• Sonuç bulunamadı

Atmosferin müasir və sonrakı dövrlər üçün tərkibinin dəyişməsi iqlimin qlobal dəyişməsinin ən güclü amillərindən biridir. Daha dolğun bu problem karbon qazı üçün öyrənilmişdir. Onun miqdarının iqlimə təsiri müasir iqlim dəyişmələrinin modelləri, paleoiqlim analoqları və hətta empirik məlumatlarla yoxlanılmışdır..

Antropogen mənşəli aerozolun iqlimə təsiri məsələsi nisbətən mürəkkəbdir.

Şəkil 3.1 Atmosfer tərkibinin diagramı.

Karbon qazının temperatura olan təsiri əsasən onun aşağıdakı xüsusiyyətləri ilə təyin olunur: Yerdən qalxan uzundalğalı şüaları tutub saxlamaq və yer səthindəki effektiv şüalanmanı azaltmaq. Bu zaman temperaturlar artır, atmosferin

daha yüksək təbəqələrinin temperaturu isə azalır. Bu effekt iki səbəbdən asılı olaraq güclənir:

1) İstiləşmə nəticəsində atmosferdə su buxarının miqdarının artmasıdır ki, bu da uzundalğalı radiasiyanın qarşısını alır;

2) İstiləşmə nəticəsində qütb buzlarının əriməsidir ki, bu da nisbətən yüksək enliklərdə Yerin albedosunu azaldır. qazının yarı miqdarı Dünya okeanı tərəfindən udulur. Bitkilər tərəfindən karbon qazının udulması nisbətən çox deyil. Bitkilər məhv olduqda karbon qazı yenidən atmosferə qayıdır.

Hal-hazırda meşələrin kəsilməsi (xüsusən tropik) onların bərpası ilə müqayisədə üstünlük təşkil etdiyindən, meşələrin kəsilməsi də həmçinin karbon qazının atmosferdə toplanmasına səbəb olur.

Okeanla məsələ daha mürəkkəbdir. Okean orta hesabla karbon qazını udur və orada karbonat çöküntülərinin əmələ gəlməsinə səbəb olur. Hesablamalara görə okean sənaye tərəfindən tullanan karbon qazının yarısını udur. Eyni zamanda müəyyən şəraitdə, məsələn, su qızdıqda okean karbon qazını atmosferə qaytara bilər.

Hal-hazırda atmosferə daxil olan və orada qalan karbon qazının miqdarı intensiv sürətdə artır (şək. 10.4). Bəşəriyyət digər enerji növlərindən istifadəyə keçmədikcə və sənaye inkişaf etməkdə davam edərsə, bu proses davam edəcəkdir.

növlərindən istifadə özünün tam effektinə görə bəşəriyyətin enerjiyə olan tələbatını dəfələrlə ödəmiş olardı. Lakin, Günəş radiasiyasının səpələnməsi, küləklərin qeyri-müntəzəmliyi və dəniz qabarmaları enerjisinin istifadəsinin lokal mümkünlüyü hələ də nəhəng güclü qurğuların yaradılmasına imkan vermir. Baxmayaraq ki, bu növ enerjilərin istifadəsi ikinci dərəcəli və köməkçi səviyyəsində olacaqdır.

Gələcəkdə bərpa olunan enerji növləri, onun lazım olan miqdarının 10 %-ni təşkil edə bilər. Eyni zamanda karbohidrogen yanacağının bir çox növləri (neft, təbii qaz) getdikcə sürətlə azalacaq və onların qiyməti isə artacaqdır. Yaxın gələcəkdə onlardan kimyəvi xammal kimi istifadə olunacaqdır.

Şəkil 3.2 Atmosferdə karbon dioksidin illər ərzində dəyişmə tendensiyası.

Daş kömürün ehtiyatı daha çoxdur ki, bu da 1000 – 1500 ilə bəz edə bilər.

Lakin, kömürün yandırılmasının sürətli artımı ətraf mühitin get-gedə daha çox çirklənməsinə gətirib çıxarır. Onun ekoloji cəhətdən daha səmərəli istifadəsi isə hələ də işlənib hazırlanmaq üzrədir. Bu səbəbdən karbohidrogen yanacağının ən ciddi rəqibi ancaq atom enerjisidir. Lakin, uranın və digər elementlərin atomlara

parçalanma prinsipinə əsaslanaraq işləyən qurğular üçün lazım olan atom xammalı ehtiyatları da məhduddur.Praktiki olaraq qeyri-məhdud miqdarda enerjini termonüvə sintezi (hidrogenin heliuma çevrilməsi və s.) verə bilər.Onun təsiri nəinki onun miqdarından, rəng çalarlarından, hündürlüyə görə paylanmasından, hətta onları təşkil edən hissəciklərin ölçülərindən də asılıdır. Bu aerozollar, hissəciklərin ölçüsü 0,05 – 1,3 mkm olduqda, yer səthində 0,6 oC qədər soyumaya səbəb olurlar, bu ölçülərdən kənar isə azca istiləşməyə (0,1 oC) səbəb olur.

