• Sonuç bulunamadı

Kitap Tanıtım ve Değerlendirme: Fəxri Valehoğlunun Tiflis Quberniyasinda Azərbaycanlilara Qarşi 1905-Ci Il Kütləvi Qirğinlari Kitabı

N/A
N/A
Protected

Academic year: 2021

Share "Kitap Tanıtım ve Değerlendirme: Fəxri Valehoğlunun Tiflis Quberniyasinda Azərbaycanlilara Qarşi 1905-Ci Il Kütləvi Qirğinlari Kitabı"

Copied!
6
0
0

Yükleniyor.... (view fulltext now)

Tam metin

(1)

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 2/4 2013 s. 418-423, TÜRKİYE International Journal of Turkish Literature Culture Education Volume 2/4 2013 p. 418-423, TURKEY

FƏXRİ VALEHOĞLUNUN TİFLİS QUBERNİYASINDA AZƏRBAYCANLILARA QARŞI 1905-Cİ IL KÜTLƏVİ QIRĞINLARI KİTABI

Yaqub MAHMUDOV

1. Fəxri Valehoğlunun Tərcümeyi-Hali:

Hacıyev Fəxri Valeh oğlu 1978-ci ildə Gürcüstanın Borçalı bölgəsində yerləşən Bolnis ilçəsinin Darvaz köyündə anadan olmuşdur.

1994-cü ildə M.F.Axundzadə adına 73 saylı Tiflis Azərbaycan orta məktəbini bitirmişdir. Həmin il Tiflis Dövlət Universitetinin Fizika-Riyaziyyat fakultəsinin “Riyaziyyat-İnformatika” ixtisası üzrə rus bölməsinə qəbul olmuş və 1999-cu ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. 1999-2002-ci illərdə ali təhsil aldığı universitetdə “Riyazi Analiz” ixtisası üzrə doktora (aspirantura) təhsilini davam etdirmişdir.

Universitet və Doktora təhsili dövründə Uluslararası təqaüdə və Prezident təqaüdünə layiq görülmüşdür.

Fəxri Valehoğlu Tiflis’te ((Foto: Cengiz ALYILMAZ)

(2)

419 Yaqub MAHMUDOV 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun və Bakı Dövlət Universitetinin birləşdirilmiş dissertasiya şurasında namizədlik dissertasiyasını (doktora tezini) müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi (matematik doktoru) elmi dərəcəsini almışdır.

1999-2006-cı illərdə S.-S. Orbeliani adına TDU-da elmi işçi, Tiflis Vaxtanq Qorqasali Universitetində dosent, “Qarapapaqlar” elmi-kütləvi dərgisində baş redaktor müavini vəzifəsində çalışmışdır.

2006-cı ildə Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinə işə qəbul olunaraq Gürcüstana ezam olunmuş, 2010-cu ilin sonuna qədər burada Azərbaycanın Tiflis şəhərindəki Səfirliyində çalışmışdır.

2011-ci ildən indiyədək Bakı şəhərində Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin əməkdaşıdır.

Diplomatiya sahəsində çalışmaqla yanaşı, məhsuldar elmi fəaliyyətlə də (Borçalı-Qarapapaq tarixi sahəsində) məşğul olmuşdur. İki monoqrafiyanın və beynəlxalq elmi jurnallarda çap olunmuş 70-dən artıq məqalənin müəllifidir. Türkiyədə işıq üzü görən nüfuzlu TEKE elmi dərgisinin redaksiya heyətinin və professor C.Alyılmazın rəhbərliyi altında Gürcüstanda Türk maddi-mədəni mirasının öyrənilməsi üzrə Türkiyə-Gürcüstan elm adamlarından ibarət akademik qrupun üzvüdür.

2. Tiflis Quberniyasında Azərbaycanlılara Qarşı 1905-ci Il Kütləvi Qırğınları: İstedadlı tədqiqatçı Fəxri Valehoğlunun oxuculara təqdim olunan «Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları» kitabında Azərbaycan xalqına qarşı soyqırımları tarixinin yeni səhifələri açılır. Alim ilk dəfə olaraq ermənilərin Tiflis quberniyasında, o cümlədən Tiflisin özündə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarının tarixini ayrıca bir tədqiqat mövzusu kimi qələmə alır. Məhz bu baxımdan Fəxri Valehoğlunun “Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları” kitabı olduqca gərəkli bir əsərdir. Əsərdə çox qiymətli və oxuculara indiyədək məlum olmayan fakt materialları verilir. Müəllifin 1905-1906-cı illərdə gürcü və rus mətbuatında dərc olunmuş materiallar və arxiv sənədləri əsasında aşkara çıxardığı çoxsaylı və olduqca qiymətli faktlar sübut edir ki, bəhs olunan dövrdə Cənubi Qafqazın başqa yerlərində olduğu kimi, Tiflis quberniyasında da azərbaycanlılara qarşı dəhşətli soyqırımları həyata keçirilmişdir. Həmin faktlardan aşağıdakılar diqqəti daha çox cəlb edir:

