik.

1. Türkiyə iqtisadiyyatında İzmir

Sosial-iqtisadi inkişaf və rəqabətqabiliyyətlilik indeksində Türkiyənin İstanbul və Ankaradan sonra 3-cü vilayəti olan İzmir, eyni zamanda Egey Bölgəsinin mərkəzidir. İzmir Türkiyənin zəngin təbii resurslara, yüksək kapital yığımına, yetişmiş insan gücünə, inkişaf etmiş instutsional strukturuna, elm və texnologiya infrastrukturuna və güclü nəqliyyat şəbəkəsinə malik bir vilayətidir.

1.1 İzmir İqtisad Konqresi və Türkiyə Respublikasının “İqtisadiyyat Andı”nın qəbulu

İzmirin Türkiyə iqtisadiyatındakı rolundan danışdıqda, İzmir İqtisad Konqresinə toxunmamaq mümkün deyildir. Belə ki, Lozanda beynəlxalq aləmə Türkiyənin siyasi müstəqilliyini qəbul etdirmək cəhdləri göstərən yeni Türkiyə hökuməti, paralel olaraq 17 fevral - 4 mart 1923-cü il tarixləri arasında keçirdiyi İzmir İqtisad Konqresində də ölkənin iqtisadi müstəqilliyini dünyaya bəyan edir və yeni Türkiyənin gələcək iqtisadi inkişafının təməl prinsiplərini müəyyənləşdirirdi.

Təşkilində Türkiyə Respublikasının ilk iqtisadiyyat naziri Mahmut Esat Bozkurtun böyük rol oynadığı bu Konqres, Mustafa Kamal Atatürkün açılış nitqilə öz işinə başlamış və Kazım Karabekir Paşanın rəhbərliyi ilə işini davam etmişdir.

Türkiyə Respublikasının hələ rəsmi elan edilməsindən əvvəl bu konqresin keçirilməsində əsas məqsəd, gələcəkdə həyata keçiriləcək iqtisadi siyasətin əsas prinsiplərini və zəruri tədbirlərini müəyyənləşdirmək və yeni idarəedici kadronun cəmiyyətin öndə gələn varlı sinifinin təmsilçilərilə tanış edilməsi olmuşdur.

Konqresdə sənayeçilər, tacirlər, əkinçilər və işçilər olmaqla cəmiyyətin 4 əsas təbəqəsindən 1135 nümayəndə iştirak etmiş və hər qrup öz problemlərini və istəklərini rəsmi şəkildə təqdim etmişdir.

Konqresdə yeni Türkiyənin 12 maddəlik

“İqtisadiyyat Andı” və iqtisadi qrupların istək və təkliflərilə bağlı qərarlar qəbul edilmişdir. Gələcək Türk iqtisadi sisteminin əsas prinsiplərinin təsbit edildiyi “İqtisadiyyat Andı”nda əsas diqqəti çəkən məsələlər yerli istehsalın təşviqi, lüks idxaldan çəkinmək, azad sahibkarlıq və çalışma azadlığını təmin etmək, inhisarçılığa icazə verməmək,

iqtisadiyyata faydalı olması şərtilə xarici sərmayəyə icazə verilməsidir.

Sonralar da İzmir İqtisad Konqresinin ənənəsi davam etdirilmiş və 2-cisi 1983, 3-cüsü 1992, 4-cüsü isə 2004-cü ildə keçirilmişdir.

1.2 Şəhərləşmə və qadın məşğulluğunun yüksək olduğu vilayət

3,7 milyon əhalisi ilə Türkiyənin əhali sıxlığı baxımından 3-cü vilayəti olan İzmir, eyni zamanda əsasən miqrasiya hesabına olmaqla, əhalisi sürətlə artan bölgələrindəndir.

İzmir şəhərləşmə baxımından da Türkiyənin öndə gələn bölgələrindəndir. Hazırda Türkiyədə şəhər əhalisi 75% olduğu halda, bu rəqəm İzmirdə 90,1%- dir.

İqtisadiyyatında qadın məşğulluğunun Türkiyə ortalamasının 2 qatı olması isə İzmirin spesifik xüsusiyyətləri arasındadır.

İzmirdə əmək məhsuldarlığı göstəricisi də (25%), Türkiyə orta göstəricisindən (14%) yüksəkdir.

1.3 Təhsil sektorunun inkişafına görə Türkiyənin 5-ci vilayəti

İzmir təhsil səviyyəsi baxımından Türkiyənin inkişaf etmiş vilayətlərindəndir. Belə ki, təhsilin bütün pillələrində məktəbləşmə səviyyəsi orta Türkiyə səviyyəsindən yükəsk olmaqla yanaşı, ali təhsil məzunlarının 15 yaşdan yuxarı əhaliyə olan nisbəti göstəricisilə (10,8%) Türkiyənin Ankaradan (15,5%) sonra 2-ci vilayətidir. Əhalinin 93%-i savadlıdır və hazırda 8 min elmi işçinin çalışdığı 4-ü özəl olmaqla, ildə 16 min məzun verən 7 universitetə malikdir.