Fəsil 4. Nüvə münaqişələrinin iqlimə olan təsirinin proqnozlaşdırılması Uzun illər ərzində nüvə münaqişəsinin uzun müddət təsiri müzakirə edilir.Bunlara misal olaraq radioaktiv yağıntıların dəyişməsini,atmosferin yuxarı təbəqəsində ozon qatının dağılmasını və iqlimin xoşa gəlməz dəyişməsini göstərmək olar.

Son zamanlar aparılan tədqiqatların nəticəsinə görə nüvə münaqişəsinin iqlimə təsiri əvvəl düşünüləndən daha artıq ola bilər.Belə münaqişə nəticəsində yerdəki yaşayış rayonları uzun müddət zülmətə bürünəcək,radioaktiv yağıntıya,qasırğaya məruz qalacaq,temperatur azalacaq,başqa sözlə desək, "nüvə qışı" yaranacaqdır.Nüvə münaqişənin fiziki nəticələri nəqliyyata,enerji təminatına,kənd təsərrüfata,səhiyyəyə,kommunal təsərrüfata və həmçinin yerli və mərkəzi idarə orqanlara böyük təsir göstərəcəkdir.Hətta nüvə münaqişəsindən xeyli uzaq olan rayonlarda sağ qalan aclığa,soyuğa,epidemiyaya və digər ağır nəticələrə məruz qalacaqdır.Bəzi bioloqlar və ekoloqlar bele hesab edirlər ki,müəyyən şəraitdə bir çox bioloji növlərin,o cümlədən insanın məhv olunması üçün real ehtimallar meydana gələcəkdir.

Şəkil 4.2 Nüvə münaqişələri hesabına qlobal anomaliya (1902-1988).

Nüvə münaqişəsinin iqlimə göstərdiyi təsiri qiymətləndirmək üçün diqqəti ilk növbədə yanğın vaxtı əmələ his zərrəciklərinə yönəltmək lazımdır.

Ümumiyyətlə,yaşadığımız əsrin əsas problemlərdən biri nüvə münaqişəsinin qarşısını almaq,ona qarşı hərtərəfli və hamılıqla mübarizə aparmaqdır.Çünkü,nüvə münaqişəsi bizim planetdə və yer üzərindəki həyata çox ağır ziyan vura bilər.

Nüvə münaqişəsi nəticəsində yer atmosferin aşağı qatda daha çox təsirə məruz qalır .Ona ğörə də burada baş verə biləcək dəyişikliklərin elmi baxımdan öyrənilməsi vacibdir.Bu məqsədlə beynəlxalq konfranslar,simpoziumlar keçirilir.Nüvə münaqişəsi tıhlükəsinin bəşəriyyət qarşısında qoyduğu mühüm problemlərdən başlıcası güclü nüvə partlayışlarının ətraf mühitə təsirini öyrənməkdi.Bu təsir insanın istehsal fəaliyyəti (atmosfer və dınizlərin çirklənməsi) və təbii hadisələrdən yaranan (iri meteoritlərin düşməsi,vulkan püsgürmələri) təsirlərdən qat-qat güclüdür.

Məlumdur ki,ozon ( O3 ) qatı əsasən 20-25 km hündürlükdə yerləşir və günəşdən gələn 280-320 nm dalğa uzunluğunda öldürücü ultrabənövşəyi şüaların qarşısını alır.Spektrin bu sahəsində şüanın müəyyən miqdarda artması insan orqanizmi üçün faydalıdır.Bu zaman insanın dərisi yüngülcə qaralır ki,buna sağlam günəş qaralması deyilir.Onun çoxluğu isə xərçəng xəstəliklərinin daha da sürətlənməsinə və günəş korluğuna səbəb ola bilər.Əgər ozonun 90 %-i dağılıb məhv olsa,spektrin ultrabənövşəyi sərhədi "açıla" bilər.Burada ən təhlükəli zona 240-280 nm-dir ki,bunun da həyat üçün qorxulu miqdarı 1 C/ m2 -dən 1000 C/

m2 -ə kimidir.Bu miqdarda ultrabənövşəyi şüalar yerdə qalan 10 % ozon qatından asanlıqla keçə bilər.

Məsələn,Tunqus meteoritinin düşməsi nəticəsində ozon qatının təqribən 45 %-i dağılmışdır.

Şəkil 4.3 Tunqus vilayətində düşən meteorit

Hesablamalar göstərir ki,gücü 1 meqaton (Mt) olan nüvə partlayışı nəticəsində atmosferdə 1032 molekul azot oksidi (NO) əmələ gəlir.Azot oksidinin katalizator rolunu oynadığı zəncirvari reaksiyada ozon dağılıb məhv ola bilər.NO-nun bir molekulu 10 minlərlə ozon molekulunu dağıdır və obilər.NO-nun bu cür intensiv dağılması bir neçə ay davam edir. Bu vaxt ərzində 5000 ton azot oksidi 5-10 milyon tona yaxın ozunu məhv edir.Nüvə partlayışları zamanı stratosferə külli miqdarda aerozollar atılır.Torpaqdan çıxan hissəciklər,yanma məhsulları və s.

hissəciklər də ozonun dağılmasında müəyyən rol oynayır.Müəyyən edilmişdir ki,iri vulkan püskürmələrindən sonra,stratosferə daxil olan aerozollar atmosferdə ozonun miqdarını kəskin azaldır.