Pəmbək və Zəngəzur mahallarında azərbaycanlılara qarşı soyqırımı: 20 sentyabr 1905-ci ildə Pəmbək mahalının Qursalı, Xancığaz və Gözəldərə kəndlərinin çörək dalınca

(3)

420 Yaqub MAHMUDOV yaxınlıqda yerləşən Cəngi kəndinə gedən 20 azərbaycanlı sakini erməni silahlıları tərəfindən güllələnərək quyuya doldurulur.

Yenə həmin ildə Zəngəzur qəzasının Sisyan kəndində -190, Dərəbas kəndində - 278, Kürtlər kəndində isə 120 azərbaycanlı sakin ermənilər tərəfindən qətlə yetirilir.

Azərbaycanlılara qarşı Tiflis soyqırımı: Cənubi Qafqazın digər bölgələrində (Bakı, Şamaxı, Quba, İrəvan, Naxçıvan, Qarabağ, Zəngəzur, Gəncə və s.) azərbaycanlılara qarşı baş vermiş kütləvi qırğınların həmin dövrdə erməni millətçiliyinin mərkəzi olan Tiflisə də keçməsinin qarşısını almaq üçün şəhərin azərbaycanlı ziyalıları nə qədər səy göstərsələr də (erməni ziyalılarının tam əksinə olaraq!) bu, mümkün olmur. 22 noyabr 1905-ci ildə ermənilər şəhərdə çaxnaşma yaradır. Əvvəlcədən düşünülmüş plana uyğun olaraq, “Daşnaksutyun” terror təşkilatının silahlı dəstələri Tiflis yüksəkliklərində mövqe tutub şəhərin azərbaycanlılar yaşayan Şeytanbazar məhəlləsini gülləboran edirlər. Şəhər küçələrində sərbəst gəzib-dolaşan silahlı daşnaklar hakim dairələrin gözləri qarşısında guya “qanun mühafizəçiləri”, “gözətçilər” kimi özbaşınalıqlar edir, yoldan keçənlərin üstlərini yoxlayır, azərbaycanlıları isə gördükləri yerdəcə güllələyirlər. “Daşnaksutyun”un rəhbərlərindən olan “məşhur” terrorçu Armen Qaronun (Qaregin Pastırmacyanın) başçılıq etdiyi 500 nəfərlik silahlı quldur dəstəsi xüsusi amansızlıq göstərir. Soyqırımları noyabrın 23-də daha dəhşətli xarakter alır. Şəhərin küçələri vəhşicəsinə qətlə yetirilmiş dinc, əliyalın və günahsız azərbaycanlı sakinlərin meyitləri ilə dolur. Hadisələrin canlı şahidi olan tanınmış gürcü publisistləri və ictimai xadimlərinin soyqırımlarının qarşısını almaq üçün etdikləri müraciətlər də heç bir nəticə vermir. Daşnakların qəddarlığından heyrətə gələn gürcü ictimaiyyəti nümayəndələrinin “barbarcasına qırğında” iştirak edənlərin cəzalandırılması və “Daşnaksutyun”un əsl simasının təhqiq olunması tələbi ilə mətbuat vasitəsilə siyasi təşkilatlara ünvanlanmış açıq məktubları Cənubi Qafqazı qan çanağına döndərənlərin gerçək sifətini üzə çıxarırdı.

Gürcü ictimai xadimləri mətbuatda dərc olunmuş daha bir müraciətlərində isə 29 noyabrda gürcüdilli “Tsnobis purtseli” qəzetinin redaksiyası önündə, onların gözü qarşısında silahsız-suçsuz azərbaycanlıların daşnaklar tərəfdən öldürülməsinə cavab verilməsini tələb edirdilər. Müraciətin bir yerində deyilirdi:

“Dünən bizim redaksiyanın qarşısında dəhşətli qətl hadisəsi baş verdi. İki tatar fəhləsi canlarını qurtarmaq üçün gizlənməyə yer axtarırdı... Bizim mətbəənin işçiləri biçarələri çağırırdılar: “ - Buraya gəlin!”. Amma, nə faydası, bu zaman erməni “gözətçiləri” tatarları gördülər və güllədilər… İki silahsız tatarı … silahlanmış güruh … rəhmsizcəsinə öldürdü. Öldürməklə ürəkləri soyumadı, ruhsuz cəsədləri dəyənəklərlə döyməyə və bıçaqlamağa

(4)

421 Yaqub MAHMUDOV başladılar, cəsədləri təhqir etdilər. Sonra “gözətçilər” cəsədin birini götürüb Kürə atdılar... Bütün bunlar “Daşnaksutyun” partiyasının adı ilə baş verir...”.