1.4 Türkiyə ÜDM-nin formalaşdığı 3-cü böyük vilayət

OECD-nin qlobal iqtisadiyyatda rəqabətqabiliyyətli vilayətləri tədqiq etdiyi 2006-cı il

tarixli hesabatına əsasən İzmir Egey regionu ÜDM- nin təxminən 50%-i, Türkiyə ÜDM-nin isə təxminən 13,5%-i istehsal edir. Adambaşına düşən ÜDM sıralamasında Türkiyənin 6-cı vilayət olan İzmirin illik orta əhali artımı da OECD göstəricisindən olduqca yüksəkdir. Hesabata görə İstanbul və Ankaradan sonra Türkiyə ÜDM-i formalaşdıran 3-cü böyük vilayət İzmirdir.

Hesabata görə İzmir ÜDM göstəricisi baxımından Avropadakı regionlarla müqayisə edildikdə isə, 295 vilayət arasında 185-ci sıradadır.

İzmir ÜDM-nin sektorlar üzrə strukturuna baxdıqda 54,4% xidmətlərin, 37,5% sənayenin və 8,1% kənd təsərrüfatının xüsusi çəkiyə malik

(3)

olduğunu görürük. Məşğuluğun strukturuna da nəzər yetirdikdə bunun müvafiq olaraq, 52%, 31% və 17%

olduğunu görə bilərik.

1.5 Yığım səviyyəsinə görə Türkiyənin 3-cü vilayəti

İzmir əhalinin yığım səviyyəsi yüksək olan bölgədir. Belə ki, hazırda Türkiyə bank sistemindəki məcmu əmanətlərin 6,2%-i, məcmu bank kreditlərinin də 6,4%-i İzmirin payına düşür ki, bu baxımdan da İzmir ölkədə üçüncü yerdə dayanır.

1.6 Xarici ticarətdə Türkiyənin 2-ci mərkəzi İzmir xarici ticarət baxımından İstanbuldan sonra Türkiyənin ikinci mərkəzi hesab olunur. Ölkə ixracının təxminən 6%-i, idxalının isə 4,1%-i İzmirin payına düşür. 4000-dən çox ixracatçı firmanın olduğu İzmirdə əsas ixrac məhsulları dəmir-polad, toxuculuq məhsulları, avtomobil, maşın və aqrar-sənaye məhsullarıdır. Son üç ildə İzmirin ixracı 40%

artmışdır.

1.7 Türkiyənin ən çox sənaye şəhərciyi olan vilayəti

İzmir 18 sənaye şəhərciyi ilə, Türkiyənin ən çox sənaye şəhərciyi olan vilayəti hesab olunur. Həmçinin bölgədə 2 azad iqtisadi zona da fəaliyyət göstərir.

Türkiyənin ticarət həcmi baxımından 2-ci ən böyük azad iqtisadi zonası olan Egey Sərbəst Bölgəsi (ESBAŞ) və İzmir Texnoloji İnkişaf Bölgəsi investorların əsas diqqət mərkəzindədir.

İzmir Türkiyədə toxuculuq və toxuculuq məhsulları emalı üzrə əsas mərkəzlərdəndir. Ən çox firma da məhz bu sektorda çalışır. Sonrakı sıralarda isə metal emalı, qida, içki və tütün emalı sektorları gəlir. Ümumilikdə, İzmir Türkiyə emal sektorunda fəaliyyət göstərən firmaların 10,4%-ə malikdir.

1.8 Türkiyənin 2-ci ən böyük limanı

İzmir yerləşdiyi təbii-coğrafi mövqeyi və iqtisadi potensialından irəli gələrək, bu gün Türkiyənin ən önəmli limanlarına sahibdir. Bunlara İzmir (Alsancaq), Aliağa-Nemrut, Çeşmə, Dikili və Çandarlı (layihə mərhələsində) limanları aiddir.

İzmir (Alsancaq) limanı illik 2757 gəmi qəbul etməsi və 12 milyon tonluq potensialı ilə Egey bölgəsinin ən böyük limanı sayılır. Qərbi Avropa və Şimali Afrika arasındakı mərkəzi mövqedə olması və güclü daxili bölgələrilə bu liman yalnız Egey bölgəsinin kənd təsərrüfatı və ticarət mərkəzi deyil, eyni zamanda Türk ixrac məhsulları üçün də çox əhəmiyyətli rola malikdir. Türkiyə konteyner ixracında ilk sırada olan liman, həmçinin də İç

Anadolu və Egey bölgələrinin idxalat qapısı sayılır.

Hazırda Türkiyə ixracatının 18%-i, idxalatının 12%-i, Egey bölgəsi xarici ticarətinin 90%-i, konteyner ixracatının isə 55%-i həyata keçirən bu liman ölkənin 2-ci böyük limanıdır. Liman dünyanın ən böyük dəniz nəqliyyatı şirkətlərinin istifadə etdiyi limanlardandır.