Bir faktı da nəzərə almaq lazımdır ki,atmosferdə toplanan aerozollar ozonun bərpası üçün vacib olan günəş şüalarını dəfələrlə zəiflədə bilir.Bütövlükdə,atmosferdə olan ozonun miqdarı təqribən 4 milyard tondur.

Mütəxəssislərin hesablamalarına görə nüvə münaqişəsində (bu əsasən şimal yarımkürəsində ,30- 600 şimal en dairəsində baş verə bilər) ümumi gücü 10 min Mt olan partlayış ozonun 80-90 % dağıtmalıdır.

Şübhəsiz ki,nüvə münaqişəsi zamanı iri sahələrdə meşə yanğınları baş verəcəkdir.Dəhşətli yanğınlardan ayrılan istilik enerjisi nəticəsində hadisə baş vermiş sahələrdə atmosferdə hərarıt 10 C və daha çox arta bilər.Partlayış zamanı əmələ gələn güclü küləklərin (Xirosima və Naqasakidəki atom bombalarının partlayışı zamanı sürəti 50 m/san olan küləklər qeydı alınmışdır) ümumi atmosferin sirkulyasiyasını hiss olunacaq dərəcədə dəyişə biləcəyini gözləmək olar.

Yağıntılar nəticəsində atmosferə çoxlu miqdarda his,karbon qazı və bu kimi başqa yanacaq məhsulları atılmalıdır.Bunlar isə öz növbəsində yerə gələn Günəş şüalarının kəskin sürətdə zəiflədərək,fotosintez prosesinin sürətini azaldır və havanın soyuması ilə nəticələnə bilər.

Nüvə partlayışı zamanı okeanın temperaturu az dəyişəcək,lakin atmosferin əsas kütləsinin temperaturu artdığına görə okenalar üzərində buludlar əmələ gələcək və güclü yağıntı başlayacaqdır.Quruda yağıntıların sayı azlacaqdır ki,bu da atmosferdə olan zəhərli radioaktiv hissəciklərin yuyulub aparılması prosesinin ləngiməsinə səbəb ola bilər.Belə halda,atmosferin tutqun vəziyyəti uzun müddət davam etməlidi.Orta en dairələrində atmosferin qızması temperaturu ekvator ilə orta enliklər arasında dəyişməsinə gətirib çıxarda bilər.Belə halda,atmosferin tutqun vəziyyəti uzun müddət davam etməlidir. 600 şimal en dairəsindən şimalda yerləşən qütb sahələrində zona küləkləri güclənəcəkdir.Arktikaya çoxlu toz və his daxil olacaq,bunun nəticəsində qütb buzlaqlarının şüaları əksetmə qabiliyyəti azalacaq və onlar əriməyə başlayacaqdır.

Nüvə münaqişəsinin atmosfer üçün zərərli olan nəticələrini səciyyələndirən qiymətlər burada xeyli azaldılmışdır.Gələcək tədqiqatlar atmosfer proseslərinin bəzi parametrlərini dəqiqləşdirməli və hesablama modellərini inkişaf etdirməlidir.

Nəticə:

Bu kurs işində aşağıdakı nəticələrə gəlməy olar ki, Atmosferin çirklənməsi əsasən insanların təsərrüfat fəaliyyəti ilə yeni antropogen amillərlə əlaqədardır, lakin atmosfer müstəsna hallarda təbii proseslərin

Aşağıda atmosferin təbii və antropogen çirklənməsində iştirak edən qazların miqdarı verilmişdi.

чирклянмяси гыздырыъы системлярдя карбонун йандырылмасы иля ялагяляндирилирди ки, бунун

нятиъясиндя дя атмосферя кцлли мигдарда тцстц, кцл вя кцкцрд газы (СО2) атылырды. Щал-щазырда атмосфери чиркляндирян мянбялярдян сянайе мцяссисялярини вя автомобил няглиййатыны юн плана чякирляр. Щятта бязи юлкялярдя атмосферин чирклянмясиндя автомобил

няглиййатынын ролу сянайе мцяссисяляриндян бюйцкдцр.Bir sözlə atmosferi çirklənmədən qorumaqla qlobal iqlim dəyişmələri də

nizama salmaq olar.Bunun üçün Nüvə münaqişələrə son qoymaq,Atmosferə buraxılan zəhərli qazları minimuma

endirmək,Yaşıllıqları qorumaq və və tullantısız texnologiyadan geniş istifadə etmək lazımdır.

Ədəbiyyat

1. Mehdiyev A.Ş.,Əhmədov Ş.Ə.Meteorologiya və iqlimşünaslığın əsasları.Bakı

2008

2. Хромов С.П.Метеорология и климатология.Издательство

«Наука»,М.2006

3. Дроздов О.А.,Кобышева Н.В.Климатология.М,1989 г.

4. İnternet saytları.

Benzer Belgeler