(5)

422 Yaqub MAHMUDOV 1905-ci il noyabrın 27-də Borçalının cənubunda – Lorudakı Allahverdi-Elyar misəritmə zavodunda azərbaycanlı fəhlələrə qarşı kütləvi qətllər törədilir. Zavodda çalışan erməni işçilər törədiləcək qətliam barədə əvvəlcədən məlumatlandırılır və işə çıxmırlar. Həmin gün böyük bir silahlı erməni dəstəsi zavodu mühasirəyə alır və onun 16 nəfər azərbaycanlı işçisini qətlə yetirir. Bu soyqırım aktı, həm də, erməni fəhlələrin öz iş yoldaşlarına xəyanətkar münasibətinin göstəricisi idi.

Tiflis azərbaycanlılarına qarşı soyqırımının daha böyük miqyas almasının qarşısını Borçalıda erməni quldurlarına qarşı baş qaldırmış xalq hərəkatı aldı. Xalq hərəkatının iştirakçıları Qarayazıda, Başkeçiddə və Sarvan ətrafında “Daşnaksutyun”u maliyyələşdirən tiflisli varlı erməni sahibkarlarının obyektlərini (fermaları, xutorları, zavodları və s.) dağıtdılar. Ancaq bu zaman bir nəfər də olsun dinc erməniyə xəsarət yetirilmir! Çox keçmədən hərəkat genişlənir. Dərhal mahalda yaşayan döyüşkən qarapapaqlar tərəfindən könüllü süvari müdafiə dəstələri toplanır və Tiflisdəki soydaşlarına kömək üçün göndərilir. Borçalıların Tiflisə gəlib Şeytanbazarda döyüş mövqeyi tutması və erməni silahlı dəstələrilə açıq döyüşə girməsi Tiflis ermənilərini vəlvələyə salır. Erməni məhəllələri panikaya düşüb boşalır, onların sakinləri isə rus və gürcü məhəllələrinə sığınır. Azərbaycanlı özünümüdafiə dəstələri ilə açıq silahlı döyüşə girməyə cəsarət etməyən erməni-terrorçu dəstələri 29 noyabrda Şeytanbazarda böyük yanğın törədirlər. Yeri gəlmişkən, bu zaman azərbaycanlılara məxsus evlər və mülklərlə yanaşı yunan kilsəsi də yandırılır.

Borçalıların Tiflisə yürüməsi nəticəsində hadisələrin gedişində gözlənilmədən dönüşün baş verdiyini görən və bundan əvvəl azərbaycanlılara qarşı soyqırımına göz yuman yerli hakimiyyət strukturları dərhal “sülh təşəbbüsü” ilə əl-ayağa düşür. Danışıqlar başlanır, eyni zamanda, şəhərə əlavə hərbi qüvvələr yeridilir. Müsəlman və erməni məhəllələrində sülh çağırışlı mitinqlər təşkil edilir. Dekabrın 1-də barışıq əldə olunur.

Tiflisdə və Borçalıda erməni terrorçularına qarşı özünümüdafiə dəstələrinin təşkil edilməsində general-leytenant İsrafil bəy Yadigarovun oğlulları – general-mayor Həsən bəy Yadigarov və poruçik Hüseyn bəy Yadigarovun başçılığı ilə Borçalı ağaları və bəyləri aparıcı rol oynayırdı. Hüseyn bəy Yadigarov özünün Şeytanbazardakı Vorontsov küçəsində yerləşən evindən şəhərin azərbaycanlı özünümüdafiə dəstələrinə rəhbərlik edirdi. Həsən bəy Yadigarov isə Borçalıda baş qaldırmış xalq hərəkatına başçılıq edirdi.