Yüklər bu Limandan Avropanın, Amerikanın, Qaradənizin, Aralıq Dənizinin, Afrika və Çinin mühüm limanlarına asanlıqla daşına bilir.

1.9 Tarixilik, modernlik və təbiət gözəlliyinin sintezi olan mühüm turizm mərkəzi

Zəngin torpaq və iqlim resurslarıyla İzmir Türkiyənin önəmli orqanik kənd təsərrüfatı və yüksək turizm potensialı olan vilayətidir. Efes, Məryəm Ana, Berqama kimi önəmli tarixi əsərlərə malik İzmirin Çeşmə, Alaçatı, Foça kimi turizm bölgələri dünyada məşhurdur. Son illər “cruise” turizmi də inkişaf etmişdir ki, bu da ildə təxminən 400000 əlavə turistin bölgəni ziyarət etməsini təmin edir.

İzmir Türkiyə iqtisadiyyatı üçün sərgi mərkəzlərindən biri kimi də önəmlidir. Heç təsadüfü deyil ki, hər il İzmirdə keçirilən və Türkiyənin ilk beynəlxalq sərgisi “İzmir Enternasyonal Fuarı”dır.

2. İzmirdə investisiya mühiti və təşviqlər

Bu gün əlverişli coğrafi mövqeyi, təbii resursları, insan potensialı, infrastruktur imkanları, azad iqtisadi zonaları, sənaye şəhərcikləri və texnoloji inkişaf mərkəzi ilə İzmir investorlar üçün cəlbedici investisiya bölgəsidir. Ancaq bütün bunlarla yanaşı, İzmirdə investorlar üçün bir sıra təşviq mexanizmləri də mövcuddur. Bunlarn bir qismini Türkiyədəki ümumi təşviq mexanizmləri, bir qismini də ölkədə qüvvəyə minmiş yeni təşviq sistemi çərçivəsində İzmir üçün müəyyənləşdirilən xüsusi təşviq mexanizmləri təşkil edir.

Ümumi təşviq mexanizmlərinə başlıca olaraq, idxal edilən maşın və təchizat üçün gömrük vergisindən azadolma ilə xaricdən və ya daxili bazardan tədarük edilən maşın və təchizat üçün ƏDV istisnası aiddir. Bununla yanaşı, müəyyən sektorlarda minimum 50 milyon TL (təxminən 33 min dollar) və ondan çox investisiyalarda güzəştli mənfəət vergisi, ərazi verilməsi və işəgötürənlərə Sosial Sığorta Qurumuna ödənən sosial müdafiə ayırması dəstəyi verilir.

Həmçinin keçən ildən regionlar üzrə sektorlara verilən yeni təşviq sistemi də qüvvəyə minmişdir.

Belə ki, yeni sistemə görə məşğulluğu təşviq etmək məqsədilə, minimum əmək haqqı üzərindən ödəniləcək Sosial Müdafiə ayırmasında

(4)

işəgötürənlərin payının ilk 6 aylıq hissəsi Dövlət Xəzinəsi tərəfindən ödənilir.

Yeni sistemə görə araşdırma fəaliyyətlərilə texnoloji inkişaf bölgələrində həyata keçiriləcək investisiyalar üçün də mühüm üstünlüklər nəzərdə tutulmuşdur. Bunlar ixracatı təşviq və araşdırma fəaliyyətləri, milli və beynəlxalq sərgilərdə iştirak, patent kimi məsrəfləri əhatə edir.

Yeni sistemə görə İzmir üçün təşviq nəzərdə tutulan sektorlar quru nəqliyyatı sektoru və onun yan sektorları, elektronika, dərman, maşın və avadanlıq emalı, tibbi, həssas və optik alətlərin emalı sektorlarıdır. Bu sektorlara qoyulan investisiyalara əldə edilən mənfəətin ümumi investisiya həcminin 20%-ə çatana qədər güzəştli mənfəət vergisi (10%) tətbiq edilir.

2006-cı ildən başlayaraq isə, İzmirdə investisiya qoymaq istəyən investorlar üçün yeni və çox önəmli bir imkan açılmışdır ki, bu da İzmir İnkişaf Agentliyinin göstərdiyi əlverişli xidmətlərdən faydalanmalarıdır.