Tiflis soyqırımı zamanı şəhərin azərbaycanlı əhalisinin xeyli hissəsi məhv edildi. Şəhərin azərbaycanlı əhalisi, həm də, çox ağır ruhi-mənəvi zərbəyə də məruz qaldı. Təsadüfi deyil ki, barışıq əldə olunduqdan az sonra Zaqafqaziya şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin 18 yaşlı qızı aldığı əsəb sarsıntısından dünyasını dəyişdi, şeyxülislamın özü isə

(6)

423 Yaqub MAHMUDOV baş verən qanlı hadisələr nəticəsində ağır xəstələnib vəzifəsini tərk etmək məcburiyyətində qaldı...

Fəxri Valehoğlunun araşdırmaları bir daha sübut edir ki, 1905-ci il Borçalı xalq hərəkatı xalqımızın erməni təcavüzünə qarşı müqavimət və mübarizə tarixinin şərəfli səhifələrindəndir.

«Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları» kitabı gərəkli və qiymətli tədqiqatdır. Əsərin uğurlu çıxmasında onun müəllifinin elmi səriştəsi, istedadlı qələm sahibi olması, çox qiymətli arxiv sənədləri üzərində səylə çalışması az rol oynamamışdır. Əsərin müəllifi Fəxri Valehoğlu, eyni zamanda, Borçalı-Qarapapaq ellərinin hərb və qəhrəmanlıq tarixi ilə bağlı da maraqlı elmi araşdırmalar aparır. Onun bu istiqamətdə apardığı tədqiqatları da izləyirəm. Qeyd etmək yerinə düşər ki, Fəxri Valehoğlunun və atası görkəmli alimimiz, uzun illər Tiflis Dövlət Universitetinin Azərbaycan bölməsinə rəhbərlik etmiş mərhum professor Valeh Hacılının Gürcüstan arxivlərində Azərbaycan tarixinə dair mühüm sənədlərin aşkar olunub üzə çıxarılmasında böyük xidmətləri vardır. Yeri gəlmişkən, hazırda xarici işlər nazirinin müavini Xələf Xələfovla birlikdə həmin sənədlərin surətlərinin sistemləşdirilərək çap olunması üçün müvafiq tədbirlər görürük. Bu məqsədlə AMEA-nın Tarix İnstitutu və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Birgə İşçi Qrupu fəaliyyət göstərir. Fəxri Valehoğlu bu işçi qrupun da əlaqələndiricisidir.

Nəhayət, Fəxri Valehoğlu «Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları» əsəri ilə Azərbaycan xalqına qarşı soyqırımları tarixinin yeni səhifələrini açmağa başladı. Kitab bu istiqamətdə uğurlu başlanğıc və tarixşünaslığa ilk töhfədir. Müəllifin elmi tədqiqat üslubu, tarixi faktlarla tənqidi və məsuliyyətli münasibəti aydın göstərir ki, onun bir istedadlı alim kimi daha böyük uğurları hələ irəlidədir. Mən buna şübhə etmirəm. Ona da dərindən inanıram ki, alimin «Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları» kitabını mütəxəssislər və geniş oxucu kütləsi böyük maraqla qarşılayacaqdır.

Referanslar

Benzer Belgeler

Araştırmanın birinci teması kapsamında denetim rehberinin yasal belgeler bağlamında yasal dayanak belirsizliği, yasal boşluk, yasal dayanağa göre güncel olmama,

Üçüncü çalışma grubundan elde edilen verilerle hesaplanan test-tekrar test korelasyon katsayıları iki boyut için sırasıyla ,708 ve ,816; ölçeğin genelinde

Daha sonra Timur’un, İbn Haldun’a hilafeti Abbasoğullarına ait kılan şeyin ne olduğunu sorması üzerine İbn Haldun, konuyla ilgili Haricilerin, Şia’nın ve Ehl-i

Türkiye’de öğrenim gören uluslararası öğrencilerin Türkçe serbest okuma durumlarının; okuma için seçilen materyaller, okumaya ayrılan süre, okuma yapılan konular

Merkezi ve daimî olan bu orduya en büyük asker kaynağını ise göç ettirilenlerden bazılarının orduya dâhil edilmesi oluşturmaktadır (Sevin, 2005: 94), ayrıca

As a result, between 1921 and 1944, the aim of the Akhaltsihe pedagogy courses, the Turkish pedagogical technikums in the town of Akhaltsihe, in the Benara village

Böylece Cenab Şahabeddin‟in şair ve şiir anlayışına yeni bir bakış açısı kazandırmak, şiirinin arkasındaki dünyayı görmek ve modern Türk şiiri içerisinde

Selçuklu melikleri arasındaki taht mücadeleleri sırasında da etkili olan Tâcü’l-Mülk, bu mücadelelerde Nizâmü’l-Mülk’ün sağlığında desteklediği