3. Regional İnkişaf Agentliyi nədir?

Regional İnkişaf Agentlikləri, iqtisadi və ya inzibati rayonlar səviyyəsində qurulan, yerli xalqı sahib olduğu potensialdan istifadə etmələri yönündə təşviq edən, regionda fəaliyyət göstərən müxtəlif statuslu qurumlar arasında kordinasiya yaradaraq resurslardan səmərəli istifadə edilməsini təmin edən, regionun layihələndirmə imkanlarını artıran, tərəfdaşlara yüksək keyfiyyətli xidmət və problemləri həlletmə yolları təqdim edən qurumlardır. Türkiyə Respublikasının 2006-cı ildə qəbul olunan “İnkişaf Agentliklərinin Qurulması, Kordinasiyası Vəzifələri Haqqında Qanun”unun 1-ci maddəsində isə inkişaf agentlikləri, dövlət bölməsi, özəl bölmə və QHT-lər arasındakı əməkdaşlığı inkişaf etdirən, resursların yerində və səmərəli istifadəsini təmin etmək və yerli potensialı hərəkətə gətirmək yolu ilə, milli inkişaf plan və proqramlarında nəzərdə tutulan prinsip və siyasətlərə uyğun şəkildə regional inkişafı sürətləndirən, onun davamlılığnı təmin edən, regionlararası və regiondaxili inkişaf fərqlərini azaltmaq məqsədilə formalaşdırılan qurumlar kimi müəyyənləşdirilmişdir.

4. Türkiyənin ilk Regional İnkişaf Agentliyi - İzmir İnkişaf Agentliyi (İZKA) və İzmirin inkişafındakı rolu

İzmir İnkişaf Agentliyi, Türkiyənin ilk iki inkişaf agentliyindən biri kimi 2006-cı ildə Nazirlər Kabinetinin qərarı ilə qurulmuşdur.

İzmir İnkişaf Agentliyi qısa müddət ərzində öz fəaliyyətində konkret vizion, missiya və əsas prinsipləri müəyyənləşdirmişdir:

Vizion: Davamlı regional inkişafda qabaqcıl, təsirli və beynəlxalq tanınmışlığa malik Agentlik olmaq,

Missiya: İzmirin davamlı inkişafı naminə kompleks bir yanaşma ilə yerli potensialı hərəkətə gətirəcək vasitələr formalaşdırmaq və reallaşdırmaq,

Prinsiplər: İştirakçılıq, Yenilikçilik, Tərəfsizlik, Şəffaflıq, Etibarlılıq, Həllə Fokslanmaq.

4.1 İZKA-nın təşkilati strukturu

İZKA qanunvericiliyə uyğun olaraq, aşağıdakı strukturlardan ibarətdir:

İnkişaf Şurası: Agentliyin məsləhət orqanı olan bu struktur, dövlət, özəl və QHT sektoru və universitetlərin nümayəndələrindən olmaqla, 100 nəfərdən ibarətdir. Qurum İdarəetmə Şurasına regionun problemlərini və imkanlarını qiymətləndirməklə bağlı tövsiyyə qərarları verir.

İdarəetmə Şurası: Agentliyin qərarverici orqanı olan bu struktur, İzmir valisi, İzmir Böyükşəhər Bələdiyyə sədri, İzmir Vilayət Məclisi sədri, Egey Bölgəsi Sənaye Palatası sədri, İzmir Ticarət Palatası sədrindən ibarət 5 nəfər və İnkişaf Şurası üzvləri arasından seçilən 3 nəfər olmaqla, 8 nəfərdən ibarətdir.

Baş katiblik: Agentliyin icra orqanı olmaqla, 26 mütəxəssis, 7 köməkçi personal və baş katibdən ibarətdir. Baş katibin əmrində, Agentliyin İdarəetmə Şurasının təsbit etdiyi bütün icra fəaliyyətlərini həyata keçirir. Baş katiblik Dəstək bölməsi, Planlaşdırma, Proqramlaşdırma və Kordinasiya bölməsi, Proqram Menecmenti böməsi, İzləmə və Qiymətləndirmə bölməsi və İnvestisiya Dəstək Ofislərindən ibarətdir.

4.2 İZKA-nın əsas fəaliyyət istiqamətləri

• Regional subyektlərlə birlikdə iştirakçılıq prinsipinə əsaslanaraq, İzmirin Regional İnkişaf Planını hazırlamaq,

• Regionun plan və proqramlarının həyata keçirilməsinə xidmət edən layihə və fəaliyyətlərə maliyyə və texniki dəstək vermək,

• Dəstək verdiyi layihələri izləmək və qiymətləndirmək,

(5)

• İzmirin milli və beynəlxalq səviyyədə əməkdaşlıq və investisiya imkanlarının təbliğini həyata keçirmək,

• İzmirdə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində təşəbbüslər göstərmək,

• İnvestorların icazə və lisenziya əməliyyatlarını bir əldən təqib edərək nəticləndirmək,

• Regional strategiyaların müəyyənləşdirilməsinə və hazırlanmasına dəstək vermək,

• İzmirdə sahibkarlıq potensialını artırmaq,

• İzmirdə dövlət, özəl və QHT sektoru arasında əməkdaşlığı inkişaf etdirmək,

• İzmirin layihə formalaşdırma və inkişaf etdirmə potensialını artırmaq.

4.3 İZKA-nın maliyyə təminatı

İZKA-nın fəaliyyəti aşağıdakı gəlir mənbələri əsasında maliyyələşdirlir:

• Keçən il dövlət büdcəsi vergi gəlirlərindən vergi qaytarılmaları ilə yerli idarələrə və fondlara ayrılan paylar çıxıldıqdan sonra qalan məbləğdən 0,005% həcmində hər il ayrılacaq transfert ödəməsindən Ali Planlaşdırma Şurası tərəfindən əhali, inkişaf səviyyəsi və məhsuldarlıq göstəriciləri nəzərə alınaraq Agentliyə ayrılan pay,

• Avropa Birliyi və digər beynəlxalq fondlardan təmin edilən resurslar,

• Agentliyin gəaliyyətindən əldə edilən gəlirlər,

• İzmir vilayəti özəl idarələri gəlirlərindən 1%-lik pay,

• İzmir bələdiyyələri gəlirlərindən 1%-lik pay,

• İzmir vilayəti sənaye və ticarət palataları gəlirlərini 1%-lik pay,

• Mili və beynəlxalq təşkilatların yardım və ianələri,

• Agentliyin keçən ildən qalan xərclənməyən gəliri.

4.4 İzmirin 2009-2013 – cü illər Regional İnkişaf Planının hazırlanması

İzmir Regional İnkişaf Agentliyinin əsas fəaliyyətlərindən biri İzmirin Regional İnkişaf Planının hazırlanmasıdır. Agentlik ilk öncə İzmirin mövcud vəziyyətinin geniş təhlilini apardıqdan sonra (SWAT analiz), təxminən 3 min nəfərin fikir və tövsiyyələrini nəzərə alaraq, bu planı hazırlamışdır.

Türkiyə Respublikası Dövlət Planlama Təşkilatı (DPT) tərəfindən təsdiq olunan bu plan, 2009-2013- cü illər üzrə İzmirin iqtisadi, sosial və mədəni sahələrdə kompleks yanaşma əsasında reallaşdıracağı inkişaf strategiyasının tematik və sektorlar üzrə

inkişaf istiqamətlərini, hədəflərini və prioritetlərini ortaya qoyan əsas siyasət sənədidir.

Plan regional dövlət qurumlarının, QHT-lərin, universitetlərin, özəl sektorun iştirakı və ortaq ağlı ilə müəyyənləşdirilmiş “Qoruyaraq İnkişaf Edən, Yaradaraq Böyüyən Yenilikçi İzmir” vizionunu reallaşdırmağa yönəlməklə DPT-nin IX. İnkişaf Planı (2009-2013) və Uzun Müddətli Strategiyası (2001- 2023) çərçivəsində hazırlanmışdır. Planda İzmirin potensial resursları, imkanları və güclü tərəflərini ortaya qoyan, problemləri prioritetə çevirən və prioritetlərlə bağlı hədəfləri də özündə birləşdirən iştirakçı bir strateji yanaşma izlənmişdir.

Bərabərlik və sosiallıq, davamlı inkişaf və iştirakçılıq prinsiplərinin əsas götürüldüyü planda İzmirin tematik inkişaf inkişaf istiqamətləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:

• Müəssisələrin rəqabət qabiliyyəti,

• Məşğulluq və sosial inteqrasiya,

• Davamlı ekologiya,

• Gücləndirilmiş infrastruktur.

Sektorlar üzrə inkişaf istiqamətləri isə aşağıdakılardır:

• Yüksək texnologiyaya əsaslanan sənaye,

• Bərpa oluna bilən enerji,

• Logistika,

• Turizm,

• Kənd təsərrüfatı və ona əsaslanan sənaye (Əlavə dəyəri yüksək aqrar məhsullar, Qida və yeyinti sənayesi, Toxuculuq və geyim sənayesi).

Plan İzmir və Ege Bölgəsilə bağlı, müxtəlif funksiyalara malik bütün qurumlar tərəfindən reallaşdırılan strateji planlaşdırma fəaliyyətlərinin, instutsional və sektoral strateji sənədlərinin eyni prioritetlər və hədəflərə yönəlməsini təmin edərək, İzmirin potensialının səmərəli və məhsuldar istifadəsinə zəmin yaratmaq məqsədi daşıyır.

4.5 İZKA investorlara ödənişsiz bələdçilik və

“One Stop Shop”(vahid pəncərə) xidməti göstərir İZKA investorlara dəstək vermək və İzmiri investorlar üçün cazibə mərkəzinə çevirmək məqsədilə xüsusi bir struktur – İnvestisiya Dəstək Ofisi yaratmışdır. Bu ofis investorlara investisiya qoymdan əvvəl, investisiya qoyma mərhələsində və investisiya qoyulduqdan sonra bütün zəruri informasiya dəstəyi verir.

Bununla yanaşı, İnvestisiya Dəstək Ofisi İzmirin biznes və investisiya mühitinin yerli və xarici investorlara tanıdılması və investisiyaların təşviqilə də məşğuldur. Ofis investorların dövlət qurumları ilə bağlı bütün icazə və lisenziya əməliyyatlarını,

(6)

həmçinin də digər inzibati əməliyyatlarını təqib və koordinasiya edərək, onların sürətlə yekunlaşmasını təmin edir.

İnvestisiya Dəstək Ofisi investisiyanın tamamlanmasına qədər investorun üzləşdiyi problemləri izləyərək onların həlli üçün dəstək verir.

Həmçinin onların üzləşdiyi maneələri müəyyən edir və onların həlli ilə bağlı müvafiq orqanlara müraciət edir. “One Stop Shop” (vahid pəncərə) xidməti adlanan bu xidmətə görə də investorlardan heç bir ödəniş tələb edilmir.

Hər hansı bir investisiya ilə bağlı Ofisə ərizə ilə müraciət edən investor üçün ayrıca bir qovluq açılır və investorun dövlət qurumları ilə bağlı bütün əməliyyatları tamamlandıqca o qovluqda toplanılır.

Həmçinin həmin qovluqdakı informasiyalara investor şifrə vasitəsilə internet üzərindən də çıxış əldə edərək, prosesin gedişini izləyə bilir.

Ofis nəinki investorlara dəstək verir, həmçinin də Baş nazirliyin Türkiyə İnvestisiya Dəstək və Tanıtma Agentliyi, həmçinin də digər müvafiq qurumlarla əlaqəli şəkildə İzmirin investisiya imkanlarının təbliğini həyata keçirir, bu sahədə müvafiq nəşrlər, internet portalları haırlayır. Ofis həmçinin davamlı zəruri etüdlər apardığından imkanlarını müəyyən etdiyi potensial investorlara da konkret təkliflər verir.

Artıq bu gün, İnvestisiya Dəsətək Ofisi sayəsində İzmirə investisiya qoymaq istəyən investorlar artıq yeganə adres kimi İzmir Regional İnkişaf Agentliyini görür və hər cür informasiyanı operativ şəkildə əldə etmək imkanına malikdirlər.

4.6 İZKA-nın dəstək fəaliyyətləri

İZKA fəaliyyətində investorları, İzmirin inkişafına xidmət edən layihələri müxtəlif yollarla dəstəkləyir. “İnkişaf Agentlikləri Layihə və Fəaliyyət Dəstəkləmə Əsasnaməsi” əsasında həyata keçirilən bu dəstəklər arasında aşağıdakı dəstək formaları fərqləndirilir:

• Maliyyə dəstəyi,

• Texniki dəstək.

Maliyyə dəstək növləri aşağıdakılardır:

Birbaşa maliyyələşdirmə dəstəyi: Agentliyin müəyyən layihə və fəaliyyətlərə göstərdiyi əvəzsiz yardımlardan ibarətdir və əsasən layihə təkliflərinin qəbulu metodu ilə həyata keçirilir.

Birbaşa fəaliyyət dəstəyi: Regionun inkişafı və rəqabət gücü baxımından mühüm imkanlardan istifadə edilməsinə, region iqtisadiyyatı üçün təhdit və risqlərin qarşısının alınmasında təcili tədbirlərin görülməsilə bağlı məsələlərdə tətbiq edilir. Bunun üçün kritik əhəmiyyət daşıyan araşdırma və planlaşdırma işləri, regionun

yenilikçilik və təşəbüskarlıq imkanlarını genişləndirməyə xidmət edən biznes inkişaf mərkəzləri, texnoloji inkişaf mərkəzləri, texnoparklar kimi qurumların və bunların təsislərinin qurulması məqsədi daşıyır. Bu istiqamətlərdə fəaliyyətlərə birbaşa maliyyə dəstəyi verilir.

Nəzarət olunan layihə dəstəyi: Regional inkişafı sürətləndirmək məqsədilə, region planlarında və ya sahə tədqiqatları nəticəsində müəyyənləşdirilən sahələr üçün regiondakı təşəbbüskarlıq və yenilikçilik imkanlarını genişləndirəcək biznes inkişaf mərkəzləri, texnoparklar, texnoloji inkişaf mərkəzləri, ortaq istifadə üçün yarmarka ticarət mərkəzi, sərgi salonu, labaratoriya və atelye kimi böyük büdcəli infrastruktur və işlətmə dəstəklərini nəzərdə tutan layihə dəstəklərini əhatə edir.

Digər maliyyə dəstəklərindən ayrılan əsas xüsusiyyəti bu layihələrin Agentliyin rəhbərliyində və koordinasiyasında icra edilməsidir.

Faiz dəstəyi: Kommersiya fəaliyyətilə məşğul olan fiziki və hüquqi şəxslərin müvafiq vasitəçi qurum ilə Agentlik arasında imzalanan protokolda göstərilən xarakterdəki layihələri üçün həmin vasitəçi qurumlardan alacaqları kreditlərə görə ödəyəcəkləri faiz xərclərinin Agentlik tərəfindən əvəzsiz qarşılanmasını nəzərdə tutan yardımdır.

Faizsiz kredit dəstəyi: Agentlik tərəfindən kommersiya fəaliyyətilə məşğul olan fiziki və hüquqi şəxslərin müvafiq vasitəçi qurum ilə Agentlik arasında imzalanan protokolda göstərilən xarakterdəki layihələri üçün, həmin vasitəçi qurumların əli ilə kredit verilməsini və bu maliyyə dəstəyinin Agentliyə faiz ödəmədən hissə-hissə geri ödənməsini nəzərdə tutan əvəzsiz yardımdır.

Texniki dəstək verilməsində əsas məqsəd, regiondakı yerli subyektlərin regional inkişaf baxımından mühüm əhəmiyyət kəsb edən, ancaq zəif instutsional imkanlar səbəbindən hazırlıq və həyata keçirilmə mərhələlərində çətinliklə üzləşilən fəaliyyətlərinə dəstək verməkdir. Bu çərçivədəki başlıca tədbirlərə marifləndirmə, proqram və layihə hazırlanmasına kömək etmə, müvəqqəti mütəxəssis təmin etmə, müşavirlik xidməti göstərmə, lobbi fəaliyyətləri və beynəlxalq əlaqələrin qurulması kimi instutsional və imkanları genişləndirici fəaliyyətləri aiddir.

(7)

4.7 İZKA-nın Kiçik və Orta Sahibkarlığa Maliyyə Dəstəyi Proqramı

Proqram 30 dekabr 2008-ci ildən icra olunmağa başlamış və maliyyə dəstəyi layihə təklifi metodu ilə həyata keçirilmişdir. İzmirin İlkin Regional İnkişaf Planında göstərilən prioritetlərin əsas götürüldüyü proqramın məqsədi KOS-un rəqabət gücünü artırmaq, məşğulluq səviyyəsini yüksəltmək, təmiz və alternativ enerji resurslarının istehsalı və istehlakı yolu ilə yenilikçi fəaliyyətləri təşviq etmək olmuşdur.

Proqram çərçivəsində İzmirdə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri tərəfindən 441 layihə təklif edilmişdir ki, bunların da qiymətləndirmə prosesindən sonra 98-ə əvəzsiz maliyyə dəstəyi verilmişdir.

4.8 İZKA-nın Sosial İnkişafa Maliyyə Dəstəyi Proqramı

İZKA KOS-a Maliyyə Dəstəyi Proqramı ilə birlikdə, Sosial İnkişafa Maliyyə Dəstəyi Proqramını da həyata keçirmişdir. Bu proqramın məqsədi isə İzmirdə davamlı sosial-iqtisadi inkişafa dəstək vermək yolu ilə insan resursları və sosial kapitalın inkişaf etdirilməsi və həyat keyfiyyətinin yüksəldilməsi olmuşdur. Proqram çərçivəsində İzmirdə fəaliyyət göstərən müxtəlif kommersiya və qeyri-kommersiya qurumları tərəfindən 234 layihə təklif olunmuşdur ki, bunların da 71-ə əvəzsiz maliyyə dəstəyi verilmişdir.

Ümumiyyətlə hər iki proqram çərçivəsində olduqca orjinal layihələr maliyyələşdirilmişdir ki, bunlara da təxminən 30 milyon TL (təxminən 20 milyon dollar) əvəzsiz maliyyə dəstəyi verilmişdir.

4.9 İZKA-nın Kənd Təsərrüfatı və Kənd İnkişafna Maliyyə Dəstəyi Proqramı

30 Dekabr 2009-cu il tarixdən başlayaraq, qüvvəyə minən bu proqram çərçivəsində dəstəklənəcək layihələrə ümumi həcmi 18,9 milyon TL (təxminən 12,9 milyon dollar) olan bir fond ayrılmışdır. Bunun 11,9 milyon TL-lik hissəsi kommersiya qurumlarının, 7 milyon TL-lik hissəsi isə qeyri-kommersiya qurumlarının istifadəsinə açılmışdır.

Proqramın əsas məqsədi İzmir vilayətində kənd təsərrüfatı istehsalından əldə edilən əlavə dəyərin artırılmasına və bölgədə kənd təsərrüfatı və ona əsaslanan sənayenin rəqabət gücünü yüksəldən fəaliyyətləri dəstəkləyərək, kəndin inkişafına xidmət etməkdir.

Kənd təsərrüfatının texnoloji infrastrukturunun inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyi və davamlı istehsala xidmət edən fəaliyyətlər, heyvandarlıq, su

məhsulları və istixana sahəsində istehsal infrastrukturunun modernləşdirilməsi kimi prioritet sahələrdə irəli sürülən layihələrin maliyyələşdirilməsi nəzərdə tutulan bu proqramdan istifadə üçün göstərilən prioritetlərin ən az birini özündə birləşdirən və müddəti 12 ayı keçməyən layihələrlə müraciət etmək tələb edilir.

Qeyri-kommersiya qurumları tərəfindən təklif olunan layihələr üzrə ən azı 30000 TL, ən çoxu isə 450000 TL həcmində maliyyə ayrılır. Bu eyni zamanda layihənin smeta dəyərinin 10%-dən az, 75%-dən çox ola bilməz. Qalan hissəni müraciət edən tərəf ödəyir və bu zaman da natural şəkildə maliyyələşdirmə qəbul edilmir.

Kommersiya qurumları tərəfindən təklif olunan layihələr üzrə isə eyni prinsiplər gözlənilməklə yanaşı, həmçinin layihənin smeta dəyərinin 10%-dən az, 50%-dən çox olmayan hissəsi maliyyələşdirilir.

4.10 İZKA-nın Turizm və Ekologiyaya Maliyyə Dəstəyi Proqramı

Bu proqram da 30 dekabr 2009-cu il tarixindən qüvvəyə minmişdir. Proqram proqram çərçivəsində dəstəklənəcək layihələrə ümumi həcmi 12,6 milyon TL (təxminən 8,4 milyon dollar) olan bir fond ayrılmışdır.

Proqramın əsas məqsədi, İzmir vilayətində turizmin diversifikasiyası yolu ilə bölgənin turizmdə rəqabət qabiliyyətinin artırılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət etməkdir.

Prioritet sahələrdə irəli sürülən layihələrin maliyyələşdirilməsi nəzərdə tutulan bu proqramdan istifadə üçün göstərilən prioritetlərin ən az birini özündə birləşdirən və müddəti 12-18 ayı keçməyən layihələrlə müraciət etmək tələb edilir.

Təklif olunan layihələr üzrə ən azı 50000 TL, ən çoxu isə 600000 TL həcmində maliyyə ayrılır. Bu eyni zamanda layihənin smeta dəyərinin 10%-dən az, 75%-dən çox ola bilməz.

Son söz yerinə: Qısamüddətli fəaliyyətin konkret nəticələri

İZKA 2006-cı ildə Türkiyənin ilk iki pilot Regional İnişaf Agentliyindən biri kimi yaradılsa da, əslində müxtəlif qanunvericilik aktlarının qəbul edilməsindən real fəaliyyətə 2008-ci ilin sonu 2009- cu ildən başlamışdır.

Göründüyü kimi bu müddət ərzində tam təşkilatlanmış bir qurum kimi fəaliyyət göstərməklə, İzmir vilayətinin inkişaf planını hazırlamış, 100-lərlə layihələrin reallaşdırılmasına xidmət edən 4 böyük maliyyə dəstəyi proqramı həyata keçirməyə başlamış və bu gün İzmirdə investorların müraciət etdiyi əsas

(8)

ünvana çevrilmişdir. Xüsusilə, onu qeyd etməliyik ki, bütün digər fəaliyyətlərlə yanaşı, İZKA-nın birbaşa fəaliyyətinin nəticəsi olaraq, təkcə 2009-cu ildə Lüksemburq, ABŞ və Fransa kapitallı 3 xarici şirkət İzmirə 50 milyon dollarlıq investisiya qoymuşlar ki, bunun da nəticəsində 750 daimi iş yeri açılmışdır.

Bütün bu fəaliyyətlər və bundan sonra planaşdırılan tədbirlərlə İZKA-nın Türkiyə Respublikasının 100-cü ili olan 2023-cü ilə İzmir üçün müəyyənləşdirdiyi hədəf “Aralıq Dənizinin Ulduzu” olmaqdır.

Referanslar

Benzer Belgeler

Qısa müddətdə kənd təsərrüfatı və kənd təsərrüfatı emalı üçün uyğun biznes mühitinin tətbiqi yolu ilə uzunmüddətli qlobal dəyər zəncirinə səmərəli

Xarici keyfiyy ət təminatı sisteminin məqsədindən asılı olaraq ali təhsil müəssisələri xarici keyfiyyət t əminatı prosesinin həyata keçirilməsi

  Yoxsulluğa  müdaxilələr  yoxsul  təbəqəni  tənasübsüz  şəkildə  faydalandırmaq  üçün  planlaşdırılmalıdır.  Onların  bəziləri  sosial  sektorlarda 

· Çıxış materiallarının reklam agentliklərinə hazırlanıb verilməsi: məqsədli istehlakçı qruplarını hesaba alaraq reklamın məqsədlərinin formalaşdırılması,

Lisenziya sahibi tərəfindən ərizə təqdim edildikdə, lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə, məhkəmənin qərarı olduqda,

Lotereyada iştirak etməklə, İştirakçı Lotereyanın keçirilməsi ilə bağlı bütün Qaydalarla və Lotereyada iştiraketmə şərtləriylə tanış olduğunu və

Böylece örneğin pH, su bulanıklığı gibi kavramlar sadece sembolik olarak sınıf içinde tek yönlü olarak öğrencilere aktarılabilir.. • Öğrenme yalnızca kafada olup

Belə ki, 2016-cı ildə qəbul edildimiştir “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2020-ci ilədək